Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-12/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Abşeron rayonu Fatmayi Bələdiyyəsinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-1594/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Abşeron rayonu Fatmayi Bələdiyyəsinə qarşı Cavabdeh1 xanım Fəsad qızına suyun təbii axınının qonşuya tərəf yönəldilməsi, axının qarşısının kəsilməsi qadağan edilməsi, onun tərəfində öz hesabına yolun çökək hissəsi 12 metr enində, 20 metr uzunluğunda əvvəlki qrunt səviyyəsinə bərpa edilməklə sonradan həmin hissəyə tökülmüş torpaq-daş və hasarın arxasına tökülmüş torpağın cavabdehin hesabına sökülməsi, Cavabdeh2 tərəfindən öz hesabına tikinti qaydalarına-normalarına zidd olan hasarın həmin hissədə sökülməsi, yağış sularının qonşuya axıdılmasının qadağan edilməsi, hasarın arxasına tökülmüş şoran torpağın cavabdehin hesabına sökülməsi, həmin hissədə süzülən çirkab su axınının qarşısının alınması və layihədən kənara tikilmiş tikintilərin cavabdehin hesabına sökülməsi və məhkəmə məsrəflərinin cavabdehlərə aid edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xanım Fəsad qızına qarşı suyun təbii axınının qonşuya tərəf yönəldilməsi, axının qarşısının kəsilməsi qadağan edilməsi, onun tərəfində öz hesabına yolun çökək hissəsi 12 metr enində, 20 metr uzunluğunda əvvəlki qrunt səviyyəsinə bərpa edilməklə sonradan həmin hissəyə tökülmüş torpaq-daş və hasarın arxasına tökülmüş torpağın cavabdehin hesabına sökülməsi, Cavabdeh2 tərəfindən öz hesabına tikinti qaydalarına-normalarına zidd olan hasarın həmin hissədə sökülməsi, yağış sularının qonşuya axıdılmasının qadağan edilməsi, hasarın arxasına tökülmüş şoran torpağın cavabdehin hesabına sökülməsi, həmin hissədə süzülən çirkab su axınının qarşısının alınması və layihədən kənara tikilmiş tikintilərin cavabdehin hesabına sökülməsi və məhkəmə məsrəflərinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 xanım Fəsad qızına suyun təbii axınının qonşuya tərəf yönəldilməsi, axının qarşısının kəsilməsi qadağan edilməsi, onun tərəfində öz hesabına yolun çökək hissəsi 12 metr enində, 20 metr uzunluğunda əvvəlki qrunt səviyyəsinə bərpa edilməklə sonradan həmin hissəyə tökülmüş torpaq-daş və hasarın arxasına tökülmüş torpağın cavabdehin hesabına sökülməsi, Cavabdeh2 tərəfindən öz hesabına tikinti qaydalarınanormalarına zidd olan hasarın həmin hissədə sökülməsi, yağış sularının qonşuya axıdılmasının qadağan edilməsi, hasarın arxasına tökülmüş şoran torpağın cavabdehin hesabına sökülməsi, həmin hissədə süzülən çirkab su axınının qarşısının alınması və onunla cavabdehlər arasında əlavə inşa etdikləri özbaşına tikililər-daş hasara əlavələr, layihədən kənara tikilmiş tikintilərin cavabdehin hesabına sökülməsi və məhkəmə məsrəflərinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 224 saylı sahədə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 223 saylı sahədə yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında hörmətli qonşusu Cavabdeh1 xanım Fəsad qızına məxsusdur. Digər, yəni sağ tərəfindəki 225 saylı sahədə yerləşən torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında qonşusu Cavabdeh2 xanıma məxsusdur. Həyətinin sol tərəfində 223 saylı sahədə yerləşən torpaq sahəsinin ümumi yola tərəf olan hissəsinin sol kənarı çökəklik olmuş və yağıntı suları həmin çökəkliyə axaraq heç bir qonşuya maneçiliyi olmamışdır. Qeyd edilən qonşu tərəfindən yolun çökəklik hissəsinə daş-torpaq tökülərək yağıntı sularının və təbii axını onun həyətinə tərəf axıdılır, sağ tərəfdən isə axan yağıntı sularının və ikinci cavabdehin, yəni 225 saylı sahədə yerləşən torpaq sahəsinin mülkiyyətçisi qonşusu Cavabdeh2 xanıma məxsus həyət və tikililərin navalçalarının yağış-qar və hamam sularının bayıra - ümumi yola axıdılan, habelə sağ tərəfdən axan təbii su axınlarının qarşısını yola tökdükləri torpaqla hündürə qaldıraraq suyun axının istiqamətini dəyişərək onun əmlakını qəsdən yararsız hala salırlar. Hər iki hörmətli qonşuları qonşuluq münasibətlərini pozaraq aralarında tikilmiş daş hasarın özlərinə olan tərəflərində divarın dibinə əlavə torpaq tökərək yerin qrunt səthindən hündürə qaldırmaqla həyətlərindən onun istiqamətinə çirkab su axmasına-sızmasına gətirib çıxaran hərəkətlərə yol vermişlər. İkinci cavabdehin, yəni 225 saylı sahədə yerləşən torpaq sahəsinin mülkiyyətçisi aralarında yerləşən daş hasarın üstündən layihədən kənar və tikinti normalarına uyğun olmayan daş hasarı Tikinti Məcəlləsinin qaydalarını pozmaqla həddindən artıq hündürlüyə qaldıraraq onun əmlakını, şəxsi həyatını təhlükə altına almaqla yanaşı, həm də həyətinə düşən günəş işığının tam olaraq düşməsinin qarşısını kəsir və yüksək təhlükə mənbəyi yaradır. Onun tərəfindən inşa edilən hasar və tikillər ona daim təhlükə yaradır. Bu qonşu qanunsuz tikinti hərəkətləri aparan zaman o, qonşulara bir qonşu olaraq etirazını bildirmiş, həm də dəfələrlə qanuna və qonşuluğa zidd olduğunu bildirmişdir. Qonşular onun xahişlərini eşitmək istəməmişlər. Qanunsuz və özbaşına tikinti işləri apararaq, tikinti normalarını pozaraq ara məsafəni gözləmədən hasar inşa etmişdir. Eyni zamanda həmin özbaşına olan tikililər qonşu sərhəddini pozmaqla inşa edildiyindən ona maneçilik törədir. Bunlardan əlavə olaraq sağ tərəfində yerləşən qonşusu da aralarında yerləşən daş hasarın arxasına duzlu-şoran torpaq tökdüyündən həyətinə duzlu və çirkab sular sızar, torpağa olan mülkiyyətini məhdlaşdırır, torpağını yararsız hala salaraq zay edir, şoranlaşdırır, ağac və gülləri, digər bitkiləri bunun təsirindən quruyur, həyətində havalanma korlanır. Tikililərin yağıntı sularını ona tərəf axıdırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı qətnaməsi maddi və prosessual baxımdan qanunsuz və ədalətsizdir. Məhkəmə baxışı zamanı ekspertiza keçirilməsini xahiş etmiş, lakin məhkəmə iş üzrə ekspertiza keçirilməsini təmin etməmişdir. Yerli baxış keçirərək mübahisənin həqiqi hallarına aydınlıq gətirməmişdir. Məhkəmə prosesində işin həqiqi hallarını özündə əks etdirən fotoşəkillər təqdim etmiş, lakin məhkəmə buna əhəmiyyət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxs Abşeron rayonu Fatmayi Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini ddiaçı onun hüquqlarının cavabdehlər tərəfindən pozulması ilə bağlı hər hansı bir legitim sübutu məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarına istinad etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X10rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X7 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 224 saylı sahədə yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, qonşu ərazidə yerləşən 223 saylı sahədə yerləşən torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 Məsti qızına mülkiyyət hüququ üzrə məxsus olması işin mübahisəsiz hallarıdır. Baxılan iş üzrə iddia tələbləri suyun təbii axınının qonşuya tərəf yönəldilməsi, axının qarşısının kəsilməsi qadağan edilməsi, onun tərəfində öz hesabına yolun çökək hissəsi 12 metr enində, 20 metr uzunluğunda əvvəlki qrunt səviyyəsinə bərpa edilməklə sonradan həmin hissəyə tökülmüş torpaq-daş və hasarın arxasına tökülmüş torpağın cavabdehin hesabına sökülməsi, Cavabdeh2 tərəfindən öz hesabına tikinti qaydalarına-normalarına zidd olan hasarın həmin hissədə sökülməsi, yağış sularının qonşuya axıdılmasının qadağan edilməsi, hasarın arxasına tökülmüş şoran torpağın cavabdehin hesabına sökülməsi, həmin hissədə süzülən çirkab su axınının qarşısının alınması və layihədən kənara tikilmiş tikintilərin cavabdehin hesabına sökülməsi və məhkəmə məsrəflərinin cavabdehlərə aid edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 170.3, 172.1, 180-ci maddələri təşkil edir. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. (Mülki Məcəllənin 170.3 maddəsi). Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 07 may 2021-ci il tarixli 07-18/21 №li ekspert rəyi ilə Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 224 saylı sahədə yerləşən torpaq sahəsinə yağıntı sularının və təbii axının axıdılmasında cavabdehlərin təqsiri yoxdur. Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 225 saylı sahədə yerləşən daş hasarın layihəsi təqdim edilmədiyindən hasarın layihədən kənar inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Lakin 224 saylı torpaq sahəsi ilə 225 saylı torpaq sahəsi arasında inşa edilmiş daş hasarın inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 223 saylı sahədə tikilmiş hasar tikinti normalarının tələblərinə uyğun inşa edilmişdir. Məhkəmə kollegiyası tərəfindən İddiaçı vəsatəti əsasında yenidən mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli 10/6735 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 43/1169 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 məxsus olan Abşeron rayonu Fatmai kəndi, Atatürk küçəsi 223 saylı torpaq sahəsindən 224 saylı torpaq sahəsinə doğru yola 4,70 metr enində və 18,30 metr uzunluğunda torpaq daş qarışıq süxur tökülmüşdür ki, həmin süxur qatı suvun təbii axımının qarşısını almamışdır. Belə ki, suyun təbii axımı cavabdehə məxsus torpaq sahəsindən iddiaçıya məxsus torpaq sahəsinə tərəf, yəni, şimal-qərb istiqamətindən cənub - şərq istiqamətinə təxminən 10% maili olmaqla yolun təbii maillik istiqamətinə görə axır. Suyun təbii axımının sağdan, yəni, cənub -şərq istiqamətindən olması ərazinin təbii relyefinə görə mümkün deyil. Yolun cavabdehə məxsus torpaq sahəsinin qarşında olan hissəsinə tökülmüş qarışıq süxur uzunluğu 18,30 metr, eni 4,70 metr, hündürlüyü, 0,20 metr olmaqla 17, 2 m3 hesablanmışdır. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 43/1169 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, iş üçün əhəmiyyətli olan, haqqında sual qoyulmayan hallar üzrə bildirilir ki, mübahisəli yolun sağ və ya sol hissəsində müvafiq qurumlar tərəfindən təbii suların novlarla drenaj vasitəsi ilə ərazidən uzaqlaşdırılmasını nəzərdə tutan hər hansı tikintiquraşdırma işləri aparılmamışdır. Ekspertiza keçirilən vaxt hava şəraiti yağıntılı olduğundan iddiaçıya məxsus torpaq sahəsinin qarşısında suyun yığılaraq qalması müşahidə olunurdu ki, bu hal yola asfalt örtüyü çəkiləcəyi və ya həmin ölçüdə qarışıq süxurun əlavə olaraq töküləcəyi təqdirdə aradan qaldırılması mümkündür. Bu halda formalaşan sular öz təbii axımı ilə cənub-şərq istiqamətindəki əsas yola axacaqdır. Mübahisəli yolun iddiaçının torpaq sahəsinin bir hissəsinə qədər olan hissəsi asfalt örtüyü ilə örtülmüşdür. İddiaçının vəsatəti əsasında mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3-16-16/2- 10/6869 nömrəli ekspert rəyi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən mübahisəli ərazidə yığılan suyun daş qarışıq süxur tökülməsi nəticəsində əmələ gəlmədiyi müəyyən olunur. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər (Mülki Məcəllənin 172.1., 172.2-ci maddələri). Mülki Məcəllənin 180.1. maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunmalıdır ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. İş üzrə keçirilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus olan Abşeron rayonu Fatmai kəndi, Atatürk küçəsi 223 saylı torpaq sahəsindən 224 saylı torpaq sahəsinə doğru yola 4,70 metr enində və 18,30 metr uzunluğunda torpaq daş qarışıq süxur tökülmüşdür ki, həmin süxur qatı suvun təbii axımının qarşısını almamışdır. Belə ki, suyun təbii axımı cavabdehə məxsus torpaq sahəsindən iddiaçıya məxsus torpaq sahəsinə tərəf, yəni, şimal-qərb istiqamətindən cənub - şərq istiqamətinə təxminən 10% maili olmaqla yolun təbii maillik istiqamətinə görə axır. Suyun təbii axımının sağdan, yəni, cənub-şərq istiqamətindən olması ərazinin təbii relyefinə görə mümkün deyil. Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 224 saylı sahədə yerləşən torpaq sahəsinə yağıntı sularının və təbii axının axıdılmasında cavabdehlərin təqsiri yoxdur. Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 225 saylı sahədə yerləşən daş hasarın layihəsi təqdim edilmədiyindən hasarın layihədən kənar inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Lakin 224 saylı torpaq sahəsi ilə 225 saylı torpaq sahəsi arasında inşa edilmiş daş hasarın inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Abşeron Rayonu, Fatmayi kəndi, Atatürk küçəsi, 223 saylı sahədə tikilmiş hasar tikinti normalarının tələblərinə uyğun inşa edilmişdir. Mübahisəli yolun sağ və ya sol hissəsində müvafiq qurumlar tərəfindən təbii suların novlarla drenaj vasitəsi ilə ərazidən uzaqlaşdırılmasını nəzərdə tutan hər hansı tikinti-quraşdırma işləri aparılmamışdır. Ekspertiza keçirilən vaxt hava şəraiti yağıntılı olduğundan iddiaçıya məxsus torpaq sahəsinin qarşısında suyun yığılaraq qalması müşahidə olunurdu ki, bu hal yola asfalt örtüyü çəkiləcəyi və ya həmin ölçüdə qarışıq süxurun əlavə olaraq töküləcəyi təqdirdə aradan qaldırılması mümkündür. Bu halda formalaşan sular öz təbii axımı ilə cənub-şərq istiqamətindəki əsas yola axacaqdır. Mübahisəli yolun iddiaçının torpaq sahəsinin bir hissəsinə qədər olan hissəsi asfalt örtüyü ilə örtülmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbində göstərilən hallar məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş halları və ekspert rəyləri ilə öz təsdiqini tapmadığından, iddia tələbləri təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50+50=100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 200 (iki yüz) manat "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Abşeron rayonu Fatmayi Bələdiyyəsinə qarşı qanunsuz tikilinin sökülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 200 (iki yüz) manat "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-12/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-12/2024
06.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver