Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-120/2022 26.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, məhkəmə iclas katibi X1, İddiaçı2 nümayəndəsi X4 və Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında, Zəngilan Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(034)-5/2019 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(034)-5/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı2 Cavabdeh2 qarşı lizing müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması, lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı2 ilə Cavabdeh2 arasında bağlanmış 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı “Daxili lizinq’’ müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 3356,10 manat əsas, 2060,97 manat faiz (mükafat) borcu, 922,41 manat cərimə borcu, 2877 manat maddi ziyan olmaqla, cəmi 9216,48 manat borcun İddiaçı2 xeyrinə tutulması, lizinq obyekti olan “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı2 mülkiyyətinə qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 70 manat pul vəsaitinin İddiaçı2ndən, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 manat pul vəsaitinin isə Cavabdeh2 tutularaq dövlət nəfinə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(105)-656/2020 saylı qətnaməsi ilə Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(034)-5/2019 saylı qətnaməsi “Cavabdeh2 922,41 manat cərimə borcu İddiaçı2 xeyrinə tutulsun” hissəsində dəyişdirilmiş və cərimə borcu 122,41 manat məbləğində müəyyən edilmiş, qətnamə İddiaçı2 və Cavabdeh2 arasında bağlanmış 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin, Cavabdeh2 3356,10 manat əsas, 2060,97 manat faiz (mükafat) borcu İddiaçı2 xeyrinə tutulsun və lizinq obyekti olan “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 mülkiyyətinə qaytarılsın, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 70 manat pul vəsaiti İddiaçı2ndən, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 manat pul vəsaiti isə Cavabdeh2 tutularaq dövlət nəfinə köçürülsün və iddia ərizəsi qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2(105)-656/2020 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(105)-656/2020 saylı qətnaməsində buraxılmış yanlışlıq düzəldilmiş, qətnamənin nəticə hissəsinin 3-cü abzasının “İddiaçı2 MMC və Cavabdeh2 arasında bağlanmış 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin, Cavabdeh2 3356,10 manat əsas, 2060,97 manat faiz (mükafat) borcu, 2877 manat maddi ziyan məbləği İddiaçı2 MMC-nin xeyrinə tutulsun və lizinq obyekti olan “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 MMC-nin mülkiyyətinə qaytarılsın, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 70 manat pul vəsaiti İddiaçı2 MMC-dən, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 manat pul vəsaiti isə Cavabdeh2 tutularaq dövlət nəfinə köçürülsün və iddia ərizəsi qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılsın” kimi oxunması qərara alınmışdır. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(102)-758/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(105)-656/2020 saylı qətnaməsi qismən-Cavabdeh2 İddiaçı2 xeyrinə əsas borca görə 3356,10 manat, mükafata görə 2060,97 manat, dəbbə puluna görə 122,41 manat və avtomobilə dəymiş maddi zərərə görə 2877 manat pulun tutulması hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissələrdə qətnamə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 05 sentyabr 2017-ci il tarixdə İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə 26 aprel 2016-cı il tarixdə bağlanmış AL-1231 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2015-ci il buraxılışlı, “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, NAACD1FE1FF806079 ban, 139B0060078 mühərrik nömrəli, qara rəngli avtomobilin cəmiyyətə geri qaytarılması, Cavabdeh2 cəmiyyətin xeyrinə 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 avqust 2017-ci il tarixə 3356,10 manat əsas, 2060,97 manat mükafat və həmin günə hesablanmış 922,41 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 3409 manat maddi zərər, ümumilikdə 9748,48 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh2 arasında 26 aprel 2016-cı il tarixdə AL- 1231 saylı daxili lizinq müqaviləsi bağlanmış və cəmiyyətin mülkiyyətində olan 2015-ci il buraxılışlı, “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, NAACD1FE1FF806079 ban, 139B0060078 mühərrik nömrəli, qara rəngli avtomobil muzdla lizinq alan Cavabdeh2 müvəqqəti istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X6 illik 17% hesablanmaqla 40 ay müddətinə hər ay sabit məbləğ olmaqla 355,15 manat, ümumilikdə isə 14205,56 manat məbləğində pulu cəmiyyətin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14205,56 manatın 10787 manatı əsas məbləğ təşkil edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis idarəsindən cəmiyyətə daxıi olmuş məktubdan sonra məlum olmuşdur ki, Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə DYPİ-nin müvəqqəti duracağında saxlanılır. Servis mərkəzi tərəfindən tərtib olunmuş zərərin qiymətləndirilməsinə dair akta əsasən avtomobilə 3409 manat ziyan dəymişdir. Cavabdeh2 tərəfindən lizinq şirkətinə heç bir ödəniş olmamışdır. Eyni zamanda Cavabdeh2 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti istifadə edilməsinə görə 21 avqust 2017-ci il tarixə 3356,10 manat əsas, 2060,97 manat mükafat və həmin günə hesablanmış 922,41 manat dəbbə pulu, cəmi 6339,48 manat borcu vardır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və cəmiyyət qarşısında öhdəliyi yaranmışdır. İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətlə bağlanmış 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 cəmiyyətin xeyrinə 26 aprel 2016-cı il tarixli, AL- 1231 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 fevral 2018-ci il tarixə 4904,56 manat əsas, 2553,67 manat mükafat və həmin günə hesablanmış 5037,03 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 3409 manat maddi zərər, ümumilikdə 15904,26 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, lizinq obyekti olan avtomobillə 2016-cı ilin iyul ayında qəza baş vermişdir. Bu hal iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis idarəsinin məktubunda öz əksini tapmışdır. Yəni lizinq müqaviləsi imzalandığı tarixdən təxminən üç ay sonra lizinq obyekti yararsız vəziyyətdə DYP-nin müvəqqəti duracağında saxlanılırdı. Bu barədə dəfələrlə İddiaçı2 rəhbərliyi ilə görüşülərək xəbər verilmişdir. DYP-nin müvəqqəti duracağından avtomobili götürmək istəyəndə avtomobili iddiaçının özünün götürməli olması bildirilmişdir. Bundan sonra, iddiaçıya müraciət edərək avtomobili götürüb təmir edərək lizinq ödənişini etmək niyyətini bildirsə də, avtomobil ona verilməmişdir. Bu da lizinq obyektinin yeri məlum olduğu halda, iddiaçının avtomobili bilərəkdən götürməməsini sübut edir. Belə ki, bundan təxminən bir il sonra İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, ödəniş etməkdən heç vaxt boyun qaçırmamış, lizinq obyektini taksi fəaliyyəti ilə məşğul olmaq uçun almışdı. Lakin avtomobil yararsız vəziyyətdə olduğundan, avtomobil ona təqdim edilmədiyindən taksi fəaliyyəti ilə məşğul ola bilməmiş və bu səbəbdən də ödəniş etməmişdir. O, tələb edilən məbləğlə tamamilə razı deyildir. İddiaçı yaranmış borcu 2016cı ilin iyul ayına tərtib olunmuş maliyyə arayışına əsasən, yəni 1065,45 (3 ay x 355,15 manat) manat tələb etməli idi. Bundan başqa, 2060,97 manat mükafat və 944 manat dəbbə pulunun yaranması ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. Lakin ona məlum olmayan səbəbdən iddiaçı 1 ildən sonra məhkəməyə müraciət etmişdir. Bu hərəkətlər bilərəkdən məbləğin şişirdilməsi məqsədinə xidmət edir. Bundan başqa, ekspertiza xərci də iddiaçıya aid edilməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, avtomobilə dair lizinq müqaviləsi bağlandıqdan üç ay sonra, yəni 10 iyul 2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə yol polisinin müvəqqəti duracağında yerləşdirilmişdir. Bu barədə İddiaçı2 rəhbərliyinə məlumat verilmişdir. Cavabdeh2 avtomobili təmir etmək üçün duracaqdan götürmək istəsə də, avtomobil cavabdehə verilməmişdir. Belə ki, İddiaçı2 tərəfindən Cavabdeh2 avtomobili idarə etmək üçün etibarnamə verilməmişdi. İddiaçı2 də avtomobili duracaqdan götürməmiş, bir ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 lizinq ödənişini ödəməkdən heç vaxt boyun qaçırmamışdır. Buna görə də Cavabdeh2 yalnız 2016-cı ilin iyul ayınadək olan 1065,45 manat borcu tələb edilə bilər. Cavabdeh2 “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobili sığortalamadığına görə sığorta ödənişi verilməmişdir. İddiaçı2 nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, lizinq müqaviləsinin şərtlərinə əsasən avtomobili Cavabdeh2 sığortalamalı idi. Lakin cavabdeh avtomobili sığortalamamışdır. Buna görə də yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişi verilməmişdir. Cavabdeh2 lizinq ödənişləri etmədiyinə görə ona etibarnamə verilməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc, mükafat, dəbbə pulu və avtomobilə dəymiş maddi zərərə görə pulun tutulması hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(102)-758/2020 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsas borca, mükafata, dəbbə puluna və avtomobilə dəymiş maddi zərərə görə pulun tutulması hissələrində ləğv edildiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AC 493567 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı2dir. İş materiallarında olan 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Cavabdeh2 umumi məbləği 10787 manat olan “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili 40 ay müddətinə lizinqə vermişdir. İş materiallarında olan 20 avqust 2015-ci il tarixli, 1231 saylı lizinq müqaviləsinə 3 saylı əlavənin surətindən görünür ki, Cavabdeh2 illik 17% hesablanmaqla 40 ay müddətinə hər ay sabit məbləğ olmaqla 355,15 manat, ümumilikdə isə 14205,56 manat məbləğində pulu İddiaçı2 hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Servis Mərkəzinin 15 fevral 2017-ci il tarixli qüsur aktından görünür ki, “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 3409 manat təşkil edir. İş materiallarında olan İddiaçı2 tərəfindən Cavabdeh2 ünvanlanmış 21 iyun 2017-ci il tarixli, 100 saylı xəbərdarlığın surətindən görünür ki, yaranmış borc 7 gün ərzində ödənilmədiyi təqdirdə daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması, yaranmış borc və dəymiş zərərin ödənilməsi və borc vaxtında ödənilmədiyinə görə dəbbə pulunun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı2 14 dekabr 2017-ci il tarixli, 276 nömrəli arayışından görünür ki, Cavabdeh2 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə əsas borcu 3356,10 manat, mükafat borcu 2060,97 manat, cərimə borcu 922,41 manat, maddi ziyan 3409 manat olmaqla, cəmi 9748,48 manat təşkil edir. İş materiallarında olan İddiaçı2 24 oktyabr 2018-ci il tarixli, 989 nömrəli arayışından görünür ki, Cavabdeh2 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 4904,56 manat, mükafat borcu 2553,67 manat, cərimə borcu 5037,03 manat, maddi ziyan 3409 manat olmaqla, cəmi borcu 15904,26 manat təşkil edir. İş materiallarında olan İddiaçı2 22 yanvar 2019-cu il tarixli, 072 nömrəli arayışından görünür ki, Cavabdeh2 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 4904,56 manat, mükafat borcu 2553,67 manat, cərimə borcu 5037,03 manat olmaqla, cəmi borcu 12495,26 manat təşkil edir. İş materiallarında olan İddiaçı2 23 oktyabr 2018-ci il tarixli, 986 saylı məktubundan görünür ki, Cavabdeh2 tərəfindən lizinq şirkətinə heç bir ödəniş olmadığı üçün hesabdan çıxarışın təqdim edilməsi mümkün deyildir. İş üzrə keçirilmiş ekspertizanın 5503 saylı, 02 aprel 2018-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materialarında olan servis mərkəzinin xx.xx.2017ci il tarixli akt məlumatlarına əsasən 2015-ci il buraxılışlı “Samand Soren” markalı, **-AK- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2877,00 manat müəyyən edilir. İş üzrə keçirilmiş ekspertizanın 3223 saylı, 16 may 2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan “məlumat” (c.i.v-97) vərəqəsi və 26 aprel 2016-cı il tarixli, AL-1231 saylı daxili lizinq müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (iddia tarixinə) İddiaçı2nə olan borcu 6339,48 manat məbləğində o, cümlədən, əsas borc 3356,10 manat, faiz (mükafat) borcu 2060,97 manat, cərimə 922,41 manat təşkil edir. İş üzrə keçirilmiş əlavə ekspertizanın 9/5642 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablamaq yolu ilə, iş materiallarında olan servis mərkəzinin xx.xx.2017-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2015-ci il buraxışlı “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3049,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 2189,00 manat, təmir bərpa işlərinin qiyməti 860,00 manatdır. Dəyişdirilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2877,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 2017,00 manat, təmir bərpa işlərinin qiyməti 860,00 manatdır. İş üzrə keçirilmiş əlavə ekspertizanın xx.xx.2022-ci il tarixli, 9/135 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan servis mərkəzinin xx.xx.2017-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxışlı “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2877,0 manat müəyyən edilir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsas borcun, mükafatın, dəbbə pulunun və avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissələrində ləğv edib, işi yenidən həmin hissələrdə baxılması üçün qaytararkən, apellyasiya məhkəməsi tərəfindən həmin hissələrdə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin mübahisə olunmayan hallarından görünür ki, 26 aprel 2016-cı il tarixli lizinq müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə lizinqə verməyi, sonuncu isə 40 ay müddətində, illik 17 faiz, hər ay sabit pul məbləğində 355,15 manat olmaqla, ümumilikdə 14.205,56 manat pul vəsaitini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı2 cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini pozduğunu, həmin müqavilə üzrə heç bir ödəniş etmədiyini, “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobili istifadəyə yararsız vəziyyətdə yol polisinin müvəqqəti duracağında saxladığını, avtomobilin 16 fevral 2018-ci il tarixdə geri qaytarıldığını göstərib, lizinq müqaviləsinin ləğv edilməsini, həmin müqaviləyə əsasən, avtomobildən müvəqqəti sahiblik, istifadə etdiyi üçün cavabdehdən 16 fevral 2018-ci il tarixə olan əsas borca görə 4904,56 manat, hesablanmış mükafata görə 2553,67 manat, dəbbə puluna görə 5037,03 manat, avtomobilə dəymiş maddi zərərə görə 3.409 manat olmaqla, ümumilikdə 15904,26 manat pulun tutulub ona ödənilməsini tələb edir. Cavabdeh isə avtomobilə dair lizinq müqaviləsi bağlandıqdan üç ay sonra, yəni 10 iyul 2016-cı il tarixdə yol-nəqliyyat hadisəsinin baş verdiyini, avtomobilin yararsız vəziyyətdə yol polisinin müvəqqəti duracağında saxlanıldığını, bu barədə iddiaçı təşkilatın rəhbərliyinə məlumat verildiyini, avtomobili təmir edib lizinq ödənişini ödəmək niyyətində olduğunu bildirsə də, avtomobilin ona geri qaytarılmadığını, avtomobilin yeri məlum olduğu halda, iddiaçının bilərəkdən avtomobili götürmədiyini, yalnız bir ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət etdiyini, lizinq ödənişini ödəməkdən heç vaxt boyun qaçırmadığını, avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün aldığını, lakin avtomobil yararsız vəziyyətdə düşdüyündən taksi fəaliyyəti ilə məşğul ola və bu səbəbdən də lizinq ödənişini ödəyə bilmədiyini, iddiaçının ondan yalnız 2016-cı ilin iyul ayınadək olan 1065,45 manat borcu tələb etməli olduğunu, lizinq müqaviləsi üzrə 2060,97 manat mükafatın, 944 manat dəbbə pulunun düzgün müəyyən edilmədiyini göstərib iddiaya etiraz edir. Məhkəmə kollegiyası iddia tələbinin lizinq müqaviləsi üzrə əsas borc, mükafat məbləğinə dair hissə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 21 noyabr 2017-ci il tarixli, 078-37441 saylı məktubundan görünür ki, İddiaçı2nə məxsus, müqavilə əsasında Cavabdeh2 istifadəsinə verilmiş “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2016-cı il tarixdə, saat 02:10 radələrində Bakı şəhəri Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Ak.Əliyev küçəsinin kəsişməsində toqquşma nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı avtomobili idarə edən sürücü X9 avtomobili hadisə yerində qoyaraq heç kimə məlumat vermədən oradan uzaqlaşmışdır. Bu səbəbdən həmin tarixdə avtomobil müvəqqəti saxlama dayanacağına yerləşdirilmiş, bu barəd İddiaçı2nə, Cavabdeh2 və hadisəni törədən X5 qardaşı Ələkbər Sadıxova məlumat verilmişdir. Göründüyü kimi, “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili 21 avqust 2017-ci il tarixədək cavabdehin sahibliyində, istifadəsində olması mülki iş materialları ilə istisna olunur və həmin avtomobil 10 iyul 2016-cı il tarixdən yararsız vəziyyətdə yol polisinin müvəqqəti duracağında olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı2nə məlumat verilməsinə baxmayaraq, iddiaçı avtomobilin dayanacaqdan vaxtında götürülməsini təmin etməmişdir. Yol nəqliyyat hadisəsi baş verən dövrdə isə İddiaçı2 tərəfindən Cavabdeh2 “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün etibarnamə verilməmiş, buna görə də avtomobilin Cavabdeh2 tərəfindən dayanacaqdan götürülməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 İddiaçı2 xeyrinə lizinq müqaviləsinə 3 saylı əlavəyə əsasən 3 ay üçün, yəni 2016-cı ilin may ayı üçün əsas məbləğ olaraq 204,43 manat, mükafat məbləğ olaraq 150,72 manat, 2016-cı ilin iyun ayı üçün əsas məbləğ olaraq 207,28 manat, mükafat məbləğ olaraq 147,87 manat, 2016-cı ilin iyul ayı üçün əsas məbləğ olaraq 205,35 manat, mükafat məbləğ olaraq 149,80 manat, cəmi əsas məbləğ olaraq 617,06 manat, mükafat məbləğ olaraq 448,39 manat tutulmalıdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.1-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, lizinq obyektinin sığortalanması könüllülük əsasında həyata keçirilir. Belə ki, lizinq alan öz vəsaiti hesabına lizinq obyekti ona verildikdən sonra könüllü şəkildə həmin obyekti-zədələnmə, korlanma, məhv olma, talan edilmə və oğurlanma risklərindən sığortalaya bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası-mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 50.2.1.1-ci maddəsində göstərilir ki, minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-fiziki şəxslər...əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, minik avtomobillərinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir və sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər inzibati məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında tərəflərin nümayəndələri “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalanmadığını və buna görə də iddiaçıya sığorta ödənişinin verilmədiyini bildirmişlər. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.3-cü bəndinə əsasən lizinq obyekti sığortalanmamışdırsa, lizinq obyekti olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyekti dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə, lizinq verən tərəfindən bərpa edilir. Əgər lizinq obyekti olan avtomobil heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməklə zədələnərsə, lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. İşdə olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 10 iyul 2016-cı il tarixdə “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, həmin vaxt avtomobili X9 idarə etmiş və bu avtomobili idarə etmək hüququ olmamışdır. İş üzrə keçirilmiş əlavə ekspertizanın xx.xx.2022-ci il tarixli, 9/135 saylı rəyi ilə müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan servis mərkəzinin xx.xx.2017-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxışlı “Samand Soren” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2877 manatdır. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.3-cü bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman “Samand Soren” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobili X9 idarə etdiyindən və onun bu avtomobili idarə etmək hüququ olmadığından avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün təmir-bərpa xərci olaraq Cavabdeh2 iddiaçının xeyrinə 2877 manat tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 5037,03 manat cərimə tələb etmiş, birinci instansiya məhkəməsi də cavabdehdən iddiaçının xeyrinə 922,41 manat cərimə tutmuşdur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın 5037,03 manat məbləğində cərimə tələb etməsi və birinci instansiya məhkəməsinin cavabdehdən 922,41 manat cərimə tutması tənasübsüz surətdə yüksəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası cavabdehdən 50 manat cərimənin tutulmasını ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. Birinci instansiyası məhkəməsi qeyd olanan hallara əhəmiyyət verməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc, mükafat, dəbbə pulu və avtomobilə dəymiş maddi zərərə görə pulun tutulması hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat İddiaçı2ndən 50 manat və Cavabdeh2 50 manat olmaqla tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319 və 142595 büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(034)-5/2019 saylı qətnaməsi əsas borc, mükafat, dəbbə pulu və avtomobilə dəymiş maddi zərərə görə pulun tutulması hissələrində ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin, bu hissələrdə iddia qismən təmin edilsin. Cavabdeh2 əsas məbləğ olaraq 617,06 (altı yüz on yeddi manat 6 qəpik) manat, mükafat məbləğ olaraq 448,39 (dörd yüz qırx səkkiz manat 39 qəpik) manat, maddi ziyana görə 2877 (iki min səkkiz yüz yetmiş yeddi) manat və 50 (əlli) manat cərimə İddiaçı2 xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat İddiaçı2ndən 50 (əlli) manat və Cavabdeh2 50 (əlli) manat olmaqla tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319 və 142595 büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-120/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-120/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver