Məhkəmə qərarları › İş №2(105)-1210/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1210/2022

05.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1210/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X3, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1, Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə X6 şəhadətnamənin ləğv edilməsi və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair Quba Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadından Azərbaycan Respublikası ƏMDK-nin yanında Cavabdeh3 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadı ilə (R.T.Həsənov) Quba Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(027)-2230/2021 saylı qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Regional Cavabdeh2tarat Ofisi tərəfindən 05.08.2005-ci il tarixdə vəfat etmiş X1 miras əmlakından tam hissədə pay almalı olması barədə 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş Qanun üzrə X6 Şəhadətnamənin ləğv edilməsi və onun əsasında Cavabdeh3 tərəfindən 14.04.2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin mülkiyyət hüququna dair 15.04.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(027)-2230/2021 saylı qətnaməsi iddia təmin edilmiş, Quba Regional Cavabdeh2tarat Ofisi tərəfindən 05.08.2005-ci il tarixdə vəfat etmiş X1 miras əmlakından tam hissədə pay almalı olması barədə 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş Qanun üzrə X6 Şəhadətnamə və onun əsasında Cavabdeh3 tərəfindən 14 aprel 2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi, həmçinin mülkiyyət hüququna dair 15.04.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(027)-2230/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(027)-2230/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Cavabdeh2 tərəfindən 05 avqust 2005-ci il tarixdə vəfat etmiş X1 miras əmlakından tam hissədə pay almalı olması barədə 19 mart 2021 tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik şəhadətnamə və onun əsasında Cavabdeh3 tərəfindən 14 aprel 2021-ci il tarixdə 0.5054 ha torpaq sahəsinə dair plan və ölçü sənədi, həmçinin 15 aprel 2021-ci il tarixli **********95 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Quba Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(027)-2230/2021 saylı qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili İ.A.Aqamov 23 fevral 2022-ci il tarixli qərardadından verilmiş şikayətin qanuna müvafiq olmadığı üçün qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin qəbul edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Quba Regional Cavabdeh2tariusu məhkəməyə məktub göndərərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə AR ƏMDK-nın yanında Cavabdeh3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə ijlasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin fikrini dinləyərək, hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Quba Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(027)-2230/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Quba Regional Cavabdeh2tarat Ofisi tərəfindən 05.08.2005-ci il tarixdə vəfat etmiş X1 miras əmlakından tam hissədə pay almalı olması barədə 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş Qanun üzrə X6 Şəhadətnamə və onun əsasında Cavabdeh3 tərəfindən 14 aprel 2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi, həmçinin mülkiyyət hüququna dair 15.04.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(027)-2230/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Quba Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(027)-2230/2021 nömrəli qərardadından maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar