Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1211/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(012)-187/2021 saylı qərardadından iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən qeyri-qanuni tərtib edilmiş ******* nömrəli aktın ləğv edilərək ondan tutulan 350 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Abşeron rayonu Hökməli qəsəbəsi ünvanına quraşdırılmış sayğaca görə aktlar əsasında qanunsuz olaraq yazılmış 1397 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(012)-187/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.(hakim H.Əhmədov) Bu qətnamədən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(012)-187/2021 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(012)-187/2021 nömrəli qərardadı ilə bu iş üzrə 10 mart 2022-ci il tarixli qərardaddan cavabdeh tərəfindən verlən şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(012)-187/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılması hallarından biri də, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğun verilməməsidir. Göründüyü kimi bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğun verilməməsi şikayətin geri qaytarılması üçün əsasdır. İşdən görünür ki, cavabdeh apellyasiya şikayəti verərkən 10 manat dövlət rüsumu ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun hazırki mübahisə üzrə iddia ərizəsi verilərkən qüvvədə olan normasına görə iddianın qiyməti 1397 manat olduğuna 30 manat dövlət rüsumu ödənilməli idi. İstinad olunan Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduğu üçün iddiaçı rüsum ödəməmişdir. Lakin bu hal cavabdehi rüsum ödəməkdən azad etmir. Qeyd olunan Qanunun 8.6-cı maddəsinə görə apellyasiya şikayəti verilərkən birinci instansiya məhkəməsinə iddia verilərkən ödənilən dövlət rüsumunun 50 faizi miqdarında rüsum ödənilməlidir. Başqa sözlə, cavabdeh 5 manat az rüsum ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi hər bir halda qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Bununla belə, cavabdehə izah olunur ki, qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilməklə yenidən apellyasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(012)-187/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1211/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1211/2022
06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver