Məhkəmə qərarları › İş №2(105)-1222/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1222/2021

29.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1222/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdeh Sədail oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi F.Məmmədli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh Sədail oğluna qarşı təbii qazdan istifadəyə görə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh Sədail oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2008,2 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, habelə 30 manat dövlət rüsumu olmaqla, cəmi 2338,2 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2013-cü il tarixli, 34044 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı Bakı X3 Departamenti tərəfindən **********04090 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İtron Diafraqma markalı mexaniki, 1202AQ**********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin tələblərini pozmuş, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qaz sayğacına baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə halı təsbit edilmiş və bu halı təsbitləyən foto-video çəkilişlər aparılmışdır. Bu barədə xx.xx.2018-ci il tarixli akt üzrə 64,80 manat, xx.xx.2018-ci il tarixli akt üzrə 878,40 manat, xx.xx.2018-ci il tarixli akt üzrə 201,60 manat və xx.xx.2018ci il tarixli akt üzrə 863,40 manat olmaqla aktlar tərtib edilmişdir. Aktlardan göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən cəmi 2008,2 manat ziyan vurulmuşdur. Cavabdehə borcunu könüllü ödəməsi təklif edilsə də, borcu könüllü ödənilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi F.S.Məmmədli apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, xx xxx 2013-cü il tarixli 34044 nömrəli «Qaz aylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə» əsasında S.S.Budaqova məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşumaqla təbii qazı talamışdır. İş materiallarında olan aktlardan görünür ki, cavabdeh tərəfindən dəfələrlə qanunsuz qoşulma olmuşdur. İş materiallarında olan digər aktlara əsasən cavabdehin borcu təmin olunmamışdır. Məhkəmə bu hallara düzgün qiymət verməmiş, maddi hüquq normalarını tətbiq etməmiş və bununlada hüququn tətbiq edilməsində səhv buraxmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-3944/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi F.Məmmədlinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli, 34044 saylı “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşdə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlardan görünür ki, ünvan 2-də yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, həmin akt istehlakçı Cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilən qərarlardan görünür abonent Cavabdeh yaşadığı ünvan 2 ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İşin materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, cavabdehə məxsus mübahisəli ünvanda 2018-ci il üçün qazın sərfiyyatı “0” qeyd edilməklə, sərfiyyatın olmadığı qeyd edilmişdir. İşdə olan İddiaçı xx xxx 2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 3 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 2268 m3 qazın istifadə olunması göstərilmişdir. İşə əlavə olan İddiaçı xx xxxxx 2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli ******* saylı komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 3 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1008 m3 qazın istifadə olunması göstərilmişdir. İşdə olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı, xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 863,40 manat borcunun olması məhkəmə iclasında sübuta yetirilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyr-şərtsiz dayandırılır. Lakin iddiaçı bunu etməmiş və xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 878,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, cərimə borcları hesablamışdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə bağlı çəkdiyi 300 manat xərc çəkməsini sübut edən qəbz məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməsi barədə gəldiyi nəticə düzgür. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(012)- 3944/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh Sədail oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Sədail oğlundan təbii qazdan istifadəyə görə 863 (səkkiz yüz altmış üç) manat 40 (qırx) qəpik və dövlət rüsumu 30 (otuz) manat tutulub İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar