Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1230/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Taptıq oğlunun cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Taptıq oğlu cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun mərhum anası X1 qalmış mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib qəbulu müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(036)-99/2024 nömrəli qərardadı ilə İddiaçı Taptıq oğlunun cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Telman Quliyev). İmişli Rayon Məhkəməsi qərardadını Mülki Prosessual Məcəllənin 39.2-ci maddəsinə istinad etməklə mərhum X1 miras qalan əmlakın olduğu yerin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olması ilə əlaqədar mülki işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Abşeron Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(012)-2862/2024 nömrəli qərardadı ilə İddiaçı Taptıq oğlunun cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 39.2-ci maddəsinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aid olsa da, hazırki mülki işdə iddia miras qoyanın kreditorları tərəfindən deyil, miras qoyanın övladı tərəfindən verilmişdir. Buna görə MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verildiyindən iddia ərizəsi cavabdehin olduğu yerə görə verilməli və işə İmişli Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Taptıq oğlunun cavabdeh İmişli Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilib mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki iş baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1230/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1230/2024
11.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver