Məhkəmə qərarları › İş №2(105)-1234/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1234/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1234/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 MTK-nın nümayəndəsi X4, cavabdeh-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh10 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-27/2020 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-27/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1 MTKya, Cavabdeh2, Xalıqova (Şahbazova) Lamiyə Xalıq qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı müqavilənin etibarsız hesab olunması, mənzillərə mülkiyyət hüququ ilə əlaqədar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması ilə əlaqədar zəruri sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, bazar qiyməti ilə müqavilə qiyməti arasındakı fərqin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı “xxxx” MMC, Cavabdeh1 MTK və “xxxx” MTK-ya qarşı iddia ilə məhkəməyə müraciət edərək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 5-ci blok 2 saylı, 34 saylı, 38 saylı, 42 saylı, 46 saylı, 47 saylı, 43 saylı, 35 saylı, 15 saylı, 7 saylı, 3 saylı və 11 saylı mənzillərin bazar qiymətinin dəyəri ilə müqavilə (pay) qiyməti arasındakı fərqin məbləği olan 567579 manat vəsaitin cavabdehlər “xxxx” MMC, Cavabdeh1 MTK və “xxxx” MTK-dan müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 “A” saylı (M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi) ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının V blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 87,56 kv.metr olan 02 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Qasımov Elsahib arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,46 kv.metr olan 03 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Məsimova Samirə arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 111,4 kv.metr olan 07 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Xalıqova Lamiyə arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,46 kv.metr olan 11 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Həsənova Nazilə arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 111,4 kv.metr olan 15 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Talıbova Sahibə arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 87,56 kv.metr olan 34 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Rüstəmova Səidə arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,46 kv.metr olan 35 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Qəmbərov Rafiq arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77,06 kv.metr olan 38 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Cəbəhyeva İlahə arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87,56 kv.metr olan 42 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Şirinov Tapdıq arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 59,46 kv.metr olan 43 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Dadaşov Natiq arasında bağlanmış müqavilənin, həmin binanın V blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 77,06 kv.metr olan 46 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Musayeva Nazilə arasında bağlanmış müqavilənin və həmin binanın V blokunun 6cı mərtəbəsində yerləşən ümumi sahəsi 111,4 kv.metr olan 47 saylı mənzil üzrə MTK ilə Cavabdeh9 arasında bağlanmış müqavilənin etibarsız hesab olunması, həmçinin, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1“A” saylı ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının V blokunun 02, 03, 07, 11, 15, 34, 35, 38, 42, 43, 46 və 47 saylı mənzillərinin tikilib ona təhvil verilməsinin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1 MTK-ya və “xxxx” MTK-ya müştərək qaydada həvalə edilməsi, habelə, qeyd edilən binada layihə dəyişikliyi ilə bağlı ona verilməli olan mənzillərin ümumi sahəsinin 309,86 kv.metr azalması ilə əlaqədar 309,86 kv.metr sahənin bazar qiyməti olan 201409 manatın cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh10 Cavabdeh1 MTK-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ilə “xxxx” MMC (hal-hazırda Cavabdeh1 MTK) arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 111,4 kv.metr ümumi sahəsi olan 15 saylı mənzilə dair bağlanmış xx xxxxxxxx 2007ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1“A” saylı ünvanda köhnə (2006-cı il) eksiz layihəsinə görə layihələndirilmiş Xİİ (İ mərtəbə qeyri yaşayış + Xİİ mərtəbə yaşayış) mərtəbəli, yeni eskiz (2015-ci il) layihəsinə əsasən layihələndirilərək inşa edilən yüksək (İ mərtəbə qeyri-yaşayış + XİV mərtəbə yaşayış) mərtəbəli yaşayış binasının A (5-ci) blokunu İ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 02 saylı mənzil üzrə “xxxx” MMC ilə Xalıqova (Şahbazova) Lamiyə Xalıq qızı arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli, 223 saylı müqavilənin, həmin binanın A (5-ci) blokunun İİ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111 kv.m olan 3 otaqlı 07 saylı mənzil üzrə “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2011-ci il müqavilənin, həmin binanın A (5-ci) blokunun Xİ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,0 kv.m olan 3 otaqlı mənzil üzrə “xxxx” MMC ilə Cavabdeh9 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilənin, həmin binanın A (5-ci) blokunun Xİİİ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,0 kv.m olan 3 otaqlı 102 saylı mənzil üzrə “xxxx” MMC ilə Cavabdeh8 ilə arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli müqavilənin, həmin binanın A (5-ci) blokunun X mərtəbəsində nəzədə tutulan ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 38 saylı mənzil üzrə “xxxx” MMC ilə Cavabdeh7 arasında bağlanmış xx xxxxxxx 2008-ci il tarixli, 397 saylı müqavilənin, həmin binanın A (5-ci) blokunun 10-cu (X) mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 79 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Cavabdeh7 arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 73 saylı müqavilənin, həmin binanın A (5-ci) blokunun 11-ci (Xİ) mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 119,5 kv.m olan 3 otaqlı 71 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Cavabdeh7 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 106 saylı müqavilənin, həmin binanın A (5-ci) blokunun İV mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,0 kv.m olan 3 otaqlı 31 saylı mənzil üzrə “xxxx” MMC ilə Cavabdeh10 arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqavilənin, həmin binanın A (5-ci) blokunun İX mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 35 saylı mənzil üzrə “xxxx” MMC ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilənin, həmin binanın A (5-ci) blokunun İX mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 71 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxxxx 2016-ci il tarixli, 154 saylı müqavilənin, həmin binanın A (5-ci) blokunun İX mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 71 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə Cavabdeh5 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab olunması, həmin binanın A (5-ci) blokunun Xİ mərtəbəsində nəzərdə tutulan ümumi sahəsi 111,0 kv.m olan 3 otaqlı 62 saylı mənzil üzrə “xxxx” MMC ilə Cavabdeh6 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilənin xx xxxxxx 2018-ci il tarixdən ləğv edilməsi, həmçinin, həmin binanın yeni eskiz (2015-ci il) layihəsinə əsasən A (5-ci) blokunun İİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 6 saylı mənzilin (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 2 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun İİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 07 saylı mənzilin (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 03 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun İİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 15 saylı mənzilin (onunla “HAYAN-Е’’ ММС arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 7 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun İV mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 23 saylı mənzilin (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İİİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 11 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun V mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 31 saylı mənzilin (onunla “HAYAN-Е’’ ММС arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İV mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 15 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun X mərtəbəsində lahiyələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 70 saylı mənzilin (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İX mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 34 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun X mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 71 saylı mənzilin (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İX mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 35 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun Xİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 78 saylı mənzilin (onunla “HAYAN-Е’’ММС arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən X mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 38 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun Xİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 86 saylı mənzilin (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 42 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun Xİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 87 saylı mənzilin, həmin binanm A (5-ci) blokunun (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 43 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun Xİİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı saylı mənzilin (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xİİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı 46 saylı mənzilin), həmin binanın A (5-ci) blokunun Xİİİ mərtəbəsində layihələndirilərək inşa edilən ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı 95 saylı mənzilin (onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xİİ mərtəbədə nəzərdə tutulmuş ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı 47 saylı mənzilin) əlavə müqavilə dəyəri tələb edilməklə ona təhvil verilməsi barədə onunla 12 ədəd yeni müqavilənin bağlanması və qeyd edilən mənzillərin tikilib ona təhvil verilməsi vəzifəsinin və onun adına həmin mənzillərə mülkiyyət hüququ ilə əlaqədar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması üçün zəruri sənədlərin (payçı olduğu barədə ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, borcun olmadığı barədə arayış və s.) verilməsi vəzifəsinin Cavabdeh1” MTK-ya həvalə edilməsi, eləcə də, qeyd edilən binada layihə dəyişikliyi ilə bağlı ona verilməli olan mənzillərin ümumi sahəsinin 127,2 kv.m azalması ilə əlaqədar 127,2 kv.m sahənin bazar qiyməti olan 82680 manat məbləğində pulun Cavabdeh1 MTK-dan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunvericiliyin müddəalarına zidd və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6157/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən onun Cavabdeh1 MTK-ya qarşı mənzillərə dair müqavilələrin ləğv edilməsi, mənzillərin müqavilə qiymətinin və manatın dəyərdən düşməsi ilə əlaqədar pulun qaytarılması barədə iddiasının qismən təmin edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 5-ci blok 2 saylı, 34 saylı, 38 saylı, 42 saylı, 46 saylı, 47 saylı, 43 saylı, 35 saylı, 15 saylı, 7 saylı, 3 saylı və 11 saylı mənzillərin müqavilə (pay) qiyməti kimi ödənilmiş 276.641 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MTK-dan tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3148/2018 sayl, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-6157/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxımamış saxlanmışdır. O, cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1 MTK-ya və “xxxx” MTK qarşı bazar qiyməti ilə müqavilə qiyməti arasındakı fərqin ödənilməsi tələbi barədə xx.xx.2018-ci il tarixdə Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Daha sonra o, iddia tələbini bir neçə dəfə dəqiqləşdirərək cavabdehlər Cavabdeh1 MTK-ya və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, ləğv edilməsi, yeni müqavilələrin bağlanması, mənzillərin tikilib ona təhvil verilməsi, mənzillərin ümumi sahəsinin kvadrat metrlə azalması ilə əlaqədar bazar qiyməti ilə pul fərqinin ödənilməsi barədə iddia ərizəsinə əlavələrlə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış 12 ədəd müqavilələrə görə Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Rəsulzadə küçəsi, 1“A” saylı ünvanda inşa edilən köhnə eskiz layihəsinə (2006-cı il) görə 12 mərtəbəli yaşayış binasının A (5-ci) blokunun müvafiq mərtəbələrində ümumi sahəsi 111,4 kv.m olan 7 ədəd və ümumi sahəsi 103,8 kv.m olan 5 ədəd 3 otaqlı 02, 03, 07, 11, 15, 34, 35, 38, 42, 43, 46 və 47 saylı mənzilləri (yeni eskiz layihəsinə (2015) görə isə 06, 07, 15, 23, 31, 70, 71, 78, 86, 87, 94 və 95 saylı mənzilləri) tikib ona təhvil verilməsi üzrə “xxxx” MMC-yə və Cavabdeh1 MTK-nın öhdəlikləri olduğu halda, həmin hüquqi şəxslər tərəfindən adı çəkilən 12 ədəd mənzilləri (7 ədəd ümumi sahəsi 111,4 kv.m olan 3 otaqlı mənzilləri ümumi sahəsi 110,8 kv.m olan 3 otaqlı mənzillərə və 5 ədəd ümumi sahəsi 103,8 kv.m olan 3 otaqlı mənzilləri isə ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı mənzillərə çevirərək) tikib başqa fiziki şəxslərə təhvil verilməsi barədə müqavilələr bağlamışlar. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra pretenziyanın lazımi qaydada verilməsinə dair aidiyyəti tərəflər arasında mübahisə yarandıqda, bu məsələ işə baxan məhkəmə tərəfindən həll olunur. Əgər pretenziyanın lazimi qaydada verilməsinə dair aidiyyəti tərəflər arasında mübahisə yoxdursa, bu halda iddia ərizəsinin baxılmamış saxlanması yolverilməzdir, çünki qanunvericilikdə və ya müqavilə ilə tələb olunan hallarda mübahisənin məhkəmədənkənar həlli (pretenziya) qaydasına riayət olunmaması iddia ərizəsinin baxılmamış saxlanması üçün əsasdır. Hazırki mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında onun vəkillərinin (nümayəndəsinin), həmçinin Cavabdeh1 MTK-nın nümayəndəsinin izahatlarından aydın olur ki, müqavilə ilə tələb olunan hallarda mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydası üzrə o, (eyni zamanda onun məhrum həyat yoldaşı) əvvəllər “xxxx” MMC-nin, həmin cəmiyyət ləğv edildikdən sonra isə Cavabdeh1 MTK-nın ofisinə dəfələrlə gedərək adı çəkilən hüquqi şəxslərin rəhbərləri və səlahiyyətli şəxsləri ilə görüşərək danışıqlar aparmış və sözügedən 12 ədəd mənzillərin tikilib ona təhvil verilməsini tələb etmişdir. Lakin bu danışıqların heç bir nəticəsi olmamış və qeyd edilən 12 ədəd mənzillər tikilib ona təhvil verilməmişdir. Onunla “xxxx” MMC arasında xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış 12 ədəd müqavilələrdən irəli gələn öhdəliklərin “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh1MTK tərəfindən yerinə yetirilməsi ilə əlaqədar onunla Cavabdeh1 MTK arasında 2016-cı ildən indiyə qədər məhkəmə mübahisələri davam edir. Hazırki iş isə onun tərəfindən xx.xx.2018-ci il tarixdə Abşeron Rayon Məhkəməsində iddia qaldırması ilə başlanmışdır. Hazırda da həmin məhkəmə mübahisəsi davam edir. Bu xüsusatlar isə özü-özlüyündə onunla Cavabdeh1 MTK (əvvəllər “xxxx” MMÇ) arasında mübahisənin məhkəmədən kənar yolla həll edilməsi barəsində danışıqlar aparıldığını və həmin danışıqların heç bir nəticəsi olmadığını bir daha sübut edir. Göründüyü kimi, o, xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış 12 ədəd müqavilələr üzrə mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına riayət etmişdir və pretenziyanın lazımi qaydada verilməsinə dair aidiyyəti tərəflər olan o və Cavabdeh1 MTK arasında mübahisə yoxdur. Bundan başqa, onun adından nümayəndəsi tərəfindən iş üzrə xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasından dərhal sonra müqavilələrin etibarsız hesab edilməsi, ləğv edilməsi, yeni müqavilələrin bağlanması, mənzillərin tikililb ona təhvil verilməsi, mənzillərin ümumi sahəsinin kvadrat metrlə azalması ilə əlaqədar bazar qiyməti ilə pul fərqinin ödənilməsi tələbi barədə Cavabdeh1 MTK-ya müraciət edilmişdir. Cavabdeh1MTK-nın xx.xx.2020-ci il tarixli, 30/11 saylı cavab məktubu ilə onun tələblərinin yerinə yetirilməsindən imtina edilmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qərardadının ləğv edilməsini və mülki işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh1 MTK-nın nümayəndəsi X7 məhkəmə iclasında mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Məhkəmə iclasında cavabdeh-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh10 nümayəndəsi Vəkil şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh2, Xalıqova (Şahbazova) Lamiyə Xalıq qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, 2(012)-27/2020 saylı qərardadla iddia ərizəsini baxılmamış saxlayarkən iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsində nəzərdə tutulan mübahisənin qabaqcadan məhkəmədən kənar pretenziya qaydasına əməl edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 saylı qərarının 1.3-cü bəndinə əsasən ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Qarşılıqlı iddia ərizəsinin, iddia ərizəsində birləşən ayrı-ayrı tələblər üzrə ərizələrin, habelə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxslərin ərizələrinin baxılmamış saxlanılması istisna edilmir. Həmin qərarın 3-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikasının MPM-də ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuşdur. Digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Həmin qərarın 4.1-ci bəndində gğstərilmişdir ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər; Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. İş materiallarında “İcraçı” kimi “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2007-ci il tarixli müqavilələrin 7-ci bəndinə görə müqavilə üzrə mübahisələr yarandıqda tərəflər bunu danışıqlar yolu ilə həll edirlər. Əks halda mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmə yolu ilə həll olunur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi iddiaçı və iddiaçının ərinin Cavabdeh1 MTK-ya hazırki mübahisənin məhkəmədən kənar qaydada həll olunması ilə bağlı dəfələrlə müraciət etdiyini bildirmiş, Cavabdeh1 MTK-nın nümayəndəsi X7 da bunu təsdiq edərək izahatında göstərmişdi ki, İddiaçı və əri Cavabdeh1 MTK-ya hazırki mübahisənin məhkəmədən kənar qaydada həll olunması ilə bağlı dəfələrlə müraciət etmişlər. Göründüyü kimi, İddiaçı tərəfindən dəfələrlə hazırki mübahisənin məhkəmədən kənar qaydada həll olunması ilə bağlı Cavabdeh1 MTK-ya müraciət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Xalıqova (Şahbazova) Lamiyə Xalıq qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı müqavilənin etibarsız hesab olunması, müqavilənin ləğv edilməsi, mənzillərə mülkiyyət hüququ ilə əlaqədar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması ilə əlaqədar zəruri sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, bazar qiyməti ilə müqavilə qiyməti arasındakı fərqin ödənilməsi tələbinə dair mülki işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, iddiaçının hazırki tələblərlə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir, iddiaçının hazırki tələblərinə məhkəmə qaydasında baxılması mülki-prosessual qanunvericiliyin tələbləri baxımından mümkündür və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normanı düzgün tətbiq etməməklə iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-27/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Xalıqova (Şahbazova) Lamiyə Xalıq qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı müqavilənin etibarsız hesab olunması, müqavilənin ləğv edilməsi, mənzillərə mülkiyyət hüququ ilə əlaqədar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması ilə əlaqədar zəruri sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, bazar qiyməti ilə müqavilə qiyməti arasındakı fərqin ödənilməsi tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar