Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1237/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X22, X23, X28, Xaçmaz rayon 1 saylı Notariat Ofisi cəlb olunmaqla) vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X34 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-549/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. AZ-İİ seriyalı, 142528 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ürək-damar çatışmazlığı səbəbilə 21 dekabr 1995-ci ildə vəfat etmişdir.
2. AZ_İİ seriyalı 142527 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 miokardın degenerasiyası səbəbilə 08 iyun 2015-ci ildə vəfat etmişdir.
3. 11 avqust 2000-ci il tarixli X8 vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, X25 özünə məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evini, həyəyyanı torpaq sahəsini və özəl torpaq payını ölümündən sonra qızı Cavabdeh vəsiyyət etmişdir.
4. 29 iyul 2010-cu ildə tərtib olunmuş vəsiyyətnamənin surətindən müəyyən olunur ki, ünvan 1ində yaşayan X25 həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan ünvan 1ində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini Cavabdeh vəsiyyət etmişdir. Bundan başqa oğlu - İddiaçı vərəsəlik hüququndan məhrum etmişdir.
5. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, reyestrdə 2V-52 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 1i ünvanında yaşayan X9r. Şəhadətnamə verilən miras əmlak 113a nömrəli xx.xx.1999-cu il tarixdə X13 verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1ində yerləşən 1972-ci il tarixdə tikilən mərtəbəliyi 2, yaşayış otaqlarının sayı 4, ümümi sahəsi 169.4 kvm, yaşayış sahəsi 84.2 kvm, yardımçı sahəsi 85.2 kvm olan fərdi yaşayış evinin 1/12 hissəsindən ibarətdir.
6. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, reyestrdə 2V-53 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 1i ünvanında yaşayan X9r. Şəhadətnamə verilən miras əmlak Torpağın Mülkiyyət hüququna dair X13 verilmiş JN-2693 kodu 30209018 olan şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 1/12 hissəsindən ibarətdir.
7. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, reyestrdə 2V-54 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz 1 saylı DNK tərəfindən xx.xx.2010-cu ildə təsdiq edilən və reyestrdə 474 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi ünvan 1i ünvanında yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak 113a nömrəli xx.xx.1999-cu il tarixdə X13 verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1ində yerləşən 1972-ci il tarixdə tikilən mərtəbəliyi 2, yaşayış otaqlarının sayı 4, ümümi sahəsi 169.4 kvm, yaşayış sahəsi 84.2 kvm, yardımçı sahəsi 85.2 kvm olan fərdi yaşayış evinin 7/12 hissəsindn ibarətdir.
8. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, reyestrdə 2V-55 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz 1 saylı DNK tərəfindən xx.xx.2010-cu ildə təsdiq edilən və reyestrdə 474 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi ünvan 1i ünvanında yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Torpağın Mülkiyyət hüququna dair X13 verilmiş JN-2693 kodu 30209018 olan şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 7/12 hissəsindən ibarətdir.
9. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrinin 28 dekabr 2016-cı il tarixli, 5/1880 saylı arayışının surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X25, İddiaçı, Cavabdeh, X19, X22 və X23 fərdi yaşayış evi üzərində mülkiyyətçilərdir.
10. Torpağın mülkiyyətə verilməsinə dair JN-2693 kodu 30209018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, 30 dekbar 1996-cı il tarixli Aqrar İslahat Komissiyasının qərarına əsasən X25, İddiaçı, Cavabdeh, X19, X22 və X10 paylı mülkiyyətlərinə ünvan 1ində yerləşən 0.41 ha torpaq sahəsi verilmişdir.
11. ünvan 1i İƏD üzrə nümayəndəsinin 05 yanvar 2017-ci il tarixli 133 nömrəli arayışının surətindən müəyyən olunur ki, X25 xx.xx.1933-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 1ində yaşamış, orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: qızı - X22, oğlu – X28, oğlu - İddiaçı, qızı – X20, qızı – X23, qızı – Cavabdeh. Ölümündən sonra evi və təsərrüfatı qızı X20 idarə edir.
12. X19 tərəfindən Xaçmaz Notariat Kontoruna ünvanlanmış 18 yanvar 2017-ci il tarixli məktubdan müəyyən olunur ki, X19 anası X8 xx.xx.2015-ci il tarixli vəfatından sonra miras qalmış torpaq sahəsi və üzərində yerləşən yaşayış evindən vərəsə olan bacı və qardaşları X21, İddiaçı, X14 və X15 məcburi pay hüququ vərəsəlik şəhadətnaməsi, bacısı Cavabdeh isə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən Cavabdeh adına “Torpağın mülkiyyətə verilməsinə dair” X13 verilmiş JN-2693 saylı, 30209018 kodlu şəhadətnaməyə əsasən Yergüc kəndi ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsindən payının, habelə X4 miras qalmış hissədə payların müəyyən edilməsi, Yergüc kəndi ünvanında yerləşən 1972ci ildə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169.4 kv.m olan fərdi yaşayış evinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan paylarını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum anası X8 birinci növbəli vərəsəsi olaraq ondan miras qalmış yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün bu ilin iyun ayında Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciətinə cavab olaraq bildirmişdir ki, mərhum anasından miras qalmış evlə əlaqədar 2017-ci ildə Xaçmaz rayon 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və miras əmlaka cavabdehin adına vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra vəkil sorğusu ilə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2017- ci il tarixli, 2V-54 nömrəli vərəsəlik işinin surətini əldə etmişlər. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, X-749 nömrəli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Cavabdeh adına verilmiş şəhadətnamə üzrə xx.xx.1999-cu il tarixdə X13 verilmiş qeydiyyat vəsiqəsinə əsasən Yergüc kəndi ünvanında yerləşən 1972ci ildə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169.4 kv.m olan fərdi yaşayış evinin 7/12 hissəsinə Cavabdeh adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, evin 1/12 hissə olmaqla onun və üçüncü şəxslərin adına açıq saxlanılmış, üçüncü şəxslərdən X11 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2017-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Cavabdeh adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” X29ma verilmiş JN-2693 saylı, 30209018 kodlu şəhadətnaməyə əsasən Yergüc kəndi ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, torpaq sahəsinin 1/12 hissə olmaqla onun və üçüncü şəxslərin adına açıq saxlanılmış, üçüncü şəxslərdən X11 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat Ofisi vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri tərtib edərkən yalnışlığa yol vermiş, bütövlükdə 0.41 ha torpaq sahəsini vəsiyyət üzrə vərəsəliyin predmeti kimi qəbul etmişdir. Halbuki qeyd olunan torpaq sahəsi mərhum anası X25 ilə bərabər altı nəfərin birgə mülkiyyətidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2693 saylı, 30209018 kodlu şəhadətnaməyə və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, 5/1880 saylı arayışa əsasən mərhum anaları X25 ailə başçısı olmaqla X7, X5, X10, Cavabdeh və onun ümumi birgə mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndində 0.41 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsində mövcud olan 1972-ci ildə tikilmiş 2 mərtəbəli, 4 otaqlı, 169,4 kv.m ümumi sahəsi, 84,2 kv.m yaşayış sahəsi və 85,2 kv.m yardımçı sahəsi olan fərdi yaşayış evi tam olaraq mərhum anaları X8 adına qeydə alınmışdır. Torpaq sahəsində onun payı şəhadətnaməyə uyğun olaraq 0,068 ha təşkil edir. Mərhum anasından miras qalmış 1/12 hissəni də üstünə gəldikdə, yəni 0,034 ha hissəni üzərinə gəldikdə onun payı 0,10 ha təşkil edir. Habelə evdən, yəni 169,4 kv.m ümumi sahəsi olan evdən onun payı 1/12 hissədə 14,11 kv.m təşkil edir. Qeyd edir ki, torpaq sahəsinin özünə məxsus hissəsində yaşayış evi tikərək ailəsiylə birlikdə orada yaşayır. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən (mülkiyyət sənədinin alınıb-alınmaması ona məlum deyildir.) evin əsas mülkiyyətçisi olan Cavabdeh təklif etmişdir ki, evdən ona çatası 14,11 kv.m hissənin dəyəri olan 14000 (on dörd min) manat pulu rəsmi surətdə ona versin. Bu halda evdəki payından qanuna müvafiq olaraq imtina edəcək və yaxud bağışlama yolu ilə mülkiyyətindən çıxardacaqdır. Məlumat üçüncü şəxslərə də ünvanlanmışdır. Lakin heç bir cavab verilməmişdir.
15. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-549/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı, X6, X7 və X10 JN-2693 saylı, 30209018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsinin ümumi paydan hər birinə 1/6 hissəsinə və anaları X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə hər birinə 1/12 hissəsinə payları müəyyən edilsin. Cavabdeh JN-2693 saylı, 30209018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsinin ümumi paydan 1/6 hissəsinə və anası X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə 7/12 hissəsinə payın müəyyən edilməsi, X16 anası X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə 1/12 hissəyə payın müəyyən edilməsi, İddiaçı, X16, X6, X7 və X10 xx.xx.1999-cu il tarixdə X13 verilmiş 113a nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 1972-ci il tarixdə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümümi sahəsi 169.4 kv.metr, yaşayış sahəsi 84.2 kv.metr, yardımçı sahəsi 85.2 kv.metr olan fərdi yaşayış evinin 1/12 hissəsinə payların müəyyən edilməsi, Cavabdeh xx.xx.1999-cu il tarixdə X13 verilmiş 113a nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 1972-ci il tarixdə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümümi sahəsi 169.4 kv.metr, yaşayış sahəsi 84.2 kv.metr, yardımçı sahəsi 85.2 kv.metr olan fərdi yaşayış evinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi, 25 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təstiq olunmuş və reyestrdə 2V-54 nömrə və 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və 25 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş və reyestrdə 2V-52 nömrə və 2V-53 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Nərmin Abiyeva).
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1, 1133, 1134, 1139, 1143, 1145, 1146, 1151.1, 1151.2, 1159, 1193, 1194, 1195, 1203.2, 1222, 1231.1, 1243.2, 1243.3-cü maddələrinə, Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 59, 60-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(067)-549/2024 nömrəli qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
18. Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı, 29 mart 2024-ci il tarixli mülki iş üzrə iddiaçi İddiaçı iddia tələbini hansı əsasla və hansı qanunla digər vərəsələrin paylarının ayrılmasını məhkəmədən xahiş etmiş və məhkəmədə maraqlı olaraq gözlərini yumub rəsmi təsdiqli fakt olaraq, Xaçmaz 1 saylı Notariat ofisində vərəsəlik işi açılmış və miras əmlaka, cavabdeh X2 adına vərəsəlik haqqında Şəhadətnamələrə zıdd olaraq, məhkəmə sübutsuz, əsassız və qanunsuz hakimlik vəzifə səlahiyyətlərindən kənara çıxmaqla məhkəmə, iş üçün mühüm əhəmiyyət kəsb edən və tələb olunan sorğular aydiyyatı üzrə, Xaçmaz rayon Yergüc İƏD üzrə Nümayəndəliyinə, göndərilməsi təmin olunmamiş və iddiaçi İddiaçı, ona və onun ailəsinin adına, ünvan 5 ərazisində hər hansi bir yaşayış evinin və müvafiq torpaq sahəsinin mövcud olub-olmaması barədə və hal-hazırda faktiki olaraq harada yaşamasını və mərhumə X25 tərəfindən nə üçün miras əmlakından məhrum edilməsinə dair, rəsmi təsdiqli sübutlar tələb etməməsi faktı nəticəsində Xaçmaz rayon məhkəməsi və hakimi Nərmin Abdinova, Xaçmaz rayon məhkəməsinin 2(067)- 549/2024 saylı 29 mart 2024-ci il tarixli qətnaməsi ilə, xx.xx.1999-cu il tarixdə X13 verilmiş 113a nömrəli, Qeydiyyat Vəsiqəsinə əsasən, 2015-ci ildə vəfat etmiş mülkiyyətçi mərhumə X13 məxsus ünvan 5ində yerləşən 1972-ci ildə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169.4 kv,metr, yaşayış sahəsi 84.2 kv.metr, yardımçı sahəsi 85.2 kv.metr olan fərdi yaşayış evinin bir otağını faktiki mövcud 1-ci dərəcəli vərəsələrə hədə-qorxu yolu ilə, əgər şikayət etsələr öldürəcəyi ilə, hədələməklə qanunsuz özbaşına qapısını açarla qifillamış və yaşamadan zəbt etməsi faktının aşkarlanmasını araşdırmamışdır?. ( Xaçmaz RİHB-nin, Yergüc kənd İƏD üzrə Nümayəndəliyin tərtib edilmiş Kommisiyasi tərəfindən çəkilmiş şəkillər apellyasiya şikayətinə əlavə edilmişdir) Xaçmaz rayon məhkəməsinin 2(067)- 549/2024 saylı 29 Mart 2024-ci il tarixli qətnaməsi üzrə İddiaçı, 2015-ci ildə vəfat etmiş mülkiyyətçi mərhumə X4 miras qalan 0.068 ha torpaq sahəsini 2015-ci ildən hal-hazıra kimi, 70%-ni, əsassiz, sənədsiz, qanunsuz zəbt etmiş və sözügedən torpaq sahəsi üzərində böyük ev tikmiş və hal-hazıra kimi, 2015-ci ildə vəfat etmiş mülkiyyətçi mərhumə X13 məxsus bir təsərrüfat olaraq orada ailəvi yaşaması faktı aşkarlanmışdır. Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 mart 2024-ci il tarixli qətnaməsi üzrə iddiaçi İddiaçı məhkəmədən gizlədilmiş və zorla özbaşına qanunsuz zəbt etmiş məcburi vərəsəlik payı əldə etdiyi halda, Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 mart 2024ci il tarixli qətnaməsi ilə, ikinci dəfə təkrar məhkəmə hansı əsasla, hansı qanunla, hansı sübutla, hansı maraqla, hansı məqsədlə və hansı rəsmi təsdiqli sənədlər əsasında, sübutu əsassız və qanunsuz saxta vərəsəlik hüququ əldə etməsinə dair, qanunsuz olaraq iddiaçıya saxta ikinci dəfə mülkiyyət və vərəsəlik hüququ müəyyən etməklə iddiaçını dəstəkləmiş və məhkəmə vəzifə salahiyyətlərindən kənara çıxmaqla yanaşı digər vərəsələrin qanun üzrə vərəsəlik hüquqlarına zidd olaraq, Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 Mart 2024-ci il tarixli qətnaməsi üzrə İddiaçı sübutsuz - saxta iddia tələbi qismən təmin edilmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 Mart 2024-ci il tarixli mülki iş üzrə iddiaçi İddiaçı hansı əsasla və hansı qanunla Cavabdeh qizının, X16, X12, X17 və X18 adına vərəsəlik hüququ haqqında, Xaçmaz bir saylı Notariat ofisi tərəfindən mərhum anası X4 miras qalmış evlə əlaqədar, 2017-ci ildə Xaçmaz 1 saylı Notariat ofisində vərəsəlik işi açılmış və miras əmlaka, cavabdeh X2 adına vərəsəlik haqqında şəhadətnamələr verilməsi faktına zidd olaraq məhkəmə və hakim hansı əsasla, hansı qanunla, hansı sübutla, hansı maraqla, hansı məqsədlə təkrar digər vərəsələrin qarşılıqlı iddia ərizələri olmadan onlara mülkiyyətin və vərəsəlik paylarının müəyyən edilməsinə dair, məhkəməyə və hakimə rəsmi müracətləri olmadan, hakim digər tələb irəli sürməyən vərəsələrin konstitusion və mülkiyyət hüquqlqarı kobud sürətdə pozmaqla açıq-aşkar taptalamış və bununla Xaçmaz 1 saylı Notariat ofisinin rəsmi təsdiqli sənədlərinə zidd olaraq, vərəsəlik paylarınn müəyyən edilməsini əsassız və qanunsuz təkrar qətnamədə rəsmiləşdirmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 mart 2024-ci il tarixli mülki iş üzrə İddiaçı tərəfindən 2014/2015-ci illərdə, mülkiyyətini X27 birinci dərəcəli vərəsələri, Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 Mart 2024-ci il tarixli mülki iş üzrə Cavabdeh, X16, X6, X7 və X10 vərəsəlik hüquqlarına qarşı mülkiyyətçi X4 miras qalan 0.068 ha torpaq sahəsinin yarıdan çox hissəsini hədəqorxu yolu ilə, qanunsuz özbaşına zəbt etmiş və sözügedən torpaq sahəsi üzərində digər vərəsələrin iqtisadi köməkliyi ilə, 2015-ci ildə, hər bir şəraiti olan böyük yaşayış evi tikmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 mart 2024-ci il tarixli qətnaməsi üzrə iddiaçi İddiaçı məhkəmədən gizlədilmiş və zorla özbaşına qanunsuz zəbt etmiş məcburi vərəsəlik üzrə, mülkiyyətçi X4 miras qalan 0.068 ha torpaq sahəsinin yarıdan çox hissəsini hədə-qorxu yolu ilə, qanunsuz özbaşına zəbt etməklə və 2015-ci ildə tikilmiş ev daxil olmaqla, rəsmi təsdiqli subut faktı olaraq, Xaçmaz rayon Yergüc İƏD üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 27 may 2024-cü il tarixli aktla müəyyən edilmiş məcburi vərəsəlik üzrə, paylı mülkiyyətçidir?. (Xaçmaz rayon Yergüc İƏD üzrə Nümayəndəliyi tərəfindən, tərtib edilmiş 27 may 2024-cü il tarixli akt - rəsmi təsdiqli subut faktı olaraq, Apellyasiya şikayətinə əlavə edilmişdir ) Xaçmaz rayon məhkəməsinin 2(067)- 549/2024 saylı 29 mart 2024-ci il tarixli mülki iş üzrə qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən, 1972-ci ildə tikilən iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169,4 kv.m olan fərdi yaşayış evinin əsas mülkiyyətçisi olan Cavabdeh təklif etmişdir ki, ünvan 5 ünvanında yerləşən, 1972-ci ildə tikilən iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169,4 kv.m olan fərdi yaşayış evindən ona çatası 14.11 kv.m hissəsinin dəyəri olan 14.000 (on dörd min) manat pulu rəsmi sürətdə ona versin. Xaçmaz 1 sayli Notariat ofisinin xx.xx.2023-cü il tarixli, X-749 məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Cavabdeh adına verilmiş Şəhadətnamə üzrə xx.xx.1999-cu il tarixində, Cavabdeh adına verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 5 ünvanında yerləşən, 1972-ci ildə tikilən iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169,4 kv.m olan fərdi yaşayış evinin 7/12 hissəsinə, Cavabdeh adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, evin 1/12 hissə olmaqla onun və üçüncü şəxslərin adına açıq saxlanılmış, üçüncü şəxlərdən X11 qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Xaçmaz 1 sayli Notariat ofisinin xx.xx.2017-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Cavabdeh adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, torpağın mülkiyyətə verilməsinə dair, cavabdeh X13 verilmiş JN-2699 sayl, 30209018 Kodlu Şəhadətnaməyə əsasən, ünvan 5 ərazisində yerləşən, mülkiyyətçi mərhum X13 məxsus 0.41 ha torpaq sahəsinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, torpaq sahəsinin 1/12 hissə olmaqla onun və üçüncü şəxlərin adına açıq saxlanmış, üçüncü şəxslərdən X11 qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdir ki, ünvan 5 ünvanında yerləşən, 1972-ci ildə tikilən iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169,4 kv.m olan fərdi yaşayış evinin əsas mülkiyyətçisi olan Cavabdeh təklif etmişdir ki, ünvan 5 ünvanında yerləşən, 1972-ci ildə tukilən iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169,4 kv.m olan fərdi yaşayış evindən qanunsuz zəbt etdiyi bir otaq üçün ona çatasi 14.11 kv.m hissəsinin dəyəri olan 14.000 ( on dörd min ) manat pulu rəsmi sürətdə ona verməsini məhkəmə araşdırmamışdır. Bu halda Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 mart 2024-ci il tarixli mülki iş üzrə iddiaçi Xaçmaz RİHB-nin, Yergüc kənd İƏD üzrə Nümayəndəliyin ailə-təsərrüfat kitabında, mülkiyyətçi X13 məxsus, 1972-ci ildə tikilən, iki mərtəbəli, dörd yaşayış otaqlarından ibarət ümumi sahəsi 169.4 kv.m.yaşayış sahəsi və 84.2 kv.m. yardımçı sahəsi və 85.2 kv.m. olan fərdi yaşayış evdəki paydan imtina edəcək və ya, bağişlama yolu ilə mülkiyyətdən çıxacaqdır. Beləliklə, Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı, 29 mart 2024-ci il tarixli qətnaməsi üzrə, iddiaçı olmuş İddiaçı tərəfindən, Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 mart 2024-ci il tarixli Qətnaməsi üzrə, cavabdeh olmuş Cavabdeh qarşı, Azərbaycan Respublikasi İXM-nin, 13-cü maddəsi ilə inzibati xəta törətməklə yanaşı, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddəsi ilə, ünvan 5 ünvanında yerləşən, mülkiyyətçi 2015-ci ildə vəfat etmiş mərhumə X13 məxsus, 1972-ci ildə tikilən, iki mərtəbəli, dörd yaşayış otaqlarından ibarət ümumi sahəsi 169.4 kv.m. yaşayış sahəsi və 84.2 kv.m. yardımçı sahəsi və 85.2 kv.m. olan, fərdi yaşayış evinə və sözügedən mülkiyyətin digər vərəsələrin paylarına və vərəsəlik hüquqlarına zidd olaraq saxta sənədlərlə təkrar ikinci dəfə saxta məcburi pay almaq adı altında vərəsəlik payına qarşı cinayət törətməsi faktını qaçılmaz edir. Ona görə də, Xaçmaz rayon məhkəməsinin 2(067)-549/2024 saylı 29 mart 2024-ci il tarixli qətnaməsi üzrə, iddiaçi İddiaçı tərəfindən məhkəmədən gizlədilmiş və zorla özbaşına qanunsuz zəbt etmiş məcburi vərəsəlik üzrə, mülkiyyətçi X4 miras qalan 0.068 ha torpaq sahəsinin yarıdan çox hissəsini hədə-qorxu yolu ilə, qanunsuz özbaşına zəbt etməklə və 2015-ci ildə tikilmiş ev daxil olmaqla, sözügedən torpaq sahəsi yerində ekspertə göstərilməklə həmin torpaq sahəsi ümumi paydan çıxıldıqdan sonra yeni bölgü barədə ekspert rəyi alınmalıdır. Bundan sonra qanunamüvafiq olaraq naturada bölgü aparıla bilər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.
21. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 apellyasiya şikayətin təmin edilməsini xahiş etmişdir.
23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X14, X21, Xaçmaz rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.
24. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
28. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Cavabdeh apellyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-549/2024 nömrəli qətnaməsini ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahış etsə də, məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi yalnız apellyant Xuraman Şıxəmirovaya aid hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Xuraman Şıxəmirovaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. İşin hallarına görə ünvan 1ində yaşayan miras qoyan X25 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Miras qoyanın vəfatından sonra uşaqları X22, X28, İddiaçı, X20, X23, Cavabdeh vərəsələri qalmışdır. X8 11 avqust 2000-ci il tarixli vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, miras qoyan özünə məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evini, həyəyyanı torpaq sahəsini və özəl torpaq payını ölümündən sonra qızı Cavabdeh vəsiyyət etmişdir.
43. İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir.
44. Birinci instansiya məhkəməsi qətnaməsi ilə Cavabdeh Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsinin ümumi paydan 1/6 hissəsinə və anası X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə 7/12 hissəsinə payı müəyyən edilmiş, həmçinin Cavabdeh Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümümi sahəsi 169.4 kv.metr olan fərdi yaşayış evinə 7/12 hissəsinə miras payı müəyyən edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsina dair iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
45. Göründüyü kimi, miras əmlaka Xaçmaz rayonunun Yergüc kəndində yerləşən fərdi yaşayış evi və Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsinin ümumi paydan 1/6 hissəsi təşkil edir. Birinci instansiya haqlı olaraq fərdi yaşayış evinin üzərində digər vərəsələrin məcburi payları nəzərə alınmaqla, Cavabdeh həmin evə 7/12 hissəsinə payını müəyyən etmişdir. Eyni zamanda, Xaçmaz rayon Məhkəməsi düzgün olaraq Cavabdeh 0.41 ha torpaq sahəsi üzərində 1/6 hissəsinə mülkiyyət hüquqularını nəzərə alaraq, torpaqda yalnız miras qoyanın payını vərəsələr arasında vəsiyyətnamə üzrə bölüşdürmüşdür.
46. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayətinin dəlillərində apellyant İddiaçı anası tərəfindən vəsiyyətnamədə vərəsəlik hüququndan məhrum olunmasına istinad etmişdir. Əvvəla bununla bağlı kollegiya qeyd edir ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin xüsusi prosedurunu müəyyən etmişdir.
47. Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Odur ki, iş üzrə iddiaçının vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar müəyyən olunmadığından, həmin dəlil əsaslı hesab oluna bilməz.
48. Şikayətin digər dəlili ondan ibarət olmuşdur ki, İddiaçı anasından miras qalan 0.068 ha torpaq sahəsinin yarıdan çox hissəsini qanunsuz özbaşına zəbt etmiş və orada yaşayış evi tikmişdir. Kollegiya həmin dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil miras əmlaka məcburi paylar nəzərə alınmaqla vəsiyyət üzrə mirasın bölüşdürməsinə mane omur. Əgər gələcəkdə hər hansı mülkiyyət hüququ pozularsa tərəflərin məhkəməyə müraciət etmək hüququ istisna edilmir.
49. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin Xuraman Şıxəmirovaya aid hissədə gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tamamilə uyğun olması, prosessual normaların pozulmasına yol verilmədiyi müəyyən edilmişdir.
50. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
51. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin Xuraman Şıxəmirovaya aid hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
52. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-549/2024 nömrəli qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-549/2024 nömrəli qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.