Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-124/2024 03.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh Heydər oğluna qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-431/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC cavabdehlər X3 və Cavabdeh Heydər oğluna qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105NFPK kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit üzrə cəmi 8036.83 (səkkiz min otuz altı manat, 83 qəpik) manat, bundan 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176.83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz və 0,16 (0 manat 16 qəpik) manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100.36 (yüz manat 36 qəpik) manat dövlət rüsumunun cavabdeh X1 Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğluna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X1 Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 105NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, qeyd olunan kredit müqaviləsi üzrə 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (0 manat 16 qəpik) manat cərimə borcunun, eləcə də ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,36 (yüz manat 36 qəpik) manat dövlət rüsumlarının mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğluna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin sonrakı ipoteka müqaviləsində qeyd olunduğu kimi 40000 (qırx min) olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin yuxarıda qeyd olunmuş borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-431/2023 nömrəli qərardadı ilə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh Heydər oğluna qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dаir iddiasının cavabdeh X2 münasibətdə baxılmamış saxlanılması, iddiaçıya cavabdehin vərəsələrinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-431/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 105NFPK nömrəli kredit müqaviləsi üzrə 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (0 manat 16 qəpik) manat cərimə borcunun, eləcə də ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,36 (yüz manat 36 qəpik) manat dövlət rüsumlarının mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğluna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 66.400 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, qiymətləndiricinin rəyi üzrə 350 manatın məhkəmə xərci olaraq 150 manatı iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-dən, 200 manatı da Cavabdeh Heydər oğlundan tutulub “X8” MMC-nin hesabına keçirilməsi qət edilmişdir (hakim C.Səfiyeva). İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-431/2023 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin 66400 manat müəyyən edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə ümumiyyətlə anlaşılan deyil. Əvvəla ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanılmış 17 sentyabr 2019cu il tarixli sonrakı ipoteka müqaviləsində ipoteka predmeti olan daşınmaz əmlakın dəyəri 40000 (qırx min) manat müəyyən edilmişdir. Tərəflər məhz bu qiymətin ipoteka predmetinin ilkin satış qiyməti olması ilə bağlı razılığı gəlmiş və bunun da əsasında Abdullayev Ceyhun Əlizadə oğluna kredit ayrılmışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 13-cü maddəsi ekspertin vəzifələrini təsbit edir. Həmin vəzifələrdən ən önəmlisi odur ki, ekspert təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmalı və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməlidir. Necə ola bilər ki, 2019-cu ildə bazar dəyəri 40000 manat olmuş daşınmaz əmlakın likvid dəyəri cəmi 4 il sonra 66400 manat olsun?! İş materillarından da, qətnamədən də göründüyü kimi, ipoteka predmetində heç bir yaxşılaşdırma aparılmamış, onun konstruksiyasında hər hansı əhəmiyyətli dəyişiklik aparılmamışdır. Aydın məsələdir ki, “İpoteka haqqında” qanunun 1.0.9-cu bəndinə görə, ipoteka predmetinin ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğunolaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir və adətən əmlakın likvid qiyməti onun bazar qiymətindən bir qədər aşağı olur. Hətta bu halı və 5 il ərzində baş vermiş inflasiya faizlərini nəzərə alsaq belə ipoteka predmetinə qoyulmuş 66400 manat qiymət belə absurd görünür. Ekspert rəyi məntiqdən kənardır və məhkəmə bu hala formal yanaşmamalı, ciddi araşdırma aparmalı idi. iş materillarındangörünür ki, ipoteka müqaviləsində göstərilən qiymətlə qiymətləndirmə rəyində qeyd edilən qiymət arasında kifayət qədər böyük fərq var. İpoteka predmetinin ilkin satış qiymətləri arasındakı fərq isə ümumiyyətlə ekspertin öz vəzifələrinə qeyri-ciddi yanaşmasına işarədir. Belə olan məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün alternativ rəylər almalı, təkrar ekspertiza keçirməli idi. Ekspert rəyinin ağlabatan olmaması aşkardır və belə olan məhkəmə toplanmış sübutları öz mülahizəsinə əsasən qiymətləndirə bilərdi. Bəzi məsələlərdə ümumiyyətlə ekspertizanın təyin olunmasına lüzum olmamışdır. Məsələn, ipoteka predmetinin ilkin satış qiyməti məsələsində ziddiyyət mövcuddur. İpoteka müqaviləsindəki qiymət də daxil olmaqla ipoteka predmetinə ümumilikdə 2 dəfə bir-birindən kəskin şəkildə fərqlənən qiymət qoyulmuşdur. Birinci instansiya məhkəməsi isə yalnız sonuncu qiymətləndirmə rəyini əsas götürmüşdür. Qeyd edək ki, nə “İpoteka haqqında” qanunda, nə də prosessual qanunvericilikdə məhz “sonuncu ekspert rəyi daha mötəbər sübutdur” deyə bir norma yoxdur. “Məhkəmələr və hakimlər haqqında” qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hakimin qərar çıxararkən sərbəst daxili inamı ona əsaslanır ki, iş materiallarında eyni məsələ ilə bağlı bir neçə bir-birini təkzib edən sübut varsa, hakim həmin sübutları ümumiləşdirib azad surətdə qiymətləndirməli və yekun qərar qəbul etməlidir. Abşeron rayon Məhkəməsinin sübutların tədqiqinə formal yanaşmışdır. Əmlakın qiymətləndirilməsi aparılarkən iddiaçı tərəf olaraq LPO İddiaçı ASC-yə ümumiyyətlə məlumat verilməmişdir. Halbuki işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Nəticə etibarilə belə təəssürat yaranır ki, ekspert ümumiyyətlə ipoteka predmetinə baxış keçirməmiş və yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də internetdəki elan saytları vasitəsilə əmlaka qiymət qoymuşdur. Bu da peşəkar qiymətləndirmə fəaliyyətinə ziddir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı xx.xx.2022-cü il tarixdə cavabdehlər X2 və Cavabdeh Heydər oğluna qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh X3 xx.xx.2021-ci il tarixdə öldüyündən birinci instansiya məhkəməsi ona münasibətdə baxılmamış saxlanılmışdır. Apellyasiya baxışı zamanı “Elektron Məhkəmə” Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh artıq ölmüşdür. Belə olan halda, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia məhkəmə icraatına qəbul edilməməlidir. Lakin birinci instansiya məhkəməsi yanlış olaraq iddia ərizəsini icraata qəbul etmiş və ölmüş şəxs barəsində qətnamə çıxarmışdır. Bu hal isə həmin şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılması üçün deyil, qeyd olunan cavabdehə aid hissədə iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur. Başqa sözlə, artıq iddia mülki hüquq qabiliyyəti olmayan, yəni artıq məhkəmədə cavabdeh ola bilməyən ölmüş şəxslərə qarşı qaldırıldığından hazırkı qaydada verilmiş iddia tələbi üzrə mülki işə məhkəmədə baxıla bilməz. Belə halda iddia icraata qəbul oluna bilməz, qəbul olunduğu halda isə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddənin tələblərinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264, 402.2 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-431/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-124/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-124/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver