Məhkəmə qərarları › İş №2(105)-1242/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1242/2021

22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1242/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3 oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X1) nümayəndəsi və vəkili X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qərardadından maraqlı şəxs DƏDRX-nin 5 saylı X6 verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qərardadı ilə (hakim İ.A.Məmmədov) Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı X6 verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X8 şikayət verərək qərardadın ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(027)-1270/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontorunun xüsusi notariusu X5 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ Ns ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X1) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X8 qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(105)- 2805/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı X8 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilib, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs DƏDRX-nin 5 saylı X8 verdiyi şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili B.F.Məmmədov şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 5 saylı X8 və Quba rayon notariat kontoruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 5 saylı X8 və Quba rayon notariat kontorunun nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətini geri qaytararkən göstərmişdir ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən DƏDRXnin 5 saylı X8 apelyasiya şikayəti verərək 20 manat dövlət rüsumu ödənilmiş, lakin bu ödənişin təyinatı üzrə ödənildiyi iş materiallarından görünmür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 317 saylı ödəniş tapşırığından görünür ki, DƏDRX-nin 5 saylı X8 tərəfindən apelyasiya şikayətinin verilməsinə görə dövlət büdcəsinə 20 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı DƏDRX-nin Ərazi İdarələri tərəfindən aparıldığından qəbul olunmuş məhkəmə qətnaməsi DƏDRX-nin Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətini geri qaytararkən prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 2(027)-1270/2020 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 5 saylı X6 verdiyi apelyasiya şikayəti icraata qəbul edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: DƏDRX-nin 5 saylı X6 verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 2(027)-1270/2020 saylı qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 5 saylı X6 verdiyi apelyasiya şikayəti icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar