Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1242/2023 15.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: 4000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı1 vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi X5 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 2(027)-196/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “4000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd) min manat kompensasiya ödənilməklə Quba şəhəri, Sabir küçəsi, 37 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların mülkiyyətində Quba şəhəri, Sabir küçəsi, 37 ünvanında ümumi sahəsi 94,3 kv.m. olan 2 mərtəbəli, 4 otaqlı paylı mülkiyyətdə olan yaşayış evi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin verdiyi seriya RX № 0281769, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa görə fərdi yaşayış evinin ½ hissəsi İddiaçı1, 1/2 hissəsi isə 2001-ci ildən 2009-cu ilə kimi atası Didari Məmmədəli ilə rəsmi nikahda olan analığı İddiaçı2 mülkiyyətindədir. Həmin yaşayış evində onların razılığı ilə qardaşı X6 və keçmiş həyat yoldaşı Cavabdeh və sonuncunun oğlu X11 yaşamışlar. Quba Rayon Məhkəməsinin 2(027)-1659/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh və X7 3000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 evə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və onlardan 20000 manat kompensasiya tələb etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2019cu il tarixli 2(105)4320/2019 nömrəli qətnaməsinə əsasən, Quba Rayon məhkəməsinin 2(027)-1659/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh X2 3000 manat kompensasiya verilməklə yaşayış evindən istifadə hüququnun itirilməsi hissəsində ləğv edilmiş, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdehə təklif olunan 3000 manat kompensasiya məbləği sonuncunun davamlı şəkildə başqa mənzildə kirayədə yaşamasına kifayət deyil. Hazırki iddia üzrə Cavabdeh ayrıca olaraq 4000 (dörd min) manat kompensasiya ödəməklə onlara məxsus yaşayış evindən istifadə hüququna xitam verilməsini barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdehin təqsiri üzündən İddiaçı1 mülkiyyətində olan yaşayış evində yaşamaqdan məhrum olaraq 2009-cu ildən Quba şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamaqla ziyana düşmüşdür. Son üç ildə 2018-ci ilin avqust ayından 2021-ci ilin iyun ayınadək ünvan 2 ünvanda yerləşən və Cəfərov Xaliqə məxsus evdə kirayədə yaşayaraq hər ay 150 manat kirayə haqqı ödəməklə 5100 manat, 2021-ci ilin iyul ayından hal-hazıra kimi Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində Gülnarə Mirzəyevaya məxsus yaşayış evində kirayədə yaşayır. 2022-ci ilin oktyabr ayı da daxil olmaqla hər ay 150 manat kirayə haqqı ödəməklə 2250 manat kirayə haqqı ödəmiş və ödəməkdə davam etmişdir. O cümlədən mülkiyyət sahibi İddiaçı2 həmin evdən ona düşən 1/2 pay mənzil sahəsindən istifadə edə bilmir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin 2(027)-196/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 4.000 (dörd min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 3 fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi, onun həmin mənzildən çıxarılması qət edilmişdir (hakim Vüqar Seyidov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir, “Azərittifaq” Quba rayon istehsal istehlak kooperativinin hesabatı ilə ünvan 3 fərdi yaşayış evinin aylıq kirayə haqqı isə 100-250 manat müəyyən edilmişdir. Cavabdeh mübahisəli mənzildə əvvəllər da yaşamış, istifadə hüquqları yarandıgından evin hazırki mülkiyyətçiləri yəni, iddiaçılar qanunla onlara verilmiş hüquqlarından istifadə edərək cavabdehin istifadə hüquqlarına kompensasiya vermək yolu ilə xitam verilməsi və onun mənzildən çıxarılması barədə iddia qaldırmaq hüququndan istifadə etmişlər
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.1. və 228.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 196/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləği, onun, iddiaçıların mülkiyyətində olan fərdi evə istifadə hüququna xitam üçün adekvat məbləğ sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarına istinad edərək mövqeyini belə əsaslandırıb ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Bu qəbildən olan işlərə baxılarkən istifadə hüququna xitam verilən şəxsin başqa mənzildə yaşaması üçün hansı müddət çərçivəsində kompensasiyanın ödənilməsi məsələsi araşdırılmalı və bu hala uyğun olaraq təklif edilən kompensasiyanın yetərliliyinə qiymət verilməlidir. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məsələlərə düzgün hüquqi qiymət verilməsi üçün isə birinci növbədə istifadə hüququna xitam verilən şəxsin iddia tələbinə münasibətdə hüquqi statusu müəyyən olunmalıdır. Belə ki, bu barədə tələbin verilməsi cavabdehə münasibətdə onu ehtiva edir ki, 2000-ci il tarixdən sonra evə köçürülərkən və kompensasiya verilməklə onların hüquqlarına xitam verilməsinə dair iddia olmasaydı cavabdehin evə yaşamaq hüququ daimi xarakter daşıyacaqdı. Göstərilən kriteriyaya əsasən müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən şəxs bu müddət çərçivəsində özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmələr tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yəni faktiki olaraq həmin şəxslərin istifadə hüquqlarının məhkəmə qaydasında pozulması ilə nəticələnir. Övladlarının (hansı ki, onlardan evli olanı var və özünün ailəsi ilə bu evdə yaşayılar) yeganə yaşayış yeri olan bu ev, yəni Quba şəhəri, Sabir küçəsi, 37 ünvanında yerləşən fərdi yaşayış evi hələ iddiaçıların mülkiyyətində olmadığı vaxtdan, yəni X1 mülkiyyətində olduğu vaxtdan onların istifadəsindədir. İddiaçıların vərəsəlik qaydasında mülkiyyətinə keçən bu evdə, onun vəfat etmiş ərinin, uşaqlarının atası mirasqoyanın oğlu X4 da payı var və o, mirası faktiki qəbul edən vərəsələrdən biridir. Əfsuslar olsun ki, mirası faktiki qəbul etsə də payına düşən hissəni adına keçirmədən 05 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda onlar, yəni o və övladları onun payına düşən miras paya iddialıdır və bu barədə müvafiq işlərin görülməsinə başlanmışdır. Birinci instansiya məhkəməsi, iş üzrə nəticəsini əsaslandığı ekspert rəyi, nəinki fərdi evə baxış keçirilmədən verilmişdir, hətta ümumiyyətlə rəyi veiən qurum bu sahənin mütəxəssisibelə deyil. Adından da göründüyü kimi, Quba rayon X3 (Azərittifaq) mənzillərin kirayə qiymətləri, dəyəri barədə qiymət verən qurum deyil. Bundan fərqli olaraq onun tərəfindən məhkəməyə mütəxəssi rəyi təqdim edilmişdir ki, həmin rəydə evin kirayə qiymətinin 500- 600 manat civarında dəyişdiyi bildirilir və bu həqiqətən də Quba şəhəri üzrə yaşadığı fərdi ev tipli yaşayış sahələri üçün tam uyğun qiymətdir. Lakin real kirayə dəyərini müəyyən edən mütəxəssis rəyini məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə, bütün real vəziyyətə göz yumaraq onun fərdi evə olan hüququna 4000 (dörd min) manat müqabilində xitam qərarını verməklə evdən çıxarılmağına qət edən qətnamə qəbul etmişdir. İddiaçılar 4000 manat kompensasiya müqabilində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmişlər və məhkəmə də bu məbləği evdən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçılar tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 1982-ci ildən mübahisəli evdə yaşayır. Həmin evdə 3 övladı doğulub. Bir neçə il sonra yarım əsr olacaq ki, həmin evdə yaşayır. 4000 manat da, 6000 manat da həmin evdən çıxmağı və normal yaşayış yeri tapmağı üçün çox azdır. Evin qiymətləndirməsini qiymətləndirməylə əlaqəsi olmayan kooperativ həyata keçirib. Ona verilən kompensasiya 5 ilin kirayə haqqını ödəməlidir. Verilən məbləği 5 ilə böldükdə aylıq 80 manat edir. 20000 manat verilsə, evdən çıxar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-196/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş üzrə ekspertiza təyin olunmalı, anasının yaşadığı evin kirayə dəyəri müəyyən olunmalı, kompensasiya bundan sonra hesablanmalıdır. Apellyasiya şikayətini müdafiə edir, onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-196/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, təmsil etdiyi şəxslə danışmış və kompensasiya məbləğini 6000 manata qaldırmışdır. Müvəkkili özü onkoloji xəstədir. Amma bacıları ona kompensasiya ödəməyə kömək edəcəklər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-196/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını edilməsini xahiş edir.
13. .Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı2i məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
14. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin verdiyi seriya RX № 0281769, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışdan görünür ki, ünvan 3 fərdi yaşayış evinin ½ hissəsi İddiaçı1, 1/2 hissəsi isə İddiaçı2 mülkiyyətindədir.
21. İşin materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 569 saylı arayışından görünür ki, İddiaçı1 ünvan 3 ünvanda qeydiyyatdadır.
22. İşin materiallarında olan Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 186 saylı arayışından görünür ki, İddiaçı2 Quba rayonu, Timiryazev kəndində yaşayır.
23. İşin materiallarında olan “Azərittifaq” Quba rayon istehsal istehlak kooperativinin məhkəmənin sorğusuna cavab məktubundan (xx.xx.2023-cü il tarixli 11 nömrəli) görünür ki, Quba şəhərində kirayə qiymətləri mənzil şəraitindən, yerləşdiyi ərazidən asılı olaraq 100-250 manat arasında dəyişir.
24. İşin materiallarında olan “İdeal-house” dəyərləndirmə kompaniyasının xx.xx.2023-cü il tarixli, 01-23/02 nömrəli arayışından görünür ki, ünvan 3 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla bazar qiyməyi 100.000- 120.000 manat, kirayə qiyməti isə 400-500 manat civarındadır.
25. İşin materiallarında olan alğı-satqı agentliyinin arayışından görünür ki, ünvan 3 fərdi yaşayış evi aylıq kirayəsi 450 manat dəyərindədir.
26. İşin materiallarında olan Quba Rayon məhkəməsinin 2(027)-1659/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və X7 3000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 evə istifadə hüquqları itirilmiş hesab edilmişdir.
27. İşin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(105)-4320/2019 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1659/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh X2 3000 manat kompensasiya verilməklə yaşayış evindən istifadə hüququnun itirilməsi hissəsində ləğv edilmişdir.
28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir, Azərittifaq Quba rayon istehsal istehlak kooperativinin hesabatı ilə ünvan 3 fərdi yaşayış evinin aylıq kirayə haqqı isə 100-250 manat müəyyən edilmişdir. Cavabdeh mübahisəli mənzildə əvvəllər da yaşamış, istifadə hüquqları yarandıgından evin hazırki mülkiyyətçilərin, yəni iddiaçılar qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin istifadə hüquqlarına kompensasiya vermək yolu ilə xitam verilməsi və onun mənzildən çıxarılması barədə iddia qaldırmaq hüququndan istifadə etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, işin bütün faktiki hallarını və təklif olunan kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin adekvat əvəzi olub-olmamasına dair işin bütün faktikin hallarını araşdırmamışdır.
30. Birinci instansiya məhkəməsinin 4000 manat məbləğində pul vəsaitinin cavabdehə davamlı surətdə və uzun müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsinə istinad etməklə iddia tələbini təmin etməsini məhkəmə kollegiyası düzgün olmayan nəticə kimi qiymətləndirir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı olsa da, onun cavabdehə təklif etdiyi 4000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.
32. Bununla yanaşı işə apelyasiya qaydasında baxılarkən İddiaçı1 vəkili Vəkil1 təklif edilən kompensasiya məbləğini 6000 manata qaldırdığını bildirmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı olmaqla, onun cavabdehə təklif etdiyi 6000 (altı min) manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilər.
34. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
35. R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o yaşayış sahəsindən istifadə hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin.
36. İş materiallarında olan Azərittifaq Quba rayon istehsal istehlak kooperativinin məhkəmənin sorğusuna cavab məktubundan (xx.xx.2023-cü il tarixli 11 nömrəli) görünür ki, Quba şəhərində mənzil şəraitindən, yerləşdiyi ərazidən asılı olaraq 100-250 manat arasında dəyişir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan və nəzərə alınsa ki, mübahisəli mənzilin yerləşdiyi ünvan 3 fərdi yaşayış evinin aylıq kirayə haqqı 100-250 manat civarındadır, iddiaçıların cavabdehə təklif etdiyi 6000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab edilə bilər. Çünki iddiaçılar tərəfindən təklif edilən 6000 manat məbləğində kompensasiyanın hesabına, cavabdeh hər ay orta hesabla 150-200 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, 30-40 aya yaxın müddətdə başqa yerdə mübahisəli evin bir otağına ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı əldə edər.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yaşadığı fərdi ev tipli yaşayış sahələrinin aylıq kirayə haqqının 500-600 manat olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh izahatında iddiaçıların mənzildə yaşamalarına etiraz etmədiyini, evin 1 otağılnda yaşayacağını bildirmişdir ki, həmin evin 1 otağına bərabər evin kirayə haqqının 500-600 manat olması ağlabatan hesab edlə bilməz.
39. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, dəlillər iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, 6000 manat kompensasiya verilməklə cavabdehin evə istifadə hüquqlarına xitam verilməlidir.
41. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-196/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 6.000 (altı min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 3 fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməli, o həmin mənzildən çıxarılmalıdır. 42 Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Quba Rayon Məhkəməsinin 2(027)-196/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 6.000 (altı min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 3 fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilsin. O,həmin mənzildən çıxarılsın. Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir