Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1245/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-232/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-232/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X8 ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisində bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,038 ha torpaq sahəsinin Cavabdeh1 bağışlanmasına dair “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-232/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın bütövlükdə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha torpaq sahəsinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun hüquqi nəticələrinin, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X8 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha torpaq sahəsinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(012)-232/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı və X8 xx.xx.2019-cu ildə notariat ofisində bir-birinə münasibətdə ərizə verərək bildirmişlər ki, mülkiyyətlərində olan əmlakların satılmasına etiraz etmirlər. Məhkəmə isə ərizədə bağışlanma ifadəsi yer almadığından bağışlama müqaviləsini etibarsız hesab etmişdir. Lakin bağışlanmanın da, alğı-satqının da nəticəsində əmlak üzərində üçüncü şəxslərin hüququ yaranır. Məhkəmə isə bunu nəzərə almamışdır. Əmlakın birgə nikah dövründə olan əmlak olub-olmaması məsələsi də mübahisəlidir. Bu məqsədlə vəkil kimi tərəfindən və məhkəmə vasitəsilə sorğu veriləsə də səlahiyyətli orqandan sorğuya cavab ala bilməmişlər. Belə ki, nikahdan əvvəl üçüncü şəxsin mülkiyyətində bir neçə ev olub. Onları nikahdan əvvəl yüksək qiymətə satıb və ucuz evlər alıb. Məhəmmədi kəndindəki ev də həmin vaxt alınmış evlərdir. Bundan əlavə tərəflər arasındakı nikah formal xarakter daşıyıb, birgə təsərrüfat aparılmayıb. Həmin ev üçüncü şəxsin birgə nikah dövründən əvvəl əldə etdiyi gəlir hesabına alınıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-232/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, nikahdan əvvəl onun mülkiyyətində əmlak olub. Nikahdan bir ay əvvəl o, torpaq sahəsi alıb, nikahdan sonra birlikdə pul vəsaiti qoyub ev tikiblər. 2016-ci ildə Sevda Bayramova ölkə xaricinə getdiyi üçün ona razılıq ərizəsi verdi. Bildirdi ki, ölkə ərazisində olmayacaq, evi o satsın. Sonra onun heç bir məlumatı olmadan, verildikdən bir gün sonra həmin razılığı birtərəfli qaydada ləğv edib. Lakin onun ərizəsi qüvvədə idi. Bu əsasla Sevda Bayramova öz kiçik oğluna etibarnamə verib. Etibarnamə əsasında da kiçik oğul evi böyük oğula bağışlayıb. Belə faktın heç bir qanuni əsası yoxdur. Ərizəni verəndə mahiyyətini anlayırdı, satılmaya etiraz etməyib, amma bağışlanma olunub. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-232/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabeh 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinin nümayəndəsinə və üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 15 oktyabr 2016-cı il tarixdə verilmiş **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha. torpaq sahəsi X2 mülkiyyətində olmuşdur. İş materiallarında olan 13 mart 2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X8 tam mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,038 ha torpaq sahəsini oğlu Cavabdeh1 bağışlamış, müqavilə X2 əvəzinə X9 tərəfindən imzalanmışdır. İş materiallarında olan 16 iyul 2019-cu il tarixli, AR-İ seriyalı, 828918 nömrəli etibarnamənin surətindən görünür ki, X8 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hüquqları X6 etibar etmişdir. AZ-T seriyalı, 000715 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 atası X10, anası X7r. İş materiallarında olan boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 arasındakı nikah 17 yanvar 1994-cü il tarixdə pozulmuş, nikah pozulduqdan sonra Sevda Qamət qızına Vəliyeva soyadı verilmişdir. AZ-İ seriyalı, 076606 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 22 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, Sevda Qamət qızına Bayramova soyadı verilmişdir. İş materiallarında olan İddiaçı 4 saylı Bakı Cavabdeh2 notariat ofisinə təqdim etdiyi 04 may 2019-cu il tarixli, **********403 nömrəli ərizədə göstərilmişdir ki, o, arvadı X4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına etiraz etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha torpaq sahəsini tərəflər birgə nikah dövründə alğı-satqı yolu ilə əldə etdikdən sonra həmin əmlak 15 oktyabr 2016-cı il tarixdə, yəni İddiaçı ilə X2 rəsmi nikahda olduqları dövrdə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı notariat ofisinə təqdim etdiyi 04 may 2019-cu il tarixli ərizə ilə həmin əmlakın satılmasına etiraz etmədiyini bildirsə də X1 əmlakı 13 mart 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən keçmiş nikahından doğulan oğlu Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 5-ci bəndində göstərilmişdir ki, mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa binalar və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Məhkəmə qeyd etmişdir ki, sözügedən əmlak birgə nikah dövründə alğı-satqı əsasında əldə edildiyindən tərəflərin birgə mülkiyyəti hesab edilir. Lakin əmlak üçüncü şəxsə bağışlandığı üçün və bağışlama əvəzsiz əqd olduğu üçün, yəni heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən həmin əmlakın bağışlanması iddiaçının mülkiyyət hüquqlarını pozmaqla gələcəkdə onu bu əmlakın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitdən faydalanmaq və bu vəsait barədə hər hansı iddia tələbi irəli sürmək hüququndan məhrum edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, X8 ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisində bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,038 ha torpaq sahəsinin Cavabdeh1 bağışlanmasına dair “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməli və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha torpaq sahəsini tərəflər birgə nikah dövründə alğı-satqı yolu ilə əldə etdikdən sonra həmin əmlak 15 oktyabr 2016cı il tarixdə, yəni İddiaçı ilə X2 rəsmi nikahda olduqları dövrdə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin əmlakın satılmasına etiraz etmədiyini bildirsə də X1 əmlakı 13 mart 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən keçmiş nikahından doğulan oğlu Cavabdeh1 bağışlamışdır. Cavabdeh qətnamənin ləğv olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, qeyd edilən mənzil birgə nikah dövründə alınsa da iddiaçı ilə Sevda Bayramovanın nikahı formal xarakter daşıyır. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili qeyd etdi ki, iddiaçı mübahisəli evin özgəninkiləşdirilməsi üçün S.Bayramovaya notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi vermişdir. Ona görə də həmin evin satılması və ya bağışlanması eyni hüquq yaradır, yəni özgəninkiləşdirilir. Məhkəmə kollegiyası apelyantın bu dəlilini əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, mübahisəli ev İddiaçıla Sevda Bayramovanın birgə nikahı dövründə əldə edilmişdir və onların nikahı hazırda da qüvvədədir, yəni tərəflər boşanmamışlar. Bundan başqa alğı-satqı ilə bağışlama qanunvericiliyin tələblərinə görə bir-birindən fərqlənir. İş materiallarından görünür ki, iddiaçı evin bağışlanmasına deyil, məhz satılmasına razılıq vermişdior. Belə ki, bağışlama əvəzsiz verildiyi halda alğı-satqı zamanı tərəf hər hansı bir vəsait əldə etmək hüququna malikdir. Hazırkı halda isə evin bağışlanması zamanı iddiaçı hər hansı bir vəsait əldə etmək imkanından məhrum olmuşdur. İnsan hüquqlarının və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin vəkilinin vəsatətinə əsasən daxil olmuş sənədlərin hazırki mübahisə predmeti olan evə dair heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(012)-232/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1245/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1245/2022
28.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver