Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1250/2025 07.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat kontoruna və Daşınmaz Əmlakın Dövlətin Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsi və çıxarışın ləğv edilməsi, mirasdan məcburi payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X34 və X18 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların adından ünvan 1 ünvanlanmış mirasdan məcburi paydan imtina barədə xx.xx.2019-cu il tarixli ərizələrin etibarsız hesab olunması, Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və həmin Şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və mərhum anaları X4 miras qalmış ünvan 2 ünvanında yerləşən 60.30 kvm fərdi yaşayış evi və onun yerləşdiyi 0.0346 hatorpaq sahəsindən iddiaçılara düşən məcburi payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, mərhum anaları X19 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Analarının ölümündən sonra ünvan 3 ünvanda yerləşən şəxsi yaşayış evi miras əmlak olaraq, onlara-vərəsələrə qalmışdır. Qeyd olunan şəxsi yaşayış evində vərəsələrdən o, İddiaçı1 və onun ailə üzvləri daimi yaşayış qeydiyyatında olsalar da, bu ev bütün vərəsələrin ümumi istifadəsində olmaqla, istənilən vaxt ata-ana yurdu kimi bütün vərəsələr evə maneəsiz gəlib-getmiş və bu ev hamının birgə istifadəsində olmuşdur. Analarının vəfatından sonra sözügedən yaşayış evinin vərəsəlik qaydasında sənədləşdirilməsi bir müddət qalmış, lakin bütün vərəsələr arasında belə bir ilkin razılaşma olmuşdur ki, analarından miras qalmış ev, hazırda Rusiya Federasiyasında yaşayan kiçik qardaşları İddiaçı2 oğlunun adına sənədləşdirilsin. Analarının vəfatından xeyli müddət keçdikdən sonra evin vərəsəlik qaydasında sənədləşdirilməsi məsələsi gündəmə gələrkən, kiçik bacıları Cavabdeh2 onlara bildirmişdir ki, ev mərhum anaları X19 tərəfindən ona 2001-ci ildə notarial qaydada vəsiyyət edilmişdir. Analarının belə bir vəsiyyət etməsindən yalnız bundan sonra xəbərləri olmuş və buna da analarının sağlığındakı iradəsi kimi hörmətlə yanaşmışlar. Bundan sonra kiçik bacılar Cavabdeh2 onlara bildirmişdir ki, Bakıda özünə ev almaq istəyir və əgər bu işdə ona maddi köməllik göstərsələr, özünə aid vəsiyyətnamə ilə ona keçən hissədən qardaşı İddiaçı2 xeyrinə imtina edər və hamımızın razılığı əsasında evi kiçik qardaşı Eldarın adına sənədləşdirər. Onlar, ona inanaraq, bu təkliflə razılaşmış və həmin vaxt maddi imkanları olmadığından böyük bacıları İddiaçı3 iş yoldaşı X21 adına 20000 ABŞ dollarında borc alaraq, həmin vəsaiti özünə ev almaq məqsədilə Cavabdeh2 vermişlər. Qeyd olunanları İrina Qapolnovanın özü və bu razılaşmanın şahidləri olan X24, X25 və X10 adlı şəxslər də təsdiq edə bilərlər. Bu razılaşmadan bir müddət sonra onlar evin vərəsəlik qaydasında sənədləşdirilməsinə başlamışlar. Lakin fikirləşmişlər ki, madam ki, evin yarısı artıq vəsiyyət əsasında kiçik bacıları Cavabdeh2 məxsusdur, onda həmin evdən onlara çatası məcburi paydan Nazilənin xeyrinə imtina edərək, əvvəlcə evi onun adına mülkiyyət hüquqi ilə qeydə aldırsınlar, sonra isə həmin evi Nazilənin adından kiçik qardaşları Eldara bağışlama müqaviləsi əsasında versinlər. Bundan sonra aralarındakı razılaşmaya görə bütün vərəsəlik işinin aparılması, Çıxarışların alınması və razılaşmadan irəli gələn bütün əqdlərin bağlanmasına dair Cavabdeh2 tərəfindən böyük qardaşları İddiaçı1 adına xx.xx.2019-cu il tarixli, 100 illik müddətə olan baş etibarnamə verilmişdir. Göstərilən etibarnamə əsasında o, İddiaçı1, bacısı Nazilənin adından nəzərdə tutulan vərəsəlik işini aparmış, mərhum anasının və Nazilənin adına Çıxarışların alınması ilə bağlı bütün hərəkətləri yerinə yetirmiş və tələb olunan rüsum və digər xərclərini ödəmişdir. Nəhayət 2019-cu ilin noyabr ayında o, X20 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışı alaraq özündə saxlamışdır. Bundan sonra evi kiçik qardaşı İddiaçı2 oğlu adına sənədləşdirilməsi məsələsi ortaya çıxarkən bəlli olmuşdur ki, qardaşı Rzayev X17 Federasiyası vətəndaşı olduğundan mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüquqi ilə onun adına qeydə alınması mümkün deyil. Bundan sonra onlar öz aralarında belə bir fikirə gəmişlər ki, kiçik qardaşları Eldar Rusiya Federasiyası vətəndaşından çıxaraq, Azərbaycana qayıtdıqdan və Respublika vətəndaşı əldə etdikdən sonra, həmin evi bağışlama müqaviləsi əsasında Eldarın adına keçirsinlər. Həmin vaxtdan hal-hazıra kimi də aralarındakı razılaşmaya uyğun olaraq, yaşayış evi formal olaraq, mülkiyyət hüquqi ilə kiçik bacıları Cavabdeh2 adında qalmışdır. Lakin bu yaxınlarda, təqribən 1 ay bundan öncə onlara bəlli olmuşdur ki, bacıları Cavabdeh2 əslində onları aldatmış, analarından miras qalan fərdi yaşayış evini ona olan inamlarından sui-istifadə edərək ələ keçirtmişdir. Belə ki, o, onlardan xəbərsiz İddiaçı1 və digər ailə üzvlərinin qeydiyyatdan çıxarılmasına dair əvvəlcə polis şöbəsinə, daha sonra isə dediyinə görə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, eləcə də həyətdə yerləşən onlara məxsus avtomaşın və əşyaları evdən və həyətdən çıxarmışdır. Yalnız bundan sonra onlara məlum olmuşdur ki, Cavabdeh2 aralarında olan razılaşmanı pozaraq, onları aldatmışdır. Göründüyü kimi Cavabdeh2 yaxın qohumluq münasibətlərindən və ona olan inamlarından sui-istifadə edərək, analarından miras qalmış evdə olan, məcburi paylarından onun xeyrinə imtina olunmasına nail olmuş və adına vəsiyyət üzrə vərəsəlik hüquqi haqqında Şəhadətnamə alaraq, bu Şəhadətnamə əsasında mübahisəli evə dair adına mülkiyyət hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır.
3. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız saylıması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydin ləğv edilməsi, mərhum X3 miras qalmış ünvan 4 ünvanında yerləşən 60.30 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi 0.0346 ha torpaq sahəsindən iddiaçılara düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə qarşı etiraz ərizəsi verərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edirlər ki, anaları öləndən sonra bütün vərəsələr razılığa gəlmişlər ki, evi kiçik qardaşları İddiaçı2 adına keçirsinlər. Lakin sonra isə qeyd edirlər ki, uzun müddətdən sonra evi sənədləşdirmək üçün hərəkətə keçmək istədikdə Cavabdeh2 vəsiyyətnaməni üzə çıxartdı. Bu iki ifadə arasındakı ziddiyyəti var. Əgər bütün vərəsələr evi Eldarın adına keçirmək barədə razı idilərsə niyə Cavabdeh2 vəsiyyətnamə barədə o zaman məlumat vermirdi? Əgər Cavabdeh2 onlardan hər hansı bir məlumatı gizlədirdisə evi qardaşı İddiaçı2 adına keçirmək istədikləri halda niyə Cavabdeh2 inanıb Notariat ofisində sözügedən ərizələri təsdiq edirdilər? Bütün bu ziddiyyətlər onu göstərirki iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. İddia ərizəsi hazırlanarkən düşünülmüş və uydurulmuş ifadələrdir. Bundan başqa iddia ərizəsində qeyd edirlər ki, “Bacıları Solmazın iş yoldaşı X21 adına 20.000 ABŞ dollarında borc alaraq, həmin vəsaiti özünə ev almaq məqsədilə Cavabdeh2 veriblər. ” İddiaçıların bu ifadələri də həqiqəti əks etdirməyən ifadədir, iddiaçılar özləri bildirirlər ki, onlar həmin dövrdə çox mehriban bacı-qardaş olublar. Cavabdeh2 iddiaçılardan 20000 ABŞ dolları pul almışdırsa niyə özünə ev almayıb. Bundan başqa iddia ərizəsində qeyd edirlər ki, hamısı evə gedib-gəlmişlər. Bəs niyə notariat ofisində verdikləri ərizədə hər bir iddiaçı qeyd edir ki, analarından qalan miras əmlakı nə faktiki qəbul etmişlər, nə də notariat orqanına müraciət etməklə qəbul etmişlər. İddiaçı tərəfin təqdim etdiyi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da qeyd edilmişdir ki, X6 ölümündən sonra evi və təsərrüfatı qızı Cavabdeh2 idarə edir. Həmin arayışın verilməsindən isə bütün iddiaçıların xəbəri olmuşdur. İddia ərizəsində iddiaçılar özləri qeyd edirlər ki, Cavabdeh2 Adilə etibarnamə vermişdir ki, notariat işinin aparılmasında Nazilə xanımın adından iştirak etsin. Bu ifadədən göründüyü kimi deməli bütün iddiaçılar notariat ofisində sərbəst şəkildə ərizə verməklə miras əmlakı faktiki olaraq qəbul etmədiklərini qeyd etməklə yanaşı icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan xəbərləri olmuşdur. Cavabdeh2 Xaçmaz rayonunda yaşayan qardaşı İddiaçı1 verdiyi etibarnamənin məqsədi isə Cavabdeh2 Bakı şəhərində yaşadığı üçün sənədləşmə işlərinin daha çevik həyata keçirilməsi olmuşdur. İddiaçılar qeyd edirlər ki, son günlərdə xəbərləri oldu ki, Cavabdeh2 onları aldadıb. Əgər iddiaçılar ilə cavabdeh arasında iddia ərizəsində qeyd edilən formada bir razılaşma var idisə və etibarnamə həqiqətən iddia ərizəsində qeyd edilən məqsəd üçün verilmişdirsə niyə həmin etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv edilən zamandan bu günədək iddiaçılar cavabdehə hər hansı bir etiraz bildirməmiş və yaxud məhkəməyə müraciət etməmişlər. Lakin etibarnamə ləğv edilən zaman notarius tərəfindən və cavabdeh tərəfindən zənglə İddiaçı1 bu barədə məlumat verilmişdir. Ümumiyyətlə Azərbaycan Respublikasının notariat ofislərində formalaşmış təcrübəyə və qanunvericiliyin tələbinə əsasən etibarnamə ləğv edilən zaman etibarnamə verilmiş şəxsə mütləq məlumat verilir ki, artıq həmin etibarnamədən istifadə etməklə hər hansı hərəkət etməsin. Bu tələbə sözügedən etibarnamə ləğv edilən zaman da riayət edilmişdir. Notarial qaydada təsdiq edilmiş ərizələrində mərhum X30 Rzayevadan başqa digər birinci dərəcə vərəsələri analarından miras qalmış əmlakı faktiki və notariat ofisinə müraciət etməklə qəbul etmədiklərini qeyd edirlər. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da qeyd edilir ki, ev Nazilə Rzyeva tərəfindən idarə olunur. Tərəflərin mərhum anaları Dürrət Rzayeva rəhmətə gedən zaman (2007-ci il) və vərəsəlik haqqında şəhadətnamə verilən zaman (2019-cu il) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1246-cı maddəsi və 1273-1 -ci maddələri qüvvədə olmuşdur. Vərəsənin susması adlanan MM-in 1273-1 -ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi Mülki Məcəllənin müvafiq maddələrinə əsasən hər hansı vərəsə miras əmlakı qəbul etmədikdə pay əmlakı qəbul etmiş vərəsələrə keçir. İddiaçıların özləri tərəfindən tərtib edilmiş notariat qaydasında təsdiq edilmiş ərizələrdən görünür ki, iddiaçıları özləri etiraf edirlər ki, analarından qalmış əmlakı nə faktiki və də formal olaraq qəbul etməmişdirlər. Bu hallar onu göstərir ki, nümayəndəsi olduğu cababdehin adına verilmiş vərəsəlik haqqında şəhadətnamə qanuni əsaslarla verilmişdir və onun ləğv edilməsi və yaxud etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəməyə və və yaxud iddiaçı tərəfə sual yarana bilər ki, axı artıq Mülki Məcəllənin 1246-cı maddəsi və 1273-1 -ci maddəsi qüvvədə deyil. Bununla bağlı qeyd etmək istəyir ki, həmin qanun normaları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı əsasında ləğv edilmişdir. Həmin qərarda isə qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin oluriması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi həmin normaların ləğv edilməsinin nəticələri 26 dekabr 2023-cü il tarixədən yaranmış vərəsəlik münasibətlərinə və həmin tarixədək məhkəmələrin icraatında olan işlərə şamil edilə bilər. Lakin hazırda baxılan iş üzrə vərəsəlik münasibəti 26 dekabr 2023-cü il tarixdən əvvəl yaranmışdır və mübahisə isə 26 dekabr 2023-cü il tarixdə məhkəmənin icraatında olmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırki mübahisəyə vərəsəlik münasibətləri yaranan vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı və 1273-1-ci maddələri tətbiq edilməlidir. Digər məsələ ondan ibarətdir ki, iş materiallarında olan iddiaçılar tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdə qeyd edilmişdir ki, miras əmlakdan imtina edirlər. Ərizənin məzmununda həmin cümlədən əvvəl qeyd edirlər ki, miras əmlakı qəbul etməmişlər. Düzdür bu hal iddiaçılar artıq miras əmlakı faktiki qəbul etmədiklərinə görə miras əmlakdan imtina etmək barədə iradə ifadəsini etibarsız edir. Bundan başqa isə imtina barədə ərizə Mülki Məcəllənin 1256cı maddəsinə əsasən miras açıldığı andan 3 ay ərzində verilə bilər. Qeyd edilən ərizələrin məcburi paydan imtina hissəsində etibarsız hesab edilsə belə əlavə olaraq Mülki Məcəllənin 1268-ci maddəsində qeyd edilmişdir ki, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Hesab edir ki, işin həqiqi faktiki halının əksini düşünərək iddia ərizəsində qeyd edilənləri qəbul etsə belə həmin maddə qeyd edilən müddət iddiaçılar tərəfindən ötürülmüşdür. Göründüyü kimi həm müddət həmin miras əmlakın qəbul edilməsi ilə bağlı mübahisə həm də miras əmlakdan imtina ilə bağlı mübahisə üzrə iddiaya müddət müəyyən edir. İddiaçılar isə həm məcburi payı qəbul etdiklərini iddia etməklə mirasın qəbul edilməsini mübahisələndirirlər, həm də məcburi paydan imtina hissəsini mübahisələndirirlər. Tərəflər doğma bacıqardaşdırlar. Valideynlər tərəfindən cavabdehdən başqa digər bacı qardaşa ev alınmış və kifayət qədər maddi dəstək göstərilmişdir. Cavabdehə isə anası tərəfindən sözügedən ev miras qalmışdır. İddiaçı2 mülkiyyətində Cavabdeh2 ilə paylı mülkiyyət olmaqla Rusiya Federasiyasında da kotec vardır. Cavabdeh2 iddiaçıların və ailə üzvlərinin çoxsaylı problemlərinin həlli ilə məşğul olmasına baxmayaraq son vaxtlar təzyiqlərə məruz qalmışdır. Belə ki, cavabdehin bildirməsinə görə İddiaçı2 (Həqiqət bacısı ilə) Rusiyadan erməni əsilli şəxslər vasitəsilə öz bacısı Cavabdeh2 zəng etdirərək hədə qorxu gəlmiş, Cavabdeh2 əlindən bütün əmlaklarını bu yolla çıxarmaq istəmişdir. Cavabdeh2 iş yerinə sonuncunu gözdən salmaq məqsədi daşıyan müraciətlər etmişdir. Digər iddiaçılar tərəfindən də müxtəlif təzyiqlərə məruz qalmış bu cür hərəkətlər Cavabdeh2 ləyaqətli bir insan, bir bacı, bir azərbaycanlı xanım kimi dərindən sarsıtmış, mənəvi əzablar çəkməsinə gətirib çıxarmışdır.
5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia qismən təmin edilmiş, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydin (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməsi, İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3, İddiaçı4 və X2 anaları X4 miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X11 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X11 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 1/12 hissəsinə məcburi paylarının müəyyən edilməsi, X6 vəsiyyət üzrə vərəsəsi olan Cavabdeh2 anasından miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X11 verilmiş **********40- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDKnin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu ii tarixdə X11 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 7/12 hissəsinə payının müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyan X4 miras qalmış əmlaklar, yəni miras kütləsi - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Miras qoyan X6 6 vərəsəsi olmuşdur: İddiaçı1, X5, İddiaçı4, X7, İddiaçı2 və Cavabdeh2. X19 (miras qoyan) 20 noyabr 2001-ci il tarixdə vəsiyyətnamə tərtib edərək, harda yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən evini qızı Cavabdeh2 vəsiyyət etmiş, 13 fevral 2007-ci il tarixdə isə vəfat etmişdir. Sonuncunun vəfatından sonra 10 mart 2019-cu il tarixdə Cavabdeh2 İddiaçı1 100 illik etibarnamə vermiş, daha sonra ləğv etmişdir. 21 oktyabr 2019-cu il tarixdə isə vəsiyyət üzrə şəhadətnamə tərtib olunaraq, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X6 vəsiyyət üzrə vərəsəsi Cavabdeh2 miras əmlakdan (ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X11 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsi və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X11 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evi) 1/1 hissədə pay almışdır. Bundan sonra həmin şəhadətnamə əsasında adına 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 vəsiyyət edən X6 birinci növbəli vərəsələri olduğundan vəsiyyətnamənin məzmunundan aslı olmayaraq mirasda məcburi payları vardır. Belə olan halda iddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 tələbi üzrə vərəsəlik hüquqları bərpa olunmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 10 mart 2019-cu il tarixdə Xaçmaz Notariat kontoruna ərizə yazaraq 13 fevral 2007-ci il tarixdə vəfat etmiş anaları X4 qalan mirasdan imtina etsələr də məhkəmə həmin ərizənin miras açıldığı gündən 3 ay müddət ərzində yazılmadığına görə hüquqi əhəmiyyətinin olmadığının qənaətinə gəlmişdir. İddiaçılar anaları X4 miras qalan qızıl-zinyət əşyalarına anaları vəfat etdiyi gündən hal-hazıra kimi sahiblik edirlər. Bundan əlavə İddiaçı1 anasından miras qalmış evin anasının vəfatından sonra komunal xərclərini ödəmiş və bununla bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Həmçinin hazırkı iş üzrə dindirilmiş şahid ifadələrindən müəyyən edilmişdir ki, anasının vəfatından sonra həmin evdə İddiaçı2 yaşamışdır. Buradan belə nəticəyə gəlinir ki, vərəsələr mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqlarından, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, onlar, mirası tamamilə qəbul etmiş sayılırlar. Tərəflərin izahatlarından və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli etibarnamədən müəyyən etmək olur ki, Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 anaları X4 miras qalmış əmlakı faktiki qəbul etdikləri, habelə onlar (iddiaçılar) və hazırkı işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, birinci dərəcəli vərəsə X8 vəsiyyət edən X6 birinci növbəli vərəsələri olduğundan vəsiyyətnamənin məzmunundan aslı olmayaraq mirasda məcburi payları olduğu müəyyən edildiyindən vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməli, şəhadətnamə ləğv edilməlidir. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməlisini məqsədəmüvafiq hesab edildiyindən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənəd Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146,1151.1, 1151.2, 1159.1,1159.1.1, 1193, 1195, 1243.1, 1243.2, 1243.3, 1246,1256-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına, Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 59,60-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd edir ki, “məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar anaları X4 miras qalan qızıl-zinyət əşyalarına anaları vəfat etdiyi gündən hal-hazıra kimi sahiblik edirlər.” O, Cavabdeh2 vəkili olaraq bütün məhkəmə iclaslarında iştirak etmiş, lakin məhkəmə iclasında elə bir halın müəyyən edilməsinin şahidi olmamışdır. Anadan qalan qızıl-ziynət əşyaları ilə təkcə İddiaçı3 fikir bildirmişdir. O isə bildirmişdir ki, anadan qalan qızıl-ziynət əşyaları qardaşı İddiaçı2 verilmişdir. Məhkəməyə təqdim edilmiş qızıl-ziynət əşyaları isə məhkəmə tərəfindən tədqiq edilməmiş, həqiqətən anadan qalmış qızıl-ziyət əşyaları olması araşdırılmamışdır. Nədənsə məhkəmə iddiaçıların dedidiyi hər sözə şübhəsiz inanmışdır. İddiaçıların sözlərini qanunun tələbindən belə üstün tutmuşdur. Qeyd edilən hal məhkəmənin qətnaməsinin qanunsuz və ədalətsiz olduğunu sübut edən digər bir haldır. Bundan başqa məhkəmə qətnamədə qeyd edir ki, “İddiaçı1 anasından miras qalmış evin anasının vəfatından sonra komunal xərclərini ödəmiş və bununla bağlı qəbzləri məhkməyə təqdim etmişdir.” Məhkəmə həmin qəbzlərin hansı tarixləri əhatə etməsinə əhəmiyyət verməmişdir. İddiaçılar qeyd edirlər ki, İddiaçı2 həmin evdə yaşamışdır. Evdə əgər həqiqətən İddiaçı2 yaşayırdısa, niyə kommunal xərcləri İddiaçı1 ödəyirdi? Məhkəmə araşdırması zamanı tam müəyyən edilmişdir ki, İddiaçı1 özünün ailəsi ilə birlikdə yaşadığı başqa bir mənzili vardır və həmin evdə yaşayır. Tərəflərin anaları Dürrət Rzayeva rəhmətə gedən də İddiaçı1 evində rəhmətə getmiş və yas mərasimləri də həmin evdə verilmişdir. Əgər iddiaçılar həqiqətən qeyd edilən evi də miras kimi qəbul etsəydilər, elə analarının yas mərasimlərini həmin evdə verərdilər. İddiaçı2 ümumiyyətlə anasının evində yaşamadığı halda və məhkəmə iclasında həmin evdə yaşamağa başlaması ilə bağlı müxtəlif illər bildirməsinə baxmayaraq məhkəmə yenə də iddiaçıların qeyd etdiyi yanlış ifadələri yoxlamadan digər sübutlarla işin faktiki halları ilə uzlaşdırmadan nəzərə almış, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, anası rəhmətə gedən zaman İddiaçı2 yas mərasimlərində iştirak etməmiş, ümumiyyətlə uzun müddət Azərbaycan Respublikasına gəlməmişdir. Bu hallar məhkəmə iclaslarında müəyyən edildiyi halda məhkəmə bu cür həqiqi hallara toxunmaqdan çəkinir, iddianın təmin edilməsini qanuniləşdirən lakin həqiqəti əks etdirməyən ifadələri qeyd edir. Etibarnamənin tək məqsədi təmsilçilikdir. Lakin məhkəmə qətnamədə qeyd edir ki, “Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir”.. Cavabdeh2 iradə ifadəsini müqavilə şəklində ifadə etməsinə mane olan hal nə idiki etibarnamə verirdi? Məhkəmə qətnaməsində etibarnamə ilə Cavabdeh2 nə ilə bağlı iradə ifadəsini bildirmək istəməsini də qeyd etməmişdir. Axı etibarnamənin tək məqsədi təmsilçilikdir. Etibarnaməyə məhkəmə tərəfindən başqa don geyindirməsi hansı məqsəd daşıyır məlum deyil. Məhkəmə nədənsə bu halların heç birini araşdırmaq zərurəti hiss etməmişdir. Cavabdeh2 qeyd edilən etibarnaməni bütün əmlakları ilə bağlı vermişdir, təkcə hazırda mübahisəli olan evlə bağlı verməmişdir. Məhkəmə iclasında izahatında bunun səbəbini də Cavabdeh2 Bakı şəhərində yaşaması, qardaşı İddiaçı1 isə Xaçmazda yaşaması və sənədləşmə işlərinin daha çevik və operativ həll edilməsi, Cavabdeh2 aid olan zəruri sənədlərin daha çevik, özünün iştirakı olmadan əldə edilməsinin təmin edilməsi məqsədi daşıdığını qeyd etmişlər. Etibarnaməyə onun mahiyyətini açıqlayan qanun normasına tamamilə zidd qiymət verən məhkəmə qeyd edilən halların araşdırılmasını zəruri hesab etməmişdir. Etibarnamə isə Cavabdeh2 tərəfindən 2021-ci il tarixdən ləğv edilmiş və həmin tarixdən də İddiaçı1a məlumat verilmişdir. Bu hallar məhkəmə tərəfindən araşdırılmamış, qeyd edilən hüquq norması düzgün tətbiq edilməmiş və nəticədə ədalətsiz, qanunsuz, vətəndaşın ədalət mühakiməsinə, dövlətə, qanuna olan inamını sarsıdan qətnamə qəbul edilmişdir. Cavabdeh2 mübahisəli fərdi yaşayış evini anasından miras qalmış əmlak kimi qəbul etmişdir. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə olan Xaçmaz RİHB Xaçmaz Şəhər İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2019-cu il tarixli arayışından görünür ki, Dürrət Rzayevanın ölümündən sonra evi və təsərrüfatı qızı Cavabdeh2 idarə etmişdir. Yenə də iddiaçıların özləri tərəfindən təqdim edilmiş 10 mart 2019-cu il tarixli notarial təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, hər bir iddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qeyd edirlər ki, anaları X6 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Bu qədər açıqaşkar sübutlar mübahisəli fərdi yaşayış evinin Cavabdeh2 tərəfindən faktiki qəbul edildiyini və əmlakın onun adına rəsmiləşdirilməsinin tam qanuni həyata keçirilməsini təsdiq edir. Hər hansı faktın həqiqətən baş verməsini təsdiq edən ən ciddi sübut qeyd edilən faktı edən şəxsin bu faktı təsdiq etməsi ola bilər. Digər sübutlar nə qədər mötəbər olsa da, şəxsin faktı etməsini qəbul etməsi qədər mötəbər olmayacaqdır. Lakin məhkəmə tərəfindən qeyd edilən qanun norması da düzgün tətbiq edilməməklə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəməyə təqdim etdiyi etiraz ərizəsində də qeyd edilən maddəyə əsaslanaraq əsaslandırılmış fikirlər ifadə edərək iddianın rədd edilməsini xahiş etsələr də nəticəsi olmamışdır. İddiaçılar istər Cavabdeh2 miras əmlakı qəbul etməməsi ilə bağlı mübahisələrinə münasibətdə, istərsə də özlərinin miras əmlakdan imtinanın etibarsız hesab edilməsi ilə bağlı mübahisələrinə münasibətdə qeyd edilən norma tətbiq edilməklə iddia rədd edilməli idi. Məhkəmə araşdırması zamanı iddiaçıların qeyd edilən hüquq normasında nəzərdə tutulmuş müddəti ötürməsi müəyyən edilmişdir. Məhkəmə ümumiyyətlə qətnamədə cavabdeh tərəf olaraq göstərdiyi bu dəlilə qiymət vermək zərurəti hiss etməmişdir. Bununla da təkrarən qanunsuzluğa yol verərək ədalətsiz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, cavabdeh tərəf qeyd edir ki, iddiaçılar tərəfindən mirasın 6 ay müddətində qəbul etməmişdir. Lakin cavabdeh tərəfindən də miras həmin 6 ay müddətində qəbul edilməmişdir, (həmin dövr üçün qüvvədə olan qanunvericiliyə əsasən cavabdeh vəsiyyət üzrə vərəsə olsa da, vəsiyyət üzrə vərəsəliyə də 6 ay müddət şamil olunurdu) Buna baxmayaraq qanunvericilik mirasın qəbul edilməsinin iki növünü müəyyən etmişdir (rəsmi və faktiki). Fakitiki olaraq da mirası 6 ay müddətində həm iddiaçılar həm də cavabdeh qəbul etmişdir. Belə ki, iddiaçılar mərhum analarının yas mərasimini keçirmişlər. Məhkəmə iclasında analarından miras qalmış və analarının son iradəsi kimi İddiaçı2 çatası qızılları təqdim etmişlər. Hətta İddiaçı1 və ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyatı da hal-hazırda həmin miras qalmış evədir. Həmin evə dair kommunal xərclər və mirasın rəsmiləşdirilməsi üçün xərclər də iddiaçılar tərəfindən çəkilmişdir. Həmçinin cavabdeh tərəf apellyasiya şikayətində qeyd edir ki, 100 illik etibarnamə sadəcə təmsilçilik məqsədi daşıyır. Cavabdeh2 qardaşı İddiaçı1 etibarnaməni verən zamanda da, iddiaçılar həmin miras qalmış evdən faktiki istifadə edirdilər. Etibarnamə isə təmsilkilik xarakteri daşısada belə həmin etibarnamənin bütüb səlahiyyətlər verilməklə 100 illik müddətə verilməsi bir daha tərəflərin arasında olan razılığın təkzib edilməz sübutudur. Yəni tərəflər arasında tələbdə göstərilmiş razılaşma mövcud olmasaydı, mirası Cavabdeh2 tək qəbul edərdi və böyük qardaşı İddiaçı1 bütün sənədləşmə işlərinin aparılması və səlahiyyətlərlə ilə bağlı 100 illik etibarnamə verməzdi. Mirasın qəbulu ilə bağlı notariat ofisinə özü birbaşa müraciət etməklə, həm vərəsəlik işinin rəsmiləşdirilməsi, həm də mərhumun adına çıxarışın alınması və sonradan öz adına çıxarış alınması ilə bağlı dövlət rüsumlarını da və sair xərcləri də özü ödəyərdi. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində İddiaçı3 tərəfindən Cavabdeh2 20000 ABŞ dolları verilməsi bildirimişdir. Notariat əməliyyatı isə məhz həmin pul cavabdehə verildikdən sonra aparılmışdır. Məhkəmə tərfındən şahid ifadələrərində 20000 ABŞ dollarının cavabdehə verilməsi barədə fakta hüquqi qiymət verilməsə də, həmin pulun məhz notariat əməliyyatının aparılmasından qabaq Cavabdeh2 verilməsi şahid ifadələrində bir başa öz təsdiqini tapmışdır. Hesab edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçılar tərəfindən Notariat ofisində verilmiş ərizələrin nəzərə alınmadığını qeyd etsə də, məhkəmə qətnaməsində həmin ərizələrə qanuni və əsaslı qiymət verərək göstərmişdir ki, “iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 10 mart 2019-cu il tarixdə Xaçmaz Notariat kontoruna ərizə yazaraq 13 fevral 2007-ci il tarixdə vəfat etmiş anaları X4 qalan mirasdan imtina etsələr də, məhkəmə həmin ərizələrin miras açıldığı gündən 3 ay müddət ərzində yazılmadığına görə hüquqi əhəmiyyətinin olmadığının qənaətinə gəlmişdir.” Həmin imtina ərizələrlə bağlı əlavə olaraq qeyd edir ki, imtina ərizələri mülki qanunvericiliyin tələbləri baxımından etibarsız olsa da (tərəflər arasında olan razılığa əsasən formal olaraq və qanunla müəyyən edilmiş 12 il müddət keçdikdən sonra verilmişdir), iddiaçılar tərəfindən mirasın faktiki olaraq qəbul edilməsinin təkzib edilməz sübutudur. Belə ki, iddiaçılar tərəfindən miras qəbul edilməsəydi, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Notarius cavabdehin adına vərəqəslik haqqında şəhadətnaməni iddiaçılardan imtina ərizələrini almadan verərdi. İddiaçılar tərəfindən miras faktiki olaraq qəbul edildiyindən Notariat ofisi həmin ərizələri iddiaçılardan almışdır. Lakin Notariat ofisi tərəfindən həmin imtina ərizələrinin formal olaraq verilməsi araşdırılmamış və qanunvericiliyin müddəaları pozularaq qəbul edilmişdir. Nəticədə isə həmin imtinalar özü özlüyündə etibarsız əqdlər olmuş və vərəsəlik haqqında şəhadətnamə də, etibarsız əqdlər əsasında verildiyindən əhəmiyyətsiz hüquqi nəticə doğurmayan əqd olmuşdur. Cavabdeh Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə Azərbaycan Respublikası MM-nin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, mərhum X16 xx.xx.2007-ci il tarixdə vəfat etsə də, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə verilmişdir. Yəni qanuna müəyən edilmiş 6 (altı) ay müddət ötürüldüyündən sonra verilmişdir. Həmin qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin Notariat ofisi tərəfindən verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Tərəflərin müraciətinə Xaçmaz rayon 1 saylı Notariat ofisi müddətin ötürülməsi səbəbindən imtina verməsi və məhkəməyə müraciət etmələri ilə bağlı hüquqlarının izah edilməsi barədə imtina verilməli olduğu halda qanuna zidd olaraq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Yəni həmin vaxt mirasın qəbulu məsələsi Xaçmaz rayon 1 saylı Notariat ofisinin yox, qanunla müəyyən edilmiş qaydada məhkəmənin səlahiyyətlərinə aid olmuşdur. Bu səbəbdən də hesab edirik ki, xx.xx.2019-cu il tarixli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Eləcə də qeyd edilməlidir ki, iddiaçıların formal imtinasının qanunla müəyyən edilmiş müddət keçdikdən sonra Notarius tərəfindən qəbul edilməsi Mülki Məcəllsənin 1256-cı maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hesab edir ki, notarius mülki qanunvericiliyin pozulması ilə müşaiət olunan formal imtinalar (etibarsız əqdlər) əsasında mirasdan imtina üçün qanunla müəyyən edilmiş müddətin bitməsindən 12 il sonra verilmiş birtərəfli əqdlər (etibarsız əqdlər) əsasında hazırda mübahisələndirilən vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnaməni verməkdə haqlı olmamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin imperativ xarakter daşıyan maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçılar tərəfindən notariat ofisində verilmiş miras payından imtina edilməsi barədə ərizələrin hüquqi əhəmiyyətinin olmadığı barədə qanuni və əsaslı qənaətə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini tamailə əsassız hesab edir, apellyasiya şikayətinin təmin edilməməsinə və Xaçmaz Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2(067)- 817/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş edir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, vərəsəlik işi açılan zaman qüvvədə olan Mülki Məcəllədı nəzərdə tutulmş faktiki yaxud notariat ofisnə müraciət etmə ilə mirası qəbul etmənin qaydaları pozulub. Təmsil etdiyi şəxsin müraciəti ilə vərəsəlik işi açılarkən digər vərəsələr notarial qaydada təsdiq olunmuş ərizə vermiş, miras əmlakı qəbul etmə üçün müəyyənləşdirilmiş altı ay müddəti ötürdüklərini, müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. Vərəsələr özləri miras əmlakı qəbul etmədiklərini bildirsələr də iddia qaldırmışlar. Anadan qalma qızıllara gəldikdə isə məhkəmə tərəflərinin izahatında göstərilən halın həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmayıb. Məhkəmə vərəsələrin miras əmlakını qəbul etməmələrinə dair ərizə və izahatlarını araşdırmamış, qətnamədə həmin məsələlərə münasibət bildirilməmişdir. Vərəsələrin anaları təmsil etdiyi şəxsin qardaşı İddiaçı1 məxsus evdə ölüb, yas mərasimləri də orada keçirilib. Evin kommunal xərclərinin qəbzləri təqdim olunaraq İddiaçı1 ödədiyini bildirsələr də, hansı tarixdə ödənilməsi qətnamədə qeyd olunmayıb. Məhkəmə etibarnamə məsələsinə əhəmiyyət verərək, Nazilə xanımn 100 illik etibarnamə verməklə öz iradə ifadəsini göstərməsi qənaətinə gəlmişdir. Etibarnamənin verilmə səbəbi Cavabdeh2 uzaq məsafədə yaşadığından sənədləşdirmə işlərinin qardaşına həvalə edilməsi olub. Burada müqavilə yönümlü iradə ifadəsindən söhbə gedə bilməz. Həmin etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv edilib, bu barədə İddiaçı1 məlumat verilib. İddia isə 2025-ci ilin yanvarında qaldırılıb. Cavabdeh2 miras əmlakı qəbul etməsi ilə bağlı heç bir şübhə olmamalıdır. Çünki iddiaçının özünün təqdim etdiyi anasının ölümündən sonra evi və təsərrüfatı qızı Naziləni idarə etməsinə dair nümayəndəliyin arayışı vardır. Həmin arayış notariat işində mövcuddur. Cavabdeh2 mirası əmlakı faktiki qəbul etməsinə dair bütün sübutları təqdim etmişlər, bunun müqabilində iddiaçıların miras əmlakı qəbul etmə müddətlərini ötürdüklərinə dair ərizələri vardır. 2019-cu ildən miras əmlak cavabdeh Nazilə xanım adına sənədləşdirilib, anası öldüyü zamanlarda da miras əmlaka faktiki sahiblik etmişdir. Şahidlərin dedikləri həqiqəti əks etdirmir. Şahidlər oktyabr aynda pul verdiklərini bildiriblər, lakin şəhadətnamə mart ayında alınıb. İfadələr arasında ziddiyətlər çoxdur. Ərizələrin etibarsızlığı məsələsinə gəldikdə isə imtina ilə bağlı 3 ay müddətin olduğunu qəbul edir, lakin həmin ərizələrin mahiyyətində görünür ki, məsələ yalnız miras əmlakın qəbulundan imtina ilə bağlı deyil. İddiaçılar miras əmlakların faktiki və notariat orqanına müraciət etməklə qəbul etməmələrini də bildirmişlər. Etibarnaməyə münasibətdə isə xərcləri Adil Razyev çəksə belə, Cavabdeh2 verdiyi pul vəsaiti hesabına çıxarışın əldə olunması ilə bağlı ödənişləri həyata keçirmişdir. Şahid ifadələri ziddiyyəlit olub, məhkəmə isə mötəbər sübut kimi qiymətləndirib. Nazilə xanım ev almayıb. Ana öləndən sonra evdə bir müddət heç kəs yaşamayıb, sənədləşdirmədən sonra isə Eldar Nazilənin razılığı ilə yaşayıb, Eldar evi bərbad hala saldığından Nazilə xanım onu evdən çıxarıb. Hazırda ev Nailənin istifadəsindədir, açar da ondadır, evə başqa heç kəs girə bilmir. Eldar anası öləndə burdada olmayıb, öldükdən bir neçə il sonra gəlib, miras əmlakı necə faktiki qəbul etmiş ola bilər. Nazilə özünə ev alırdısa, niyə 100 illik etibarnamə verərək evini təhlükəyə atsın. Ev Xaçmazda, özü isə Bakı şəhərində olub. Məsafə çox olduğundan etibarnamə qardaşına verib. Etibarnamə sadəcə olaraq təmsilçilik üçün verilmişdir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirdi ki, İddiaçı1 anasına özü baxıb, anası İddiaçı1 evində ölüb. İddiaçı1 mübahisəli evdə qeydiyyatdadır. İddiaçı1 hər iki evdə yaşayıb. Adilin öz evi Xaçmaz şəhərindədir. İcra nümayəndəliyinin iddiaçının orada illərlə yaşaması, kommunal xərcləri ödəməsinə dair arayışı da var. Cavabdeh2 Adilə verdiyi 100 illik etibarnamə tərəflər arasında evi kiçik qardaş Eldarın adına keçirmələrinə dair razılığa gəlmələrinin nəticəsidir. İddiaçı2 Rusiya Federasiyası vətəndaşıdır, adına sənədləşdirmə işləri aparıla bilmədiyindən Nazilənin adına rəsmiləşdirilməsi, daha sonra Eldara verilməsi barədə razılığa gəliblər. Şahid ifadələrindən də görünür ki, etibarnamənin verilməsi, həmçinin çıxarışın gələcəkdə Eldarın adına keçirilməsi üçün Naziləyə 20000 ABŞ dolları pul vəsaiti verilmişdir. Həmin pul vəsaiti verildikdən sonra cavabdehin notariat orqanına müraciət etməsi işin mübahisəsiz halıdır. Qanunvericilikdə birbaşa göstərilib ki, miras əmlakdan 3 ay müddətində imtina edilir. Ananın ölümündən 12 il sonra notariat orqanına ərizələrin verilməsi şübhə doğurur. Məhkəmə də bildirir ki, həmin ərizələr hüquqi əhəmiyyət daşımır. İmtinalar verildiyi andan etibarsız olub. Cavabdeh Adilin və onun övladlarının qeydiyyatdan çıxarılması ilə bağlı inzibati məhkəmədə iddia qaldırıb. Həmin ərizədən sonra təmsil etdiyim şəs və digər iddiaçılar iddia qaldırıblar. Naziləyə 20000 dollar verilməsinin səbəbi miras payından imtina etməsi və gələcəkdə özünə ev alması olmuşdur. Adilin öz adına evi olub, ona görə də müvəqqəti Nazilənin adına rəsmiləşdiriblər, hüquqi savadsızlığından dolayı öz adına rəsmiləşdirməyib. Evin sənədləşdirilməsi ilə bağlı bütün xərclər Adil tərəfindən həyata keçirilib. İddiaçılar mirası faktiki olaraq qəbul etməsə idilər, notarius onların razılığını tələb etməzdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4, cavabdehlər Xaçmaz rayon 1 saylı notariat kontorunun və Daşınmaz Əmlakın Dövlətin Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsini nümayəndələri və üçüncü şəxs X12 məhkəmə iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
14. AZ-İ seriyalı, 261733 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X35 13 fevral 2007-ci ildə vəfat etmişdir.
15. 20 noyabr 2001-ci il tarixli X6 vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, X19 harda yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən evini qızı Cavabdeh2 vəsiyyət etmişdir.
16. RİHB-nın Xaçmaz şəhər İƏV-də nümayəndəsinin 17 avqust 2010-cu il tarixli, 133 nömrəli arayışından müəyyən edilir ki, mərhumə X19 13 fevral 2007-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: İddiaçı1, X5, İddiaçı4, X7, İddiaçı2 və Cavabdeh2.
17. Cavabdeh2 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ-4035 reyestr nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh2 anası X9 miras qalmış əmlaka (ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və ev) qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. İddiaçı1 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019- cu il tarixli, 8İ-4051 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı1 anası X6 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
18. X7 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ- 4049 reyestr nömrəli ərizədən müəyyən edilir ki, X7 anası X6 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
19. İddiaçı3 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ-4050 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı3 anası X6 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
20. İddiaçı2 oğlu tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019 cu il tarixli, 8İ-4053 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı2 oğlu anası X6 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
21. İddiaçı4 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ-4518 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı4 anası X6 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
22. 10 mart 2019-cu il tarixli, reyestrdə 7E-2286 nömrə ilə qeyd edilmiş Etibarnamənin surətindən müəyyən edilir ki, Xaçmaz rayon 1 saylı notariat ofisində rəsmiləşdirilməklə Cavabdeh2 bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, o cümlədən bütün Banklar və onların filiallarında, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyinin bütün ərazi idarələrində, notariat ofislərində,notariat arxivində, ƏMDK-si yanında DƏDRX-nin ərazi idarələrində, DSMF-da, Asan Xidmət Mərkəzlərində, Azərbaycan Respublikası ərazisində yerləşən bütün Universitetlərdə,Təhsil müəssisələrində, Mənzil İstismar Sahəsində, Qeydiyyat, Nikah, Arxiv İdarələrində, VVAQ şöbələrində, Dövlət Miqrasiya Xidmətində, DSMF, ƏSMM, bütün Sığorta Şirkətlərində onu təmsil etməyi, sənədləri rəsmiləşdirməyi, zəruri sənədləri imza etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, poçtan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank əməliyyatları aparmağı, poçt, telegraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, sənədləşdirmə işlərini aparmağı, zəruri arayış və sənədləri toplamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan ona çatası sənədləri, arayışları, çıxarışları almağı, dövlət rüsumlarını ödəməyi, sənədləri imza etməyi, sənədləri təqdim etməyi və almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, nümayəndəsi olmağı İddiaçı1 100 il müddətinə etibar etmişdir.
23. 30 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0346 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinin tam hissədə hüquqi sahibi X13r.
24. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X6 vəsiyyət qzrə vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X11 verilmiş **********40- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 hə torpaq torpaq sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X11 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evindən ibarətdir.
25. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06 sentyabr 2024-cü il tarixli, 3-21- 334/2-9646/2024 saylı məktubunun surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə əsasında Cavabdeh2 adına vərəsəlik olunmuş, sonuncunun adına 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
26. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, iddiaçı Solmaz onun böyük baldızıdır. O şahidlik edir ki, Solmaz 20000 ABŞ dollarını İrinadan Naziləyə vermək üçün borc götürmüşdür. Həmin gün o da Solmazgildə idi. Solmaz İrina xanımın gələcəyini bildirmişdir. İrina xanım pulu gətirmiş, yarım saat sonra Nazilə gəlmiş və pulu aparmışdır.
27. Birinci instansiya məhkəməsində tərcüməçi X1 iştirakı ilə şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, Solmaz xanımı və onun ailəsini yaxından tanıyır. Onların ailəsi çox mehriban ailədir. Onların dostluq münasibətləri çoxdan var. Həmişə birbirlərinə etibar etmişlər. Solmaz ondan borc pul istəmişdir. O da həmin pulu Solmaza aparıb evində vermişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)
390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.
32. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyan mərhum X6 6 vərəsəsi olmuş, o, 20 noyabr 2001-ci il tarixdə vəsiyyətnamə qoyaraq, harda yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən evini qızı Cavabdeh2 vəsiyyət etmiş, 13 fevral 2007-ci il tarixdə isə vəfat etmişdir. Cavabdeh2 21 oktyabr 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən, digər vərəsələrin razılığı ilə anasından miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən tam pay almışdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar, vərəsələrin öz aralarında cavabdeh vərəsəyə 20000 ABŞ dolları pul verməsi müqabilində onun vəsiyyət üzrə almalı olduğu paydan imtina etməsi ilə mirası əmlakın tam olaraq digər vərəsə İddiaçı2 oğlunun adına sənədləşdirilməsinə, həmin məbləğin cavabdehə verilməsinə, lakin İddiaçı2 oğlunun Rusiya Federasiyası vətəndaşı olması səbəbindən miras qalmış əmlakın onun mülkiyyətinə verilməsinin mümkün olmaması, buna görə də gələcəkdə cavabdeh tərəfindən miras qalmış əmlakın İddiaçı2 oğluna bağışlanması şərti ilə əmlakın cavabdehin adına rəsmiləşməsinə dair razılaşmanın olduğunu iddia etmişlər ki, idiaçıların qeyd edilən əsasları mirasın qəbul edilməsi barəsində şəhadətnamənin ləğvinə dair mübahisə açmağa əsas verməmişdir. Belə ki, qeyd edilən əsaslar mirasın qəbulu ilə əlaqədar əmlakın iddiaçının mülkiyyətinə keçməsinin və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qanunsuz olmasını istisna etməklə, tərəflər arasında yeni hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış etmişdir. Buna müvafiq olaraq isə iddiaçılardan İddiaçı2 oğlu cavabdehin yeni hüquq münasibətində miras qalmış əmlakı mülkiyyətinə keçirdikdən sonra gələcəkdə (hazırkı halda vərəsənin Azərbaycan Respublikasının vətəndaşı olmasından sonra), könüllü şəkildə əmlakı ona bağışlayacağına dair öhdəlik götürdüyünü iddia etdiyi halda Mülki Məcəllənin 390.3-cü maddəsinin tələbinə müvafiq olaraq, həmin razılaşmanı etirbarsız hesab etdiyi halda isə etibarsızlığın nəticələrinə dair iddia qaldırmaqda haqlı hesab oluna bilərdi. Buna görə də iddiaçıların qeyd etdiyi halların, yəni müəyyən pul müqabilində cavabdehin gələcəkdə miras qalmış əmlakı digər vərəsəyə bağışlamasına dair öhdəlik götürüb-götürməsinin hazırkı icraat çərçivəsində sübut edilib-edilməməsinə məhkəmə kollegiyası tərəfindən hüquqi qiymət verilməmişdir.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların özlərinin etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən edilir ki, vərəsələrin hamısı 21 oktyabr 2019-cu il tarixdə miras qalmış əmlaka dair yalnız cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olmaqla, miras qalmış əmlak üzərində tam olararaq onun payının müəyyən olmasından məlumatlı olmuşlar. İddiaçılar mirasın cavabdeh tərəfindən vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaların pozulması ilə qəbul edilməsini (mirası faktiki qəbul etdikləri halda mirasdan imtina etmələri, mirasdan imtinanın qanunla müəyyən edilmiş müddətdə edilməməsi və s.) qanunsuz olmasını iddia etdikləri halda isə qanunla müəyyən edilmiş müddətdə cavabdehin mirası qəbul etməsini mübahisələndirməli idilər. Hərçənd ki, apellyasiya şikayətinə qarşı yazılı etirazda iddiaçılar cavabdeh tərəfindən vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaların pozulması ilə qəbul edilməsini iddia etməklə, birinci instansiya məhkəməsi məhz qeyd edilən əsaslara görə iddianı təmin etmişdir. Yuxarıda istinad olunan Mülki Məcəllənin 1272-ci maddəsinin tələbinə əsasən isə mirasın qəbul edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçılar cavabdehin mirası qəbul etməsi ilə bağlı miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almasından beş il əvvəldən xəbərdar olsalar da qanunla müəyyən edilmiş müddət ərzində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmiş, yəni mirasın qəbuluna dair mübahisə açmamışlar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar mirasın qəbul edilməsi barəsində mübahisə açıla bilməsinə dair qanunla müəyyən edilmiş 2 aylıq kəsici müddəti də ötürmüşlər. Halbuki, miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi cavabdehə məhz onlrın razılıqları və mirası əmlakı qəbul etməmələrini bəyan etməlıri əsasında verilmişdir. Birinci instansiya məhkəməsi isə mübahisənin qeyd olunan hallarını nəzərə almaqla, o cümlədən qeyd edilən əsaslar üzrə isə mübahisəyə Mülki Məcəllənin 1272-ci maddəsinin tələbini tətbiq edib iddianı rədd etməli olduğu halda, iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)- 817/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ
Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.