Məhkəmə qərarları › İş №2(105)-1260/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1260/2022

16.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1260/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh3 nümayəndəsi və vəkili X13 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il il tarixli, 2(027)-202/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il il tarixli, 2(027)-202/2021 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1987/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il il tarixli, 2(027)-202/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-506 nömrə ilə qeyd edilmiş AN-1 N0677378 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Quba şəhəri ünvanında yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 və Cavabdeh7 arasında Qusar rayon notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 4/Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh7 adına rəsmiləşdirilmiş Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarış ləğv edilmiş, İddiaçı və Quba “ASAN” Vəkil Bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Quba regional “ASAN xidmət” Mərkəzi Notariat Kontorunun xüsusi notariusu Cavabdeh2 və Cavabdeh3 qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlər Quba regional “ASAN xidmət” Mərkəzi Notariat Kontorunun xüsusi notariusu Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(105)-1987/2021 saylı qətnaməsi iddianın təmin olunan hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 01 mart 2018-ci il tarixli, reyestrdə 4Ə-506 nömrə ilə qeyd edilmiş AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onun razılığı olmadan əqd bağladıqları üçün ona dəymiş mənəvi zərərə görə 100.000 manat pulun tutulub ona verilməsi barədə qətnamə, cavabdehlərin əməllərində cinayət tərkibi olduğu üçün Quba rayon prokuroruna məlumat verilməklə barələrində xüsusi qərardad qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 02 iyul 1986-cı ildə Cavabdeh1 ilə ailə qurmuşdur. Sonradan ailədaxili yığdıqları pulla Quba şəhərində torpaq almaq istəmişdilər. Bu məqsədlə əri Cavabdeh1 hazırki iş üzrə Cavabdeh4 12 aprel 2017-ci il tarixdə Quba şəhərində adına torpaq sahəsi almaq üçün 2 il müddətinə qüvvədə olan etibarnamə vermişdir. Cavabdeh4 Cavabdeh1 Quba şəhəri Dəvədabanı yaşayış massivində münasib qiymətə satılan torpaq sahəsi olmasını bildirmişdir. Əri də həmin torpaq sahəsini almaq üçün Cavabdeh4 4000 manat pul vermiş və bundan sonra Quba rayon notariat kontorunda bağlanmış 14 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əri Cavabdeh1 adına cavabdeh Məhəmməd X1 Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsini almışdır. Bundan sonra həmin torpaq sahəsinə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. O, ərindən həmin torpaq sahəsində ev tikintisinə başlamağı xahiş etmiş, lakin həmin torpaq sahəsinə gəldikdə, torpaq sahəsinin onların olmadığını öyrənmişdir. O, bu barədə əri Cavabdeh1 bildirdikdə, əri torpağı heç kimə satmadığını demişdir. Bu məlumatın ətraflı öyrənilməsi üçün vəkil sorğusu ilə müraciət etmiş, Quba regional Cavabdeh6taiat ofisindən onlara verilmiş məlumat əsasında müəyyən olunmuşdur ki, əri Cavabdeh1 3 il bundan əvvəl Cavabdeh4 verdiyi torpaq sahəsinin alınması barədə etibarnamə əsasında Cavabdeh4 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın onlarda olmasına və həmin çıxarışın qüvvədə olduğu halda, onlara məxsus torpaq sahəsini Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 Cavabdeh6ndə bağlanmış və notarius Cavabdeh2 tərəfindən təsdiq edilmiş 01 mart 2018ci il tarixli, AN-İ nömrəli alqı-satqı müqaviləsinə əsasən 4500 manata satmışdır. Həmin alqı-satqı müqaviləsi notarius Cavabdeh2 tərəfindən təsdiq edilərkən, Cavabdeh1 Ağamməd oğlunun rəsmi nikahda olub-olmamasını, onun arvadının bu müqavilənin bağlanmasına razılığının olub-olmamasını araşdırmadan Cavabdeh4 verdiyi ərizə əsasında alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Cavabdeh4 notariat ofisinə verdiyi ərizədə Cavabdeh1 nikahda olmadığını, subay olduğunu bildirmişdir. Həmin ərizə qanunsuz və əsassızdır. Notarius vəzifə səlahiyyətlərindən istifadə edərək Cavabdeh4 verdiyi ərizə əsasında alqı-satqı müqaviləsini rəsmiləşdirmiş və o, Cavabdeh1la nikahda olduğu halda, bu alqı-satqıya razılığını verməmişdir. Cavabdeh4 əri Cavabdeh1 adından onun razılığı alınmadan notarius təsdiqi ilə onların ailəsinə məxsus Quba şəhəri ərazisində yerləşən 0,09 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. Əri Cavabdeh1 Cavabdeh4 etibarnamə verərkən torpaq sahəsini almaq məqsədi güdmüş, torpaq sahəsini satmaq məqsədi olmamışdır. Lakin Cavabdeh1 torpaq sahəsini almaq üçün ona verilmiş etibarnamədən sui istifadə edərək həmin torpaq sahəsini satmışdır. Cavabdeh3 Cavabdeh1 ailəli olmasını, onunla nikahda olmasını bildiyi halda, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsini imzalamış və torpaq sahəsini almışdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 01 mart 2018-ci il tarixli, reyestrdə 4Ə-506 nömrə ilə qeyd edilmiş AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh7 cavabdeh kimi işə cəlb edilməsi, Quba şəhəri ünvanında yerləşən 0.09 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 ilə Cavabdeh7 arasında Qusar rayon notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 4/Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh7 adına verilmiş Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair 06 avqust 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın ləğv edilməsi, cavabdehlər Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onun razılığı olmadan əqd bağladıqları üçün ona dəymiş mənəvi zərərə görə 100.000 manat, onunla Quba ASAN Vəkil Bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə, cavabdehlərin əməllərində cinayət tərkibi olduğu üçün Quba rayon prokuroruna məlumat verilməklə barələrində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, iddia tələbində əri Cavabdeh1 Ağamməd oğlunun 14 aprel 2014-cü il tarixdə Quba rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında Quba şəhəri ərazisində yerləşən 0,09 ha torpaq sahəsini 4000 manata aldığını və həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındığını və beləliklə, birgə nikah dövründə əmlak əldə etdiyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın ümumi birgə əmlakı sayıldığını qeyd etmişdir. Göründüyü kimi, 2017-ci il tarixdən Quba şəhəri ərazisində yerləşən 0,09 ha torpaq sahəsi cavabdeh olan əri Cavabdeh1 ilə onun birgə mülkiyyətindədir. Sumqayıt şəhərində yaşadığından 2020-ci ilin yayında torpaq sahəsinə baxmağa gedən zaman torpaq sahəsinin olmadığını öyrənmişdir. Bununla bağlı verilmiş sorğulara cavabda torpaq sahəsinin ərinin torpaq sahəsini almağa dair verdiyi etibarnamə əsasında onun razılığı olmadan Quba Regional Cavabdeh6tariat kontorunda alqı-satqı müqaviləsi ilə guya ərinin subay olması əsası ilə Cavabdeh3 satılmasını öyrənmişdir. Cavabdeh6 notariusu alqı-satqı müqaviləsində ərinin şəxsiyyət vəsiqəsində evli yazılmasına baxmayaraq, vəzifə səlahiyyətlərindən sui istifadə edərək ərinin nikahda olmasını alqı-satqı müqaviləsində şəxsiyyət vəsiqəsinin məlumatlarını yazarkən bildiyi halda, elektron informasiya sistemindən evli olubolmamasını yoxlamadan yalnız torpaq sahəsini ərinin etibarnamə əsasında nümayəndəsinin ərizəsində yazılanlara əsaslanaraq Cavabdeh3 qanunsuz satılmasında vasitəçi olmuşdur. Alqı-satqı müqaviləsi bağlanan zaman notariusun torpaq sahəsini satan şəxsin evli olub-olmamasını elektron informasiya sistemindən yoxlaması vəzifə borcu olduğu halda, bunu etməməsi barədə özünün məhkəməyə göndərdiyi izahatında qeyd etməsinə baxmayaraq məhkəmə tərəfindən iş materialları kimi bu faktlar göstərilməmişdir. Bundan başqa, onlar məhkəməyə Cavabdeh1 Ağamməd oğlu ilə onun evli olması və bu barədə elektron informasiya sistemində məlumat olması barədə sübutları təqdim etsələr də, məhkəmə iş materiallarında həmin sübutları göstərməmişdir. Torpaq sahəsini alan Vəliyev X6 Bəylər Ağamməd oğlunun evli olmasını bilirdi və buna görə də Cavabdeh3 vicdanlı alıcı olması, ümumiyyətlə, istisna olunur. Bu barədə bütün sübutlar Quba Rayon Məhkəməsinin 1(027)-87/2015 nömrəli cinayət işində vardır. Məhkəmə tərəfindən bütün bu halları təsdiq etmək üçün nümayəndəsinin verdiyi vəsatət təmin edilməmişdir. Məhkəmə işdə heç bir hüquqi əsas olmadan hazırki mübahisəyə alqı-satqı müqaviləsi ilə bağlı tələb kimi bir illik iddia müddətini tətbiq etmişdir. Bu isə qanunsuzdur. Belə ki, mülkiyyət hüqunun pozuntularına iddia müddəti şamil edilmir. Onun razılığı olmadan satılan əmlak Cavabdeh1la birgə mülkiyyəti olmuşdur. Hazırki mübahisəyə iddia müddəti tətbiq oluna bilməzdi. O, alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi barədə verilmiş ərizədə də mülkiyyət hüququ pozuntularına iddia müddətinin şamil edilməməsi ilə bağlı qeyd vardır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X16 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh7 məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Cavabdeh5, Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisi və Qusar rayon notariat ofisi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsinin rədd olunması hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(105)-1987/2021 saylı qətnaməsi iddianın təmin olunan hissələrində ləğv edildiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayonu notariat kontorunun xüsusi notariusu tərəfindən 10 aprel 2017-ci il tarixdə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh4 onun adına Quba rayonu ərazisində torpaq sahəsi almağı, notariat kontorunda nümayəndəsi olmağı, alqı satqı aparmağı, müqavilələri imzalamağı və sair hərəkətləri etməyinə dair xx.xx.2019-cu il tarixə kimi etibar etmişdir. İş materiallarında olan Quba rayonu notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı, 14 aprel 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 şəhərində yerləşən 0,09 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışdır, müqaviləni Cavabdeh1 əvəzinə etibarnamə ilə nümayəndəsi olan Cavabdeh4 imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh4 Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsini 4500 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X5 2 iyul 1986-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 65 nömrəli məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Quba şəhərində yerləşən 0.09 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə, reyestrdə 4- Ə-506 nömrə ilə qeydiyyatdan keçərək rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh1 vətəndaşlıq vəziyyəti barədə X3 məlumat bölməsində müvafiq axtarış aparılarkən mülkiyyətçinin nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin **********44 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsini Cavabdeh3 Qusar rayon notariat kontorunun xx.xx.2020-ci il tarixli, 4/Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh7 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh7 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissələrində ləğv edib, mülki işi həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytararkən, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin alqı-satqı müqavilələrinin etibarsız edilməsi, çıxarışın ləğv edilməsi və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsinin rədd olunması hissələrində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, Quba şəhərində yerləşən yaşayış məntəqəsinə aid 0,09 ha torpaq sahəsinə dair Cavabdeh1la Cavabdeh3 arasında 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi notariatda təsdiq edilərkən, alıcı Cavabdeh3 torpaq sahəsinin dəyərinə görə satıcı Cavabdeh1 4500 manat, həmçinin Cavabdeh3lə Cavabdeh7 arasında 15 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi notariatda təsdiq edilərkən, alıcı Cavabdeh7 torpaq sahəsinin dəyərinə görə satıcı Cavabdeh3 5000 manat pul ödəmişlər. İşdə Cavabdeh7 vicdansızlığını özündə ehtiva edən və Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edilməsini istisna edən heç bir hal müəyyən edilmir və bu norma daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda, daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin norma reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Eyni zamanda həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin edilməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası MM-nin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə Cavabdeh1la birgə hüququ olan iddiaçının razılığı olmadan həmin torpaq sahəsinin Cavabdeh3 satılması və sonuncunun torpaq sahəsinə dair aparılmış qeydin qeyri-dəqiq olmasını əvvəldən bilməsi, başqa sözlə, onun vicdansız əldə edən olması, torpaq sahəsinə dair iddiaçının əri Cavabdeh1la deyil, Cavabdeh3lə Cavabdeh7 arasında bağlanmış alqısatqı müqaviləsinin də Azərbaycan Respublikası Mülki Məcəllənin 225.6-cı maddəsinin təsiri altına düşməsi anlamına gəlməyə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Cavabdeh7 torpaq sahəsinə dair Cavabdeh1la Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır və onun həmin müqavilənin Cavabdeh1 arvadı kimi iddiaçının razılığı olmadan bağlandığını və bu səbəbdən də etibarsız olduğunu bilməsi mülki işin materialları ilə təsdiq olunmur. Bundan başqa, işin mübahisə olunmayan hallarına görə İddiaçı 02 iyul 1986-cı ildə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurmuşdur. İşdən görünür ki, 10 aprel 2017-ci ildə Cavabdeh1 onun adına Quba rayonu ərazisində torpaq sahəsi almaq, satmaq və sair hərəkətləri etməyə dair 10 aprel 2019-cu il tarixədək qüvvədə olmaqla Cavabdeh4 etibarnamə vermişdir. 01 may 2017-ci il tarixli çıxarışa əsasən Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. 01 mart 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçının razılığı olmadan Cavabdeh1 etibarnamə üzrə təmsilçisi Cavabdeh4 torpaq sahəsini 4.500 manata Cavabdeh3 satmış və 01 sentyabr 2019-cu il tarixli çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır. Cavabdeh3 birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinin mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra maraqlı şəxs bu hüququnu itirir. Məhkəmə kollegiyası qeyd edir ki, bu müddət kəsici müddətdir və kəsici müddətşəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd olunur ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddiaçı iddia ərizəsində əri Cavabdeh1 Cavabdeh4 adına 10 aprel 2017-ci il tarixli etibarnaməni yalnız Quba şəhərinin ərazisindən onun adına torpaq sahəsi almaq üçün verdiyini iddia etsə də, həmin etibarnamənin məzmunu ilə müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh4 adına həmin etibarnaməni yalnız Quba şəhərinin ərazisindən onun adına torpaq sahəsi almaq üçün deyil, həm də torpaq sahəsini satmaq və sair hərəkətləri etməyə dair 2 il müddətinə, yəni 10 aprel 2019-cu il tarixədək qüvvədə olmaqla vermişdir. Bundan sonra, təmsiçi Cavabdeh4 həmin etibarnamədən istifadə edərək Cavabdeh1 adından sözügedən torpaq sahəsini 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmış, sonuncu isə etibarnamə üzrə təmsiçisi Asim Abdullayev vasitəsi ilə torpaq sahəsini 15 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh7 satmışdır. Bundan başqa, iddiaçının etibarnamə üzrə təmsilçisi Mahirə Quliyevanın yazılı ərizəsi ilə müəyyən olunur ki, o, Cavabdeh3lə faktiki nikah münasibətində olmuş və Cavabdeh1 onun bacısı İddiaçı ilə rəsmi nikahda olduğunu əvvəldən bilmişdir. Deməli, İddiaçı bacısı və etibarnamə üzrə təmsilçisi Mahirə Quliyeva da sözügedən torpaq sahəsinin alqı-satqı müqavilələrinə əsasən əvvəl faktiki ər-arvad münasibətində olduğu Cavabdeh3, sonradan isə Cavabdeh7 mülkiyyətinə keçməsini bilməmiş deyildi. İşdən görünür ki, hazırki mübahisə əslində iddiaçının bacısı Mahirə Quliyeva ilə Cavabdeh3 arasında faktiki ər-arvad münasibətləri pozulduqdan sonra əmələ gəlmiş və iddiaçı Sumqayıt şəhərində yaşasa da torpaq sahəsi 14 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra onun, habelə əri Cavabdeh1 ötən 3 il 6 ay müddət ərzində torpaq sahəsi ilə maraqlanmamaları açıq-aşkar onların torpaq sahəsinə münasibətdə hüquqlarının pozulduğunu yalnız 2020-ci ilin yayında bilmələri anlamına gəlməyə əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsinin rədd olunması hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il il tarixli, 2(027)-202/2021 saylı qətnaməsi iddia tələblərinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsinin rədd olunması hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar