Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1263/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” barədə ilk, Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “mənzilin açıq hərracdan satılması barədə” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi, evin açıq hərracdan satılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı4 və onun nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh, üçüncü şəxslər X2 və X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-18/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə ünvanında yerləşən 50 nömrəli evə X2 5/70 hissə, Cavabdeh 5/70 hissə, İddiaçı2 6/70 hissə, İddiaçı4 6/70 hissə, İddiaçı1 36/70 hissə, İddiaçı3 6/70 hissə, X3 6/70 hissə payları vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış, həmin qərardad ilə bağlı olaraq göndərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 10/2138 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərin nəzərə alınaraq, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 50 saylı fərdi yaşayış evinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh paylara uyğun naturada bölgüsünün “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/6859,9/6911 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən faktiki sahəsi 131,16 m2 olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 112000.0 manat məbləğində müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X7 tərəfindən 23 noyabr 2022-ci il tarixdə Cavabdeh ünvanlanmış təklifdən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, M.Qorki küçəsi, ev 50 A-da onun payı 5/70 hissə təşkil edir. Miras əmlakdakı payı cüzidir. Naturada həmin payı bölüb ayırmaq mümkün deyildir. Evə 110800 manat qiymət qoyulmuşdur. Bu məbləğdə ona paya uyğun 8000 manat kompensasiya düşür. Həmin məbləği könüllü olaraq qəbul etməyi təklif edirlər. Razı olmadığı halda bu barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İlkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı4 nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh kompensasiya olaraq təklif etdikləri 8 min manatın artırılaraq 10 min manat məbləğində ödənilməsini və pay hüququna xitam verilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X7 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat kompensasiya ödənilməklə onu Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 50 saylı A yaşayış evinin 5/70 hissəsinə olan pay hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırmışlar ki, mübahisəli ev Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, M.Qorki küçəsi, ev 50-də yerləşməklə “A” yaşayış evi olmaqla qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında onların aralarında bölünmüş və bu əmlak üzərində hər birinin payı müəyyən edilməklə adlarına çıxarış da verilmişdir. Cavabdeh bu evdə vərəsə payı 5/70 hissə təşkil edir. Göründüyü kimi, onun miras əmlakdakı payı cüzidir. Lakin onun bu əmlakda payının olması səbəbindən onlar miras əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Həmin payın naturada ayrılması mümkün olmadığı üçün onlar paya uyğun kompensasiya ödənilməklə onun mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı hazırki iddianı təqdim edirlər. Onu da qeyd edirlər ki, cavabdeh S.Seyidova bu evdə yaşamır. Onun qeyd edilən ünvanda ayrıca mülkiyyətində “V” yaşayış evi vardır. O, həmin evdə yaşayır. Lakin cüzi payının olmasından istifadə edərək onlara bu əmlak üzərində sərəncam verməyə imkan vermir. Həmin payın da naturada ayrılması mümkünsüzdür. Çünki pay cüzi bir hissədir. Hazırki evin real bazar qiyməti 110800 manat təşkil edir. Cavabdehin bu evdə payının 5/70 hissədə olduğunu nəzərə alsalar ona 8000 (səkkiz min) manat kompensasiya ödəməyi məqsədəuyğun bilirlər. İlk iddia üzrə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 50 saylı “A” yaşayış evindən ona çatası 5/70 hissəsində payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışlar ki, onlar, Cavabdeh qarşı 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 50 saylı “A” yaşayış evinin 5/70 hissəsinə olan pay hüququna xitam verilməsi barədə iddia qaldırmışlar. Cavabdehin payı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, M.Qorki küçəsi, ev 50-də yerləşməklə “A” yaşayış evində Cavabdeh vərəsə payı 5/70 hissə təşkil edir. Göründüyü kimi onun miras əmlakdakı payı cüzidir. Lakin onun bu əmlakda payının olmaması səbəbindən onlar miras-əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iddiaçı X2 ərizəsindən görünür ki, Cavabdeh qarşı verilən iddia tələblərinə dair ərizəni iddiaçı X7 imzalamamışdır. Ona görə də iddia tələblərindən ona dair hissədə imtina edilməsi və bu barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə iddiaçı X6 dair hissədə xitam verilməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 Cavabdeh qarşı “əmlakın paylara uyğun bölgüsü və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona qarşı qaldırılmış iddianın rədd edilməsi və əmlakın real ölçüləri əsasında bütün mülkiyyətçilər arasında ünvan 2 ünvanında yerləşən mübahisəli evin paylara uyğun olaraq real bölgüsünün aparılması və payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçıların iddia tələbini qəbul etmir. Belə ki, daşınmaz əmlakın fərdi yaşayış evinin çıxarışında yeni bölgü aparılarkən həmin evdə olan bütün tikililər və yardımçı sahələr də həmin bölgüyə salınmalıdır. Bunun üçün evin yeni texniki pasportu və çıxarışı hazırlanmalıdır. Həmin pasporta uyğun yeni qiymətləndirilmə aparılmalıdır. Yalnız həmin qiymət əsasında da texniki göstəricilərə uyğun olaraq evin sahəsi (həyətyanı tikililər nəzərə alınmaqla) müəyyən olunmalıdır. Yalnız bundan sonra həmin ev torpaq sahəsi ilə birgə yeddi nəfər mülkiyyətçilər arasında naturada real bölgü aparılmalıdır. Yeni çıxarışda X2 5/70 hissə, Cavabdeh 5/70 hissə, İddiaçı2 6/70 hissə, İddiaçı4 6/70 hissə, İddiaçı1 36/70 hissə, İddiaçı3 6/70 hissə, X3 6/70 hissə payları vardır. Hazırda bu prosesslər baş tutmadığı üçün iddianı qəbul etmir. Bundan başqa bildirmək istəyir ki, daşınmaz əmlakda paylar müəyyən edilsə də həmin paylara uyğun real bölgü aparılmamışdır. Bu da evdən istifadə ilə bağlı bir sıra çətinliklərin yaranmasına səbəb olmuşdur. Yaranmış problemin həlli ilə bağlı evin naturada (çıxarışda göstərilən yeddi nəfərin payı) bölünməsini məqsədəuyğun hesab edir. Ona həmin evə aid olan anbardan payının real bölgüsünü məhkəmədən tələb etmiş və məhkəmə qətnaməsi ilə (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi) ona çatan pay real bölgüsü əsasında ayrılaraq verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 Cavabdeh qarşı “yaşayış evinin bazar qiymətlərinə uyğun məcburi satılması və satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mübahisə predmeti olan Sumqayıt şəhəri, M.Qorki küçəsi, 22-ci məhəllə, ev 27/50A yaşayış evinin bazar qiymətlərinə uyğun məcburi açıq hərracdan satılması və satış pulunun paylara uyğun yeddi nəfər mülkiyyətçi arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, rəylə tanış olmuşdur. Belə ki, evin dəyəri çox aşağı qiymətə qoyulmuşdur. Ekspert rəyində evin qiymətini çox aşağı qiymətə qoymuşdur. Naturada bölgü mümkün deyildir. Birinci dəfə ekspertizada iştirak etmiş, lakin ikincisində ona məlumat verilməmişdir. Naturada bölgü mümkün olmadığı üçün kompensasiya rol oynamır. Satış getməlidir. Satış getdikdən sonra öz payını almalı və qırağa çıxmalıdırlar. 5/70 hissədə onun payı vardır. 10 min manatı da qəbul etmir. Belə ki, həmin evdə atasının və anasının zəhməti vardır. Ona görə də ilkin iddia tələbini qəbul etmədiyini bildirdi. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-18/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, ümumi sahəsi 113.20 kv.m olan 50 nömrəli fərdi yaşayış evinin cüzi - 1/14 hissədə pay sahibi olan Cavabdeh payına uyğun olaraq 10000 manatın digər payçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən kompensasiya ödənilməklə ümumi əmlakdakı pay hüququna xitam verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150,0 manatın 100 manatının ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 müştərək qaydada, 50 manatının isə ilkin iddia üzrə Cavabdeh tutulması qət edilmişdir (hakim Aynur Behbudova). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221-ci maddələrinə, “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə, , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-18/2024 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, çıxarılmış qətnamə ilə razı deyildir. Belə ki, daşınmaz əmlakın fərdi yaşayış evinin çıxarışında yeni bölgü aparılarkən həmin evdə olan bütün tikililər və yardımçı sahələr də həmin bölgüyə salınmalıdır. Bunun üçün evin yeni texniki pasportu və çıxarışı hazırlanmalıdır. Həmin pasporta uyğun yeni qiymətləndirilmə aparılmalıdır. Yalnız həmin qiymət əsasında da texniki göstəricilərə uyğun olaraq evin sahəsi (həyətyanı tikililər nəzərə alınmaqla) müəyyən olunmalıdır. Yalnız bundan sonra həmin ev torpaq sahəsi ilə birgə yeddi nəfər mülkiyyətçilər arasında naturada real bölgü aparılmalıdır. Yeni çıxarışda X2 5/70 hissə, Cavabdeh 5/70 hissə, İddiaçı2 6/70 hissə, İddiaçı4 6/70 hissə, İddiaçı1 36/70 hissə, İddiaçı3 6/70 hissə, X3 6/70 hissə payları vardır. Hazırda bu prosesslər baş tutmadığı üçün iddianı qəbul etmir. Bundan başqa bildirmək istəyir ki, daşınmaz əmlakda paylar müəyyən edilsə də həmin paylara uyğun real bölgü aparılmamışdır. Bu da evdən istifadə ilə bağlı bir sıra çətinliklərin yaranmasına səbəb olmuşdur. Yaranmış problemin həlli ilə bağlı evin naturada (çıxarışda göstərilən yeddi nəfərin payı) bölünməsini məqsədəuyğun hesab edir. Evə dair ekspertiza keçirilmişdir. Rəylə tanış olmuşdur. Belə ki, evin dəyəri çox aşağı qiymətə qoyulmuşdur. Ekspert rəyində evin qiymətini çox aşağı qiymətə qoymuşdur. Naturada bölgü mümkün deyildir. Birinci dəfə ekspertizada iştirak etmiş, lakin ikincisində ona məlumat verilməmişdir. Naturada bölgü mümkün olmadığı üçün kompensasiya rol oynamır. Satış getməlidir. Satış getdikdən sonra öz payını almalı və qırağa çıxmalıdırlar. 5/70 hissədə onun payı vardır. 10 min manatı da qəbul etmir. Belə ki, həmin evdə atasının və anasının zəhməti vardır. Bu səbəbədən də çıxarılmlış qətnaməni tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, məhkəmə qətnamə çıxararkən işin hallarını tam və dəqiq araşdırmamış və əsassız qətnamə çıxarmışdır. Hesab edir ki, ilkin iddia təlləbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edib şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı4 və onun nümayəndəsi X5 və üçüncü şəxs X8 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçılar qarışılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlan verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə ilkin iddia üzrə iddiaçılar qarışılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli Qərarı Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-18/2024 nömrəli qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, işin hallarına görə tərəflərə məxsus olan daşınmaz əmlakına dair Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, mübahisəli mənzil paylı mülkiyyət hüququ əsasında 5/70 hissədə X2, 5/70 hissədə Cavabdeh, 6/70 hissədə İddiaçı2, 6/70 hissədə İddiaçı4, 36/70 hissədə İddiaçı1, 6/70 hissədə İddiaçı3, 6/70 hissədə X3 adına qeydə alınmışdır. Hazırda, ilk iddiaçılar Cavabdeh məxsus olan pay hüququna kompensasiya ödənilməklə xitam verilməsini, qarşıliqlı iddiaçı isə açıq hərracdan satılaraq pul vəsaitinin tərəflər arasında bölünməsini məhkəmədən xahiş etmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddia predmeti olan əmlakın naturada bölgüsü mümkün olmadığından və cavabdehin həmin əmlakda payı cüzi olduğundan, iddiaçılar tərəfindən cavabdehə payına mütənasib olaraq kompensasiya hüququ verməklə, sonuncunun ümumi paylı mülkiyyət hüququna xitam verilməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının ödənilməsi. Mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülkiyyətdə olan iddiaçının payının naturada ayrılması mümkünlüyünü yoxlamış və 06 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən, mənzilin tərəflər arasında bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Digər tərəfdən, apellyasiya icraatı zamanı məhkəmə iclasında kollegiya tərəfindən Cavabdeh ona məxsus payın digər payçılara satılması ilə bağlı təklifin olubolmaması barədə məsələ müzakirəyə çıxarılsa da, Cavabdeh təklifin olmamasını bidirmişdir, tərəflər arasında heç bir razılaşma əldə olunmamışdır, apellyant israrla yalnız həracın keçirilməsini və əldə olunmuş pul vəsaitinin paylı mülkiyyətçilərin arasında bölünməsini tələb etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl mülki qanunvericilik ilə nəzərdə tutulmuş qaydalara ardıcıllıqla riayət edilmişdir. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyantın ümumi əmlakda payını cüzi sayaraq pay hüququna xitam verilməsi barədə ilkin iddianın təmin edilməsi, Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə ünvanında yerləşən 50 nömrəli evə 5/70 hissədə paya qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin etməklə, qarşılıqlı iddianın təmin etməməklə səhv nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 18/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə ünvanında yerləşən 50 nömrəli ev açıq hərracdan satılmalı və satış pulu X7 (5/70), Cavabdeh (5/70), İddiaçı2 (6/70), İddiaçı4 (6/70), İddiaçı1 (36/70), İddiaçı3 (6/70), X8 (6/70) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Kollegiya eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatın dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-18/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə ünvanında yerləşən 50 nömrəli ev açıq hərracdan satılsın və satış pulu X7 (5/70), Cavabdeh (5/70), İddiaçı2 (6/70), İddiaçı4 (6/70), İddiaçı1 (36/70), İddiaçı3 (6/70), X8 (6/70) arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1263/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1263/2024
09.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver