Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1267/2023 12.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (gecikdirilmiş borcun ödənilməsi -iddia ərizəsinin icraata qəbul edilməsindən imtinaya dair) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2994/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 917,99 ABŞ dolları məbləğində gecikdirilmiş borcun, həmçinin ödənilmiş 38.10 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2994/2023 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı – ümumilikdə 917,99 ABŞ dolları məbləğində gecikdirilmiş borcun, həmçinin ödənilmiş 38.10 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.
3. İddiaçı QSC BOKT xx.xx.2023-cü il tarixdə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2994/2023 saylı qərardadından ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2994/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5241/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 1689.89 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş 64.98 manat dövlət rüsumunun alınaraq İddiaçı BOKT QSC-yə ödənilməsi, tələbin “GELLY CK MK” minik markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 1689.89 ABŞ dolları əsas borcun (həmin günə rəsmi manat məzənnəsi ilə) və ödənilmiş 64.98 manat dövlət rüsumunun İddiaçı BOKT QSC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə qalan məbləğin Cavabdeh tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yenə işdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2265/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizənin qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı yenidən eyni tələblə, eyni tərəfə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə məhkəmənin dəftərxanası tərəfindən verilmiş arayışa əsasən eyni tərəflər arasında eyni mübahisə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, həmçinin ərizənin icraata qəbul edilməsindən imtina barədə qərardadı olduğundan yenidən iddia tələbinə baxılması yolverilməzdir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 114.1.2, 153.2.2, 153.5-ci maddələrinə, X6 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, ərizənin icraata qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qərardadında Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsinə istinad edərək, mülki işi icraata qəbul etməkdən imtina etmişdir. Lakin sözü gedən iddia ərizəsində tələb edilən predmet eyni predmetin əsasını təşkil etmir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5241/2022 saylı, xx.xx.2022 ci il tarixli qətnaməsində iddia tələbini əsas və faiz borcunun cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi təşkil edir, lakin 2(060)-2994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla icraata götürülməyən mülki işdə olan iddia tələbi isə 5% -lə hesablanmış gecikdirilmiş borcla bağlıdır. Göründüyü kimi məhkəmə işə yanlış prosessual normanı tətbiq etməklə əsassız şəkildə iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014- cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunmalıdır ki, kreditorlar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi kreditorları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2023-cü il tarixədək icra etməmişdir. Bu səbəbdən kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə qanunsuz və əsassız qərar qəbul etməklə iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən şikayət ətmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 2.2-ci maddəsinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.3-cü maddəsinin tələbinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2994/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
12. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2994/2023 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2994/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. Belə ki, iddia ərizəsinin məzmunundan və ifadə tərzindən görünür ki, tələb Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad olunmaqla, icranın gecikdirilməsinə görə yaranmış faizin tələb olunması barədədir.
15. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən ona istinad etmişdir ki, hazırkı tələb üzrə Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi mövcuddur. Ona görə də eyni tərəflər arasında eyni mübahisə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, həmçinin ərizənin icraata qəbul edilməsindən imtina barədə qərardadı olduğundan yenidən iddia tələbinə baxılması yolverilməzdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.
17. Belə ki, araşdırılan işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5241/2022 saylı, xx.xx.2022 ci il tarixli qətnaməsində iddia tələbini əsas və faiz borcunun cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi təşkil edir. Hazırki tələb isə 5% -lə hesablanmış gecikdirilmiş borcla bağlıdır.
18. Apellyasiya instansiyası bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl məhkəmələr iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalıdır.
19. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur.
20. Belə ki, məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur
21. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
22. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, “iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina haqqında” birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın yolverilməzliyi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır.
23. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi də öz növbəsində iddianın mümkünlüyü ilə bağlı çəkişmə prinsipinə riayət edilməklə iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edildikdən sonra müvafiq qərar (icraata götürmək, ərizənin geri qaytarılması və imtina olunması barədə) qəbul etməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2994/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
.