Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1275/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X11 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-118/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2nun xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış Xaçmaz rayonu Yergüc kəndində yerləşən yaşayış evindən, 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paydan ibarət mirasın nənəsi X3 tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə, sonuncunun xx.xx.2006-cı il tarixdə vəfatından sonra miras qalmış yaşayış evinin, 0,3 ha həyətyanı torpaq sahəsində və 1.19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət miras əmlakın ona düşən, tərəfindən vəsiyyətnamə üzrə qəbul edilmiş payın müəyyən edilməsi və onun naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-ci ildə ünvan 1ində anadan olmuş, valideynləri olan atası X9 ilə anası X5 13 iyun 1988-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, həmin tarixdə də anası Zərifə ata babası olan X6 məxsus ünvan 1ində yerləşən evə gəlin köçmüşdür. Valideynləri ailə həyatı qurarkən atası daimi Rusiya Federasiyasında yaşamış, ona görə də ailə həyatı qurduqdan sonra da atası Rusiya Federasiyasına qayıtmışdır. Evdə babası Məlik, nənəsi X3, anası X5 və onlar yaşamışlar. X2 27 fevral 2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış Xaçmaz rayonu, Yegüc kəndində yerləşən yaşayış evi, evin yerləşdiyi həyətyanı torpaq sahəsində və kənd təsərüfatı təyinatlı torpaq sahəsindəki paylardan ibarət mirası 1-ci dərəcə vərəsə olaraq həyat yoldaşı olan (yəni nənəsi) X3 faktiki olaraq idarə etrməklə qəbul etmişdir. X13 10 mart 2006-cı il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl, yəni 01 mart 2006-cı il tarixdə qanuni təsdiq edilmiş vəsiyyətnamə ilə Xaçmaz rayonu Yergüc kəndində yerləşən yaşayış evini, həyətyanı və özəl pay torpaq payını əmanət kassasında olan pullarını və bütün əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyət üzrə vərəsə olaraq mərhum nənəsindən miras qalmış əmlakı faktiki olaraq idarə etməklə və ona yiyələnməklə qəbul etmişdir və bu günə kimu həmin əmlakı idarə edir. Cavabdehlərdən Cavabdeh onun doğma əmisidir. O, hələ babasının və nənəsinin sağlığında evdən köçüb getmiş, ünvan 1ində özünə məxsus evdə yaşamışdır. O, nənəsinin ölümündən təxminən 1 il keçdikdən sonra özünə məxsus evini, meyvə bağlarını sataraq onların yaşadığı, yəni X13dan miras qalmış evə köçərək 1-ci mərtəbəsində məskunlaşmışdır. Həmin vaxt anası Zərifə Hüseynova etiraz etməmişlər ki, cavabdeh əmisidir, özünə başqa yaşayış yeri əldə edənə kimi miras evdə müvəqqəti yaşasın. Bu yaxınlarda cavabdeh əmisi onların evdə olmamalarından istifadə edərək miras evin 2-ci mərtəbəsindəki əmlakları özbaşına olaraq oradan çıxarıb evin 1-ci mərtəbəsinə ataraq özü ailəsi ilə birllikdə evin 2-ci mərtəbəsinə köçüb yaşamağa başlamışdır. Bu zəmində aralarında mübahisələr yaranmışdır. Hesab edir ki, Cavabdeh bu cür hərəkətlər etməsi tamamilə qanunsuzdur, miras əmlakla bağlı onun hər hansı hüququ yaranmamışdır. Əksinə o vəsiyyət üzrə vərəsə olaraq mərhum X13dan miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlaka dair hüquqlarını qanunamüvafiq rəsmiləşdirilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, notariat ofisinin notariusu F.S.Məmmədovun 30 iyun 2020- ci il tarixli 336 saylı məktubu ilə ona cavab verilmişdir ki, X1 vəfatından sonra miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və evə dair vərəsəlik işi mübahisə xarakteri daşıyır. Bu səbəbdən notariat əməliyyatının aparılması qeyri-mümkündür və məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunur. Beləliklə X2nun ölümündən sontra yaşayış evindən, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət mirası həyat yoldaşı (nənəsi) X3 faktiki olaraq qəbul etmişdir. Nənəsi isə yuxarıda qeyd edildiyi kimi vəsiyyətnamə ilə özünəməxsus bütün əmlakı ona vəsiyyət etmişdir. Nənəsinin öldüyü vaxt onun 16 yaşı olmuşdur. O, miras evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Xaçmaz rayonu, İcra Hakimiyyətinin Başçısının Yergüc kənd İƏD nümayəndəsinin arayışı ilə təsdiq olunur ki, miras qoyan X1 ölümündən sonra evi və təsərrüfatı İddiaçı idarə edir. Cavabdeh miras əmlakı qanunda nəzərdə tutulmuş qaydada və müddətdə qəbul etməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-118/2024 nömrəli qərardadı ilə iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilməsi qərara alınmışdır (hakim Sərxan Səmədzadə). İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-118/2024 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə özü payların müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında qətnamə qəbul etməlidir, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021 -ci il tarixli qərarı). Hesab edir ki, məhkəmə özü payların müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında qətnamə qəbul etməlidir, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir kı, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan intina etməməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının məyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə qeyri-mötəbər ziddiyətli, faktlara və sübutlara söykənməyən qərardad çıxarmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Ona görə də Xaçmaz rayon Məhkəməsi tərəfindən 2(067)-118/2024 nömrə ilə 23 may 2024-cii il tarixdə qəbul edilmiş Xaçmaz rayon Məhkəməsinin 2(067)-118/2024 nömrəli 23 may 2024-cii il tarixli qərardadını tamamilə ləğv edib, işin yenidən Xaçmaz rayon Məhkəməsinin icraatında baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-118/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 118/2024 nömrəli nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bundan başqa, həmin Qərarla müəyyən edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə qəbul olunmuş və Konstitusiya Məhkəməsində sözügedən Plenumla bağlı mülki işin icraatı tərəflərin yazılı ərizələri əsasında dayandırılmışdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarın müddəaları hazırki mülki işə şamil olunmalıdır. Məhkəmə hesab etmişdir ki, sözügedən Qərarla vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyindən, hazırki mülki işin icraatına da xitam verilməlidir, ona görə ki, iddia tələbində iddiaçı miras əmlakın həm vəfat etmiş nənəsi, həm də özü tərəfindən qəbul edilmə faktını müəyyən edilməsini xahiş edir, halbuki heç bir vərəsə miras payından notarial qaydada imtina etməmişdir. İddia tələbindən aydın olur ki, İddiaçı məhkəməyə müraciət edərək X2nun xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış Xaçmaz rayonu Yergüc kəndində yerləşən yaşayış evindən, 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paydan ibarət mirasın nənəsi X3 tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə, sonuncunun xx.xx.2006-cı il tarixdə vəfatından sonra miras qalmış yaşayış evinin, 0,3 ha həyətyanı torpaq sahəsində və 1.19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət miras əmlakın ona düşən, tərəfindən vəsiyyətnamə üzrə qəbul edilmiş payın müəyyən edilməsi və onun naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı əsas iddia tələbi miras qalmış əmlaka payın müəyyən edilməsi və onun naturada ayrılaraq ona verilməsi barədədir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında əks olunan müddəalarına istinad edərək hazırkı mülki iş üzrə icraata xitam verilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddiasının hüquqi marağı miras əmlaka payın müəyyən edilməsi və naturada ayrılması olduğundan, mülki mübahisənin hazırkı halında iş üzrə icraata xitam verilməsi mülki məhkəmə icraatının vəzifələrinə və təməl prinsiplərinə, şəxslərin məhkəməyə əlçatanlığı, işlərə ağlabatan müddətdə baxılması, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, prosessual qənaət prinsiplərinə zidd olmuş və tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-118/2024 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-118/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1275/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1275/2024
24.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver