Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1276/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı nümayəndəsi X18, cavabdeh X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1305/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1305/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh1, Xaçmaz Rayon 1 saylı Notariat ofisinə, DƏDRX-nin 5 saylı Xaçmaz Əİ-nə, X6, X9, X10 və X1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1305/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evi mərhum atası X12 məxsus olmuşdur. Atası xx xxxxxx 2011-ci ildə, anası xx xxxxxx 2015-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra 6 vərəsəsi – qardaşları, bacısı və o qalmışdır. xx xxxxxx 2017-ci il tarixdə qardaşı Eyubov X20 1 saylı notariat kontoruna müraciət edərək atalarından miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizədə və ərizəyə əlavə olunmuş arayışda atasının üç vərəsəsi olduğu qeyd olunmuşdur. Bununla da digər vərəsələr-o, qardaşı İzətulla Eyubov və bacısı Nəzilət Eyubova vərəsəliyə çağırılmamışlar. Halbu ki, qanunvericilikdə bu vəzifə müraciət etmiş vərəsənin üzərinə qoyulur. Savabdeh Cavabdeh1 mülki qanunvericiliyin vərəsəlik münasibətlərindən bəhs edən müddəalarına zidd olaraq miras əmlakdan 1/1 pay almağa nail olmuşdur. Ona bu barədə xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətənamə əsasında atalarına məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evini öz adına rəsmiləşdirmiş və ona fərdi yaşayış evinə dair mülkiyyət, torpağa dair istifadə hüququ barədə çıxarış da verilmişdir. Hesab edir ki, atasından miras qalmış əmlaka dair xx xxxxxx 2018-ci il tarixli, reyestrdə 2V-70 nömrə ilə qeyd olunmuş 773 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş dövlət reyestrindən çıxarış etibarsız hesab olunmalıdır. Ona görə də, atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evinə dair xx xxxxxx 2018-ci il tarixli, reyestrdə 2V-70 nömrə ilə qeyd olunmuş 773 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx xxxx 2018-ci il qeydiyyat tarixli çıxarışın etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü madəsinin və Azərbaycan Respublikası MPM-nin 9.1, 9.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X18 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X13 apelyasiya şikayətinə etiraz edib, birinci insytansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Xaçmaz Rayon 1 saylı Notariat ofisinə, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, X14, X15 və X1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X16 xx.xx.2011-ci il tarixdə, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2018-ci il tarixli, reyestrdə 2V-70 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,00806 ha olan həyətyanı torpaq sahəsindən və ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. X13 və X8 ərizələrindən müəyyən olunur ki, ataları X7 xx.xx.2011-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişlər və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxmışlar. Hərəkətsizlikləri onlara aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********92-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xaçmaz rayon 1 saylı notariat ofisinin 353 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.20110-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.00806 ha torpaq sahəsinə dair istifadə hüquqları və 113,7 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli vərəsəlik şəhadətnaməsi verilmişdir. İddia ərizəsinin təmin olunmaması barədə nəticəyə gələn birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, İddiaçı miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat orqanına xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Lakin miras əmlakın qəbulu ilə bağlı müddətin uzadılmasına dair məhkəməyə və ya DNK-na müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1 – 1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1 və 1134.2-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və təəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb, tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1305/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1276/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1276/2021
07.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver