Məhkəmə qərarları › İş №2(105)-1277/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1277/2021

19.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1277/2021 19.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin məruzəsi və sədrliyi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı İddiaçı Cavabdeh1, maraqlı tərəflər Şamaxı Regional Cavabdeh2riat Ofisi, ƏMDK yanında DƏDRX-nin 14 saylı X4rşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən Şamaxı Rayon Məhkəməsinə verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1, maraqlı tərəflər Şamaxı Regional Cavabdeh2riat Ofisi, ƏMDK yanında DƏDRX-nin 14 saylı X4rşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon notariat kontorunun xüsusi notariusu X6 tərəfindən verilmiş xx xxxxxx 2018-ci il vərəsəlimdən imtina barədə ərizələrimin etibarsız hesab edilməs, İddiaçı ataaı X1 və anası X2 qalan hissəsinə düşən Şamaxı şəhəri N.Nəcəfov küçəsi 17 saylı evə və xx.xx.1993-cü il tarixli Şamaxı rayon İçtimai iaşə müəssiələri birliyi ilə Şamaxı rayonu “Xeyriyyə” sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu “Xeyriyyə” sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X3 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli 03 nömrəli “Torpaqların alqı-satqısına” dair AKT-a əsasən 0,5 ha torpaq sahəsinə dair miras əmlaka vərəsə kimi tanınmağı barədə qətnamə çıxarılması, mübahisə məhkəmədə baxılıb qanuni qüvvəsini alanadək Şamaxı şəhəri N.Nəcəfov küçəsi 17 saylı evə dair çıxarışın verilməsi və həmin evin başqa şəxsin adma özgəninkiləşdirilməsinin qadağadan edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinə və müvafiq ərazi idarəsinə iddianın təmini tədbirinə dair dərhal qərardad çıxarılaraq göndəriş məktubu ilə birlikdə göndərilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasına sədrlik edən (eyni zamanda məhkəmənin sədri) hakimə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki işin Şamaxı rayon Məhkəməsindən alınaraq başqa rayonun məhkəmə icraatına verilməsi barədə qərardad çıxarmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 19.2.2 və 19.2.3-ü maddələrinə əsasən hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, məhkəmənin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsas olmadığından və etirazın əsasları barədə heç bir sübut təqdim edilmədiyinə görə etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Cavabdeh1 tərəfindən Şamaxı Rayon Məhkəməsinə edilmiş etiraz təmin edilməsin. İddiaçı İddiaçı Cavabdeh1, maraqlı tərəflər Şamaxı Regional Cavabdeh2riat Ofisi, ƏMDK yanında DƏDRX-nin 14 saylı X4rşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar