Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1278/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X16 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-1/2024 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan Seriya RX № ******* saylı xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********17-10301 reyestr nömrəli 0.30 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır.
2. 09 sentyabr 1996-ci il tarixdə ünvan 1i icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrəli vəsiyyətnamədən görünür ki, X10 bütün əmlakını, o cümlədən Urva kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir.
3. AZ-İ 196992 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 16 dekabr 2006-cı il tarixdə vəfat etmişdir.
4. 05 noyabr 2014-cü il tarixli, Reyestrdə 2V-210 ilə qeyd olunmuş № ******* iş nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1i icra nümayəndəsi tərəfindən 09 sentyabr 1996-ci il tarixdə təsdiq edilmiş 186 nömrəli vəsiyyətnaməyə əsasən 16 dekabr 2006-cı ildə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan nəvəsi İddiaçıdur. Şəhadətnamənin verildiyi miras əmlakı DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2014-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.30 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin ½ hissəsidir. Yerdə qalan ½ hissəsi məcburi payın verilməsi üçün açıq saxlanılmışdır.
5. İşdə olan Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-718/2019 saylı qətnaməsinin surətindən görünür ki, X4 İddiaçı, Qusar rayon Notariat kontoruna (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi göstərilməklə) qarşı vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və buraxılmış iddia müddətinin üzürlü hesab edilərək bərpa edilməsinə dair iddiası qismən təmin edilmiş, X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı X12 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılmış və həmin əmlaklara dair X4 vərəsəlik hüququ tanınmışdır.
6. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli 2(105)- 342/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)- 718/2019 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)3109/2020 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli, 2(105)-342/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
8. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)- 2471/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(029)718/2019 saylı qətnaməsi qismən – “X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı X12 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın və həmin əmlaklara dair X4 vərəsəlik hüququ tanınsın” hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir.
9. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)2669/2021 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-2471/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Notariat kontoru tərəfindən ***- **** olan vərəsəlik işinin materiallarında reyestrdə 2V-210 ilə qeydə alınmış 05 noyabr 2014-cü il tarixdə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair 14 noyabr 2014-cü il tarixli seriya ******* saylı mülkiyyət hüququ haqqında verilmiş çıxarışa əsas olmuş qeydlərindən ½ hissəsi qeyd sözlərinin çıxarılması və cavabdehlərin üzərinə düzəlişləri olunmuş yeni vərəsəlik haqqında şəhadətnamənin və mülkiyyət haqqında çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, 09 sentyabr 1996-cı il tarixdə ünvan 1i icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə 1910-cu il təvəllüdlü 86 yaşlı X10 vəfat anında ona məxsus bütün əmlakını Bakıda yaşayan (vəfat etmiş oğlu X5 oğlu olan) nəvəsi İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə 1996-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin 1964-cü ilin redaksiyasında olan 537-ci maddənin 2-ci hissəsinə və 538-ci maddəsinə istinadən icra olunmuşdur. xx.xx.2006-ci ildə X2 rayonu Urva kəndində vəfat etmişdir və ölümündən sonra vəsiyyətnaməyə əsasən onun bütün əmlakı onun nəvəsi İddiaçı tərəfindən bütövlüklə (tam) faktiki qəbul etdiyindən Qusar rayon notariat kontoru tərəfindən 05 noyabr 2014-cü il tarixdə həmin əmlakın 0.30 ha torpaq və həmin torpaq sahəsində olan yaşayış evinin ½ hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, onun əsasında 14 noyabr 2014-cü il tarixli seriya ******* saylı mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. X3 miras kütləsinə olan əmlakın yerdə qalan ½ hissəsi məcburi payın verilməsi üçün cavabdeh tərəfindən açıq saxlanılmışdır. Miras qalmış əmlakı faktiki olaraq bütövlüklə vəsiyyətnaməyə uyğun şəkildə İddiaçı qəbul etmiş, yiyəlik etmiş və qəbul edilməsi açıq nümayiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən əsassız olaraq iş üzrə tətbiq olunmayan yeni 2000-ci ildə qəbul olunmuş Mülki Məcəllənin müddəasını tətbiq etdiyindən ½ hissəsi məcburi pay kimi açıq saxlandığından İddiaçı vərəsəlik hüququ pozulmuşdur. Cavabdeh hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etmişdir. Hesab edir ki, bu səbəbdən cavabdeh tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mirasa dair mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsas olmuş ½ hissənin açıq saxlanmasına dair qeydlərin ləğv edilməsi ilə düzəlişlərin aparılması məhkəmə tərəfindən edilməlidir. X10 xx.xx.1996-ci ildə İddiaçı vəsiyyətnaməni vermişdir və həmin hüquqi sənədinə əsasən vəsiyyət edən şəxs öz iradəsini bildirmiş və öz əmlaklara və gələcəkdə olan əmlaklara və hüquqlara dair İddiaçı xeyrinə sərəncamını vermişdir. Eyni zamanda digər qanun üzrə vərəsələr vərəsəlik hüququndan məhrum olunmuşdur. Həmin məhrum etmə müddəası vəsiyyətnamənin 2-ci bəndində 1964-cü ildə qəbul olunmuş və xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 537-ci maddənin 2-ci hissəsinin əsasında müəyyən olunmuşdur. Qeyd etdiyi kimi, tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edir və buna görə də iş üzrə həmin maddi hüquq normaları tətbiq olunmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitysiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən qanunun geriyə qüvvəsi yoxdur. Şəhadətnamə 1996-ci ildə verildiyindən həmin hüquqi münasibətlər 1964-cü ildən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları ilə tənzimlənir və tətbiq olunur. Lakin, hazırki şəhadətnamə verildiyi anda tətbiq olunmamalı xx.xx.2000-ci ildə qüvvəyə minmiş və həmin ildən sonraya hüquq münasibətlərinə aid olmuş yeni Mülki Məcəlləni tətbiq etmişdir.
12. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-1/2024 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras açıldıqdan sonra notariat orqanları vəsiyyətnamənin məzmununa uyğun olaraq, eyni zamanda Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərinin tənzimləyən hüquq normalarının tələblərinə əsasən vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verirlər. Həmçinin, qeyd olunmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 1220.0.1 - 1220.0.3, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 47, 48 və MPM-in 4.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçının vəkili və nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən məcburi paya malik olan şəxslər müəyyən olunmamışdır. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, (Vərəsəliyin açılması) “Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.” Qeyd etdiyi kimi, məcburi paya malik olan şəxslər məhkəmə prosessində müəyyən olunmadığından, məcburi pay açıq saxlanılmamalı idi və açıq saxlanılsa da iddiaçıya heç bir aidiyyəti yoxdur. Çunki, nə maddi nə prosessual hüquq normaları ilə müəyyən olunmuş qayda tərəfindən X6 məcburi payın sahib olmasına yol verilmir. Qeyd etmək lazımdır ki, dəfələrlə məhkəmə iclaslarında Sumqayıt Apellyasiya Məhkəmə Mülki Kollegiyalarında iddiaçı X13 bildirmişdir ki, miras olan evin və torpağın onun yaşadığı evin və torpağın arasında hasar var. Osman öz evində qonşuluğunda yaşayır. Arifin evinə və torpağına nəzərət etmir və orada olmur. Torpağında olmur, becərmir, əkmir. Miras olan evdə onun əmlakı yoxdur. Orada cavabdeh İddiaçı məxsus əmlak var. X7 (İddiaçı anası) 1994-cü ildən bu günədək yaşayır. Bu ev 1963-cü ildə özü və əri X8 torpaq üzərində inşa etdiyi evdir. Bu səbəbdən rəhmətlik X9 bu evi və torpağı öz vəfat etmiş oğlu Şərifin oğlu Arifə vəsiyyət etmişdir. Göründüyü kimi, iddiaçı X12 qeyd olunan vərəsəliyə dair subyektiv hüququ olmayan şəxsdir. Onun movcud olmayan və buna qörə də pozulmamış hüququnun və qanunla qorunmayan və müdafiə olunmayan iddiası məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına riayət və tətbiq etməklə müdafiə olunmamışdır. Məhkəmənin əmlak bölğüsü ilə bağlı mübahisənin olması əsassızdır, ona görə ki, miras olan əmlak vəfat etmiş Səlmi Şərifova tərəfindən bütövlükdə İddiaçı vəsiyyət olunmuşdur, bütün vərəsələr həmin vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum olunmuşdurlar. Eyni zamanda məcburi paya malik olan şəxslər movcud deyil. Məhkəmənin xx.xx.2000-ci ilin Mülki Məcəllənin 1200-cü maddəsinə istinad etməsi əsassızdır və qeyd olunan maddi hüquq normalarını pozur. Ona görə ki, əgər yeni qanun geriyə tətbiq olunsa onda vərəsə İddiaçı miras kütləsinə dair vərəsəlik hüququ pozulmasına gətirir, çünki qanun üzrə vərəsələrin məcburi paya hüququ açılır. Qanun isə bu halda yeni qanunun geriyə tətbiq etməsinin Mülki Məcəllənin (2000-ci il) 7.3-cü maddəsinə əsasən qadağan edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Cavabdeh Qusar rayon Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək xidməti zərurətlə əlaqədar nümayəndənin məhkəmə iclasında iştirak edə bilmədiyini, işə Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 29. Mülkiyyət hüququ (...) Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
25. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
27. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
28. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
29. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
34. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. İşdən görünür ki, vəsiyyətnamə 1996-cı il tarixdə tərtib edilsə də, mərhum X10 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.
41. Qüvvədə olan Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
42. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən. miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
43. Eyni norma qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsində də təsbit edilmişdir.
44. Kollegiya qeyd edir ki, cavabdeh notariat kontoru mübahisələndirilən şəhadətnaməni xx.xx.2014-cü il tarixdə tərtib edərkən qüvvədə olan mülki qanunvericiliyin tələbi pozulmamışdır.
44. Hətta iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından görünür ki, şəhadətnamənin verilməsindən sonra miras əmlaka dair məhkəmə mübahisələri olmuşdur.
45. Belə ki, işdə olan Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)- 718/2019 saylı qətnaməsinin surətindən görünür ki, X4 İddiaçı, Qusar rayon Notariat kontoruna (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi göstərilməklə) qarşı vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və buraxılmış iddia müddətinin üzürlü hesab edilərək bərpa edilməsinə dair iddiası qismən təmin edilmiş, X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı X12 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılmış və həmin əmlaklara dair X4 vərəsəlik hüququ tanınmışdır.
46. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-2471/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(029)718/2019 saylı qətnaməsi qismən - “X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı X12 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın və həmin əmlaklara dair X4 vərəsəlik hüququ tanınsın” hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)2669/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-2471/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
48. Mahiyyəti üzrə işə baxmış birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, İddiaçı hazırkı iddianı qaldırmaqda, yəni vərəsəlik şəhadətnaməsində göstərilmiş ½ hissə qeydinin çıxarılmasını tələb etməkdə hüquqi marağı ondan ibarətdir ki, miras qoyan Səlmi Şərifovanın miras kütləsinə daxil olan əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında bütövlükdə ona verilsin. Başqa sözlə, mübahisə mahiyyət etibarı ilə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisədir və iddia özlüyündə mirasın bölüşdürülməsini ifadə edir. Belə olan halda, hazırkı iddia notariat orqanına qarşı yönəldilə bilməz, çünki notariat orqanı vərəsəlik hüquq münasibətinin iştirakçısı deyil, mirasın notarial üsulla bölgüsünü həyata keçirən (mübahisə olmadığı təqdirdə) orqandır.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən qənaəti ilə razılaşır, həmçinin qeyd edir ki, iddiaçı digər vərəsələrin pay almaq hüquqlarını itirdiklərini və mirasdan tam pay almaq hüququnun hazırda yalnız ona məxsus olduğunu göstərir. Belə olan halda düzəliş olunması tələb olunan şəhadətnamənin mövcud olması iddiaçının mübahisələndirdiyi hissə üzrə miras payına dair yenidən notariat orqanına müraciət etməsinə mane olan hal deyildir.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-1/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.