Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1286/2025 18.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2(026)-92/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, 06 may 2025-ci il tarixli, 4/601 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli torpağın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə 10 noyabr 1990-cı il tarixindən rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onlar birgə nikah dövründə bir çox daşınmaz əmlaklar almışlar. Həmin əmlaklardan biri də Qobustan şəhəri ərazisində yerləşən torpaq sahəsidir. Həmin torpaq sahəsinin ərazisi 0,008 ha olmaqla, həyat yoldaşı X3 adına 22 noyabr 2006-cı il tarixində mülkiyyət hüququ ilə DƏDRX-də qeydiyyatdan keçmiş və müvafiq çıxarış da almışdır. Həmin torpaq sahəsində sahibkarlıq məqsədilə qeyri-yaşayış sahəsi inşa olunmuş və həyat yoldaşı orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu gün də həmin sahə onun istifadəsindədir. Bu günlərdə Cavabdeh2 iddiaçının həyat yoldaşı X6 qarşı “dublikat çıxarışın ləğvi və binanın boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və bununla əlaqədar məhkəmə iclasının təyin edilməsi barədə məhkəmə bildirişi onun yaşadığı yerə gəlmişdir. Bundan sonra o, belə bir alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən xəbər tutmuşdur. O, həyat yoldaşından həqiqətən belə bir müqavilə bağlayıb-bağlamadığını soruşduqda, qəti şəkildə həmin sahəni satmadığını, yalnız rəsmiyyət xatirinə girov qoyaraq faizə pul götürdüyünü bildirmişdir. İddiaçı bundan sonra artıq şübhələndiyi üçün vəkilə müraciət edərək, bu işin araşdırılmasını xahiş etmişdir. Vəkil tərəfindən həm Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə, həm də bu müqavilənin rəsmiləşdirildiyi Cavabdeh1nə müraciət olunmuşdur. Cavabdeh1ndən vəkil sorğusu əsasında alınmış sənəddən açıq-aydın görünür ki, həmin notariat reyestrində onun adının qarşısında olan imza tamamilə başqa şəxs tərəfindən yerinə yetirilmişdir. O, ümumiyyətlə heç vaxt Cavabdeh1nə getməmişdir. Təbii ki, buna görə də onun həmin jurnalda imzasının olması qeyri-mümkündür. Eyni zamanda, həyat yoldaşı Vahid ona bildirmişdir ki, əgər həqiqətən o, torpaq sahəsini satsaydı, onda Cavabdeh2 çoxdan öz adına bu torpaq sahəsinə dair DƏDRX-dən çıxarış alardı. Amma işin hallarından da görünür ki, həqiqətən belə bir alqı-satqı müqaviləsi olmamışdır. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının heç bir razılığı alınmamış, onun ümumiyyətlə hazırkı iddiaya kimi bu prosesdən heç bir məlumatı olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quliyeva X4 Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bu qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki,mülki işin sənədlərindən də görsənir ki, bu alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o iddia ərizəsində bu alqı-satqı müqaviləsinin icra olunduğu Cavabdeh1ndə heç vaxt olmadığını və bu alqı-satqı müqaviləsindən yalnız bu günlərdə xəbər tutduğunu bildirmişdir. İddia ərizəsinin baxışı zamanı bununla əlaqədar məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən tərtib edilmiş rəydən də görsənir ki, həmin bu torpaq sahəsinin alqı-satqısına dair razılıq ərizəsindəki imzanın ona məxsus olması barədə rəy verilsə də həmin ərizənin mətninin onun tərəfindən yazılmadığı barədə də rəy verilmişdir. Yəni bu ekspert rəyi ilə də təsdiq olunub ki, həmin ərizənin mətnindən onun məlumatı olmamışdır. Eyni zamanda məhkəmə baxışı zamanı əlavə ekspertizanın təyin edilməsi barədə vəsatət verilmiş və Cavabdeh1ndə saxlanılan reyestr jurnalındakı imzanın ona məxsus olub-olmaması barədə rəyin verilməsi xahiş olunmuşdur. Lakin məhkəmə əsassız olaraq əlavə ekspertiza təyin etməmişdir. Bundan əlavə məhkəmə baxışı zamanı Cavabdeh2 bu alqı-satqı müqaviləsinin onun tərəfindən deyil, həyat yoldaşı X9 tərəfindən imzalandığını bildirmişdir. Notariat işinin sənədlərindən də görsənir ki, Cavabdeh2 adından hər hansı bir alqı-satqı müqaviləsinin bağlanması səlahiyyətini verən etibarnamə sənədlərin siyahısında YOXDUR. Məhkəmə iclası zamanı X9 məhkəməyə etibarnamə təqdim edərək həmin alqısatqı müqaviləsindəki imzasına hüquqi don geydirməyə çalışmışdır. Əfsuslar olsun ki, məhkəmədə onun bu cəhdinə var gücü ilə kömək etmiş və ehtimala əsaslanaraq bu problemin notariat ofisinin əməkdaşının səhvi olduğunu bildirmişdir. Təbii ki bu da tamamilə məntiqsiz və qanunsuz yanaşmadır. Ona görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və iddianım təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iddiaya daha ədalətli baxmaq üçün işin bütün hallarını obyektiv və ədalətli araşdırmaq üçün şərait yaratmalıdır. Lakin işin hallarından görünür ki, məhkəmə işin bütün hallarını araşdırmamış və yalnız cavabdehin dediklərinə istinad edərək əsassız bir qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Qeyd etmək istəyir ki, məhkəyə təqdim etdiyi vəsatətdə ekpert qarşısında bir neçə suala aydınlıq gətirilməsini xahiş etmişdir. Həmin suallardan biri də Cavabdeh1ndə olan reyestr jurnalındakı imzanın ona məxsus olub-olmaması barədə rəyin verilməsi idi. Həmin jurnaldakı imzanın ona məxsus olmaması onun həmin bu notariat kontorunda olmamağını təstiq edəcəkdir. Bu isə hal hazır ki iddianın daha ədalətli və obyektiv baxılmasına xidmət edəcəkdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən əlavə ekpertiza təyin edilməmiş və bununlada MPM-nin 102.1-ci maddəsinin tələbləri pozulmuşdur. O, məhkəmə baxışı zamanı bir neçə vəsatət versə də və həmin vəsatətlər bu iddianın daha ədalətli və obyektiv baxılmasına xidmət etsə də, məhkəmə tərəfindən heç bir əsas göstərilmədən həmin bu vəsatətlərin rədd edilməsi barədə qərardad qəbul edilmişdir. Bununla da məhkəmə tərəfindən MPM-nin 184-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsi işdə olan sənədlərə əsaslanmaqla, qanuni və ədalətli olmalıdır. Lakin işin hallarından da görünür ki, bu qətnamə işin bütün hallarının ətraflı və obyektiv araşdırılması aparılmadan qəbul edilmişdir. Bununla da məhkəmə tərəfindən MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X10 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və Cavabdeh1nə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini İddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş hallar da sübuta yetirilməməsi, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə müəyyən olunmuş şərtlərin pozulmasının məhkəmədə öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbi iddiaçının yalan əqd hesab etdiyi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. İşdən göründüyü kimi əqdin etibarsızlığı ilə bağlı iddianın faktiki əsası kimi mövcud müqavilənin tərəflər arasındakı borc münasibətlərini pərdələmək niyyəti ilə bağlanmış olduğuna yönəldiyi nəticəsinə gələn aşağı instansiya məhkəməsi mövcud əqdin etibarsızlığı ilə bağlı əsasların Mülki Məcəllənin 340.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmadığı qənaətinə gəlmişdir. Mövcud iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən də bu dəlillər ətraflı araşdırılaraq hüquqi qiymət verildiyindən, iddiaçının apellyasiya şikayətinin bu dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməklə, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1286/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1286/2025
18.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver