Məhkəmə qərarları › İş №2(105)-1292/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1292/2021

01.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1292/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndələri: Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X3 Bankı və xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh X3 Bankı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı nümayəndəsi Vəkil1 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsinin (özgəninkiləşdirmənin qeydə alınmasının) qadağan olunmasına dair iddianın təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər “xxxx” MMC, Cavabdeh3, “X2 Bankı”na, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 Bankı” ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2017ci il tarixli, 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, RX 12187073 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 həmçinin, ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsinin (özgəninkiləşdirmənin qeydə alınmasının) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh «X3 Bankı»nın nümayəndəsi Nümayəndə2 qərardaddan narazı qalaraq apellyasiya şikayəti vermişdir. «xxxx» MMC-nin direktoru və «X1 Bankı»nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda Sumqayıt Şəhər Məhkəməsinin qərardadından verilmiş şikayətindən imtina etdiyi üçün geri qaytarılmasını və həmin şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Bu hissədə mülki-prosessual qanunvericiliyinin müddəaları onlara aydındır. Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 şikayətdən imtina edilməsini müdafiə etdilər və apellyasiya icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası məruzəcini, tərəfin şikayətdən imtinaya qarşı fikrini dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, cavabdeh «X1 Bankı»nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayətdən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh «X1 Bankı»nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar