Məhkəmə qərarları › İş №2(105)-1294/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1294/2022

01.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1294/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X2 oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)- 5134/2021 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)- 5134/2021 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia qismən təmin edilib, “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına aid **********05555 abonent koduna qazın sərfiyyatına görə hesablanmış 783.8 manat borc silinmiş, iddianın verilməsinə görə 15 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən ona məxsus ünvan 1 ünvanına aid **********05555 abonent koduna qazın sərfiyyatına görə hesablanmış 1567,6 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən smart tipli qaz sayğacında yaranmış nasazlıqla əlaqədar olaraq sayğac dəyişdirilmiş və 12.12.2018-ci il tarixdə mənzilə borc yazılmışdır. O, cavabdeh tərəfindən hesablanmış borcu əsassız hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 07 dekabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2, 462.1, 463.1, 467-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 80, 81, 88, 106.1, 217.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya məxsus ünvan 2 ünvanında 29.01.2014-cü ildə quraşdırılmış G-4 markalı, 1302AZ**********57 nömrəli smart tipli qaz sayğacı, göstəricilər arasında yaranmış fərq səbəbindən, 13.12.2018-ci il tarixində yeni G-4 markalı 1802AZ**********14 nömrəli smart qaz sayğacı ilə əvəz olunmuşdur. Əvəz olunmuş sayğaca vizual baxış zamanı sayğacın elektron və mexaniki göstəricilər arasında fərqin yarandığı bir daha öz əksini tapmışdır. Sayğacın mexaniki göstəricisi 13838 kub.metr olduğu halda, elektron göstəricisi 4013 kub.metr, yəni 9825 kub.metr aşağı olmuşdur. Hesablama yolu ilə abonentin istifadə etdiyi və mexaniki göstəricisinin qeydə aldığı 13838 kub.metr sərfiyyatdan abonent tərəfindən 6000 kub.metr təbii qazın dəyərinin ödənildiyi müəyyən olunmuşdur. Sayğac əvəzlənərkən müəyyən olunmuş sayğacda qalan təbii qazın istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyatı 7838 kub.metr təşkil etmişdir. Yerdə qalan 7838 kub.metr təbii qazın dəyəri isə 20 qəpik tarif ilə hesablanmışdır. 20 qəpikli tariflə hesablanmasına səbəb odur ki, abonent 2018-ci il üçün 10 qəpik tarif üçün ona ayrılmış 1700 kub.metr limitin dəyərini ödəmişdir. Bu da o deməkdir ki, abonent limiti keçdiyinə görə 7838 kub.metr 20 qəpik tariflə hesablanmış və 7838 kub.mter x 0,20 = 1567,60 manat təşkil etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər 1-ci instansiya məhkəməsinin mübahisələndirdikləri qətnaməsinə əsasən iddiaçı abonent (abonent kodu **********05555) hesablanmış 1567,60 manat məbləğində cərimə borcunun silinməsini qət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Buna əsas kimi iş materiallarında olan sübutlara istinad etmişdir. Halbuki iş materiallarında olan mübahisələndirilən qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın təmin edilməsinə yox, iddia tələbinin rədd edilməsinə əsasdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X2 oğlu apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı yaşadığı ünvana məhkəmə bildirişi göndərilmiş, zərf üzərində olan məlumata əsasən “ünvan tam deyil” qeydi ilə zərf geri qaytarılmışdır. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri, Yeni yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin verdiyi 01.02.2019-cu il tarixli, 1039 №-li arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Yeni yaşayış massivi 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yaşayır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, 130207**********57 №-li smart kart tipli sayğac **********18046514 №-li smart kart tipli sayğacla əvəz edilmişdir. Abonentin saldosundan görünür ki, abonent kodu **********05555 olan Sumqayıt şəhəri, Yaşıldərə massivində yerləşən 555E saylı fərdi evdə 2014-cü il üçün 1000 kub.metr, 2015-cü il üçün -1650 kub.metr, 2016-cı il üçün -1400 kub.metr, 2017-ci il üçün 250 kub.metr, 2018-ci il üçün – 2030 kub.metr təbii qaz sərf olunmuşdur. “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən məhkəməyə göndərilən 14.07.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında 29.01.2014-cü ildə quraşdırılmış G-4 markalı, 1302AZ**********57 nömrəli smart tipli qaz sayğacı, göstəricilər arasında yaranmış fərq səbəbindən, 13.12.2018-ci il tarixində yeni G-4 markalı 1802AZ**********14 nömrəli smart qaz sayğacı ilə əvəz olunmuşdur. Əvəz olunmuş sayğaca vizual baxış zamanı sayğacın elektron və mexaniki göstəricilər arasında fərqin yarandığı bir daha öz əksini tapmışdır. Belə ki, sayğacın mexaniki göstəricisi 13838 m3 olduğu halda, elektron göstəricisi 4013 kub.metr, yəni 9825 kub.metr aşağı olmuşdur. Bu da onu göstərir ki, sayğacın elektron hissəsi istifadə olunmuş təbii qazın sərfiyyatını müəyyən xəta ilə ölçmüşdur. Smart tipli sayğaclarda hər 2 göstəricinin olması elektron hissənin düzgün işləmədiyi halda göstəricinin mexaniki hissəyə əsasən, mexaniki hissənin isə düzgün işləmədiyi halda isə göstəricinin elektron hissəyə əsasən götürülməsi üçündür. Yaranmış fərqin dəyəri cavabdeh təşkilat tərəfindən hesablanmış və abonentin istifadə edilmiş, lakin dəyəri tam ödənilməmiş, nəticədə 7838 kub.metr x 020 = 1567.6 manat borcunun olması müəyyənləşdirilmişdir. “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən məhkəməyə göndərilən 20.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 2 ünvanında 29.01.2014-cü il tarixdə quraşdırılmış G-4 markalı, 1302AZ**********57 nömrəli smart tipli qaz sayğacı, göstəricilər arasında yaranmış fərq səbəbindən, 12.12.2018-ci il tarixində yeni G-4 markalı, 1802AZ**********14 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Əvəz olunmuş sayğaca vizual baxış zamanı sayğacın elektron və mexaniki göstəricilər arasında fərqin yarandığı bir daha öz əksini tapmışdır. Belə ki, sayğacın mexaniki göstəricisi 13838 kub.metr olduğu halda, elektron göstəricisi 4013 kub.metr olmuşdur. Bu da onu göstərir ki, sayğacın elektron hissəsi istifadə olunmuş təbii qazın sərfiyyatını ölçməmişdir. Abonentin smartkarta etdiyi ödənişlərdən müəyyən etmək olur ki, sayğacın elektron göstəricisi 07.03.2016-cı il tarixdə 3651 kub.metr, 28.11.2017-ci il tarixdə isə 4013 m3 olmuşdur. Yəni 1 il 8 ay ərzində sayğacın elektron göstərici hissəsi cəmi 362 kub.metr sərfiyyatı qeydə almışdır. Bu sərfiyyatın isə əvvəlki illərlə müqayisədə çox az olduğu bəlli olur. Belə ki, hesablamalara görə abonentin illik sərfiyyatı orta hesabla 1800 m3 olur. Sayğacın 28.11.2017-ci il tarixdəki elektron göstəricisi dəyişməyərək sayğac əvəz olunan tarixədək, yəni 12.12.2018-ci il tarixinədək 4013 kub.metr qalmışdır. Abonent tərəfindən istifadə olunan təbii qazın sərfiyyatını sayğacın elektron göstəricisi qeydə almamışdır. Hesablama yolu ilə abonentin istifadə etdiyi və mexaniki göstəricinin qeydə aldığı 13838 m3 sərfiyyatdan abonent tərəfindən 6000 kub.metr təbii qazın dəyərinin ödənildiyi müəyyən olunmuşdur. Sayğac əvəzlənərkən müəyyən olunmuş sayğacda qalan təbii qazın istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyatı 7838 kub.metr təşkil etmişdir. Yerdə qalan 7838 m3 təbii qazın dəyəri isə 20 qəpik tarif ilə hesablanmışdır. 20 qəpik tariflə hesablanmasına səbəb odur ki, abonent 2018-ci il üçün 10 qəpik tarif üçün ona ayrılmış 1700 kub.metr limitin dəyərini’ödəmişdir. Bu da o deməkdir ki, abonent limiti keçdiyinə görə 7838 kub.metr 20 qəpik tariflə hesablanmış və 7838 kub.metr x 0.20 = 1567.60 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialının məhkəməyə göndərilən 05.11.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2017-ci il üçün nəzərdə tutulan 1700 kub.metr təbii qaz limitinin 250 kub.metr hissəsi istifadə olunmuş və abonent İddiaçı tərəfindən dəyəri ödənilmişdir. Ayrılmış limitin qalan 1450 kub.metr həcmində hissəsi hər kub.metr görə 0.10. qəpik hesablanmalıdır. İstifadə olunmuş 7838 kub.metr təbii qazın 1450 kub.metr həcminin dəyəri hər kub.metr görə 0.10 manatla, qalan 6388 kub.metr həcminin dəyəri isə hər kub.metr üçün 0.20 manatla hesablanmaldır. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 13 №li, 02.12.2013-cü il tarixli qərarına əsasən təbii qazın pərakəndə satışı üçün qiymət 100 manat (1 manat/min kub.metr) müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 19 №-li, 22.12.2016-cı il tarixli qərarına əsasən təbii qazın ölkədaxili tarifləri illik istehlak həcminin 1700 kub.metrdək (1700 kub.metr daxil) olan hissəsi üçün 100 (ƏDV ilə manat/min kub.metr), illik istehlak həcminin 1700 kub.metrdən çox olan hissəsi üçün 200 (ƏDV ilə manat/min kub.metr) müəyyən olunmuşdur. Son nəticədə iddia ərizəsini qismən təmin edən birinci instsnsiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacının elektron göstəricisinin nasazlığından istifadə olunmuş təbii qaz xəta ilə ölçülmüş, smart kartdakı həcm limiti aşıldığı təqdirdə sayğac bloklanmamış, nəticədə iddiaçının 2014-2018-ci illər ərzində 7838 kub.metr qaz sərfiyyatına görə borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı 1 kub.metr təbii qazın dəyərininin qanunvericilikdə 0.10 manat müəyyən edildiyi 2014-2016-cı illər ərzində 4050 kub.metr, 2017-ci ildə həmin qiymətlə hesablanmalı olan limitdən 250 kub.mter istifadə etmiş, 2018-ci ildə isə ümumiyyətlə 2030 kub.metr qaz sərfiyyatına yol vermişdir ki, onun da 1700 kub.metri sözügedən limitə daxildir. Həmin limitə daxil təbii qaz sərfiyyatından 2017-ci ildə 1450 kub.metr əskik, 2018-ci ildə isə 330 kub.metr artıq istifadə etməklə, bu iki ili əhatə edən dövrdə 1120 kub.metr limitdaxili sərfiyyata yol vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən istifadə olunmuş, lakin sayğacın elektron göstəricisinin nasazlığından ölçülməmiş və cavabdehin dəyərinin ödənilməsini tələb etdiyi 7838 m3 təbii qaz sərfiyyatının 2014-2018-ci illəri əhatə edən dövrün konkret hansı ilində hansı həcmdə sərfini, limitdaxili və ya bundan kənar, eləcə də onun hansı qiymətlə hesablanmalı olmasını müəyyənləşdirməyin mümkünsüzlüyünü nəzərə alaraq, istehlak edilmiş 7838 m3 qazın dəyəri hər m3 üçün 0.10 manat qiyməti ilə ödənilməlidir. Odur ki, iddiaçının cavabdehə borcu 783.8 manat təşkil etdiyi üçün sonuncu tərəfindən iddiaçının yaşadığı ünvan üzrə abonent borcu 783.8 manat artıq hesablanmışdır. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)- 5134/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar