Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1296/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) iddiaçı X3 və Cavabdeh Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(012)-1880/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Azəriqaz İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı Azəriqaz İB-yə vurulmuş 2430 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 2460 manat pulun X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(012)-1880/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, X1 istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 408.6 (dörd yüz səkkiz manat altmış qəpik) manat dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 438.6 (dörd yüz otuz səkkiz manat altmış qəpik) manatın X3 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçının nümayəndəsi Ç.N.Dibirov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, qərardadda qeyd olunur ki, iddiaçı apellyasiya şikayətini xx.xx.2021-ci il tarixində məhkəmənin dəftərxanasına təqdim etmişdir. Bununla bağlı bildirir ki, apellyasiya şikayəti xx.xx.2021-ci il tarixində müvafiq olaraq göndərilməsi üçün poçt xidmətinə verilmiş və xx.xx.2021-ci il tarixində Məhkəmə tərəfindən qəbul edilmişdir. Mülki Prosessual Məcəlləyə son dəyişikliklər xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə poçt xidmətinə xx.xx.2021-ci il tarixində göndərilməsi üçün təqdim edilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin geri qaytarılmasına hər hansı bir hüquqi əsas olmamışdır. Bu səbəbdən də hesab edir ki, mübahisələndirdikləri qərardad ləğv edilməlidir. Digər tərəfdən qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vaxtında verildiyindən şikayət verilmə müddəti ötürülməmiş və prosessual qanunvericiliyə edilən dəyişiklikləri nəzərə alaraq apellyasiya şikayəti müvafiq qaydada elektron kabinetə yerləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1880/2021 saylı qərardadını ləğv edib, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-1880/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddiaçı Azəriqaz İstehsalat Birliyi və Cavabdeh həmin qətnamədən apellyasiya şikayətləri vermiş, həmin şikayəti iddiaçı xx.xx.2021-ci il tarixdə, cavabdeh isə xx.xx.2021ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmiş, apellyasiya şikayətləri baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3934/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(012)-1880/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Ç.N.Dibirovun verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. İddiaçı X3 apellyasiya şikayəti qeyri-mümkün hesab edildiyindən, apellyasiya şikayəti ona geri qaytarılmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının apellyasiya şikayəti qanuna uyğun qaydada verilmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2021-ci il tarixində müvafiq olaraq göndərilməsi üçün poçt xidmətinə verilmiş və xx.xx.2021-ci il tarixində Məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Göründüyü kimi, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə minməmişdən əvvəl verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı X3 nümayəndəsi X5 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(012)-1880/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-1880/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanuna uyğun qaydada verilmiş hesab edilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1296/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1296/2022
25.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver