Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1299/2021 04.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi Nümayəndə Əbülfəz qızının, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər Cavabdeh və İddiaçı MMC-yə qarşı əqdin etibarsız sayılması və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1217/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1217/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı MMC-nin X12 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddiası təmin edilmiş, ünvan 1 ünvanındakı 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilinə dair Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1217/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC Cavabdeh qarşı 07 noyabr 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması barədə, müstəqil tələblər irəli sürən üçüncü şəxs X19 isə Cavabdeh və İddiaçı MMC-yə qarşı 07 noyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə iddia ərizələri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı MMC tələbini bununla əsaslandırmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh “xxxx” MMC-nin ünvan 2 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində ümumi sahəsi 85 kvadratmetr olan 109 saylı mənzilin tikilib cavabdehə verilməsini nəzərdə tutan 07 noyabr 2010-cu il tarixli müqavilə və guya cavabdehin həmin mənzilə görə “xxxx” MMC-yə 34.000 manat pul ödəməsi barədə maliyyə arayışı vermişdir. Lakin Abşeron rayon İcra Hakimiyyətinin 2226 saylı, 06 sentyabr 2017-ci il tarixli məktubundan və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ********* saylı, 13 sentyabr 2017-ci il tarixli məktubunu aldıqdan sonra, iddiaçıya məlum olmuşdur ki, əslində “xxxx” MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair 07 noyabr 2010-cu il tarixli müqavilə və maliyyə arayışı qanunsuz olaraq verilib. Belə ki, Cavabdeh “xxxx” MMC-yə heç bir vəsait ödəməmişdir. Cavabdeh mənzil üçün pul ödəmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından, cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan cinayət işində zərərçəkmiş qismində tanınmamışdır. Ona görə də, məhkəməyə hazırkı iddia ilə müraciət olunmuşdur və göstərilənlərə əsasən iddia təmin edilməlidir. X19 tələbini bununla əsaslandırmışdır ki, o, “xxxx” MMC ilə 24 mart 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq onun Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa etdiyi 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.metr olan mənzilini almışdır. Buna görə o, MMC-nin hesabına 30600 manat pul ödəmişdir. MMC tərəfindən ona müqavilə və maliyyə arayışı verilmişdir. Hazırda məlum olmuşdur ki, ona satılmış mənzilə dair daha sonra Cavabdeh adına yeni müqavilə yazılmışdır. Həmin mənzilin Orxana Abbaszadəyə satılması qanunsuz olmuşdur. Müqavilə və maliyyə arayışından görünür ki, guya o, müqaviləni MMC-nin direktoru X18 ilə bağlamışdır. Halbuki, Qasım Məmmədov 2010-cu ildə həmin MMC-nin direktoru olmamışdır. Belə ki, 28 dekabr 2009-cu il tarixdə Qasım Məmmədov “xxxx” MMC-ni X1. Həmin tarixdən də Qasım Məmmədovun oranın rəhbəri kimi səlahiyyətlərinə xitam verilmişdir, yəni Cavabdeh əlində olan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məktubundan görünür ki, Cavabdeh və digər bir neçə şəxsin yaşayış və qeyri-yaşayış sahələri almaları ilə bağlı Cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə onlar cinayət işi üzrə zərərçəkən qismində tanınmamışlar. “xxxx”-nin hüquqi varisi olan İddiaçı MMC həmin mənzilin ona aid olmasını təsdiq edir, lakin Cavabdeh bu mənzilə olan müqaviləsi onun həmin mənzildən istifadə etməyinə imkan vermir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, X9 tələbinin əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, onunla "İddiaçı" MMC arasındakı mübahisəyə dair, yəni eyni predmeti üzrə eyni tərəflər arasında qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 03.05.2013-cü il tarixli, 2(012)-957/2013 saylı mülki iş üzrə qətnaməsi var və bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 09.08.2016-cı il tarixli 2(105)-2026/2016 saylı qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.08.2016-cı il tarixli, 2(105)-2026/2016 qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2016-cı il tarixli, 2(102)-5376/16 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 03.05.2013-cü il tarixli, 2(012)-957/2013 saylı mülki iş üzrə qətnaməsi qanuni qüvvəsini minmişdir və iş üzrə icra vərəqəsi verilərək icra edilməsi üçün ərazi üzrə Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra şöbəsi Abşeron Rayon Məhkəməsinin 03.05.2013-cü il tarixli, 2(012)-957/2013 saylı qətnaməsini icra edərək akt tərtib etmiş və is üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, onunla "xxxx" MMC, sonradan isə "İddiaçı" MMC adlanan qurumla aralarında eyni predmeti üzrə və eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş və mübahisə üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 20.06.2019-cü il tarixli, 2(012)-9/2019 saylı qətnaməsi qanunu qüvvəsini almış, qətnamə Abşeron Rayon İcra Şöbəsi tərəfindən icra olunmuş və iş üzrə icraata xitam verilmişdir. Hazırkı mübahisə üzrə iş isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci və 261.0.2-ci maddəsinə tam zidd olaraq icraata qəbul edilmişdir. Bundan başqa, mübahisə üzrə icraat iddiaçının süni fəaliyyəti nəticəsində uzanmış, mübahisəyə mənzilə heç bir aidiyyəti olmayan X22 qoşulmuş və bundan cəmi 1 həftə sonra onun xeyrinə qanunsuz qətnamə çıxarılmışdır. "İddiaçı" MMC öz iddia tələblərində göstərir ki, guya "xxxx" MMC-nin keçmiş direktoru Qasım Məmmədov 2009-cu il tarixə kimi direktor olmuş və bu səbəbdən də onunla MMC arasında bağlanmış 07.11.2010-cu il tarixli müqaviləyə imza ata bilməzdi. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 23.02.2018-ci il tarixli, **********645600 saylı sənədinə əsasən Qasım Məmmədov 05.03.2013-cü il tarixə kimi "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. X9 təqdim etdiyi 24.03.2008-ci il tarixli müqaviləyə əsasən guya o, 30600 manat pulu "xxxx" MMC-nin hesabına ödəmişdir. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Audit Departamentinin rəsmi dövlət sənədinə əsasən "xxxx" MMC adından 01.01.2006-31.03.2008-ci il tarixlərdə bağlanan müqavilələr üzrə ödəniş etmiş şəxslərin siyahısında X19 yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında olmuş "xxxx" MMC-yə qarşı ********* nömrəli cinayət isi üzrə "xxxx" MMC adından 01.01.2006-31.03.2008-ci il tarixlərdə bağlanan müqavilələr üzrə ödəniş etmiş şəxslər müəyyən edilmiş, zərərçəkmiş və mülki iddiaçı qismində tanınmışlar, lakin X19 zərərçəkmiş və mülki iddiaçı qismində tanınmamışdır. X9 təqdim etdiyi 24.03.2008-ci il tarixli müqavilənin nə əsli, nə də onun notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir, bu müqavilə sonradan tərtib edilmişdir və oradakı imza mərhum Qasım Məmmədova məxsus deyildir. Beləliklə də, qətnamə qəbul edilərkən maddi və prosessual normalar pozulduğundan qətnamə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi Nümayəndə Əbülfəz qızı şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kəllegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X10, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan “xxxx” MMC-nin (İcraçı) sədri X18 ilə Cavabdeh (Payçı) arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilədən görünür ki, “İcraçı” ünvan 3 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, mərtəbə 8-də, 109 nömrəli mənzili “Payçıya” verməyi öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 85 kv.metrdir, mənzil üçün hər kvadratmetrinin dəyəri 400 manat olmaqla, ümumi dəyəri 34.000 manat təşkil edir. Yenə işdə olan Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(012)- 957/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, “xxxx” MMC-nin üzərinə 07 noyabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbədə sahəsi 85 kv.metr olan 109 saylı mənzilinin Cavabdeh təhvil verilməsi, 17 noyabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbədə sahəsi 85 kv.m olan 112 saylı mənzilinin Nümayəndə Əbülfəz qızına təhvil verilməsi, 04 fevral 2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzilinin X5 təhvil verilməsi, 08 dekabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzilinin X6 təhvil verilməsi öhdəliklərini yerinə yetirmək vəzifəsi qoyulmuşdur. Yenə də işdə olan Abşeron Rayon Məhkəməsinin 06 iyun 2014-cü il tarixli 8(012)- 339/2014 nömrəli qərardadının surətindən görünür ki, qərardadla “xxxx” MMC-nin adının dəyişdirilib İddiaçı MMC olması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin 24 fevral 2009cu il tarixli, 2(012)-196/2009 nömrəli, 29 noyabr 2011-ci il tarixli, 2(012)-1643/2011 nömrəli, 10 dekabr 2012-ci il tarixli, 2(012)-1522/2012 nömrəli və 03 may 2013-cü il tarixli, 2(012)- 957/2013 nömrəli qətnamələrinin icrası ilə əlaqədar tələblər İddiaçı MMC-yə yönəldilməsi izah edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2-1(85)- 3826/2017 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh, X14, X11 və Nümayəndə Əbülfəz qızının iddiaları təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(012)-957/2013 nömrəli qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyi Abşeron rayon icra şöbəsinin üzərinə qoyulmuşdur. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 13 sentyabr 2017-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, “xxxx” MMC-nin keçmiş direktoru Qasım Məmmədovun Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı tamamlanıb məhkəməyə göndərilmiş ********* nömrəli və hazırda istintaqı davam etdirilən ********* nömrəli cinayət işləri üzrə topalanmış istintaq maaterialları ilə həmin cəmiyyətin keçmiş direktoru Qasım Məmmədov cəmiyyətin digər vəzifəli şəxsləri tərəfindən Cavabdeh və qeyrilərinin yaşayış və qeyri-yaşayış sahəsinin satılması adı ilə aldadılaraq əmlaklarının ələ keçirilməsi və sonuncuların mənzil və qeyriyaşayış sahəsinin alqı-satqısı ilə bağlı şəxsən, Rəşad Məmmədov və qeyriləri vasitəsi ilə cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 noyabr 2016-cı il tarixli, 1(105)-63\2016 saylı qərarından məlum olur ki, “xxxx” MMC-nin keçmiş direktoru Qasım Məmmədovun Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş, onun ölümü ilə əlaqədar işin icraatına xitam verilmişdir. İş materiallarında olan kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 11 fevral 2016-cı il tarixə olan çıxarışının surətindən görünür ki, 26 noyabr 2003-cü il tarixdə qeydiyyata alınmış İddiaçı MMC-nin təsisçiləri X20 - 50% və X2r - 50%. İşə əlavə edilmiş hüquqi şəxsin nizamnamə kapitalındakı payının hüquq və vəzifələrin alqı-satqısına dair 28 dekabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, X18 (satıcı) X20 (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüququ şəxslərin qeydiyyatı idarəsi tərəfindən 25.12.2009-cu il tarixdə **********079300 saylı reyestrdən (əvvəlki dövlət qeydiyyatı 0103- P34-38844) çıxarışa əsasən “xxxx” MMC-dəki hüquq, vəzifələrini, nizamnamə kapitalını alıcıya 5000 manata satmışdır. Alıcı da həmin qiymətə almışdır. “xxxx” MMC-dəki hüquq, vəzifələr, nizamnamə kapitalı alqı-satqı müqaviləsinə kimi qeydə alınan bütün yazılı öhdəliklər satıcıya, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra isə alıcıya aiddir. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 23 fevral 2018-ci il tarixli, **********643600 nömrəli məktubunun surətindən görünür ki, dövlət reyestrində “xxxx” MMC-nin (VÖEN **********) 26.11.2003-cü il tarixdə 0103-P34-38844 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərin 10.06.2013-cü il tarixli qərarı ilə adının İddiaçı MMC-yə dəyişdirilməsi, X7 25.12.2009-cu il tarixdən 05.03.2013-cü il tarixədək Cəmiyyətin rəhbəri olması barədə məlumat mövcuddur. Yenə də işə əlavə edilmiş “xxxx” MMC-nin (İcraçı) sədri X18 ilə X19 (Payçı) arasında bağlanmış 24 mart 2008-ci il tarixli müqavilədən görünür ki, “İcraçı” ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili “Payçı”ya verməyi öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 85 kv.m-dir, mənzil üçün hər kvadratmetrinin dəyəri 360 manat olmaqla ümumi dəyəri 30.600 manat təşkil edir. İş materiallarında olan müqavilədə müvafiq qaydada təsdiq edilərək aparılmış qeydiyyatdan və 24 mart 2008-ci il tarixli, 00417 saylı kassa mədaxil orderindən görünür ki, X19 mənzilə görə müqavilə üzrə müəyyən edilmiş 30.600 manat pulu 24 mart 2008-ci il tarixdə “xxxx” MMC-yə ödəmişdir. Yenə iş materiallarında olan İddiaçı MMC-nin nümayəndəsinin X15 göndərilmiş 12 noyabr 2020-ci il tarixli, 8/76 saylı məktubundan görünür ki, o, 30.600 manat ödəməklə “xxxx” MMC ilə 24 mart 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilmiş 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.m olan mənzili almışdır. Lakin “xxxx” MMC-nin rəhbəri Qasım Məmmədovun haqqında cinayət işi qaldırıldığından mənzil ona təhvil verilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ona satılmış mənzillə bağlı sonradan Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi ev 7, mənzil 34-də qeydiyyatda olan Cavabdeh adına da müqavilə yazılmışdır. Bu səbəbdən də mənzilin ona təhvil verilməsi prosesi gecikir. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən Abşeron Rayon Məhkəməsində Cavabdeh qarşı “əqdin etibarsızlığı” barədə iddia qaldırılmışdır və məhkəmənin yekun aktı barədə ona məlumat veriləcəkdir. Yenə də iş materiallarında olan 07 noyabr 2010-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 85 kv.metrlik 2 otaqlı mənzilə görə müqavilə üzrə müəyyən edilmiş 34000 manat pulu həmin tarixdə “xxxx” MMC-yə ödəmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 24 mart 2008-ci il tarixli, 00417 nömrəli kassa mədaxil orderinə əsasən X9 ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili üçün payçı kimi 30.600 manat vəsaitin və 07 noyabr 2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili üçün payçı kimi 34000 manat vəsaitin “xxxx” MMC-yə ödəyib-ödəməsi barədə məlumat vergi orqanının uçot məlumatlarında mövcud deyildir. Yenə işdə olan İddiaçı MMC ilə X16 arasında bağlanmış 09 fevral 2013-cü ildə müqavilədən və 01 fevral 2014-cü il tarixli maliyyə arayışından görünür ki, “İcraçı” ünvan 3 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, mərtəbə 8-də, 109 nömrəli mənzili “Payçıya” verməyi öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 85 kv.metrdir, mənzil üçün hər kvadratmetrinin dəyəri 470 manat olmaqla, ümumi dəyəri 39950 manat təşkil edir. Mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş AR Ali Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(102)-2781\2020 saylı qərarından və Sumqayıt Apelyasiya Məhkəməsinin 24 may 2021ci il tarixli, 2(105)-634/2021 saylı qətnaməsindən görünür ki, hazırki mübahisə ilə eyni xarakterli iş üzrə son nəticədə Nümayəndə (iddiaçının anası) apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli, 2(012)-9/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin Nümayəndə, habelə X3 Nümayəndə və İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə iddiaları təmin edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddiasının təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli və X9 iddiası təmin edilməməlidir. İddiaçı MMC-nin iddiasının rədd olunması hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə qətnamə hazırda MPM-nin 372.6-cı maddəsinə görə apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddiasını təmin edərkən buna əsaslanmışdır ki, mübahisəli ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 85 kv.m olan, hər kvadratmetrinin dəyəri 360 manat olmaqla ümumi dəyəri 30.600 manat təşkil edən 109 nömrəli mənzilin alqı-satqısına dair müqavilə “xxxx” MMC-nin (İcraçı) sədri X18 ilə X19 (Payçı) arasında 24 mart 2008- ci il tarixdə bağlanmış, müqavilənin şərtinə görə “İcraçı” mənzili “Payçı”ya verməyi öhdəsinə götürmüş, “Payçı” isə mənzilin dəyəri kimi müəyyən edilmiş 30.600 manat pulu 24 mart 2008-ci il tarixli, 00417 nömrəli kassa mədaxil orderi əsasında “xxxx” MMC-yə ödəmişdir. Bununla da, üçüncü şəxs X19 həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir, bundan irəli gələrək isə həmin üçüncü şəxs əmlakı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydə aldıraraq sərəncam vermək hüququ əldə etməklə bağlı “qanuni gözləntiyə” malik olmuşdur. Lakin sözügedən mənzilə dair üçüncü şəxs X19 ilə bağlanmış 24 mart 2008-ci il tarixli müqavilə hal-hazıradək mübahisələndirilmədiyi, etibarsız hesab olunmadığı, qüvvədə olduğu halda, müqavilənin predmeti olan mənzilə dair “xxxx” MMCnin (İcraçı) sədri X18 ilə Cavabdeh (Payçı) arasında 07 noyabr 2010-cu il tarixdə alqı-satqı müqaviləsi də bağlanmışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh fərqli olaraq üçüncü şəxs X19 tərəfindən mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcuddur. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində “xxxx” MMC-nin keçmiş direktoru Qasım Məmmədovun Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair və hazırda istintaqı davam etdirilən cinayət işləri üzrə topalanmış istintaq maaterialları ilə həmin cəmiyyətin keçmiş direktoru Qasım Məmmədov cəmiyyətin digər vəzifəli şəxsləri tərəfindən Cavabdeh və qeyrilərinin yaşayış və qeyri-yaşayış sahəsinin satılması adı ilə aldadılaraq əmlaklarının ələ keçirilməsi və sonuncuların mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı şəxsən və qeyriləri vasitəsi ilə cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Bununla da, Cavabdeh mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən sübutu-maliyyə arayışını təqdim edə bilməməsi və sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasına əsasların müəyyən edilməməsinin özü Cavabdeh ilə bağlanmış müqavilənin etibarsızlığına kifayət qədər dəlalət edir. Məhkəmənin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşmır. Əvvəla, mübahisəli mənzillə bağlı həm X9, həm də Cavabdeh “xxxx” MMC ilə müqavilələrinin mövcudluğu işin mübahisəsiz halıdır. Həmin mənzilə dair ödənişin təsdiqi kimi Mahir İbadov 24.03.2008-ci il tarixli kassa mədaxil orderi, Cavabdeh isə 07.11.2010cu il tarixində verilmiş maliyyə arayışını təqdim etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin ödəniş sənədlərinə qiymət verərkən Mahir İbadovun təqdim etdiyi kassa mədaxil orderini ciddi hesabat sənədi kimi qəbul etmiş, başqa sözlə, həmin sənədi daha mötəbər sənəd kimi qiymətləndirmişdir. Halbuki, həmin sənədin forma və rekvizitləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə cavab vermir. Qaydaların 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etməyə yol verilmir. Bundan əlavə, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq alınmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 24 mart 2008-ci il tarixli, 00417 nömrəli kassa mədaxil orderinə əsasən X9 ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili üçün payçı kimi 30.600 manat vəsaitin və 07 noyabr 2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili üçün payçı kimi 34000 manat vəsaitin “xxxx” MMC-yə ödəyib-ödəməsi barədə məlumat vergi orqanının uçot məlumatlarında mövcud deyildir. Birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən yekun nəticəyə gələrkən istinad etdiyi hallardan biri də o olmuşdur ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası həmin iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi tərəfindən etiraf edilmişdir. Bu dəlili əsaslandırmaq üçün məhkəmə AR MPM-in 52.2 və 191.3-cü maddələrinə istinad etmişdir. Doğrudur, məhkəmə həmin halın üzərində dayanıb onu əsaslandırmağa cəhd etməsə də və cavabdehin etirafının təsdiq edilib-edilməməsinə qiymət verməsə də, həmin maddələrə istinad etməsi onu deməyə əsas verir ki, məhkəmə yekun nəticəyə gələrkən bu halı da nəzərə almışdır. Belə ki, AR MPM-in 52.5-ci maddəsinin tələblərinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Yenə MPM-in 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Bundan əlavə, işdən görünür ki, İddiaçı MMC ilə X16 arasında mübahisəli mənzillə bağlı 09 fevral 2013-cü ildə müqavilə bağlanmış, MMC tərəfindən sonuncuya həmin mənzillə bağlı 39950 manat pul ödəməsi və borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1-152-3-cü, habelə 157.8-ci maddələrinin tələblərinə istinad edib, üçüncü şəxsin sözügedən mənzilin pay haqqını tam məbləğdə ödəməklə mənzilə mülkiyyət hüququna dair “gözlənti hüququ” əldə etməsi qənaətinə gəlsə də, gəldiyi nəticəni qeyd olunan maddənin tələblərinə uyğun olaraq kifayət qədər araşdırmamışdır. Bununla bağlı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zərur hesab edir. Hər şeydən əvvəl, qeyd edilməlidir ki, mübahisəli məzillə bağlı işdə olan bütün müqavilələr kooperativ binada mənzil tikintisi üçün bağlanmışdır. Lakin işdən göründüyü kimi “xxxx” MMC, həm də onun hüquqi varisi İddiaçı MMC təşkilati hüquqi formasına görə Kooperativ deyil, Məhdud Məsuliyyətli Cəmiyyətlərdir. Mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh arasında, eləcə də üçüncü şəxs arasında bağlanmış müqavilələr öz məzmununa görə əslində podrat müqaviləsidir. Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa təlabatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109-3-cü maddəsində göstərilir ki, kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Həmin Məcəllənin 111.3.3-cü maddəsinə görə, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Birinci instansiyası məhkəməsi, sadalanan maddələrin tələbləri üzrə heç bir araşdırma aparmadan, “xxxx” MMC-nin təşkilati hüquqi formasına, mübahisəli mənzilin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, təşkilatı hüquqi formasına görə Kooperativlə MMC fərqli hüquqi şəxslər olmasına diqqət yetirmədən, hazırki mülki mübahisəyə Mülki Məcəllənin 152.1-152-3-cü, habelə 157.8-ci maddələrinin tələblərini tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu isə, MPM-nin 385.1.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası eyni zamanda, artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə alıb hesab edir ki, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan MMC ilə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onlar arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid normalar tətbiq edilməlidir. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Maddənin mənasına görə, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi, yəni hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verməsi məhz podratçının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 452.1-ci maddəsində isə göstərilir ki, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə, kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Birinci instansiya məhkəməsi sadalanan maddələrin tələbləri baxımından mübahisəli mənzilin 24 mart 2008-ci il tarixli müqavilə üzrə üçüncü şəxsin sahibliyinə, istifadəsinə verilməsi öhdəliyi “xxxx” MMC tərəfindən icra edilmədiyi halda, üçüncü şəxsin həmin mənzili ötən müddət ərzində cavabdehdən geri tələb etməklə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb etməməsinin səbəblərini araşdırmadan, həmin mənzillə bağlı 2013-cü ildən “xxxx” MMC (sonradan İddiaçı MMC adlanıb) ilə cavabdeh arasında uzun-uzadı məhkəmə çəkişmələrinin davam etməsinə və sonda mənzilin sonuncunun sahibliyinə, istifadəsinə verilməsi ilə üçüncü şəxsin həmin mənzili tələb etmək hüququnun aradan qalxmasına əhəmiyyət verməmişdir. Ümumiyyətlə, məhkəmə sonuncu ilə bağlanmış müqavilə üzrə mənzilə görə vəsaitin MMC-nin bank hesabına daxil olubolmamasını yoxlamadan, həmin müqavilənin cavabdeh və digərlərinin “xxxx” MMC-yə qarşı “öhdəliyin icra edilməsinin həvalə edilməsi” iddiasına dair mülki işə baxılarkən, üçüncü şəxsin mövcudluğunun məhkəmədən gizlədilməsini nəzərə almadan, eləcə də mübahisəli mənzilə dair başqa şəxslə də müqavilənin olmasına əhəmiyyət vermədən X9 dəlilləri ilə razılaşmışdır. Baxmayaraq ki, daha öncə qeyd olunduğu kimi mübahisəli mənzil artıq Cavabdeh verildiyindən, yəni mənzilin verilməsi barədə öhdəlik daha əvvəl yarandığından Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə Mahir İbadovun hazırki tələbi təmin oluna bilməzdi. Mübahisəli mənzilə dair cavabdehlə iddiaçı arasında məhkəmə çəkişmələrinin 2013-cü ildən davam etməsi, sonuncunun həmin mənzilə dair 24 mart 2008-ci il tarixdə üçüncü şəxslə müqavilə bağlamasını məhkəmədən gizlətməsi və mənzili cavabdehdən əvvəl üçüncü şəxsə satdığını qeyd etdiyi halda, məhz üçüncü şəxsin mənafeyi üçün hazırki iddianı qaldırması da, İddiaçı MMC ilə üçüncü şəxsin mənafelərinin üst-üstə düşdüyünü təsdiq edir və bu hal açıq-aşkar üçüncü şəxsin əvvəlki məhkəmə çəkişmələri barəsində məlumatsız olması, iddiaçının onu məlumatlandırmaması qənaətinə gəliməyə əsas vermir. Ona görə də məhkəmə kollegiyası üçüncü şəxsin cavabdehlə bağlanmış müqavilədən xəbərsiz olması və bu halın onun hazırkı iddianı qaldırması (24.11.2020-ci ildə) ilə təsdiq edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Bu hal həm də onunla inkar olunur ki, “xxxx” MMC-nin keçmiş direktoru Qasım Məmmədovun Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair uzun müddət istintaq getmiş və məhkəmənin gedişi vaxtı öldüyü üçün iş üzrə icraata xitam verilmişdir. Həmin iş üzrə xeyli sayda adam zərərçəkmiş qismində tanınmış, ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasından mənzil almış şəxslər hamısı istintaq vaxtı dindirilmişdir. Doğrudur, Mahir İbadov həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb dindirilməsə də, hadisədən məlumatsız olması inandırıcı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə dair cavabdehlə müqavilə bağlanmasından 10 ildən sonra iddiaçı və üçüncü şəxs cavabdehə qarşı eyni məzmunlu iddia ərizələri ilə məhkəməyə müraciət etməklə kəsici müddəti də ötürmüşlər. Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (həm də anası) bildirdi ki, 2015-cı ildən mənzilin açarı onlardadır və mütəmadi olaraq mənzilə baş çəkir. Hazırda da mənzil onların sahibliyində və istifadəsindədir. Apelyasiya baxışında X19 isə bildirdi ki, həmin mənzili 2008-ci ildə almışdır. Sonradan uzun müddət Quba rayonunda yaşamış, lakin 2015-ci ildə mənzilə baxmağa gələndə qapısının bağlı olduğunu görmüşdür. Məhkəmə kollegiyası M.Ə.İbadovun bu dəlilinə tənqidi yanaşır, çünki kifayət qədər yüksək vəsaitlə alınmış mənzilə bu qaydada münasibət göstərilməsi inandırıcı deyidir və o, ən azından 2008-ci ildə aldığı mənzilin kimin və hansı əsasla istifadəsində olmasını bilməli, yəni hazırda mübahisələndirdiyi əqdin mövcudluğundan xəbərdar olmalı idi. Lakin o, qanunla nəzərdə tutulmuş 1 il ərzində deyil, bu əqdin mövcudluğunu bilməli olduğu vaxtdan gec hazırkı iddianı qaldırmış və kəsici müddəti ötürmüşdür. Müddətin ötürülməsi isə istənilən halda, qaldırılmış iddianın rədd edilməsi üçün əsasdır. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, istər iddiaçı, istərsə də müstəqil tələb irəli sürən üçüncü şəxs X28 rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzilə dair iddialarını sübuta yetirə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bununla belə məhkəmə kollegiyası izah edir ki, iddianın bu şəkildə təmin olunmaması mübahisəli mənzil üçün M.İbadov tərəfindən “xxxx” MMC-yə (hazırda “xxxx” MMC) ödənildiyini iddia etdiyi pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Məhkəmə kollegiyası şərh olunanları, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddiasının təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli və X9 iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu M.İbadovdan tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1217/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi X9 iddiasının təmin edilməsi hissəsində ləğv olunsun. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər Cavabdeh və İddiaçı MMC-yə qarşı əqdin etibarsız sayılması və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamə İddiaçı MMC-nin X12 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu X8 tutularaq Cavabdeh verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1299/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1299/2021
04.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver