Məhkəmə qərarları › İş №2(105)-1304/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1304/2021

05.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1304/2021 05.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1385/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhəri, X4 9-cu küçə, ev 127 ünvanında yerləşən tikililərin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə cavabdeh təşkilatın iddianı təmin etmək haqqında ərizəsinin təmin edilməsi, Heydər Əliyev adına X7 məxsus neft boru kəmərlərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri, X4, 9-cu küçə, ev 127 (R.Behbudov küçəsi) ünvanında tikinti işlərinin aparılması Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Heydər Əliyev adına X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X4 9-cu küçə, ev 127 ünvanında yerləşən tikililərin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X8 həmçinin iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Heydər Əliyev adına X7 məxsus neft boru kəmərlərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri, X4, 9-cu küçə, ev 127 (R.Behbudov küçəsi) ünvanında tikinti işləri aparmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X8 iddianın təmin tədbiri barədə ərizəsini onunla əsaslandırmışdır ki, tərəflərindən aparılmış monitorinq zamanı Heydər Əliyev adına X7 məxsus magistral neft boru kəmərlərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri, X4, 9-cu küçə, ev 127 (R.Behbudov küç.) ünvanda Cavabdeh tərəfindən tikinti işlərinin aparılması aşkar olunmuşdur. Mübahisəli torpaq sahəsi Heydər Əliyev adına X7 məxsus magistral neft boru kəmərlərinin mühafizə zonasında yerləşir. Belə ki, hazırda tikinti işləri aparılan ərazi ilə magistral neft boru kəmərləri arasındakı məsafə 28 metr təşkil edir. "İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası” nın müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 167 saylı Qərarına əsasən, neft boru kəməri ilə tikili arasındakı məsafə 50 metr təşkil etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi və bu hallar əhalinin sağlamlığına xələl gətirə bilməsi labüddür. Bu da, ölkə iqtisadiyyatına ciddi təhlükə yarada bilər. Mübahisəli ərazinin bilavasitə iddianın predmeti olmasını nəzərə alaraq, eləcə də həmin ərazidə partlayış və s. hallar olduğu təqdirdə təhlükəsizliyin təmin olunması qeyri-mümkün olduğu üçün Cavabdeh mübahisəli əmlak üzərində müəyyən hərəkətlərin edilməsinin qadağan olunması zəruridir. Belə ki, cavabdehə dəfələrlə edilmiş, lakin xəbərdarlıqlara məhəl qoyulmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Çünki artıq ona məxsus tikili artıq iddiaçı tərəfindən sökülmüşdür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini mübahisəli ərazinin bilavasitə iddianın predmeti olmasını, eləcə də həmin ərazidə partlayış və s. hallar olduğu təqdirdə təhlükəsizliyin təmin olunması qeyrimümkün olduğunu nəzərə alması ilə əsaslandırmış və Azərbaycan Respublikası MPMnin 157.1, 157.2 və 158.1.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Heydər Əliyev adına X8 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə Heydər Əliyev adına X7 məxsus neft boru kəmərlərinin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri, X4, 9-cu küçə, ev 127 (R.Behbudov küçəsi) ünvanında tikinti işləri aparmasına qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. İşdən göründüyü kimi iddiaçının tikinti işlərinin aparılmasına qadağa qoyulmasını xahiş etdiyi ünvanda yerləşən fərdi yaşayış evi iş üzrə tərəf olmayan Yaşar Əsgərovun, torpaq sahəsi isə Bələdiyyənin mülkiyyətindədir. Odur ki, ərizəyə yenidən baxılarkən işin qeyd olunan halına diqqət yetirilməklə əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları ləğv edilməli, tərəflərin iştirakı təmin edilməklə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbirinə dair ərizəyə tərəflərin iştirakı təmin edilməklə baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar