Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1313/2022 14.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Aynur Behbudova). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ NH A L L A R İ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin alqısatqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun sahibliyi və istifadəsində olan ünvan 1 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında cavabdehlər arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”nin məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2005-ci ildə özünün halal qazandığı vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evini tikdirərək həmin vaxtdan bu günədək həmin ünvanda artıq 16 (on altı) ildir yaşayır. 2005-ci ilin dekabr ayından etibarən həmin evin adına qeydiyyata alınmaqla elektrik enerji sayğacı və qaz sayğacları, həmçinin, xx.xx.2016-cı ildən etibarən isə su sayğacı quraşdırılmışdır. Həmin sayğaclar quraşdırıldığı dövrdən bəri mütamadi olaraq və vaxtı-vaxtında tərəfindən elektrik enerjisi, qaz və su pulu ödənilməkdədir və hazıda həmin xidmətlər üzrə hər-hansı borcları yoxdur. Həqiqətən də hazırda Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanındakı yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərindəki ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evimin yeganə qanuni sahibi və istifadəçisi olduğunu, həmin evdə quraşdırılmış elelktrik enerjisi və qaz sayğaclarının abonent kodlarının son dövr ərzində yenidən onun adına bərpa edilməsini təsdiq edən sənədləri birinci instansiya məhkəməsinə müvafiq vəsatələrinə qoşmaqla təqdim etmişdir Qeyd edir ki, "xxxx" ASCdəki **********T0019 saylı və “AZƏRİQAZ” İB-dəki **********00026 saylı abonent kodlarını, evinə heç bir aidiyyatı olmayan vətəndaş Cavabdeh1 Firudin qızı vaxtikən, fırıldaqçılıq və qanunsuz yollarla xx.xx.2021-ci il tarixdə əvvəlcə öz adına, daha sonra isə xx.xx.2020-ci il tarixdə yenə də tamamilə kənar bir şəxs olan vətəndaş Cavabdeh2 adına keçirtməyə nail ola bilmişsə də, bu qanun pozuntuları "xxxx" ASC-nin və “AZƏRİQAZ” İB-nin səlahiyyətli əməkdaşları tərəfindən aşkar edilib, araşdırılaraq, aradan qaldırılmış və elektrik enerjisi və qaz sayğaclarının abonent kodlarının qeydiyyatı hazırda yenidən onun adına qanunamüvafiq şəkildə bərpa edilmişlər. İstifadəsində olan su sayğacı ilə bağlı "xxxx" ASC ilə münasibətlərdə vətəndaş Cavabdeh1 Firudin qızı başqa məzmunlu dələduzluq və fırıldaqçılıq əməliyyatına əl atmışdır və bu barədə 2021-ci ilin may ayında ona məlum olmuşdur ki, onun qanuni sahibliyi və istifadəsində olmaqla artıq 16 (on altı) ildir ki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi barəsində, həmin evə heç bir aidiyyatları olmayan şəxslər - vətəndaş Cavabdeh1 Firudin qızı ilə vətəndaş Cavabdeh2 “öz aralarında” güya, “Alqı-satqı haqqında” qanunsuz və əsassız hansısa “İLKİN MÜQAVİLƏ” bağlamışlar və həmin müqavilə üzrə özünü qanunsuz, əsassız və yalan olaraq, güya həmin evin Satıcısı qismində təqdim edən vətəndaş Cavabdeh1, həmin evin özbaşına tikili olduğu və qanunun tələbinə əsasən daşınmaz əmlak kimi tanınmadığı halda, güya, həmin evini “daşınmaz əmlak kimi 24200 (iyirmi dörd min iki yüz) manata həmin “daşınmaz əmlak”ın “alıcısı” qismində özünün təqdim edən vətəndaş Cavabdeh2 “satmışdır”. Bununla bağlı olaraq qeyd edir ki, hər hansı əşya barədə “İlkin Müqavilənin” bağlanılması həmin əşyaya mülkiyyət hüququnun keçməsinə səbəb və əsas olmur. Həmin mübahisəli müqavilədə gəstərilmiş “daşınmaz əmlaksöz birləşməsini mötərzədə ona görə yazır ki, qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyata alınmamış tikintinin və ya torpaq sahəsinin “daşınmaz əmlak” kimi notariat qaydasında bağlanılan müqavilədə ağına-bozuna baxmadan notariat orqanı tərəfindən göstərilməsi özü özlüyündə qanunsuzdur. Bundan əlavə Cavabdeh1, heç bir aidiyyati olmadığı və 1 (bir) qəpik xərc belə çəkmədiyi Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında hüquqi baxımdan mövcud olmayan hansısa “daşınmaz əmlakın” sahibi və ya sərəncamçısı kimi göstərilməsi də qanunsuz və əsassızdır. Həmin xx.xx.2020-ci il tarixli, 3M-19 reyestr nömrəli “İlkin Müqavilə”nin 2.1-ci bəndində aşağıdakılar göstərilmişdir: “Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məsus (?) olan daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyata alındıqdan sonra 30 il müddətinə başa çatdırılmalıdır. Müqavilənin bu bəndindən görünür ki, özünü daşınmaz əmlakın satıcısı qismində təqdim edən Cavabdeh1 Bakı şəhəri, 2 saylı notariat ofisinin xüsusi notariusu X3 qanunazidd hərəkətlərinin köməyi ilə həmin müqavilənin faktiki olaraq özü üçün hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanılmasına nail olmuşdur. Qüvvədə olan qanunvericiliin tələbinə əsasən isə uydurma əqd əhəmiyyətsizdir. Qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə qanunla daşınmaz əmlak hesab edilə bilinməyən özbaşına tikili barədə tərtib edilərək notarius tərəfindən tamamilə qanunsuz və əsassız olaraq təsdiq edildiyi səbəbindən bağlandığı anda etibarsız hesab edilir. Həmçinin, müqavilə adlandırılan həmin fırıldaqçı kağız parçasına əsasən, vətəndaş Cavabdeh2la əsas müqavilənin bağlanılması müddəti də göstərilmədiyi halda, onun artıq 16 ildir ki, tikdirib yaşadığı doğma evindən onun (Cavabdeh2) istifadə etmək və ona sahiblik etmək ehtimalı vətəndaş Cavabdeh1 tərəfindən 30 ildən sonrakı tarix, yəni - xx.xx.2050-ci il üçün vəd edilmişdir. Lakin, "xxxx" ASC-nin Səbail bölməsinin Kəmalə adlı əməkdaşı həmin qanunsuz və əsassız kağız parçasına “tam ciddi” istinad etməklə qanunsuz olaraq abonent kodunun ad dəyişmə əməliyyatını aparmış və bunun nəticəsində xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nin elektron abonent bazasında onun adına qeydiyyatda olan **********000 saylı abonent kodunu onun xəbəri və hər hansı razılığı olmadan, birbaşa adından ümumiyyətlə tanımadığı hansısa Cavabdeh2 adlı şəxsin adına keçirtmişdir. Belə ki, "xxxx" ASC-dən Lənkəran rayon Vəkil Bürosuna ünvanlandırılmış xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/10675 saylı Məktubda göstərilmişdir ki, Səbail rayonu, G.Əliyev küçəsi, ev 19 ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2016-cı il tarixində vətəndaş İddiaçı ilə müqavilə bağlanaraq "xxxx" ASC-nin elektron abonent bazasında adına **********000 saylı abonent kodu açılmış, həmin kod istifadəçinin etibarnaməsi əsasında xx.xx.2019-cu il tarixində Pünhan Sadıqovun adına keçirilmişdir. Həmin məktubda xx.xx.2016-cı il tarixindən onunla müqavilə bağlanaraq "xxxx" ASCnin elektron abonent bazasında adına açılmış **********000 saylı abonent kodunun olması faktı göstərilsə də, ardınca qeyd edilmişdir ki, güya, sonradan “istifadəçinin etibarnaməsi” əsasında xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına keçirilmişdir. Halbuki, məktubun qoşmasından da görünür ki, etibarnamə onun tərəfindən yox, evinə heç bir aidiyyatı olmayan vətəndaş Cavabdeh1 Firudin qızı tərəfindən verilib və imzalanıbdır. 16 (on altı) ildir ki, qanuni sahibliyi, istifadəsi və faktiki sərəncamında olan əmlakı - ünvan 1 ünvanında yerləşən 175,00 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinə münasibətdə tamamilə qanunsuz və əsassız olaraq həmin əmlaka hər-hansı aidiyyati olmayan cavabdehlər Cavabdeh1 ilə X7 öz aralarında 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”ni bağlamaqla konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarını kobud şəkildə pozmuşlar. Məhkəmənin qiddətinə çatdırır ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/10675 saylı Məktubundan görünür ki, məhz hazırda mübahisələrdirilən 2 sayli notariat ofisinin notariusu Z.H.Abdullayeva tərəfindən təsdiq edilmiş 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”nin əsasında onun su sayğacının abonent kodu qanunsuz olaraq Cavabdeh2 adına xx.xx.2019-cu il tarixində keçirilmişdir. Həmin mübahisələrdirilən “İlkin Müqavilə”nin əsasında qaz sayğacının abonent kodu qanunsuz olaraq Cavabdeh2 adına keçirilmişdir. Göründüyü kimi, Cavabdeh2 hazırda tərəfindən mübahisələndirilən qanunsuz 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”nin hesabına onun qanuni mənafelərinə və insan hüquqlarına ən azından 3 (üç) dəfə ağır zərbə və ziyan vurmuşdur və gələcəkdə də vurmaqda davam etmək niyyətində olduğunu nümayiş etdirir. Məhz bu hal özü özlüyündə 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”nin etibarlı olduğunu təsdiq edən hakim tərəfindən Cavabdeh2 üçün özünün qanusuz əməllərini davam etdirmək üçün yol açdığına (şərait yaratdığına) dəlalət edir. Məhkəməyə cavabdehlər tərəfindən təqdim edilmiş və istinad olunan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)1328/2021 saylı Qətnaməsindən müəyyən edilir ki, məhz hazırda mübahisələrdirilən (yuxarıdakı siyəhının 2-ci yarımbəndində göstərilən) 2 sayli notariat ofisinin notariusu Z.H.Abdullayeva tərəfindən təsdiq edilmiş 28 yanvar 2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilə”yə istinad etməklə və əsalanmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 ona qarşı iddia tələbi təmin edilmiş və “İddiaçı Cavabdeh2 Bakı şəhəri, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürül”məsi qət edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hazırki işin materiallarında yer almış "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/10675 saylı Məktubu və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş “Cavabdeh1 Firudin qızının Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 19 ünvanındakı yerləşən fərdi evinin” “SATİLMASİ” ilə bağlı onunla vətəndaş Cavabdeh2 arasında “bağlanılmış” “İlkin Müqavilə” tamamilə qanunsuz və özbaşına olaraq Bakı şəhəri, 2 sayli notariat ofisinin notariusu Z.H.Abdullayeva tərəfindən təsdiq edilmişdir. Bu azmış kimi notarius Z.H.Abdullayeva həmin “İlkin Müqa il”dən əlavə, həmçinin, vətəndaş “Cavabdeh1 Firudin qızının Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 19 ünvanındakı yerləşən fərdi evi” ilə bağlı onun adından vətəndaş Cavabdeh2 adına verilmiş Etibarnaməni, daha sonra vətəndaş Cavabdeh1 Firudin qızı tərəfindən “Səlahiyyətli orqanlara” ünvanlandırılmış “Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 19 nömrəli evin **********000 nömrəli kodunun Cavabdeh2 adına keçirilməsinə sərəncam verməyinizi Sizdən xahiş edir. Yazılanları öz imzamla təsdiq edirəm” məzmunlu Ərizəni (**********329) də qanunsuz olaraq notarial qaydada təsdiq etmişdir. Halbuki, qüvvədə olan və hazırki apellyasiya şikayətində göstərdiyi qanunvericilik normalarına əsasən, Bakı şəhəri, 2 sayli notariat ofisinin notariusu Z.H.Abdullayeva borclu idi ki, ilk növbədə Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t 19 nömrəli evlə bağlı olaraq vətəndaş Cavabdeh1 Firudin qızının sərəncam vermək hüququnun olub-olmadığını aydınladırsın və yalnız Mətanət Xəllilovanın həmin özbaşına tikili olan evə dair sərəncam hüququnun mövcud olduğu halda onun həmin evlə bağlı olaraq imzaladığı hər hansı sənədi notarial qaydasında təsdiq edə bilsin. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)- 106/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, mübahisəli ev onun öz vəsaiti hesabına tikilib. 2005-ci ildə həmin ev yox idi, evi 2006-cı ildə tikib, öz evini satıb, pulunu qardaşına verib. 2005-ci ildə əri vəfat etdikdə onun ölümü ilə əlaqədar aldığı vəsaiti də qardaşına verib. Qardaşı Rusiya Federasiyasında onun vəsaiti hesabına maşın ticarəti ilə məşğul idi. Qazandığı puldan ona iş qurmaq üçün verdiyi pulu qaytarmaq məqsədilə İddiaçı adına göndərişlər edirdi. Həmin göndərişlərə dair poçt qəbzləri ondadır. Qazanc onun pulundan əldə olunub. Qardaşı 6100 manat pul göndərmiş və torpaq almışdır. Sonra isə ev tikməyə başlamışdır. Torpağı qonşudan almışdır, amma sənədsiz idi. Vergi ödəyicisi kimi bələdiyyədə qeydiyyatdadır. İndi qardaşının keçmiş arvadı gəlib icazəsiz evi satdığı şəxsin mülkiyyətinə daxil olub. İddiaçı qardaşının keçmiş arvadıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, oğlu hərbiçidir. Hərbi geyimi, döş nişanı və medalları həmin evdə baxımsız vəziyyətdə qalıb. Evinə girib əşyalarını götürə bilmir. Oğlu ilə kirayə ev tutaraq yaşayır. Halbuki, o, pul ödəyərək özünə ev almışdır. Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyatdadır. Sayğaclar və kommunal ödənişlər onun adınadır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli ilkin müqavilədən görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini 24200 manata Cavabdeh2 satmışdır. Müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məxsus olan evin daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyat alındıqdan sonra 30 il müddətində başa çatdırılmalıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, İddiaçı enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə 160 manat məbləğində pul tələb olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* №-li protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “Daxili qaz avadanlıqlarına texniki baxış xidməti işlərinin keçirilməsi haqqında ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilmiş, qaz xətləri və cihazları istismara yararlı kimi qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Su sayğacının quraşdırılmasına dair” aktdan görünür ki, İddiaçı ünvanına CS920 markalı su sayğacı quraşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2016-cı il tarixində vətəndaş İddiaçı ilə müqavilə bağlanaraq "xxxx" ASC-nin elektron abonent bazasında adına **********000 saylı abonent kodu açılmış, həmin kod istifadəçinin etibarnaməsi əsasında xx.xx.2019-cu il tarixində Pünhan Sadıqovun adına keçirilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 19 ö/t nömrəli evin **********000 abonent kodunun Cavabdeh2 adına keçməsinə sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 214146 №-li “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi”ndən görünür ki, Azərişıq” ASC ilə X9 arasında elektrik müqaviləsinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan AR Bakı şəhəri İcra Hakmiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 145 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-974/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 üçüncü şəxslər qismində İddiaçı və Cavabdeh1 cəlb edilməklə Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 974/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilərək iddiaçı Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 19 saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”dən görünür ki, X1 İlhamə Əlimirzə qızına Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən torpaq sahəsinin və üzərindəki yaşayış evinin alqı-satqısı məqsədilə 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”yə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşmadam görünür ki, tərəflər razılığa gəlirlər ki, onlar arasında, Bakı şəhərində bağlanılmış xx.xx.2019-cu il tarixli “Daşınmaz Əmlak Üzrə Fərdi Müqavilə”yə Tərəflərin qarşılıqlı razılıq əsasında 01 sentyabr 2021-ci il tarixindən etibarən xitam verilsin. Aİıcı təsdiq edir ki, 10 aprel 2019-cu il tarixli Müqaviləyə əsasən onun tam və istifadəsinə verilmiş ünvan 8 ünvanında torpaq sahəsini və üzərindəki yaşayış evini (ö/t) o, 25 fevral 2021-ci il tarixindən etibarən satıcının tam sahibliyinə və istifadəsinə geri təhvil vermişdir. Alıcı təsdiq edir ki, 10 aprel 2019-cu il tarixli Müqaviləyə əsasən onun tərəfindən ödənilmiş 27500 (iyirmi yeddi min beş yüz) manat hazırki razılaşma bağlanan anda satıcı tərəfindən alıcıya tam şəkildə qaytarılmışdır. Tərəflər təsdiq edirlər ki, hazırki razılaşma ilə xitam edilən müqavilə üzrə ödəniş geri qaytarılması ilə bağlı bütün hesablaşmalar tam başa çatdırılmışdır və bu mövzuda tərəflər arasında hər hansı fikir ayrılığı mövcud deyil. Alıcı öhdəliyinə götürür ki, bu razılaşma bağlanan gün ərzində hazırda ünvan 8 ünvanında onun adına olan kommunal abonent kodlarının (işıq, qaz və su) satıcının adına köçürülməsini təmin edir. Tərəflər təsdiq edirlər ki, onların bir birinə qarşı hər hansı iddiaları yoxdur və gələcəkdə də olmayacağına qarşılıqlı zəmanət verirlər. İş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AXK-03569xx/xx-2021 №-li müqavilədən görünür ki, abonent X2 G.Əliyev küçəsi, ev 19 ünvanına qaz sayğacı quraşdırılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 izahat verərək göstərmişdir ki, 2019-cu ildə İddiaçı ilə notariat kontoruna getmədən öz aralarında Bakı şəhərində «Daşınmaz Əmlak Üzrə Fərdi Müqavilə»ni bağlamaqla alqı-satqı etmiş, İlhamə evin açarını ona vermiş, 3 gündən sonra evə gəlmiş və görmüşdür ki, Cavabdeh1 evdədir. Sonra onu məhkəməyə vermiş, İlhamədən pulu geri tələb etmişdir. İlhamə pulunu qaytarmış, müqaviləni ləğv etmişlər. Birinci instansiya məhkəməsi müqavilənin etibarsızlığı ilə bağlı İddiaçı gətirdiyi dəlilləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən təqdim olunmuş məhkəmə aktları ilə təkzib olunduğundan iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 402, 740, 427, 442, 337, 339-cu, MPM-nin 77.1-ci maddəsinə istiunad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə işin hallarını araşdırmış və yekunda düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir Qanunvericiliyə əsasən şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (MM 337.1-337.3) Hazırda iş materiallarında olan mübahisələndirilən müqavilədən görünür ki, özözlüyündə ilkin müqavilənin şərtlərinə müqavilə tərəfləri (cavabdehlər) tərəfindən əməl olunmuş, bunun əksini sübut edən hər hansı hal məhkəmə iclasında müəyyən edilməmiş, digər tərəfdən müqavilənin 3-cü şəxsin hüquqlarına hansı qaydada təsir göstərməsi müəyyən edilməmişdir. Mübahisələndirilən “İlkin müqavilənin”nin tərəflərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 olmaqla mübahisə predmeti barədə iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını, “fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi” hansı qaydada pozulmuş hüquqlarının bərpa ediləcəyini əsaslandıra bilməmişdir. Göründüyü kimi İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən, iddia tələbi öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Hazırki işdən görünür ki, müqavilənin etibarsızlığı ilə bağlı İddiaçı gətirdiyi dəlillər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən təqdim olunmuş məhkəmə aktları ilə təkzib olunduğu işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və işə əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində fərdi müqavilə”yə əsasən X1 İlhamə Əlimirzə qızına Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 19 ünvanında yerləşən torpaq sahəsinin və üzərindəki yaşayış evinin alqı-satqısı məqsədilə 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vermiş, bundan sonra üçüncü şəxslər qismində İddiaçı və Cavabdeh1 cəlb edilməklə məhkəmədə iddia qaldıraraq Cavabdeh2 qarşı “mənzildən çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-974/2020 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-974/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Cavabdeh2 Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə cavabdeh İddiaçı qarşı evə köçürülmə barədə iddia qaldırmış, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 19 saylı evə köçürülməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnamələrindən sonra İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlak üzərində fərdi müqaviləsinə xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavadbeh Cavabdeh2 tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, o, G.Əliyev küçəsində yerləşən torpağa görə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə xx.xx.2021-ci il tarixdə 3,60 manat, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə mənzil-kommunal xidməti üçün xx.xx.2022-ci il tarixdə 3,60 manat ödəniş etmişdir. Təqdim edilmiş hökümət ödəniş portalı mədaxil qəbzindən görünür ki, Cavabdeh2 bələdiyyə əmlak vergisi kimi 16 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası qeyd edilən sənədlərə istinadən hesab edir ki, iddia tələbinin əsasları iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, iş materialları ilə təkzib edildiyindən birinci instansiya məhkəmə haqlı olaraq iddia tələbini təmin etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, apellyasiya şikayətində sadalanan dəlillər iş materiallarında olan məhkəmə qətnamələri ilə də təkzib edilmiş, eyni zamanda müqavilənin etibarsızlığı üçün göstərilən əsaslar təsdiqini tapmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri ümümi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmi Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(060)-106/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gundən 2 (iki) ay muddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətiverilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gundən 2 (iki) ay kecdikdən sonra qanuni quvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1313/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1313/2022
14.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver