Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-133/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı SOCAR-ın İddiaçı1 nümayəndəsi Nümayəndə1, iddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh qarşı fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması, iddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı tikilinin qanunsuz hesab edilərək sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-341/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı SOCAR-ın İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh qarşı fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması tələbinə dair və iddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı tikilinin qanunsuz hesab edilərək sökülməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, SOCAR-ın İddiaçı1 istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında və Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşən Cavabdeh tərəfindən ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) inşa edilmiş yarımçıq tikili Cavabdeh hesabına sökülməsi və Cavabdeh ərazidən çıxarılması, 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı1nə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manat məbləği iddiaçılardan, 25 manat məbləği isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabıX1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesabAZ34CTRE********************. qət edilmişdir. İddiaçı SOCAR-ın İddiaçı1 və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı1 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı SOCARın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində, 10 metr uzunluğunda 9 metr enində və 2 metr hündürlüyündə ev tikmək məqsədi ilə yeni hörgü işlərinin aparılması faktı aşkar edilmişdir. İddiaçı Heydər Əliyev adına X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Heydər Əliyev adına X5 (NEZ) məxsus neft məhsulu nəql olunan Dş-500 mm (dizel yanacağı) neft boru kəmərinin ünvan 1 ünvanından keçən hissəsində, kəmərdən təqribən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Həmin ərazidən eyni zamanda Heydər Əliyev adına X5 məxsus neft məhsulları nəql olunan Dş- 300 mm (reaktiv), Dş-300 mm (quru qaz) və Dş-250 mm (nafta) neft boru kəmərləri keçir. Cavabdeh işlərin dayandırılması tələb olunsa da, Heydər Əliyev adına X4 mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə təkrar baxış keçirilərkən tikinti işlərinin davam etdirildiyi aşkarlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Boru kəmərləri həmçinin hazır məhsulların anbarlara yığılması üçün çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı SOCAR-ın İddiaçı1 Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbininin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən ekspert rəyi tam olmamış, məhkəmə buna diqqət yetirməmiş və İddiaçı1 nümayəndəsinin mövqeyini nəzərə almamışdır. Nəticədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-341/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassızdır, həmin hissədə qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. qətnamədən də göründüyü kimi, məhkəmə faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 10/8126 saylı ekspert rəyinə əsasən qətnamə çıxarmışdır. Lakin, nəzərə almamışdır ki, faktiki olaraq cavabdehin inşa etdiyi fərdi yaşayış evi və hasar tikilisi də neft boru kəmərinin mühafizə zonasında yerləşir və cavabdehin həmin qanunsuz tikililərə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də həmin tikililər də özbaşına tikili statusundadır. Sözügedən ekspert rəyi özü-özlüyündə ziddiyyətlidir. Belə ki, ekspert rəyinə əlavə olunmuş 2№-li şəkildən görünür ki, cavabdehə məxsus yardımçı tikili (hazırda həmin tikilinin inşası cavabdeh tərəfindən başa çatdırılmışdır) dörd tərəfi hasarlanmış həyətdədir və həmin yardımçı tikili ilə neft boru kəməri arasında məsafə qədər fərdi yaşayış evi də mövcuddur. Həmçinin həmin iki tikilini əhatə edən hasar da mövcuddur. Lakin ekspert qarşısında qoyulan birinci sual üzrə rəyin məntiqi ondan ibarətdir ki, cavabdehə məxsus yalnız yardımçı tikili mövcuddur. Fərdi yaşayış evinin və hasarın mövcudluğu ekspert Ziya Tağıyevin çəkdiyi şəkildən aşkar görünür. Həmçinin şəkildən o da görünür ki, fərdi yaşayış evi və hasar yardımçı tikili ilə birlikdə neft kəmərinə paralel olmaqla demək olar ki, bərabər məsafədədir. Göründüyü kimi, məhkəmə tərəfindən işin faktiki hallarını araşdırmamış, sonuncu məhkəmə iclasında İddiaçı1 nümayəndəsinin tələbinə baxmayaraq, ekspert rəyini düzgün tədqiq etməmiş və formal mülahizəyə əsaslanmışdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi təmin edilməyən hissəsində yuxarıda qeyd olunan xüsusatlara görə qanunsuz, əsassız olduğundan, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdehə məxsus yeni tikili ilə yanaşı digər özbaşına tikililər (fərdi yaşayış evi və hasar) neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş mübahisələndirilən tikililər neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində yerləşir. Həmin tikililər yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbini qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə təmin edilməyən hissədə qanuni və əsaslı sayıla bilməz. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də cavabdehə məxsus mübahisələndirilən tikililər sökülməlidir. Məhkəmələr iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Cavabdeh zəbt etdiyi torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmişdir. 06 aprel 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı1 əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda Cavabdeh tərəfindən fərdi yaşayış evi və hasar inşa edilmişdir. Eyni zamanda, hasarın için yeni tikili inşa edilməkdədir. Cavabdehə aparılan işlərin dayandırılması barədə xəbərdarlıq olunmuşdur. Lakin xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. Cavabdeh tərəfindən yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edilmiş qanunsuz tikililəri (fərdi yaşayış evi, həyətyani sahədə yeni tikili və hasar) cavabdehin, onun ailə üzvlərinin, eyni zamanda digər şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikililər, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən İddiaçı1 iddia tələbində olan və təmin edilməyən hissədə təqdim edilən sübutları (akt və şəkillər) nəzərə almamamışdır. Eyni zamanda, ekspert rəyindəki şəkildən aşkar olaraq fərdi yaşayış evi və hasarın mövcud olması görünməsinə ekspertin qərəzli olaraq nə üçün təkcə yeni tikiliyə münasibətdə rəy verməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Cavabdehə məxsus olan fərdi yaşayış evi və hasar tikilisinin mövcudluğuna və həmin tikililərin mühafizə zonasında yerləşməsinə kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə tərəfindən həmin faktlar aşkar edilməmişdir. Cavabdeh Aslanov X2 Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbininin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 25 dekabr 2003-cü il tarixli iclasının 17 saylı protokolundan çıxarışa əsasən Mehdiabad qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi bələdiyyənin nümayəndələri tərəfindən yerdə və naturada ona təqdim edilmişdir. Torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi inşa etdirmiş və bu günə qədər ailə üzvləriylə birlikdə yaşayır. Qeyd edilən fərdi yaşayış evinə bütün kommunal xidmətlər tərəfindən kommunal xətlər çəkilmiş və SOCAR tərəfindən qaz xəttinin çəkilməsinə görə də texniki şərt verilmişdir. İddiaçıların iddialarının əsassız olması barədə məhkəmə proseslərində lazımi sübutlar təqdim etsə də, məhkəmə onun tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Halbuki, o, 13 ildir ki, ailə üzvləriylə birlikdə qeyd edilən evdə yaşayır və orada torpaq sahəsinə hasarın çəkilməsinə, torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə heç bir etiraz olmadığı təqdirdə bu gün iddiaçılar tərəfindən belə bir tələblə məhkəmədə iddia qaldırmaları qanunsuzdur. Onu da qeyd edir ki, sökülməsi nəzərdə tutulan fərdi yaşayış evi onun yeganə yaşayış yeridir, bundan başqa yaşayış yeri yoxdur. Bu və başqa xüsusatlar barədə məhkəmədə sübutlar təqdim etsə də, məhkəmə hansısa səbəbdən iddianı əsaslı sayaraq təmin etmişdir. Göründüyü kimi ona məxsus olan torpaq sahəsi onun tərəfindən qanunsuz olaraq zəbt edilməmiş və Mehdiabad Bələdiyyəsi tərəfindən qanuni əsaslarla ona ayrılmışdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmayaraq, ədalətli məhkəmə araşdırılmasını təmin etməyərək, yuxarıda göstərildiyi kimi işin faktiki hallarını düzgün müəyyənləşdirməyərək, işin həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan, nəticədə iddiaçının məhkəmə müdafiəsi hüququnu pozan qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı SOCAR-ın İddiaçı1 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə3 iddiaçı SOCAR-ın İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçı SOCAR-ın İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı1 apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələblərinin qismən təmin edilməsini cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin SOCAR-ın İddiaçı1 istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında yerləşməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı SOCAR-ın İddiaçı1 və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq, qətnaməni bütövlükdə yoxlayaraq, ilk öncə iddiaçı SOCAR-ın İddiaçı1 apellyasiya şikayətinə qiymət verilməsini zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbləri neft boru kəmərinin mühafizə zonasında yerləşən fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2., 180.1, 180.4 və Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1158 nömrəli 08 aprel 2024-cü il tarixli ekspert rəyi ilə SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərindən 22.30 metr məsafədə yarımçıq tikilinin və fərdi yaşayış evinin, 20.5 metr məsafədə mişar daşından inşa olunmuş hasarın mövcud olduğu, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində mövcud olan yarımçıq tikilinin, fərdi yaşayış evinin və hasarın SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-500 mmlik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı mübahisələndirilən hissədə sökülməsini tələb etdiyi hasar və fərdi yaşayış evi Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşir, lakin həmin tikinti işlərinin aparılması üçün heç bir hüquq müəyyənedici (icazə) sənədləri mövcud deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X8 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X8 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” 6.1-ci bəndinə əsasən MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Nəzərə alınmalıdır ki, həmin tikililər və fərdi yaşayış yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən, evdən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsi üzərində yaşayış evinin inşası üçün lazımi icazələr alınmamış, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozmuşdur. Həmin tikilinin saxlanması birinci növbədə orada yaşayan şəxslərin, sonra isə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Həmin yarım tikili özbaşına tikilidir, Mülki Məcəllənin 180-cı maddəsinin tələbi baxımından müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-500 mmlik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilinə düşdüyü müəyyən edilir. Həmin tikilidə cavabdehin və hər hansı bir şəxsin yaşaması onların həyatı üçün real təhlükədir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli torpaq sahəsində inşa etdiyi evə dair hüquqmüəyyənedici sənədləri olmadığından, magistral neft boru kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və hasarın sökülməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, cavabdehin mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri olmadığından, qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və hasarın sökülməsini tələb etməkdə iddiaçı SOCAR-ın İddiaçı1 haqlı olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı1 apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı1nə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı SOCAR-ın İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı1nə ödənilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-133/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-133/2024
07.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver