Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1335/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sumqayıt X1rşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, tutulmuş pulların sayğac hesab nömrəsinə qaytarılması, maddi və mənəvi ziyan) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh Sumqayıt X3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1613/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” İB-nın Sumqayıt QİS-nın aidiyyəti rəhbər əməkdaşlarının günahları ucbatından məcburi köçkün olaraq 2013-cü ilin mart ayından 2015-ci ilin aprel ayına kimi məcburi köçkünlərə ayrılmış qaz limitləri (6 nəfər) hesablanaraq Sumqayıt QİS-nın hesabından ona ödənilməsi, əvvəlcə quraşdırılmış və onların müdaxilələri olmayan xarab olmuş sayğacın üzərində qalmış təxminən 37-39 manat pulun Sumqayıt QİS-si tərəfindən sayğacın balansına qaytarılması, əvvəllər ona məlum olmayan (sonradan verilmiş cədvəldən bilmişdir) səbəblərdən onun ödəniş hesabından (pullarından) hissə-hissə tutulmuş 27 (iyirmi yeddi) manat pulu sayğacın balansına qaytarılması, əvvəlki, sonrakı qeyri-qanuni yollarla ondan hər dəfə sayğacına pul köçürülərəkən həmin məbləğin 10%-nin tutaraq (162 manat cərimə) onun pullarından tutduqları pulları Sumqayıt QİS-si tərəfindən sayğacın balansına ödənilməsi barədə, ərizə, yol xərci, göndərişlər və s. hərəkətlər ilə əlaqədar maddi və mənəvi ziyan olaraq 500 manat pulun alınaraq ona ödənilməsi və onun iştirakı və xəbəri olmadan sözü gedən aktlara, hansısa sənədlərə saxta imza atmış aidiyyəti şəxslər barəsində tədbir görülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-ci ildən Cəbrayıl rayonunda məcburi köçkündür və 1990-ci ilin noyabrından 2018-ci ilin iyun ayına kimi DİO-da xidmət etmişdir. 2013-cü ilin mart ayından DİN-nin müvafiq əmri ilə Sumqayıt ŞPİ-də İTŞ-nə təyin olunmuş, bununla əlaqədar olaraq özü və ailə üzvləri ilə bərabər Sumqayıt şəhər Yaşıldərədə fərdi həyət evində yaşayır. Xidməti işi ilə əlaqədar olaraq əvvəllər məcburi köçkün kimi kommunal xidmətlərindən istifadə etmək üçün aidiyyatı təşkilatlara (qaz, su. işıq) QMKİÜDK-nın Sumqayıt şəhər sektorundan müvafiq arayışlar alıb vermişdir. Məcburi köçkünlərə ayrılmış kommunal limitləri ləğv edildiyi vaxtan indiyə kimi kommunal xərclərini ödəyir. Bildirir ki, o, arayış təqdim etməyinə, dəfələrlə şifahi müraciətlərinə əsasən Sumqayıt QİS-nin adiyyəti rəhbər əməkdaşları yaşadığı evinin həyət hasarının olmadığını bəhanə edərək onun evinə qaz çəkilmədiyini, sayğacın quraşdırılmasını təmin etmədiklərini və bu səbəbdən də o, 2013-ci ilin mart ayından 2015-ci ilin aprel ayına kimi onların günahları ucbatından qaz limitində istifadə edə bilməmiş, sonradan (2015 aprel) razılaşmadan sonra onun evinə aid olan sayğac evindən təxminən 50-60 metr uzaqda, digər məhlədə qonşularının hasarına quraşdırılmışdır. Təxminən (4 il sonra ) 4 ildən artıq istifadə etmişdir ki, həmin sayğacın işləmədiyini (qaz iyi gəldiyini) bildiyindən və dərhal verdiyi məlumat əsasında həmin sayğacı dəyişərək başqası ilə əvəzlədirmişlər. Əvvəlki sayğacın üzərində təxminən 37-39 manat məbləğin yeni sayğaca köçürülməsini bildirərək həmin sayğacın laborаtорiyaya göndərildiyini bildirmişlər. O, əvvəlki sayğaca heç bir müdaxilə etməmişdir. QİS-nin ona qarşı etdiyi qeyri qanuni hərəkət və hərəkətsizliyi ilə əlaqədar ona maddi və mənəvi ziyanlar vurmuş, əsəblərinə təsir etmiş vaxtını almışdır. Dəfələrlə Bakı şəhərinə mediatora, QİS-nə və Hüquq Məsləhətxanasına gedib gəlmək ərizə yazmaq, yol xərcləri çəkmək, poçt ödənişləri pullar ödəmiş və s. bütün bunlar maddi və mənəvi cəhətdən məhkəmə tərəfindən nəzərə alınmalıdır. 2019-cu ilin aprel ayında “Azərqaz” İB-nın laborаtoriyası (ona sonradan məlum olub) “gülməli” əsaslar gətirirək 162 (bir yüz altmış iki) manat cərimə yazmışdılar. Təxminən 3-4 ay əvvəl bilmişdir ki, Sumqayıt QİS-si ondan ayrı-ayrı vaxtlarda, hissə-hissə cəmi 27 (iyirmi yeddi) manat pulunu tutublar. Əvvəlki sayğacın qarşı məhləyə quraşdırılmasında, sonradan başqası ilə əvəzləşdirilməsində də o, iştirak etməmişdir. Sonradan bilmişdir ki, QİS-nin hansısa əməkdaşları ondan xəbərsiz olaraq müqaviləyə, aktlara imza atıblar, guya cərimə aktına imza atmaqdan imtina etmişdir. Bütün bunların heç birindən xəbəri olmayıb. QİS-nin əməkdaşları onun imza yerinə saxta imza atmışlar, yalan məlumatlar yazmışlar. Bunlarla bağlı “Azərqaz” İB-nə və Sumqayıt QİS-nə rəsmi ərizə verməyinə baxmayaraq rəsmi müraciətinə müsbət cavab ala bilməmiş və bu barədə Sumqayıt QİS-nə, X4 heyətinə yazılı təklif vermişdir.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1613/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Gülnarə Tağızadə).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia tələbinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddianın tələb hissəsi qeyri-müəyyəndir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 448.1, 21.1, 21.2, 1096, 1097, 1115, MPM-nin 77.1-ci maddələrinə, “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6, 4.8-ci bəndinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1613/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dari qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-ci ilin mart ayından DİN-nin müvafiq əmri ilə Sumqayıt ŞPİ-də İTŞ-nə təyin olunmuş, bununla əlaqədar olaraq özü və ailə üzvləri ilə bərabər Sumqayıt şəhər Yaşıldərədə fərdi evdə yaşayar. Xidməti işi ilə əlaqədar olaraq əvvəllər məcburi köçkün kimi kommunal xidmətlərindən istifadə etmək üçün aidiyyatı təşkilatlara (qaz, su. işıq) QMKİÜDK-nin Sumqayıt şəhər sektorundan müvafiq arayışlar alıb vermis, məcburi köçkünlərə ayrılmış kommunal limitləri ləğv edildiyi vaxtan indiyə kimi kommunal xərcləri ödəyir. Bildirir ki, arayış təqdim etməyinə, dəfələrlə şifahi müraciətlərinə əsasən Sumqayıt QİS-nin adiyyəti rəhbər əməkdaşları yaşadığı evinin həyət hasarı olmadığı bəhanə edərək evinə qaz çəkilmədi, sayğacın quraşdırılmasını təmin etmədilər və bu səbəbdən də 2013-ci ilin mart ayından 2015-ci ilin aprel ayına kimi onların günahları ucbatından qaz limitindən istifadə edə bilməmiş, sonradan (2015 aprel) razılaşmadan sonra onun evinə aid olan sayğac evindən təxminən 50-60 metr uzaqda, digər məhlədə qohumlarının hasarına quraşdırılmışdır. Təxminən (4 il sonra ) 4 ildən artıq istifadə etmişdir ki, həmin sayğacın işləmədiyini (qaz iyi gəldiyini) bildiyindən və dərhal verdiyi məlumat əsasında həmin sayğacı dəyişərək başqası ilə əvəzlədilər. Əvvəlki sayğacın üzərində təxminən 37-39 AZN məbləğin yeni sayğaca köçürlməsini bildirərək həmin sayğacın laborotiyaya göndərildiyini bildirdilər. Əvvəlki sayğaca heç bir müdaxilə etməmişdir. 2019-cu ilin aprel ayında “Azərqaz” İB-nın laborotoriyası (ona sonradan məlum olub) əsaslar gətirirək 162 (bir yüz altmış iki) manat cərimə yazmışdılar. Bundan təxminən 3-4 ay əvvəl bilmişdir ki, Sumqayıt QİS-si ondan ayrı-ayrı vaxtlarda, hissə-hissə cəmi 27 (iyirmi yeddi) manat pulunu tutulub (səbəbini bilmir). Əvvəlki sayğacın qarşı məhləyə quraşdırılmasında, sonradan başqası ilə əvəzləşdirilməsində o, iştirak etməmiş, sonradan bilmişdir ki, QİS-nin hansısa əməkdaşları ondan xəbərsiz olaraq müqaviləyə, aktlara imza atıblar, guya cərimə aktına imza atmaqdan imtina etmişdir. Bütün bunların heç birindən xəbəri olmayıb, QİS-nin onun imza yerinə saxta imza atmışlar, yalan yazmışlar. Bunlarla bağlı “Azərqaz” İB-nə və Sumqayıt QİS-nə rəsmi ərizə verməyinə baxmayaraq bunlara müsbət cavab ala bilməmiş və bu barədə Sumqayıt QİS-nə, X4 heyətinə yazılı təklif vermişdir (öz aralarında həll etmək üçün).
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin nümayəndəsi özü də etiraf edir ki, ona 162 manat cərimə qeyriqanuni olaraq yazılıb. 27 manatın nə üçün tutulması aydın deyil. Cavabdeh müəssisəyə dəfələrlə müraciət etsə də müraciətlərinə laqeyd yanaşılır. İki dəfə əməliyyatdan çıxıb xəstə halda prosesə gəlib. Yola pul və vaxt xərcləyib. Amma bu zaman heç bir səhvi olmayıb. Bu ziyanlar cavabdeh müəssisənin hərəkətlərinə görə dəyib. Evində qaz balonu işlətmişdir. Bütün sübutlar cavabdehdədir və məhkəmə tərəfindən sorğu ilə alına bilər. 27 manatın hissə-hissə qaytarılmasından sonradan xəbəri olub. Həmin sənədləri son günlər əldə edib. Sayğaca heç bir müdaxilə etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1613/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Sumqayıt X3 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, təşkilatın əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt tərtib olunmuşdur. Sayğac labaratoriyada olanda “mexanizmin qoruyucu örtüyünə vurulan plombların rəngi paylayıcı örtüyün rəngindən fərqlidir, plombların ətrafında əl izləri mövcuddur və sayğaca müdaxilə halı müşahidə olunur” qeydi yazılmışdır. Sayğac sərfiyyatı qeyd etmir. Çünki plomblar dəyişilib. Buna görə də 4320 m3 qaza münasibətdə iddiaçıya 162 manat cərimə hesablanıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1613/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
13. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
14. Mülki Prosessual Məcəllə 4.1-ci. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1613/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi qismən, “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 162 manat borc abonentin hesabından silinməsinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 162 manat borc abonentin hesabından (abonent kodu **********02700) silinməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. İşdə olan İddiaçı müraciətinin cavablandırılması barədə xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ünvanında təbii qaza görə hesabat xx.xx.2019-cu il tarixədək xx.xx.2015-ci il tarixdə quraşdırılmış G-4 markalı itron sayğacın göstəricilərinə əsasən aparılmışdır. xx.xx.2019-cu il tarixdə G-4 markalı (№1402AZ**********30) itron tipli sayğac yeni G-4 markalı Gallus Pay tipli (№**********2) sayğacla əvəz olunmuşdur. Əvəz olunmuş sayğac Dövlət Yoxlamasına göndərilmiş və Cavabdeh İB-yi Metrologiya departamenti, sayğacların müayinəsi labоratoriyası tərəfindən tərtib olunmuş MSK28/1710-00218-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqli olduğu və bundan əlavə hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi aşkarlanmışdır. Yoxlamanın nəticəsinə uyğun olaraq ünvana xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. Tərtib olunmuş akt əsasında hesablama yolu ilə itirilmiş qazın məbləğinin 162 manat olduğu müəyyənləşdirilərək abonentin koduna işlənmişdir. Beləliklə dəymiş ziyan verilmiş rəyə əsasən düzgün hesablanmış və abonent tərəfindən ödənilməlidir.
18. İş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 13 aprel 2015-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə 10Y/Q-2053 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar.
19. İşdə olan xx.xx.2019-cu il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1620 m3.
20. İşdə olan Cavabdeh İB-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvana dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, ünvana aid sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örütüyünün rəngindən cuzi fərqlidir. Plomb yuvalarının ətrafında əzik izləri aşkarlanmadı. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.
21. İşdə olan arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivinin 2-ci məhəlləsində ailə üzvləri ilə birgə yaşayır.
22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia tələbinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddianın tələb hissəsi qeyri-müəyyəndir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə qismən razılaraq qeyd edir ki, məhkəmə tələbin digər hissələrdə təmin edilməməsi barədə gəldiyi nəticədə haqlı olsa da, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış 162 manat borcun silinməsi barədə iddianı təmin etməməkdə haqlı olmamışdır.
24. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımadığından, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan borcun hesablanması əsassız olduğu üçün həmin borc silinməlidir.
26. Bununla yanaşı məhkəmə kollegiyası iddia tələbinin digər hissələrinə, “Azərqaz” İB-nın Sumqayıt QİS-nın aidiyyəti rəhbər əməkdaşlarının günahları ucbatından məcburi köçkün olaraq 2013-cü ilin mart ayından 2015-ci ilin aprel ayına kimi məcburi köçkünlərə ayrılmış qaz limitləri (6 nəfər) hesablanaraq Sumqayıt QİS-nın hesabından ona ödənilməsi, əvvəlcə quraşdırılmış və onların müdaxilələri olmayan xarab olmuş sayğacın üzərində qalmış təxminən 37-39 manat pulun Sumqayıt QİS-si tərəfindən sayğacın balansına qaytarılması, əvvəllər ona məlum olmayan (sonradan verilmiş cədvəldən bilmişdir) səbəblərdən onun ödəniş hesabından (pullarından) hissə-hissə tutulmuş 27 (iyirmi yeddi) manat pulu sayğacın balansına qaytarılması hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı göstərdikləri halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
27. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. 28.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
30. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur.
31. Qanunvericliyin tələbinə görə iddiaçı ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
32. Bu baxımdan iddiaçının cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.
33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1613/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi qismən, “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 162 manat borcun abonentin hesabından silinməsinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 162 manat borc abonentin hesabından (abonent kodu **********02700) silinməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1613/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi qismən, “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 162 manat borcun abonentin hesabından silinməsinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 162 manat borc abonentin hesabından (abonent kodu **********02700) silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiyaşikayəti verilə bilməz.