Məhkəmə qərarları › İş №2(105)-1346/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1346/2021

21.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1346/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X7, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və məhkəmə xərclərinin alınaraq ona ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-92/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(067)-92/2018 nömrəli qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddia təmin edilmiş, Cavabdeh tərəfindən özünə məxsus Xaçmaz şəhəri, Vağzal küçəsi, 10 ünvanında yerləşən evin ətrafında tikilmiş hasarın və quraşdırılmış darvazanın sökülməsi, Cavabdeh cəmi 70 manat məhkəmə xərcinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-92/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(105)-41/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(067)-92/2018 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun öz hesabına sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(102)-259/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(105)-41/2020 qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özbaşına tikdiyi hasarın sökülməsi və dəmir darvazanın götürülməsi, iddianın təmin olunması və hüquqi yardım üçün ödədiyi 50 manat, iddianın irəli sürülməsi üçün dövlət rüsumu kimi ödədiyi 20 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun mülkiyyətindədir. Qonşusu olan cavabdeh bir neçə ildir ki, qanunsuz olaraq, yaşadığı evin ətrafında hasar tikdirmiş və darvaza qoymuşdur. Darvaza onun həyətinə açılır və cavabdeh onun həyətindən gediş-gəliş yolu kimi istifadə edir. Cavabdeh gecə saat 2-3 radələrində sərxoş vəziyyətdə evinə gələrkən darvazanı qəsdən bərk çırparaq, onları qorxudur. Onun evində xəstə anası var. Onun və anasının şikayətinə əsasən Xaçmaz Mənzil İstismar İdarəsi tərəfindən komissiya təşkil edilmiş və komissiya üzvləri tərəfindən hasar və darvazanın qanunsuz olması barədə akt tərtib edilmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, mübahisənin məhkəmə araşdırmasından onun xəbəri olmamış, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Bununla da çəkişmə prinsipi pozulmuş və mübahisə üzrə yalnız qarşı tərəfin təqdim etdiyi sübutlara istinad olunaraq səhv nəticəyə gəlinmiş, habelə onun tərəfindən sübut təqdim edilməsinə şərait yaradılmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək əlavə etdi ki, onun qapısı və evinin iddiaçının evinin yerləşdiyi dalana aidiyyəti yoxdur. O, heç vaxt səs-küy salıb, yaxud qapını bərk vurub iddiaçını, yaxud anasını narahat etməyib. Belə olsa, elə birinci öz qardaşlarının ailələrini narahat etmiş olardı. İdiaçı onunla quru prinsip aparır. O, özü heç burada yaşamır, Türkyədə olur. İddiaçı ilə qonşuluqda onun qardaşları Rauf və Rəşadın evləri və həyətləri yerləşir. Qardaşı Raufun yaşadığı ev onların atasının olub, Xaçmaz RİH Başçısı atasına orada ev tikməyə icazə verib. Ev tikilib, həmin evə dair mərhum atasının evə və torpağa hüquqları dövlət qeydiyyatına alınıb. Həyətləri ümumi olaraq 4 sotdur. Torpaq şöbəsinin bu barədə sənədi var. Orada 3 ev tikilib. İddiaçı ilə qonşuluqda 3-cü ev yerləşir. Həmin evin dalana aşılan qapısını o vaxt rəhmətlik atası qoyub, ev də RİH-in komissiyası tərəfindən istismara qəbul edilib. İddiaçının mübahisə edib darvaza dediyi balaca qapıdır və qardaşının da öz evinə gediş-gəlişi həmin qapıdandır. Doğrudur Raufun həmin evinə ikinci bir yol vardır ki, onda gərək iki həyətdən keçib ora gedəsən. İddiaçı tərəfin özünün heç bir sənədi yoxdur. Necə olur, iddiaçı sənədsiz evini hasara alır, lakin onun atasına məxsus, qardaşının yaşadığı və bütün sənədləri olan evin hasarının sökülməsini tələb edir və məhkəmə də bunu təmin edir? Hazırkı iddia əsassız olsa da, o da atasının vərəsəsidir, həmin evdə onun da payı var. Bütün qardaşlar birlikdə mirası qəbul ediblər. Qapının bərk vurub səs salması əsassızdır. Çünki o, Şirinbəyim Kərimovaya məxsus evdə yaşayır, həmin evin giriş-çıxışı isə tamam başqa yerdəndir. Buna görə də qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X11 apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, cavabdeh bütün hallarda vərəsədir, tələb də ona qarşı yönəlib, iddiaçının hüququnu pozan odur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan 29 aprel 2017-ci il tarixli aktdan görünür ki, Xaçmaz Mİİ-nin baş mühəndisi B.Məhərrəmova, sahə rəisi S.Paşayev və evlər müdiri Ə.Əspəndiyev Xaçmaz şəhəri, Vağzal küçəsindəki 10 və 10 a/1 saylı evlərdə yaşayan Xurşud Pənahova və Cavabdeh istifadə etdikləri ümumi həyətə baxış keçirmişlər. Hər iki mənzil özəldir. Cavabdeh mənzilinin qarşısındakı həyəti hasara alaraq ayrıca qapı qoydurmuşdur. Həmçinin arxa tərəfdə fərdi yaşayış evi tikmiş, həmin fərdi yaşayış evinin gediş-gəliş qapısını öz həyəti tərəfdən yox, Xurşud Pənahovaya məxsus 10 a/1 saylı mənzilin çıxış qapısı bərabərində əlavə qapı qoydurmuşdur. Xurşud Pənahovaya məxsus 10 a/1 saylı mənzildən həmin həyətə qapı qoymuşdur, hasarı yoxdur. Heç birinin torpaq sahəsi barədə sənədi yoxdur. Xurşud Pənahovaya məxsus həyətə açılmış qapı qanunsuzdur. X19 dəvət edilərək tövsiyə olundu ki, hər iki qonşu hasar və qapıdan qanunsuz istifadə etdiklərindən barışmalı, mehriban qonşuluq şəraitində yaşamalıdırlar. Yenə işdə olan notarial qaydada təsdiq olunmuş 01 fevral 2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X12 və X13 mülkiyyətlərində olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 10 a, mənzil 1-i İddiaçı bağışlamışlar. Yenə də işdə olan MA ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 10 a, 1 saylı mənzil (34,8 kv.metrlik) 11.12.2010-cu il tarixdən X12 və X8 ümumi mülkiyyətindədir. Mənzilə dair texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2017-ci il tarixli, 23928 saylı rəyindən görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsindəki 10 a saylı evlə cavabdehin evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arasında gediş-gəliş yolunun olduğu müəyyən olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsində göstərilənləri, o cümlədən tədqiq olunan hasarın hündürlüyünün 2,0 metr təşkil etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə istinad etməklə hasarın inşa edilməsi üçün müvafiq təşkilatlardan icazə tələb olunmur. Cavabdeh tərəfindən inşa edilmiş hasarın inşa edilməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən müvafiq təçkilatdan icazə tələb olunmadığını, eləcə də mübahisəli qapının gediş-gəliş yoluna açıldığını nəzərə alaraq, həmin qapının və hasarın İddiaçı Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 10 a, mənzil 1-dən istifadəsinə maneə yaratmadığı müəyyən edilir. Yenə iş materiallarında olan Xaçmaz Mənzil İstismar İdarəsinin 18 dekabr 2017-ci il tarixli, 28 saylı arayışından görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsində yerləşən bütün dövlət evləri həmin İdarənin balansındadır, sakinlərin istifadəsində olan bina ətrafı torpaq sahələri dövlət mülkiyyətindədir. Ayrı-ayrı sakinlər tərəfindən həmin torpaq sahələrinin mişar daşı ilə hasara alınması qanunsuz sayılır. Yenə də iş materiallarında olan 09 avqust 2018-ci il tarixli aktdan görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsindəki 10 saylı evdə yaşayan Cavabdeh və onun digər ailə üzvlərinin, habelə başqa qonşuların mənzillərinə məxsus həyətlərin hasarları və həyət qapıları qanunsuzdur. İddiaçı mənzili hər iki tərəfdən (sağ və sol) qonşuların tikdikləri qanunsuz hasarlarla əhatə olunmuşdur və cəmi 2 metr enində, yola doğru getdikcə 4 metrə qədər enində böyüyən 37 metr uzunluğunda dar yol qalmışdır. Həmin yol İddiaçı mənzilinə giriş yolu sayılır. 4 ilə yaxındır ki, əvvəllər mənzillərin yardımçı otaqları və sarayları sökülmüş, onların yerində Pənahovlar fərdi yaşayış evi inşa etmişlər. Pənahovlara məxsus fərdi yaşayış evinin həyət qapısı İddiaçı mənzilinin tam qarşısına açılması qanunsuzdur. Akta sxematik plan əlavə edilmişdir. Yenə də iş materiallarında olan Xaçmaz rayon İHB-nin 27 noyabr 2006-cı il tarixli, 359 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsindəki 10 saylı evdə yaşayan X4 yaşayış sahəsi darısqallıq etdiyi üçün ona məxsus 4 ədəd sarayı sökərək yerində yaşayış otaqlarının tikintisi məqsədilə 8x12 metr ölçüdə torpaq sahəsi ayrılmış, bu torpaq sahəsində RİH-nin tikinti-memarlıq şöbəsilə razılaşdırılmış layihəyə uyğun tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bu sərəncama əsasən ayrılmış 96 kv.metrlik torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə Xaçmaz rayon İHB ilə X9 arasında 30.12.2006-cı il tarixli, 351 saylı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun surətindən görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 10 X4 (vəfat edib) məxsusdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü adlı sənəddən görünür ki, X4 fərdi yaşayış evi tikmək üçün Xaçmaz rayonu 1 saylı DNK-nın 21 noyabr 2000-ci il tarixli müqaviləsi əsasında Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 10 ünvanında 400 kv.metr torpaq sahəsi verilmişdir. İşdə olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının 214 saylı, 30 iyun 2011-ci il tarixli aktından görünür ki, ünvan 2 ünvandakı X4 məxsus 85,75 kv.metrlik mansardlı yaşayış evi istismara qəbul edilmişdir. İş materiallarında olan RX ******* saylı, 27.11.2012-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsində yerləşən 0,00905 ha torpaq sahəsindəki 117 kv.metrlik 1 mərtəbəli 10 saylı yaşayış evinin mülkiyyətçisi X5r. Onun adına 14.11.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Yenə iş materiallarında olan 05.04.2016-cı il tarixli texniki pasportdan görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsində yerləşən 70,8 kv.metrlik 1 mərtəbəli 10 saylı binanın 1 saylı mənzilinin mülkiyyətçisi X1r. Yenə də iş materilalarında olan AZ-İİ 093243 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 oktyabr 2016-cı il tarixdə ölmüşdür. İşə əlavə edilmiş 13.09.2005-ci il tarixli, 1452b saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsində yerləşən 70,8 kv.metrlik 1 mərtəbəli 10 saylı binanın 40 saylı mənzilinin mülkiyyətçisi X5r. Fərdi yaşayış evinə dair onun adına 1999-cu ildə (avqust) texniki pasport tərtib edilmişdir. Yenə işə əlavə edilmiş Xaçmaz RİH Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 20 aprel 2021-ci il tarixli, 26 saylı məktubundan görünür ki, Cavabdeh həqiqətən ünvan 3 ünvanda öz ailə üzvləri ilə birlikdə yaşayır və mənzilə girib-çıxmaq üçün Vağzal küçəsindəki 10 a saylı yaşayış evinin qapısına tərəf quraşdırdığı qanunsuz sayılan qapıdan istifadə edir. Məktuba əlavə edilmiş İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş eyni tarixli aktdan görünür ki, Cavabdeh həqiqətən ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Cavabdeh yaşadığı Vağzal küçəsi, 10 saylı yaşayış evinin həyəti hasara alınaraq küçə tərəfdən giriş-çıxış qapısı quraşdırılmışdır. Son dövrdə Cavabdeh Vağzal küçəsindəki 10 a saylı yaşayış evinin İddiaçı məxsus mənzilin düz qarşısında əlavə dəmir giriş qapısı quraşdırmışdır. Cavabdeh hal-hazırda yaşadığı ünvana girib-çıxmaq üçün təzə quraşdırdığı və məhkəmə işində adı gedən qapıdan istifadə edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və Ali Məhkəmənin mübahisə üzrə göstərişlərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi Xaçmaz Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 18 dekabr 2017-ci il tarixli, 28 saylı arayışa istinad edərək müəyyən etmişdir ki, Cavabdeh məxsus Xaçmaz şəhəri, Vağzal küçəsi, 10 ünvanında olan evin yerləşdiyi torpaq sahəsində tikdiyi hasar və darvaza özbaşına tikinti sayılır. Həmin hasar və darvaza İddiaçı mülkiyyətində olan evdən istifadə etməsi, həmin evdə yaşaması, onun anasının sağlamlığı üçün təhlükə, mənəvi çətinliklər yaradır, onun hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Buna görə də iddia təmin edilməli, Cavabdeh tərəfindən özünə məxsus Xaçmaz şəhəri, Vağzal küçəsi, 10 ünvanında yerləşən evin ətrafında tikilmiş hasar və quraşdırılmış darvaza sökülməli, Cavabdeh cəmi 70 manat məhkəmə xərci alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə əsassızdır və işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. İş materiallarından görünür ki, mübahisə üzrə keçirilmiş məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilməmiş, onun hazırki iddiaya cavab verib-verməməli olması araşdırılmamış, məhkəmə ekspertiza təyin etsə də hansı səbəbdən ekspert rəyi ilə razı olmadığını qətnamədə əsaslandırmamış, ümumiyyətlə rəyə qiymət verməmiş, 26 aprel 2018-ci il tarixdə isə yekun (cavabdehin ziyanına) məhkəmə aktı çıxarılmışdır. AR MPM-nin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi, qüvvədə olan prosessual normalara görə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri də məhkəmə iclasında tərəflərin çəkişməsinin təmin edilməsidir və bütün hallarda məhkəmə bu prinsipi təmin etməlidir. Lakin işdən görünür ki, hazırkı mübahisə üzrə Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmişdir, yəni işə baxılarkən çəkişmə prinsipi pozulmuşdur. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan texniki pasportlardan, eləcə də işin tədqiq olunan faktiki hallarından belə məlum olur ki, iş üzrə tərəflərin yaşadıqları mənzillər qonşuluqda yerləşməklə 1901-ci ildə inşa olunmuşdur. İddiaçının sahibliyində və istifadəsində (mənzil 01.02.2011-ci ildə bağışlansa da hüquqlar qeydiyyata alınmamışdır) olduğu iddia edilən mənzilin (həmin mənzilə dair sənədlərin nə əsli, nə də lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir) ünvanı ünvan 4taqlı, ümumi sahəsi 34,8 kv.m, yaşayış sahəsi 13,5 kv.m-dir. Cavabdehin atasının mülkiyyətində olmuş, hazırda onun izahatına görə qardaşının yaşadığı mənzilin ilk ünvanı Xaçmaz şəhəri, Vağzal küşəsi ev 10/40 olub. X22 21.11.2000ci ildə notarial alqı-satqı yolu ilə bu mənzili əldə etmişdir. Həmin vaxt mənzil 2 otaqlı, ümumi sahəsi 44,3 kv.m, yaşayış sahəsi 37,8 kv.m olmuşdur. Həmin mənzilə dair 13.09.205-ci ildə X14 Vəsiqəsi verilmişdir. Məhkəmənin sorğusu əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş rəsmi sənədlərdən görünür ki, Niyaz Pənahovun müraciətinə əsasən Xaçmaz rayon İHB-nin 27 noyabr 2006-cı il tarixli, 359 saylı sərəncamı ilə Xaçmaz şəhəri, Vağzal küçəsindəki 10 saylı evdə yaşayan X4 yaşayış sahəsi darısqallıq etdiyi üçün ona məxsus 4 ədəd sarayı sökərək yerində yaşayış otaqlarının tikintisi məqsədilə 8x12 metr ölçüdə torpaq sahəsi ayrılmış, bu torpaq sahəsində RİH-nin tikinti-memarlıq şöbəsilə razılaşdırılmış layihəyə uyğun tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bu sərəncama əsasən ayrılmış 96 kv.metrlik torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə Xaçmaz rayon İHB ilə X9 arasında 30.12.2006-cı il tarixli, 351 saylı müqavilə bağlanmışdır. Bundan sonra isə N.Pənahov həmin torpaq sahəsində 30 iyun 2011-ci il tarixdə 85,75 kv.metrlik mansardlı yaşayış evi inşa etdirmiş, mülkiyyət hüquqlarını 27.11.2012-ci il tarixdə qeydiyyata aldırmışdır. Həmin sənədlərə əlavə edilmiş AR DT və XK tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X16 şəhəri, Vağzal küçəsi ev 10 ünvanında təyinatı fərdi yaşayış evi tikintisi üçün olan 400 kv.m torpaq sahəsi vardır və bu hüquq X17 kitabında 25.08.2011-ci ildə, 1366 nömrə ilə qeydə alınmışdır. N.Pənahov 18 oktyabr 2016-cı ildə vəfat etmişdir. İşə əlavə edilmiş ərazinin sxematik planından, fotoşəkillərdən məlum olur ki, həmin torpaq sahəsində 3 fərdi ev inşa edilmişdir. Əsas mübahisə şərti olaraq nişanlanmış 3 saylı evə açılan qapı ilə bağlıdır. Qeyd edildiyi kimi Niyaz Pənahov həmin evə dair mülkiyyət hüquqlarını 27.11.2012-ci il tarixdə qeydiyyata aldırmış, evin texniki pasportu tərtib edilmişdir. Texniki pasportun torpaq sahəsi haqqında məlumat bölməsindən məlum olur ki, evin sənəd üzrə torpaq sahəsi 0,0096 ha, faktiki sahə isə 0,0212 ha-dır. İş üzrə araşdırma zamanı cavabdehin izahatından belə məlum oldu ki, Cavabdeh bu evlərdə deyil, X2 məxsus Xaçmaz şəhəri, Vağzal küçəsində yerləşən 70,8 kv.metrlik 1 mərtəbəli 10 saylı binanın 1 saylı mənzilində yaşayır. Bu evin qapısı isə iddiaçının istifadə etdiyi dalana deyil, başqa küçəyə açılır. Digər iki evlərdə isə cavabdehin Rəşad və Rauf adlı qardaşları yaşayırlar. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edib cavabdeh tərəfin inşa etdiyi hasarı və darvazanı sökmək nəticəsinə gələrkən Mülki Məcəllənin 180.1, 180.3 və 180.4-cü maddələrinə istinad etmişdir. Əvvəla, qeyd olunduğu kimi cavabdeh (bütün hallarda ev Niyaz Pənahovun mülkiyyətindədir, qapı həmin evdən küçəyə açılıb və cavabdeh və onun digər qardaşları onun vərəsələridir) tərəfin evindən küçəyə gediş-gəliş üçün qoyulmuş qurğu öz həcminə, ölçüsünə və təyinatına görə darvaza deyil qapıdır. Bu fakr işə əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Dirət tərəfdən işdən göründüyü kimi iddiaçıdan fərqli olaraq cavabdeh tərəfin istifadələrində olan torpaq sahəsi dövlət torpaq fonduna daxil olsa da, cavabdehin atası tərəfindən orada özbaşına tikinti işləri aparılmamış, bunun üçün Xaçmaz RİH tərəfindən müvafiq sərəncam verilmiş, ev istismara qəbul edilmiş, torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanmış, hüquqları reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İşdə olan ekspert rəyində görünür ki, söküntüsü tələb olunan hasarın hündürlüyü 2 metrdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1 və 79.3-cü madələrinin tələblərinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Qeyd edildiyi kimi hasar çəkilmiş torpaq sahəsi cavabdeh tərəfin icarəsində və istifadəsindədir və bu hüquq qeydə alınmışdır. Belə olan halda, həmin hasarı və evə giriş üçün qoyulmuş qapını özbaşına tikinti kimi qiymətləndirmək olmaz. Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2017-ci il tarixli, 23928 saylı rəyindən görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsindəki 10 a saylı evlə cavabdehin evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arasında gediş-gəliş yolu vardır. Cavabdeh tərəfin hərəkəti nəticəsində iddiaçının hüquqları pozulmur. Mübahisəli qapının gediş-gəliş yoluna açıldığını nəzərə alaraq, həmin qapının və hasarın İddiaçı Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 10 a, mənzil 1-dən istifadəsinə maneə yaratmadığı müəyyən edilir. Qeyd edildiyi kimi iddiaçı iddiasının faktiki əsası kimi onu bildirir ki, cabavdeh çox vaxtlar gecə evlərinə sərxoş halda gələrkən küçə qapısını bərk çırparaq onları qorxutmaqdan həzz alır. Məhkəmə kollegiyası, əvvəla hesab edir ki, hazırki mübahisə iki qonşu arasında yaranmış anlaşılmazlığın davamı olaraq məhkəməyə qədər gəlib çıxmışdır. İddiaçının qeyd edilən dəlilini ağlabatan hesab etmək çətindir. Çünki, adi məntiqlə küçə qapısının insanları narahat edəcək dərəcədə bərk çırpılması və bu halın mütəmadi xarakter alması iddiaçı ilə yanaşı cavabdehin də ailəsini narahat etməlidir. Digər tərəfdən iddiaçının dediyi həqiqətdirsə, yəni cavabdehin hərəkətləri qəsdən qonşuların normal yaşayışının pozulmasına yönəldilmişdirsə onda bu işə mülki qaydada baxıla bilməz, bu hal inzibati xəta və yaxud cinayət hadisəsi kimi qiymətləndirilə bilər. Belə olan halda isə məhkəməyə yox, yerli polis orqanlarına müraciət edilməlidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yenə həmin Məcəllənin 171-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Daha öncə qeyd edildiyi kimi iddiaçının qonşuluğunda 10 saylı ev cavabdehin mərhum atasına məxsus olsa da, hazırda cavabdehin izahatına görə orda onun Rauf qardaşı yaşayır. Sökülməsi tələb edilən qapı isə Rauf Pənahovun yaşadığı evin əsas girişçıxış qapısıdır. Cavabdeh isə Ş.Kərimovaya məxsus 1 saylı mənzildə yaşayır və Vağzal küçəsinə açılan başqa qapıdan istifadə edir. Məhkəmə işin bu halına qiymət verərək belə hesab edir ki, iddia ərizəsində hazırki mübahisənin yaranması üçün əsas səbəb kimi Cavabdeh iddiaçı tərəfi qıcıqlandıran hərəkətlərinin olması göstərilmişdir. Başqa sözlə, iddia bir başa ona yönəlmişdir. Digər tərəfdən, qeyd olunduğu kimi mübahisəli qapı cavabdehin mərhum atasına məxsus evə gediş-gəliş üçündür. Evin mülkiyyətçisi öldükdən sonra isə miras əmlak kimi vərəsələri tərəfindən faktiki olaraq qəbul edilmişdir. Cavabdeh birinci dərəcəli vərəsədir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda iddia tələbi cavabdehin hüquqlarına toxunur. AR MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Mehman Muradlı tələbin birbaşa cavabdehə yönəldildiyini, onun bütün hallarda vərəsə olduğunu bildirdi. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası, cavabdehin əsil cavabdehlə əvəz edilməsinin müzakirə edilməsinə zərurət görməmişdir. Mübahisə üzrə təkrar və ya əlavə ekspertizanın keçirilməsinə də mər) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-hkəmə kollegiyası zərurət görmür, çünki işdəki məlum ekspert rəyi, habelə mötəbər sənədlər mübahisə üzrə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası, işə əlavə edilmiş Xaçmaz RİH Mənzil Kommunal Təsərrüfatı İdarəsinin akt və məktublarına tənqidi yanaşır və onları mötəbər və legitim sübut kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi hər iki mənzil, yaxud ev dövlət mənzil fonduna aid deyildir. Eləcə də, tərəflərin hərəkətlərinə qiymət vermək də İdarənin səlahiyyətinə daxil deyildir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşücu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 92/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə verilməli, iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, keçirilmiş ekspertizanın dəyəri olaraq 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-92/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin və iddia təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar