Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1349/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 nümayəndəsi X31, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh Haqnəzərova Aynur Sahib qızının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı1 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə», İddiaçı2 Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı DNK-ya qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə», İddiaçı4 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə» və İddiaçı3 сavabdehlər Haqnəzərova Aynur Sahib qızı, X38 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı «etibarnamənin etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-63/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Əfqan Ərəbov tərəfindən X32 RF-nın Moskva vilayəti Ximki notariat dairəsində xx.xx.2016-cı il tarixli ** AA ***0660 saylı etibarnamənin və Ruslan Əkbərov tərəfindən xx.xx.2020-ci ildə hazırki iş üzrə cəlb edilmiş A.Haqnəzərovaya verilmiş ** AB ***3073 nömrəli etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri bir-biri ilə əlaqəli olduğundan dörd iddia tələbi bir icraatda birləşdirilmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, onun bacısı oğlu X43 27 oktyabr 2020-ci ildə böyrək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. X22 adında bir qardaşı olmuş, Əfqan 2014-cü ildə daimi olaraq Azərbaycan Respublikasını tərk edərək xaricə köçmüş və 2019-cu ildən sonra ondan heç bir xəbər olmamışdır. Mərhum Rövşən söhbət əsnasında qardaşı Əfqanın xaricdə adını və soyadını dəyişdiyini və 2019-cu ildə vəfat etdiyini bildirmişdir. Mərhum bacısı oğlu Rövşən sağlığında ailə həyatı qurmamış və övladı olmamışdır. Onun hər iki valideyni də dünyasını dəyişmişdir. Rövşən sağlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onun bir neçə yerdə daşınmaz əmlakları olmuşdur. Rövşənin ölümündən sonra o və onun bacı-qardaşları onun qanun üzrə 4-cü növbə vərəsələri hesab edilirlər. Lakin onun ölümündən az bir müddət sonra onun bacısı qızı Haqnəzərova Aynur Sahib qızı özünü mərhum Rövşən Ərəbovun varisi olduğunu və guya mərhumun onun adına vəsiyyətnamə qoyduğunu bildirməklə faktiki olaraq onun əmlaklarına yiyələnməyə başladı. Onun bu qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də araşdırma aparılmışdır. Həmin araşdırma zamanı A.Haqnəzərova izahat verərək göstərmişdir ki, guya Rövşən vəfat etdikdən sonra onun qardaşı Ərəbov Əfqan qardaşının vəfat etməsi barədə məlumatlandırılmış və Əfqan bunu bildikdən sonra Rusiya Federasiyasında yaşayan dayısı oğlu X32 2016-cı il tarixdə mülki etibarnamə vermişdir və sonuncu Rövşənin ölümünü bildikdən sonra 2020-ci ilin noyabr ayında onun adına vərəsəlik işinin aparılması məqsədi ilə etibarnamə vermiş və etibarnamə Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı DNK-da təsdiq edilmişdir. Göründüyü kimi, bacısı oğlu Rövşən 2020-ci ilin noyabr ayında dünyasını dəyişdiyi halda onun qardaşı Əfqan vərəsəliklə bağlı 2016-cı ildə necə etibarnamə verə bilər? A.Haqnəzərova mərhum R.Ərəbovun miras əmlakını qəbul etməsi ilə bağlı sonradan Sumqayıt Regional Asan Xidmət Mərkəzinə müraciət etmiş və orada vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işindən isə belə məlum olur ki, A.Haqnəzərovaya etibarnamə onun polisdə verdiyi izahatında göstərdiyi X44 adlı şəxs tərəfindən deyil, guya birbaşa Əfqan Ərəbov tərəfindən xx.xx.2020-ci il tarixdə RF-nın Moskva vilayəti Ximki notarial dairəsində verilmişdir. Bundan başqa, A.Haqnəzərova xx.xx.2020-ci il tarixdə bu hüquqları X38 adlı şəxsə etibar etmişdir ki, həmin şəxsin onlara hər hansı bir qohumluq münasibəti yoxdur. Bildirmək istəyir ki, bütün qohumlarda olan məlumata görə Əfqan Ərəbov 2014-cü ildə Azərbaycan Respublikasını tərk etmiş və 2019-cu ildə dünyasını dəyişməklə xaricdə dəfn edilmişdir. Nə Rövşənin, nə də Əfqanın A.Haqnəzərova ilə normal münasibətləri olmamışdır. Bu uşaqlar kiçik yaşlarından valideyn himayəsindən məhrum olduqları üçün dayıları olaraq onları böyütmüş və bu uşaqlar onlara bağlı və yaxın olmuşlar. X53 ölümündən sonra üzə çıxan bu «müəmmalı etibarnamə» qanunsuz olmaqla yanaşı, həm də saxtadır, A.Haqnəzərovanın polis bölməsində verdiyi izahatı düzgün qəbul edilsə belə, bir sual yaranır: Əfqan Ərəbov 2016-cı ildə hardan bilərdi ki, 2020-ci ilin noyabr ayında onun qardaşı Rövşən Ərəbov dünyasını dəyişəcək və Ruslan adlı şəxsə də vərəsəliyin qəbulu ilə bağlı etibarnamə verirdi? 2020-ci ilin noyabr ayının 26da X61 şəhərinə gələrək şəxsiyyət vəsiqəsi əsasında orada A.Haqnəzərovaya etibarnamə verə bilməzdi, çünki onun şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və etibarsız bir vəsiqə hesab edilir. Bundan başqa, xaricdən Moskva şəhərinə onun gəlməsi inandırıcı deyildir, belə ki, onlar qohumlar bu şəxsin 2019-cu ildə ölməsini şəxsən qardaşı Rövşən Ərəbovdan eşitmişlər, digər tərəfdən o xaricdə başqa ad, familiya altında yaşamışdır. Bütün bu hallar A.Haqnəzərovanın əldə etdiyi və mərhum R.Ərəbovdan miras qalan, külli miqdarda dəyərləndirilən əmlaklarına təkbaşına sahib çıxmaq üçün istifadə etdiyi etibarnamələrin saxta olması anlamına gəlir və buna görə də həmin etibarnamələr yoxlanılmalı və etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, Əfqan Ərəbov tərəfindən X32 RF-nın Moskva vilayəti Ximki notariat dairəsində xx.xx.2016-cı il tarixli ** AA ***0660 saylı etibarnamənin və Ruslan Əkbərov tərəfindən xx.xx.2020-ci ildə hazırki iş üzrə cəlb edilmiş A.Haqnəzərovaya verilmiş ** AB ***3073 nömrəli etibarnamələrin etibarsız hesab edilmələri barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı2 nümayəndəsi X50 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının bacısı oğlu X43 xx.xx.2020-ci il tarixdə ofisində xroniki böyrək xəstəliyindən vəfat etmişdir. X23 anası Ərəbova (Əkbərova) Solmaz Hüseyn qızı İddiaçı3 doğma bacısıdır. X14 subay olub və özündən sonra qanun üzrə 1-ci növbə vərəsə qoymadan vəfat edib. İddiaçının bacısı X33 xx.xx.2008-ci ildə, onun həyat yoldaşı Rövşənin atası X51 xx.xx.1997-ci ildə vəfat etmişdir. X23 yeganə qardaşı və qanun üzrə vərəsəsi X49 2013-cü Azərbaycan Respublikasını tərk etmiş və Avropaya getmişdir. Əvvəllər bir müddət onun Fransa Respublikasında olması barədə məlumat olsa da, sonradan onunla əlaqə kəsilmiş və onun hal-hazırda harada olması məlum deyildir. X43 vəfat etdikdən sonra iddiaçının müraciəti əsasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bacısı oğlu X43 barəsində AZ -№ 133706 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. Qeyd etməlidir ki, X14 vəfat etdikdən sonra onu iddiaçı dəfn etmiş və mərhuma aid miras əmlakı faktiki iddiaçı qəbul etmiş və əmlaka sahiblik və əmlakı idarə etməyə başlamışdır. Bundan başqa, X14na məxsus daşınar və daşınmaz əmlaklara aid hüquqmüəyyənedici sənədlər və mərhumun özünə aid bütün sənədlər iddiaçıdadır. X14 vəfat etdikdən sonra ona aid əmlaklara sahiblənmək və həmin əmlakları ələ keçirtmək üçün bacısı qızı Haqnəzərova Aynur Sahib qızı ona müraciət edərək ondan X14na aid ölüm haqqında şəhadətnaməni ona verməsini istədi. O, bunun əvəzində mərhuma aid əmlakı öz adına sənədləşdirdikdən sonra ona da həmin əmlakdan pay söz verib. Lakin onun təklifini qəbul etməmişdir. Bundan sonra Haqnəzərova Aynur Sahib qızı 2013-cü ildən Azərbaycan Respublikasını tərk etmiş və hal- hazırda harda olması məlum olmayan X14nun qardaşı X35 adından Rusiya Federasiyasının Ximki şəhərinin Notariusu tərəfindən təsdiq edilmiş Haqnəzərova Aynur Sahib qızının adına verilmiş saxta etibarnamə əldə edərək həmin etibarnamə əsasında X24 miras əmlakına dair Sumqayıt Asan Xidmət Mərkəzində Notariat X6 adından müraciət edərək xx.xx.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 ilə cinayətkar əlaqəyə girərək X35 adından Haqnəzərova Aynur Sahib qızının adına guya Rusiya Federasiyasında verilmiş saxta etibarnamə forması tərtib edilmiş və onun əsasında Haqnəzərova Aynur Sahib qızı X35 adından Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə X20 adına 2 il müddətinə 7E/37972 saylı etibarnamə vermişdir. Onun tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə sorğu verilmiş və xx.xx.2020-ci il tarixli 7E/37972 saylı etibarnamə və ona əlavə edilmiş sənədlər xx.xx.2021-ci il tarixli, 978 saylı məktubla Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən ona təqdim edilmişdir. Həmin sənədlərdən məlum olur ki, guya xx.xx.2016-cı il tarixdə X16 Federasiyası vətəndaşı X44 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə vermişdir. Həmin etibarnamə ümumiyyətlə onlara Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdə yoxdur və iş materiallarına əlavə edilməmişdir. Guya bundan sonra xx.xx.2020-ci il tarixdə X11 Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyesterdə 50/73-n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında 4 il müddətində Haqnəzərova Aynur Sahib qızının adına X35 adından bütün səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı etibarnamə vermişdir. xx.xx.2020-ci il tarixdə X44 tərəfindən verilmiş və Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyesterdə 50/73-n/50-2020-8-20 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli 7E/37972 reyesterli etibarnamə əsasında X35 adından X20 adına 2 il müddətinə miras əmlakı qəbul etmək və digər hərəkətləri həyata keçirtməklə bağlı etibarnamə vermişdir. X7 Əfqan Kazım oğlunun adından Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Haqnəzərova Aynur Sahib qızının məqsədi saxta etibarnamə əsasında iddiaçının mərhum bacısı oğlu X23 adına olan əmlakı X35 adına vərəsəlik yolu ilə keçirilməsini təmin etmək, sonradan isə həmin əmlakı sataraq mənimsəməkdir. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bacısı oğlu X35 Rusiya Federasiyası vətəndaşı X44 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verməsi tamamilə uydurmadır. Belə ki, X49 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Fransa Respublikasına köçmüş və hal-hazırda harada olması məlum deyil. X4 2016-cı ildə Rusiya Federasiyasında olmayıb və X44 adlı şəxsə 8 il müddətinə etibarnamə verməyib. İddiaçıda olan məlumata əsasən X44 iddiaçının bacısı oğlu X23 qeyri-qanuni oğludur. X10 2016-cı ildə Ərərbov Əfqanın etibarnamə verməsi tamamilə uydurmadır. Bu etibarnamə ümumiyyətlə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində olan xx.xx.2020-ci il tarixli 7E/37972 reyesterli etibarnamənin olduğu notarial işində iş materiallarında olmamışdır. Bundan başqa, X14nun qanun üzrə yeganə vərəsəsi mərhumun mirasını iddiaçı qəbul etmişdir. X23 əmlaklarına dair açılmış vərəsəlik işi üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2ci maddəsinə vərəsə kimi tanınmağı barədə xx.xx.2021-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, 811 saylı cavab məktubu ilə iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, X35 ümumiyyətlə Haqnəzərova Aynur Sahib qızı ilə əlaqəsi yoxdur, bundan başqa X25 tanımır. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 7E/37972 reyestrli etibarnamə X4nun iradəsini bildirmir və onun xəbəri olmadan saxta yolla tərtib edilmiş etibarnamədir. Əgər Rusiya Federasiyasının Notarial Palatasına sorğu verilərsə xx.xx.2016-cı il tarixli, 17- 9745 reyestrli və xx.xx.2020-ci il tarixli, 50/73-n/50- 2020-8-420 reyester nömrəsi ilə qeyd edilmiş etibarnamələrin qüvvədə olmadığı məlum olacaq. Bundan başqa, Rusiya Federasiyasının Dövlət Sərhəd Xidmətinə sorğu verilərsə 2016-cı ildə X23 ümumiyyətlə Rusiya Federasiyasına getmədiyi məlum olacaq. Odur ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 7E-37972 reyesterli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh Haqnəzərova Aynur Sahib qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçılar onun doğma dayıları, X43 isə doğma xalası oğludur. Rövşən xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Rövşən öldükdən sonra yeganə vərəsəsi olan doğma qardaşı X49 qardaşının vəfat etməsi barədə məlumatlandırmışdır. Əfqan qardaşının ölümünü bildikdən sonra ona Rusiya Federasiyasında yaşayan dayısı oğlu olan X32 2016-cı il tarixdə öz işləri ilə əlaqədar mülki etibarnamə verdiyini söyləmişdir. O, Ruslan ilə əlaqə saxlayan zaman Ruslan Əfqanın dediklərini təsdiq etmiş və Əfqanın ona vermiş olduğu etibarnamədən ona 2020-ci ilin noyabr ayında onun adından Rövşənə aid vərəsəlik işlərində çıxış etmək üçün etibarnamə vermiş, həmin etibarnamə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı Notariat Kontorunda təsdiq olunmuşdur. Hazırda mərhumun 2-ci növbə vərəsə-doğma qardaşının olmasına baxmayaraq, 4-cü növbə vərəsə olan dayıları mirasa sahib olmaq istəyir. Əfqan Ərəbov etibarnamə ilə ona bütün dövlət və qeyri dövlət orqanlarında, müəssisələrdə, təşkilatlarında onu təmsil etmək səlahiyyəti vermişdir. Lakin buna baxmayaraq, miras qoyanın etibarnamə ilə satın aldığı avtomaşına verilən etibarnamə iddiaçıların təşəbbüsü ilə etibarnamə verən tərəfindən notariusda ləğv edilmiş və mirasa daxil olan avtomaşın birlikdə satılaraq mənimsənilmişdir. Hesab edir ki, etibarnamənin etibarsız hesab edilməsi neqativ hallara səbəb olacaq və qanun üzrə vərəsənin hüquqlarını pozacaqdır. xx.xx.2021-ci il tarixli 7E-37972 reyestrli etibarnamə iddiaçıların şikayəti əsasında Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində, Səbail rayon prokurorluğunda, Sumqayıt şəhər Prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsində dərindən yoxlanılmış, etibar edənin sağ olduğu təsdiqini tapmış və etibarnamədə heç bir qanun pozuntusu müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh X38 birinci instansiya məhkəməsində bildirmişdir ki, etibarnamənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Belə ki, etibarnamə verilən zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçılar müvafiq dövlət qurumlarına etibarnamənin saxta olması barədə şikayət etsələr də, bu öz təsdiqini tapmamışdır. İddia tələbini əsassız hesab etmiş və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər 4 saylı Dövlət Notariat ofisinin xüsusi X3 vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X43 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra, onun qardaşı və yeganə varisi olan X49 xaricdə yaşadığı üçün öz hüquqlarının həyata keçirilməsi baxımından xalası qızı Haqnəzərova Aynur Sahib qızına etibarnamə vermişdir. Məhz bu müvafiq olaraq Sumqayıt şəhəri 4 saylı Notariat ofisi xx.xx.2020-ci il tarixdə Rusiya Federasiya Notarial Kontorundan verilmiş etibarnamə qüvvədə olması yoxlandıqdan sonra, qüvvədə olması barədə notarial palatadan elektron çıxarış alındıqdan sonra bu etibarnamə notarius tərəfindən verilmişdir. Həmçinin onu da qeyd edir ki, notariat ofisi tərəfindən verilmiş “Notariat haqqında qanuna və notariat hərəkətlərin aparılması qaydaları haqqında” təlimata uyğun olaraq tərcümə olunaraq etibarnamə verilmişdir. Qeyd olunan etibarnamə əsasında Sumqayıt Şəhər “Asan Xidmət” mərkəzində vərəsəlik işi açılmışdır. İddiaçı1 etibarnamənin saxta olması barədə məhkəmədən öncə hüquqmühafizə orqanlarına etdiyi şikayətlər əsasında, yəni Sumqayıt şəhər prokurorluğunda, Bakı şəhər Səbail rayon prokurorluğunda, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və Sumqayıt şəhər 3-cü polis bölməsində hərtərəfli, tam və obyektiv araşdırmalar aparılmış, həmin etibarnamələrin qanuni və əsaslı olması qənaətinə gəldikləri üçün verilən şikayətlərin rədd edilməsi ilə bağlı qərar çıxarılmışdır. Azərbaycan Respublikası MM-nin 1159.2-ci maddəsinə əsasən, X23 yeganə varisi kimi qardaşı X1 həyata keçirilməsi baxımından Haqnəzərova Aynur Sahib qızına xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir. Qeyd olunanları nəzərə alaraq, etibarnamənin qüvvədə qalması və verilən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-63/2022 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. (hakim Rəşad Qoqarlı) Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı3 qətnamənin qismən-İddiaçı3 iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilməsi və İddiaçı3 iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, iddia tələbini rədd edən məhkəmə bir sıra maddi normalara istinad etmiş, hazırda qanunsuz və məlum olmayan mənbədən verilmiş etibarnamə əsasında özünü mərhum Rövşən Ərəbovun varisi kimi qələmə verən A.Haqnəzərova tərəfindən açılmış vərəsəlik işini qanuni hesab etmişdir. Halbuki məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinə göndərilmiş sorğuya verilən cavabdan aydın olmuşdur ki, Əfqan Ərəbov etibarnamənin verildiyi tarixdə, yəni 2016-cı ilin noyabr ayında Rusiyada olmamışdır, belə olan təqdirdə onun adından Rusiya Federasiyası Moskva vilayətinin Ximki şəhərində fəaliyyət göstərən notarius Neurova O.A tərəfindən 17-9745 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2016-cı il tarixli etibarnamənin verilməsi mümkünsüzdür. Bundan başqa, məhkəmə araşdırması gedən ərəfədə Moskva şəhər Prokurorluğuna həmin etibarnamənin araşdırılması ilə bağlı şikayət ərizəsi göndərilmiş və həmin ərizə əsasında araşdırma aparılmış və notarius barəsində «cinayət işinin başlanılmasının rədd edilməsi» barədə 01 avqust 2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarla müəyyən edilmişdir ki, qarşı tərəfin təqdim etdiyi xx.xx.2016-cı il tarixli etibarnamə qeyd edilən notariat kontorunda rəsmiləşdirilməmişdir. Bu fakt onu təsdiq edir ki, bu gün Sumqayıt Asan Xidmət X37 adından açılmış vərəsəlik işi saxta etibarnamə əsasında açılmışdır və həmin etibarnamənin əsası yoxdur. Həmin qərarı əldə etdikdən sonra məhkəməyə ərizə ilə müraciət edərək işin araşdırılmasının dayandırılması barədə qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Halbuki məhkəmə təqdim edilmiş sənədlərlə A.Haqnəzərovanın R.Ərəbovdan miras qalan əmlakları ələ keçirmək məqsədi ilə Rusiyadan saxta etibanamə əldə etməsini və həmin etibarnamə əsasında hərəkət etməsini, Ə.Ərəbovun 2013-cü ildən sonra nə Azərbaycana, nə də Rusiya Federasiyasına daxil olmadığını və həmin etibarnamənin də onun adından verilmədiyini və bu faktın Moskva Şəhər Prokurorluğunda aparılmış araşdırma ilə də təsdiq olunduğunu nəzərə alaraq həmin iş üzrə Xüsusi Qərardad qəbul etməklə araşdırılması üçün Prokurorluğa göndərməli olduğu halda bunu etməmiş və birtərəfli, qeyri-obyektiv mövqe nümayiş etdirməklə hazırki qanunsuz qətnaməni çıxarmışdır. Məhkəmə konkret halda tətbiq edilməli olmayan maddi normalara istinad etmişdir, halbuki məhkəmə zamanı təqdim edilmiş sübutlar AR MM-nin 337, 339- cu maddələrinə əsasən həmin etibarnamələrin etibarsız hesab olunmasına və vərəsəlik işinin ləğvinə əsasdır. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, guya qeyd edilən etibarnamələrin ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə dair hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Halbuki məhkəmənin istinad etdiyi və hüquq mühafizə orqanlarının qəbul etdikləri qərarlardan sonra şikayət ərizəsi əsasında etibarnamənin verildiyi güman edilən Moskva vilayətinin Ximki şəhər hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Ə.Ərəbov tərəfindən R.Əkbərovun adına 2016-cı ildə etibarnamə rəsmiləşdirilməmişdir. Eyni zamanda Ruslan Əkbərov 2020-ci ildə Əfqan Ərəbovun hüquqları ilə baglı deyil, öz adından öz hüquqları ilə bağlı A.Haqnəzərovaya etibarnamə vermişdir. Bundan başqa təqdim edilmiş sübutlarla Ə.Ərəbovun 2016-cı ildə Rusiya Federasiyasına daxil olmadığı ilə bağlı Sərhəd xidmətinin də arayışı təqdim olunmuşdur. Lakin məhkəmə bu sübutları mötəbər sübut kimi qəbul etməmiş, işə birtərəfli və qeyri-obyektiv baxmaqla AR MPM-nin 77-88-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qətnamədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-7254/2021 saylı qətnaməsinə istinad etmiş və göstərmişdir ki, X36 eyni adlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qeyd edilən qətnamə ilə 2-ci dərəcəli vərəsə adından açılmış vərəsəlik işinin ləğv edilməsi barədə iddia tələbi rədd olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, bu qarşı tərəfin planlı surətdə əldə etdiyi qətnamədir, belə ki, həmin iddia üzrə iddiaçı bu saxta etibarnamə əsasında vərəsəlik haqqında şəhadətnaməni əldə etməklə R.Ərəbovdan miras qalan milyonluq əmlakı əldə etmək istəyən A.Haqnəzərovanın anasıdır-İddiaçı1 bacısıdır, o bu iddia tələbini onlardan sonra qaldırmış, prosesi istəyərəkdən uduzmuşdur ki, əlində qanun qüvvəsini almış qətnamə olsun və həmin qətnamə ilə də artıq iddia olunan məsələlərə başqa bir mülki işdə qiymət verilməsi ilə bağlı rəy, fikir yaratsın, çünki həmin işdə iddiaçı və cavabdeh əslində eyni tərəf- ana-bala olmuş, qətnamədən iddiaçı apellyasiya və kassasiya qaydasında şikayət verməmiş, onun qanun quvvəsini almasını gözləmişdir. İddiaçı3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə AR MMnin 337-ci maddəsini səhv şərh etmiş və bu səbəbdən qanunsuz qətnamə qəbul etmişdir. Bələ ki, Əfqan Ərəbov 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Avropaya keçmüşdür. Ərəbov Əfqan ümumiyyətlə 2016-cı ildə və ya ondan sonra hal-hazıradək Rusiya Federasiyasında olmamış və X32 etibarnamə verməmişdir. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, C-1541 saylı verdiyi arayışdan da məlum olur ki, Əfqan Ərəbov xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Rusiya Federasiyasınln sərhəddini keçməmişdir. (apellyasiya şikayətinə əlavə edilmişdir) Mülki iş materiallarında olan qərardan görünür ki, İddiaçı3 qardaşı İddiaçı4 Ərəbov Əfqanın adından X44 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamənin saxta olması barədə şikayəti əsasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ximki Şəhər Dairəsinin polis şöbəsində material araşdırılmış və xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərəbov Əfqan tərəfindən Rusiya Federasiyası vətəndaşı X44 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən xx.xx.2016-cı iltarixli, 17- 9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verilməyib və belə bir etibarnamə olmamışdır. Bundan başqa, həmin materialın araşdırılması zamanı xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən polis şöbəsi tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə, reyestrdə 50/73n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızına X17 Ərəbovun deyil öz mülkiyyətinə dair sərəncam verilməsi ilə bağlı səlahiyyətləri həvalə etmişdir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ximki Şəhər Dairəsinin polis şöbəsində xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, Əfqan Ərəbov tərəfindən X32 hər hansı etibarnamə verilməmiş və Əfqan Ərəbovun səlahiyyətləri Haqnəzərova Aynur Sahib qızına ötürülməmişdir. Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 ilə cinayətkar əlaqəyə girərək Ərəbov Əfqanın adından Haqnəzərova Aynur Sahib qızının adına guya Rusiya Federasiyasında verilmiş saxta etibarnamə forması tərtib edilmiş və onun əsasında Haqnəzərova Aynur Sahib qızı Ərəbov Əfqanın adından Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə X20 adına 2 il müddətinə 7E/37972 saylı etibarnamə vermiş və həmin etibranamə əsasında vərəsəlik işi açılmışdır. Məhkəmə isə bütün bu faktlara göz yummuş, əqdin etibarsız hesab edilməsi üçün yetərincə sübutlar olsa da, onlara əhəmiyyət vermədən iddianın rədd edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Belə ki, Ərəbov Əfqan tərəfindən X44 adlı şəxsə etibarnamə verilməmişdir. Ərəbov Əfqan onun adından Haqnəzərova Aynura etibarnamə verməmiş, Qasımov Pərvizi isə tanımamışdır. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, C-1541 saylı arayışından da məlum olur ki, Əfqan Ərəbov xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Rusiya Federasiyasınln sərhəddini keçməmişdir. X63 Federasiyasına getmədən Rusiya Federasiyasının Moskva şəhərində necə etibarnamə verə bilərdi. İş materiallarında olan AR-İİ № 203048 saylı xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 Haqnəzərova Aynur Sahib qızı vasitəsi ilə X26 etibar edilmişdir. 26 noyabr 2020-ci il tarixli Moskva vilayətinin Ximki şəhərində rəsmiləşdirilmiş etibarnamədən görünür ki, X12 Əfqan Kazım oğlunun adından Haqnəzərova Aynur Sahib qızına 8 il müddətinə etibarnamə vermişdir. X48 Palatasının elektron bazasından çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə (X49 tərəfindən X32 verilmiş etibarnamə) ləğv edilməmişdir. X48 Palatasının elektron bazasından çıxarışdan görünür ki, xx.xx.2020-cı il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X27 X35 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) ləğv edilməmişdir. Qeyd etməyi zəruri hesab edir ki, X35 Rusiya Federasiyası vətəndaşı X44 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verməsi tamamilə uydurmadır. Belə ki, X49 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Fransa Respublikasına köçmüş və hal-hazırda harada olması məlum deyil. X4 2016-cı ildə Rusiya Federasiyasında olmayıb və X44 adlı şəxsə 8 il müddətinə etibarnamə verməyib. Bununla bağlı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin xx.xx.2021-ci il tarixli C-1541 saylı məktubu mövcuddur. Həmin məktubda qeyd edilir ki, X4 2010-2021-ci illərdə Rusiya Federasiyasının dövlət sərhədini keçməyib. X8 Kamil Hüseyn oğlunun qardaşı oğludur. X10 2016-cı ildə Ərərbov Əfqanın etibarnamə verməsi tamamilə uydurmadır. Bu etibarnamə ümumiyyətlə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində olan xx.xx.2020-ci il tarixli 7E/37972 reyestr nömrəli etibarnamənin olduğu notarial işində iş materiallarında olmamışdır. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Mülki iş materiallarında olan qərardan görünür ki, İddiaçı3 qardaşı İddiaçı4 Ərəbov Əfqanın adından X44 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindəntəsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamənin saxta olması barədə şikayəti əsasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ximki Şəhər Dairəsinin polis şöbəsində material araşdırılmış və xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərəbov Əfqan tərəfindən Rusiya Federasiyası vətəndaşıX44 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası MoskvaVilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən xx.xx.2016-cı il tarixli, 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verilməyib və belə bir etibarnamə olmamışdır. Bundan başqa həmin materialın araşdırması zamanı xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən polis şöbəsi tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə, reyesterdə 50/73-n/50-2020-8- 420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızına X17 Ərəbovun deyil öz mülkiyyətinə dair sərəncam verilməsi ilə bağlı səlahiyyətləri həvalə etmişdir. Məhkəmə bu faktın yoxlanması üçün ən azından X29 Notariat Platasına və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ximki Şəhər Dairəsinin polis şöbəsinə sorğu verərək bu faktları yoxlamalı idi. İddiaçı4 vəkili tərəfindən məhkəməyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ximki Şəhər Dairəsinin polis şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərar təqdim edilmişdir. Məhkəmə həmin qərarı sübut kimi qiymətləndirməmiş, ümumiyyətlə əqdin etibarsiz hesab edilməməsinin səbəblərini və onun qanun şərhi ilə bağlı müdəallara qətnamədə qiymət verməmişdir. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, C-1541 saylı arayışı birinci instansiyada icraat zamanı onlara təqdim edilmədiyi üçün məhkəməyə təqdim edilə bilməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi X50 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- İddiaçı3 iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilməsi və İddiaçı3 iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh Haqnəzərova Aynur Sahib qızının nümayəndəsi X19 apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı4, müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh X38, cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisi və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoru, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimsində işə cəlb olunmuş X49 və X44 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-63/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, №05/Q-62/69 saylı, doğum haqqında şəhadətnamənin çıxarışın surətindən görünür ki, X43 15 avqust 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-X51, ana qrafasında X33 qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş AZ-İİ № 120563 saylı, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X43 17 noyabr 2020-ci il tarixdə xroniki böyrək xəstəliyi səbəbi ilə ölmüşdür. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli №05/Q-224/69 saylı, arayışın surətindən görünür ki, X23 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş AZ-İİ № 149124 saylı, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X33 16 mart 2008-ci ildə ölmüşdür. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işinə əlavə edilmiş 8V-104, xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X49 xx.xx.2020-ci il tarixdə ölmüş X21 qalmış miras əmlakı qəbul edir. Miras əmlak Daşınmaz əmlaklardan, nəqliyyat vasitələrindən və pul məbləğlərindən ibarətdir. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, №05/Q-61/69 saylı, doğum haqqında şəhadətnamənin çıxarışın surətindən görünür ki, X49 04 fevral 1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-X51, ana qrafasında X33 qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş AR-İİ № 203048 saylı xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 Haqnəzərova Aynur Sahib qızı vasitəsi ilə X26 etibar edilmişdir. Etibarnamə 2 il müddətə, yəni xx.xx.2022-ci il tarixədək verilmişdir. İş materiallarında olan 26 noyabr 2020-ci il tarixli Moskva vilayətinin Ximki şəhərində rəsmiləşdirilmiş etibarnamədən görünür ki, X12 Əfqan Kazım oğlunun adından Haqnəzərova Aynur Sahib qızına 4 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat edən X23 qardaşı Əfqan Ərəbov tərəfindən X38 və Haqnəzərova Aynur Sahib qızına xx.xx.2020-ci il tarixli, AR İİ № 203048 nömrəli etibarnamə verilməsi, İddiaçı3 akt əsasında verilmiş evin, maşının açarlarının, ölüm haqqında şəhadətnamənin ona qaytarılması və s. barədə müraciəti əsasında tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı 04 saylı notariat ofisinin xüsusi X3nun əməllərində hər hansı cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı1 Sumqayıt şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki, vəfat etmiş bacısı oğlu X34 məxsus əmlakları bacısı qızı olan Haqnəzərova Aynur Sahib qızı qanunsuz yolla ələ keçirmişdir. Aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, icraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq İİ-ci dərəcəli vərəsə müraciət edib, vərəsələr arasında mübahisə olduğundan İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı3 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu və 1160-cı maddələrinə əsasən (əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir) əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı4 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu və 1160-cı maddələrinə əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı2 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, icraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq İİ-ci dərəcəli vərəsə müraciət edib, İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan X48 Palatasının elektron bazasından çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə (X49 tərəfindən X32 verilmiş etibarnamə) ləğv edilməmişdir. İş materiallarında olan X48 Palatasının elektron bazasından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X27 X35 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) ləğv edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-774/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh X34 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7254/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının Sumqayıt şəhəri 4 saylı X30 7E-37972 reyestr nömrə ilə xx.xx.2020ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddiaları rədd etmiş və hesab etmişdir ki, qeyd edilən etibarnamələrin ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə dair hər hansı bir sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir, X23 qardaşı X49 mirası nümayəndə vasitəsilə qəbul etmişdir, vərəsəlik işi qanunvericiyin normalarına əsasən qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.7-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən maddədə etibarsız əqdlərə verilən ümumi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Bu şərtlər əsasən subyektlə bağlı olan, habelə əqdin forma və məzmununa aid olan şərtlərdir. Əqdlərin etibarlı olması üçün onu bağlayan şəxsin səlahiyyətinin olub-olmaması isə xüsusi əhəmiyyət daşıyır. İddiaçıların apellyasiya şikayətlərinin əsas dəlilləri ondan ibarətdir ki, Əfqan Ərəbov tərəfindən Ruslan Əkbərovun adına 2016-cı ildə etibarnamə rəsmiləşdirilməmişdir. Eyni zamanda Ruslan Əkbərov 2020-ci ildə Əfqan Ərəbovun hüquqları ilə baglı deyil, öz adından öz hüquqları ilə bağlı A.Haqnəzərovaya etibarnamə vermişdir, Əfqan Ərəbov etibarnamənin verildiyi tarixdə, yəni 2016-cı ilin noyabr ayında Rusiyada olmamışdır. Halbuki, iş materiallarında olan X48 Palatasının elektron bazasından çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə (X49 tərəfindən X32 verilmiş etibarnamə) ləğv edilməmişdir. Bununla yanaşı iş materiallarında olan X48 Palatasının elektron bazasından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X27 X35 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) ləğv edilməmişdir. Apellyasiya şikayətlərinin digər dəlili isə ondan ibarət olmuşdur ki, 50/73-n/50-2020- 8-420 nömrəli etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızına X17 Ərəbovun deyil, öz mülkiyyətinə dair sərəncam verilməsi ilə bağlı səlahiyyətləri həvalə etmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edərək qeyd edir ki, həmin etibarnamədə Əkbərov Ruslanın 17-9745 saylı etibarnamə əsasında X35 adıından çıxış etdiyi qeyd edilmişdir. İddiaçı3 Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin xx.xx.2021-ci il tarixli C-1541 saylı məktubuna istinad edərək X4nun 2010-2021-ci illərdə Rusiya Federasiyasının dövlət sərhədini keçməməsi barədə dəlilinə gəlincə isə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında yuxarıda istinad olunan X48 Palatasının elektron bazasından çıxarışlar mövcuddur. Həmin çıxarışların mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. İddiaçının istinad etdiyi Federal Təhlükəsizlik Xidmətinin xx.xx.2021-ci il tarixli C-1541 saylı məktubu isə KLİFF Hüquq Firması” QSC “-nin sorğusu əsasında verilmiş və kserosurət olmaqla mötəbərliyi şübhə doğurur və mötəbər sübut kimi qəbul oluna bilməz. Bundan başqa, işin mübahisə edilməyən hallarından görünür ki, miras qoyan X43 27 oktyabr 2020-ci il tarixdə ölmüşdür, onun ölümündən sonra birinci növbədə vərəsəsi olmamış, ikinci növbədə vərəsəsi kimi qardaşı X49 qalmışdır. Hazırki iş üzrə iddiaçılar isə X23 dayılarıdır, başqa sözlə, dördüncü növbə vərəsələrdir. İşin müəyyən ediliş hallarından görünür ki, X23 ölümündən sonra 3 ay müddətində onun ikinci növbədə vərəsəsi olan qardaşı X35 nümayəndəsi X38 27 yanvar 2021-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzinə müraciət edərək nümayəndəsi olduğu şəxsin mirası qəbul etdiyini bildirmişdir. Göründüyü kimi, X49 qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə mirası qəbul etmişdir. İddiaçılar Ərəbov Rövşənin dayıları olmaqla İV növbə vərəsədirlər. Etibarnamə verən X49 isə Ərəbov Rövşənin qardaşı olmaqla ikinci növbə vərəsədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hal-hazırda müvafiq etibarnamələri mübahisələndirmək üçün ümumiyyətlə subyektiv hüquqları olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1.Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2: ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364.1-ci maddəsinə görə etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən hesab edir ki, iddiaçıların apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Bundan başqa, cavabdeh Sumqayıt şəhər 4 saylı Dövlət Notariat ofisinin xüsusi X3 məhkəməyə müraciətində göstərmişdir ki, X43 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra, onun qardaşı və yeganə varisi olan X49 xaricdə yaşadığı üçün öz hüquqlarının həyata keçirilməsi baxımından xalası qızı Haqnəzərova Aynur Sahib qızına etibarnamə vermişdir. Məhz bu müvafiq olaraq Sumqayıt şəhəri 4 saylı Notariat ofisi xx.xx.2020-ci il tarixdə Rusiya Federasiya Notarial Kontorundan verilmiş etibarnamə qüvvədə olması yoxlandıqdan, qüvvədə olması barədə notarial palatadan elektron çıxarış alındıqdan sonra bu etibarnamə notarius tərəfindən verilmişdir. Həmçinin qeyd olunmuşdur ki, notariat ofisi tərəfindən verilmiş “Notariat haqqında qanuna və notariat hərəkətlərin aparılması qaydaları haqqında” təlimata uyğun olaraq tərcümə olunaraq etibarnamə verilmişdir. Qeyd olunan etibarnamə əsasında Sumqayıt Şəhər “Asan Xidmət” mərkəzində vərəsəlik işi açılmışdır. İddiaçı1 etibarnamənin saxta olması barədə məhkəmədən öncə hüquqmühafizə orqanlarına etdiyi şikayətlər əsasında, yəni Sumqayıt şəhər prokurorluğunda, Bakı şəhər Səbail rayon prokurorluğunda, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və Sumqayıt şəhər 3-cü polis bölməsində hərtərəfli, tam və obyektiv araşdırmalar aparılmış, həmin etibarnamələrin qanuni və əsaslı olması qənaətinə gəldikləri üçün verilən şikayətlərin rədd edilməsi ilə bağlı qərar çıxarılmışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçılar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq edən tutarlı sübutları məhkəmə kollegiyasına təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-63/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1349/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1349/2022
13.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver