Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1357/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2(060)-1910/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı LED televizor üçün 279 (iki yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Ütü “Braun”, Fen-daraq “Philips” üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Fen “Remington” üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********55155 “Samsung Galaxy A51” markalı telefon üçün 693.6 (altı yüz doxsan üç, altmış qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1104.6 (bir min yüz dörd manat altmış qəpik) manat borc, 31,05 (otuz bir manat beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2(060)-1910/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1104 (bir min yüz dörd) manat 60 (altmış) qəpik məbləğində ödənilməmiş əsas borcun və 31 (otuz bir) manat 05 (beş) qəpik dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2(060)-1910/2022 nömrəli qətnaməsinin qismən ləgv edilməsi, Cavabdeh 500 manat məbləğində əsas borcun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, cavabdehin borcu bağlanmışdır, hazırda təşkilatın cavabdehə qarşı iddiası və tələbi yoxdur. Odur ki, iddiadan imtina etdiklərini, iddiadan imtinanın hüquqi nəticələrinin aydın olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçının iddiadan imtina barədə ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2(060)-1910/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı təşkilat iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022ci il tarixli, e-2(060)-1910/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2(060)-1910/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1357/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1357/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver