Məhkəmə qərarları › İş №2(105)-1368/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1368/2023

06.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1368/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı üzrə (Açar sözlər: təbii qazdan istifadəyə görə borc) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1107/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Təbii X5nın pozulması haqqında ******* saylı, ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsasən, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsinə əsasən, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3024 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci il tarixli ******* saylı akt olmuşdur. Abonent kodu **********00406 olmaqla, İddiaçı adına olan abonent saldosuna əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanına xx.xx.2020-ci il tarixdə Natek Enerji G4 Mexanika 40024821 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 3879,36 manat göstərilmişdir. Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı məxsus mənzilin həyətinə quraşdırılmış qaz sayğacına dəmir boru vasitəsilə müdaxilə olunmuşdur. Mədaxil qəbzindən görünür ki, Cavabdeh İB qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 59 manat dövlət rüsumu ödəmişdir. Abşeron RPİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Alxasov X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh İB-yə qarşı aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, təbii X5nın pozulması haqqında ******* saylı və ******* saylı aktlara görə (Abonent kodu: **********004066) hesablanmış 3879,36 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsi və Cavabdeh İB-yə vurulmuş 3879,36 manat zərərin və 59 manat dövlət rüsumunun İddiaçı məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, təbii X5nın pozulması haqqında ******* saylı və ******* saylı aktlar əsasında ümumilikdə, 3879,36 manat cərimə hesablanmışdır. Guya həmin akt tərtib edilən zaman İddiaçı akt ilə razılaşmayaraq imza etməkdən imtina etmişdir. Halbuki, həmin aktın hansı şəraitdə, nə vaxt tərtib edilməsindən İddiaçı xəbəri belə olmamışdır. Üstəlik aktdan da göründüyü kimi, aktın tərtib edilmə tarixi belə yoxdur. Həmin aktdan və yazılmış 3879,36 manat borc puldan İddiaçı yeni xəbəri olmuşdur. İddiaçı bundan sonra həmin borc puldan xəbəri olduqdan sonra Cavabdeh İB-nin Xırdalan şəhərində yerləşən idarəsinə yaxınlaşmış, ona tarixi belə qeyd edilməmiş akt və abonentin saldosu təqdim edilmiş və 3879,36 manat borcun olduğu bildirilmişdir. Həmin borc isə guya qeyriqanuni təbii qaz xəttindən istifadə edildiyi üçün yazılmışdır. İddiaçı qardaşı X1 ilə yaxın məsafədə qonşuluqda yaşayır. İddiaçı qardaşına da eyni qaydada, eyni məbləğdə, eyni səbəbdən cərimə tətbiq edilmişdir. Guya qardaşı da tərtib edilmiş aktı qəbul etməkdən imtina etmişdir. Həmin aktlar iştirakları olmadan qanunsuz şəkildə onların hüquqları kobud şəkildə pozulmaqda tərtib edilmişdir. Bu səbəbdən də, İddiaçı məhkəməyə müraciət etmə məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə abonent İddiaçı arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB tərəfindən **********00406 saylı abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5nın tələblərinə əməl etmək”) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 1451.52 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1296 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 406.08 manat olmaqla, ümumilikdə, cəmi 3879.36 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin, İddiaçıqeyd olunan aktları imzası ilə təsdiq etmişdir. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda, ümumi olaraq 4066.24 manat təşkil edir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1107/2023 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2505,6 (iki min beş yüz beş manat altmış qəpik) manat borcun abonent kodu **********00406 olan İddiaçı məxsus abunə hesabından silinməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə 1373,76 (min üç yüz yetmiş üç manat yetmiş altı qəpik) manat pul vəsaitinin alınaraq Cavabdeh İB-nin xeyrinə tutulması, Cavabdeh İB-dən dövlət rüsumuna görə 37 (otuz yeddi) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödəniləsi, İddiaçı dövlət rüsumuna görə 20 (iyirmi) manatın alınaraq Cavabdeh İB-nin xeyrinə tutulması, ilk və qarşılıqlı iddia ərizələrinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Habil Əhmədov). Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə ******* saylı və ******* saylı aktlarla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan akt əsasında təbii X5nın pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktlara münasibət bildirərək qeyd edir ki, ******* saylı aktın qəbul olunma tarixi qeyd olunmadığından, ******* saylı akt isə ilkin iddiaçı tərəfindən təqdim olunmasına baxmayaraq, həmin akt üzrə də borcun tutulmasını xahiş edən qarşılıqlı iddia tərəfindən məhkəməyə təqdim olunmamış, ilkin iddiaçı tərəfindən təqdim olunmuş həmin aktda isə aktın qəbul olunma tarixi qeyd olunmadığından ******* saylı və ******* saylı aktlar məhkəmə tərəfindən nəzərə alınmayaraq hüquqi qiymət verilmir. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, ilkin iddiaçının “X5”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi onun etirafı, mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər əsasında da öz təsdiqini tapmış və bu barədə abonentə təbii X5nın pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 60 gün (2 ay), xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 30 gün (1 ay) və xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən isə 30 gün (1 ay) müddəti üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii X5nın tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022ci il tarixli tələbnaməyə uyğun olaraq, 648(1,2x24x30=864,3.5x24x30=2520,2x1,4x24x30=2016,864+2520+2016=5400,5400x0,12= 648) manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 362,88 (3024x0,12=362,88) manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 362,88 (3024x0,12=362,88) manat olmaqla, ümumilikdə, ilk İddiaçının Azəriqaza cəmi 1373,76 (648+362,88+362,88=1373,76) manat pul vəsaiti borcu olması qənaitinə gəlir. Ona görə də qalıq qalan 2505,6 (3879,36-1373,76=2505,6) manat pul vəsaiti abonent İddiaçı məxsus abunə hesabından silinməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi təsdiqini tapsa da, 3879,36 manat yazılmış borcdan 2505,6 manat borcun silinməsi müəyyən olunduğundan, qarşılıqlı iddia üzrə qalıq qalmış 1373,76 manat pul vəsaiti İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Ona görə də qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanı, Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1, Mülki Məcəllənin 425.1, 425.2, 430.1, 442-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X5”nın 2.1.3, 2.1.5, 2.1.10, 2.1.12, 4.2, 4.8, 4.9-cu bəndləri, Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1, 124.1, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)-1107/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalsandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki,Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd,təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olanhalda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarında yer almış və tərəflərindən təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasına iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymis ziyana görə məsuliyyət daşıyır. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5” 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1107/2023 nömrəli qətnaməsinin ilk iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrini mübahisələndirmişdir. Hazırkı halda məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin təbii X5nın pozulması haqqında ******* saylı, ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarına əsasən, istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii X5na riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 3879,36 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Yuxarıda sadalanan normativ hüquqi aktın tələblərindən də göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Kollegiya hesab edir ki, məhkəmə ******* saylı və ******* saylı aktlarla bağlı haqlı olaraq qeyd etmişdir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan akt əsasında təbii X5nın pozulması nəticəsi kimi hesablansa da, ******* saylı aktın qəbul olunma tarixi qeyd olunmadığından, ******* saylı akt isə ilkin iddiaçı tərəfindən təqdim olunmasına baxmayaraq, həmin akt üzrə də borcun tutulmasını xahiş edən qarşılıqlı iddia tərəfindən məhkəməyə təqdim olunmamış, ilkin iddiaçı tərəfindən təqdim olunmuş həmin aktda isə aktın qəbul olunma tarixi qeyd olunmadığından ******* saylı və ******* saylı aktlar məhkəmə tərəfindən nəzərə alınmayaraq hüquqi qiymət verilmir. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, ilkin iddiaçının “X5”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi onun etirafı, mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər əsasında da öz təsdiqini tapmış və bu barədə abonentə təbii X5nın pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 60 gün (2 ay), xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 30 gün (1 ay) və xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən isə 30 gün (1 ay) müddəti üçün cərimə hesablanmışdır. Təbii X5nın tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq,648(1.2x24x30=864,3.5x24x30=2520,2x1.4x24x30=2016,864+2520+2016=5400,5400 x0.12=648) manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022ci il tarixli tələbnaməyə uyğun olaraq 362.88 (3024x0.12=362.88) manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 362.88 (3024x0.12=362.88) manat olmaqla, ümumilikdə, ilk İddiaçının Azəriqaza cəmi 1373.76 (648+362.88+362.88=1373.76) manat pul vəsaiti borcu olması, ona görə də qalıq qalan 2505.6 (38xx.xx-1373.76=2505.6) manat pul vəsaitinin abonent İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlmişdir. Məhkəmənin qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi ilə bağlı mövqeyi ilə də razılaşan kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi təsdiqini tapsa da, 3879,36 manat yazılmış borcdan 2505,6 manat borcun silinməsi müəyyən olunduğundan, qarşılıqlı iddia üzrə qalıq qalmış 1373,76 manat pul vəsaiti İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ilk idddianın qismən təmin edilərək Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2505,6 (iki min beş yüz beş manat altmış qəpik) manat borcun abonent kodu **********00406 olan İddiaçı məxsus abunə hesabından silinməsi, habelə qarşılıqlı iddia ərizəsinin qismən təmin edilərək İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə 1373,76 (min üç yüz yetmiş üç manat yetmiş altı qəpik) manat pul vəsaitinin alınaraq Cavabdeh İB-nin xeyrinə tutulması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 394-1.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1107/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar