Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-137/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)-405/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2-xx-xx-2016-QR-S1 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 216 ay müddətinə illik 10 faiz ödənilmək şərtilə 144324 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, borcverən borcalana Cavabdeh3 MTK ilə bağlanmış xx.xx.2016-cı il tarixli ********* saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 144324 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq aylıq 30 gün, illik 360 gün götürülən faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli qəbzinə əsasən bank Cavabdeh1 hesabına ayırdığı kreditə görə 142880,76 manat köçürmüşdür. Kredit müqaviləsi üzrə ödəniş planına əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2034-cü il tarixə qədər olan dövr ərzində hər ay 1443,10 manat, sonuncu ay isə 1392,10 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə borcalan Cavabdeh1, zamin -Cavabdeh3 MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2-xx-xx-2016-QRS1 saylı zaminlik müqaviləsinə əsasən zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2-26-08- 2016-QR-S1 saylı zaminlik müqaviləsinə əsasən zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan "xxxx" ASC ilə borclu-ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 62/18 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Sumqayıt şəhəri 6cı mkr, 35H saylı evin 34 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak Cavabdeh3 MTK tərəfindən 160360 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 323 saylı reyestr kitabının 76 saylı vərəqində qeydiyyata alınmış Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzili xx.xx.2016-cı il tarixli 2-xx-xx-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 216 ay müddətinə "xxxx" ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmış və bu barədə **********69-05302-093028 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. "xxxx" ASC-nin Cavabdeh3 MTK-ya, Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişə əsasən bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 21/992 saylı maliyyə arayışın əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixli 2-26-08- 2016-QR-S1 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borca görə 131268,29 manat, faiz borcuna görə 10877,69 manat olmaqla cəmi 142145,98 manat borcu vardır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 22/381 saylı maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixli 2-26-08- 2016-QR-S1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 131268,29 manat, faiz borcuna görə 18060,99 manat olmaqla cəmi 149329,28 manat borcu vardır. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" ASC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2021ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1005, ünvan 2 dövlət reyestri haqqında məlumatdan görünür ki, Cavabdeh3 MTK adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2020-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Cavabdeh1 Sumqayıt şəhəri 6-cı mkr, 32 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 131268,29 manat əsas, 10877,69 manat faiz borcu olmaqla, cəmi 142145,98 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsumun tutulması, xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2016-QR-S1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 34 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 131268,29 manat əsas, 18060,99 manat faiz borcu olmaqla, cəmi 149329,28 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-QR-S1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 216 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 144324 manat kredit verilmişdir. Həmçinin, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativi ilə xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-QR-S1 saylı zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2016-QR-S1 saylı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 34 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 borc öhdəliyini icra etməmiş, buna görə də borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən borcun məbləği artmış, bu səbəbdən də, iddia tələbinin həcminin artırılması zəruriyyəti yaranmışdır. Beləliklə, hazırda, cavabdehin kredit müqaviləsi üzrə 131268.29 manat əsas, 18060.99 manat faiz borcu olmaqla, cəmi 149329.28 manat borcu yaranmışdır Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(012)-405/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada xx.xx.2016-cı il tarixli 2-xx-xx-2016-QRS1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 131268.29 (yüz otuz bir min iki yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 18060.99 (on səkkiz min altmış manat doxsan doqquz qəpik) manat olmaqla cəmi 149329.28 (yüz qırx doqquz min üç yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat borc, məhkəmə xərclərinə görə 71.82 manatın (yetmiş bir manat səksən iki qəpik) (dövlət rüsumu 30.40 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinə tutma yönəldilsin, həmin mənzilin likvid satış qiyməti 105000 (yüz beş min) manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 149401.1 (yüz qırx doqquz min dörd yüz bir manat on qəpik) manat pul vəsaitinin "xxxx" ASC-nin hesabına keçirilməsi, "xxxx" ASC-yə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh1 mənzilə istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılaraq bir ay sonra cavabdehin həmin mənzildən çıxarılması, Daşınmaz əmlakın qiymətləndirilməsinə görə ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq X3 Mərkəzi MMC-nin hesabına keçirilməsi qət edilmişdir. (hakim Habil Əhmədov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh1 digər cavabdehlər olan zaminlər Cavabdeh2, Cavabdeh3 MTK ilə birlikdə bank qarşısında öhdəliyi yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilini iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak , Cavabdeh3 MTK tərəfindən 160360 manat dəyərində qiymətləndirilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Müli Məcəlləsinin 385.1, 425.1, 442, 445, 739, 472, 317, 319-cu maddələri, İpoteka haqqında AR Qanununun 59.3, 59.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 88, 101.3, 103.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)-405/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. İpoteka saxlayan Bank onlara razılaşma təklifi etməmişdir və müstəqil qiyməntləndirməyə xəbərləri olmadan müraciət etmişdir. Halbuki o rəylə onlar razı deyillər. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak , Cavabdeh3 MTK tərəfindən 160360 manat dəyərində qiymətləndirilmişdir. Hesab edir ki, məhkəmə qərar alarkən əmlakın açıq hərracdan satılmasını, mənzilin likvid qiymətinin dəyərini reallığa uyğun olmadığı nəzərə almamışdır. Qeyd olunan mənzildə ailəsi ilə birgə yaşayır. İpotekaya qoyulan mənzil isə yeganə yaşayış yerləridir. İş materiallarından görünür ki, "X3 Mərkəzi" MMC-nin xx.xx.2022-ci il tarixli ***-**** saylı arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinin hal-hazırda bazar qiyməti: 111800 manat; likvid qiyməti: 105000 manat təşkil edir. Bu rəy bugünkü reallığa uyğun deyildir, ipoteka predmeti olan mənzil çox aşağı qiyməntləndirilmiş, hal-hazırkı dövrdə bazar qiymətinə uyğun gəlmir. Eyni zamanda bu rəy əsasında Abşeron Rayon Məhkəməsi qətnamə qəbul edərək mənzilin likvid satış qiymətini 105000 manat olmaqla açıq hərracda satılmasını qət etmişdir. Necə ola bilər ki, 2018-ci il il tarixdə mənzil MTK tərəfindən 160360 manat manat dəyərində qiymətləndirir, hal-hazırda isə daşınmaz əmlakın illər keçdikcə dəyəri qalxan zaman, mənzil "X3 Mərkəzi" MMC tərəfindən bu qədər aşağı qiymətləndirir. Faktiki olaraq mənzili əgər satmalı olsalar belə yenə də borc ödənilmir və bu, onların vəziyyətini ağırlaşdırır. Bundan başqa, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, dəfələrlə Cavabdeh1 xəbərdalıq olmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcununun ödənilməsini üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Yəni ki iddiaçı məhkəmənin diqqətinə borcalanın qərəzli müqavilədən irəli gələn öhdəliklərdən boyun qaçırmağını bildirir. Lakin onlar dəfələrlə "xxxx" ASC-yə məktub ünvanlamışlar və Bankın diqqətinə çatdırmışlar ki, ölkədə COVİD-19 (2020- 2021-ci il) xəstəliyi ilə əlaqədər qoyulmuş məhdudiyyətlər maddi vəziyyətlərini xeyli pisləşmişdı. Həmin illərdə pandemiya ilə əlaqədər müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərcədə dəyişmişdi. Bankdan dəfələrlə müəyyən müddətə güzəştlər tətbiq edilməsini və ya müqaviləni dəyişdirilməsini xahiş etmişlər. İpoteka saxlayan onlara Bank razılaşma təklifi etməmişdir və müstəqil qiyməntləndirməyə xəbərləri olmadan müraciət etmişdir. Məhkəmə qərar alarkən əmlakın açıq hərracdan satılmasını, mənzilin likvid qiymətinin dəyərini reallığa uyğun olmadığını nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək bildirdi ki, hazırkı iş üzrə tərəflərindən mübahisələndirilən əsas məqam birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin 105000 manat müəyyən olunması ilə bağlıdır. Odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və cavabdehlər Cavabdeh2, Cavabdeh3 MTK-nın nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada göndərilmiş bildiriş poçt xidməti tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanunu Maddə 34.1.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Maddə 36.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Maddə 34.1.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Maddə 39.3.3. Məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 şikayətində qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsini mübahisələndirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız həmin hissədə apellyasiya baxışının predmeti olmalıdır. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 2(012)-405/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə yalnız ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsinin yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində Cavabdeh1 münasibətdə dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 216 ay müddətinə, illik 10% ödəmək şərtilə 144324 manat məbləğində kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 MTK və Cavabdeh2 zamin durmuşlar, Cavabdeh1 məxsus Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid satış qiymətini mütəxəssis rəyi əsasında 105000 manat müəyyən etmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində bundan narazılığını ifadə edərək, rəylə razı olmadığını bildirmişdir. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıqqiymətləndirmə ekspertizları təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7814 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən bank tərəfindən təqdim olunmuş maliyyə arayışı və tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-QR-S1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 21 sentyabr 2021-ci il tarixə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan cəmi borcu 142689,44 manat məbləğində (əsas borc üzrə - 131934,1 manat, faiz borcu üzrə 10755,40 manat) müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində borcun məbləği ilə bağlı hissə mübahisələndirilmədiyindən həmin hissədə qətnaməyə münasibət bildirilmir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 31/2-261/2023 nömrəli mütəxəssis rəyinə əsasən əmlak bazarında analoji mənzillərin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi, mənzilin yerləşməsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə bazar dəyəri 120000-140000 (yüz iyirmi min –yüz qırx min) arası təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin likvid satış qiymətini 105000 manat müəyyən etməklə səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan İpoteka saxlayan "xxxx" ASC ilə borclu-ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 62/18 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş mənzilin qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasından Cavabdeh3 MTK tərəfindən 160360 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin dəyəri tərəflərin razılığı ilə müqavilə əsasında müəyyən edildiyindən və müqavilənin bağlandığı tarixdən keçən müddət (5 ildən artıq) ərzində daşınmaz əmlak bazarında qiymətlərin azalması deyil, əksinə artması daha real və ağlabatan olduğundan ipoteka predmetinin likvid dəyərinin müqavilə üzrə nəzərdə tutulmuş məbləğdən daha aşağı qiymətə müəyyən olunması məqsədəmüvafiq deyildir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)- 405/2022 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 manat pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)-405/2022 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə mənzilin likvid satış qiymətinin 105000 (yüz beş min) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinin ilkin satış qiyməti 160360 (yüz altmış min üç yüz altmış) manat məbləğində müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-137/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-137/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver