Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1382/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddiası qismən təmin edilmiş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin 8 metr uzunluğunda sərhəd hasarının boşaldılması, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin 8 metr uzunluğunda sərhəd hasarının Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının bərpa edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qərardadı ilə Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qətnaməsi ona xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq verilmiş və qətnamədən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə bu apellyasiya şikayətini müddətin ötürülməsi əsası ilə geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmə bu qərardadında iş materiallarında olan poçt qəbzinə əsasən onun qətnamənin surətini xx.xx.2020-ci il tarixdə qəbul etməyini qeyd etmişdir. O, belə bir poçt qəbzi imzalamamışdır və bu qəbzdən xəbəri yoxdur. Qətnaməni xx xxxxxx 2020-ci il tarixdə almışdır. Bununla belə məhkəmə əgər müddətin ötürülmüş olduğunu hesab edirsə, xahiş edir ki, bu ötürülmə qeyd edilən əsasla üzrlü hesab edilsin. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytararkən cavabdehin qətnamənin surətini xx xxxxxx 2020-ci il tarixdə poçt göndərişinin verilməsi barədə qəbzə imza etməklə qəbul etməsinə, lakin cavabdehin qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra apellyasiya şikayəti verməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qətnaməsinin surətini xx xxxxxx 2020-ci il tarixdə poçt göndərişinin verilməsi barədə qəbzə imza etməklə almışdır (İ/v-106). Göründüyü kimi, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qətnaməsinin surəti Cavabdeh rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən apellyasiya şikayəti verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)- 29/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni xx xxxxxx 2020-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdeh tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)- 29/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2020-ci ilin sentyabr ayının 14-də qurtarmışdır. İş materiallarından görünür ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qətnaməsindən apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə rabitə şöbəsinə təhvil verilmiş, xx xxxxxx 2020-ci il tarixdə Şamaxı Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra Cavabdeh tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 4 ay 4 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti 3 ay 4 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin keçməsi əsası ilə apellyasiya şikayətini geri qaytararkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh şikayətində Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)- 29/2020 saylı qətnaməsini rəsmi olaraq xx xxxxxx 2020-ci il tarixdə aldığını göstərsə də, iş materiallarında bunu təsdiq edən heç bir sənəd yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-29/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1382/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1382/2021
16.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver