Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1386/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal X7 Satışı İdarəsi X6 və "xxxx" ASC-nə qarşı Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(031)- 65/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şabran Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(031)-65/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edlmişdir. İŞİNHALLARİ: İddiaçı məhkəmədə "xxxx" ASC-nin Şimal X7 Satışı İdarəsi X2rşı iddia qaldıraraq cavabdeh "xxxx" ASC-nin Şimal X7 Satışı İdarəsi X3 xx.xx.2021-ci il tarixli, ******* nömrəli Protokolun ləğv edilməsi, 1000 (bir min) manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını və vəzifəli şəxs Vaqif Mirzəyevin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarılmaqla prokurora göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində 1000 manat kompensasiya məbləğinin artırılaraq 2000 (iki min) manat ödənilməsi və iddia tələbinin digər hissələrdə dəyişdirilmədən tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 22 sentyabr 2021-ci il tarixdə təxminən saat 19-20 radələrində iddiaçıya məlum olmuşdur ki, fərdi yaşayış evində elektrik sayğacının plombu qırılıb. İddiaçı bu barədə “Şimal” X7 və Satışı İdarəsinə məlumat vermişdir. Həmin xidmətdən Zaman adlı mütəxəssis iddiaçıya bildirmişdir ki, onlar bundan xəbərsizdirlər. İddiaçı dərhal "xxxx"ASC-nin qaynar xəttinə zəng vurmuşdur. İddiaçı 102 xidmətinə zəng etdikdən və polis araşdırmasından 1 gün sonra xx.xx.2021-ci il tarixdə X8ndən yaşayış evinə verilən elektrik enejisinin onlar tərəfindən dayandırıldığını etiraf etmiş və iddiaçıya söz vermişlər ki, sentyabrın 24-də elektrik enerjisinin verilməsi bərpa ediləcəkdir. Qeyd edilən tarixdə elektrik enerjisinin verilməsi bərpa olunmadığı üçün iddiaçı Bakıdan Şabrana getməli olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı dəfələrlə Bakıdan Şabrana getməli olmuşdur. Bundan əlavə Şabran rayonunun hüquq mühafızə orqanlarına etdiyi müraciətlərlə bağlı araşdırılma aparılmasını tələb etmək və izahat vermək üçün də bir neçə dəfə Bakıdan Şabrana getmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi yaşayış evində elektrik enerjisindən istifadənin olmadığı müddət ərzində iddiaçı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi əsəb, iztirab, mənəvi sarsıntılardan başqa xeyli miqdarda maddi ziyan çəkmişdir. Eyni zamanda cavabdehin əməkdaşları gəlib elektrik enerjisini dayandırmış, 1 gün sonra akt tərtib etmişlər. Sonradan araşdırma zamanı məlum olmuşdur ki, sayğaca kənar qoşulma olmamışdır. Maddi ziyana gəldikdə iddiaçı avtomobillə 6-7 dəfə Bakıdan Şabrana gəlib getməyi ilə əlaqədar nəqliyyat xərcləri, yemək və s halları nəzərə alınsa iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi ziyanla bağlı kompensasiya iddia ərizəsində tələb etdiyi 1000 manat kompensasiyadan xeyli çoxdur. Ona görə də iddiaçıya vurulmuş maddi ziyana görə kompensasiyanın məbləğini 2(iki) min manat qiymətləndirir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(031)-65/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz verilmiş, qətnamədə qiymət verilmişdir. Protokol iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində fəaliyyət göstərən ticarət obyektinə qarşı tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, iddiaçı əhali kodu altında qeyri-əhali kommersiya obyekti kimi fəaliyyət göstərir. Qeyri-əhali kodu almaq üçün ASAN xidmətə müraciət etməsi bildirilmişdir. Tarif Şurasının qərarına əsasən əhali və qeyri-əhali abonentlərində enerji sərfiyyatının tarifləri fərqli olduğuna görə vətəndaşa məlumat verilmişdir. Digər tərəfdən maddi və mənəvi zərər əsasları da sübut edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(031)-65/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh "xxxx" ASC-nin Şimal X7 Satışı İdarəsi X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Sincanboyad kəndində yerləşən iki mərtəbəli, ümumi sahəsi 121.2 kvm, yaşayış sahəsi 95.5 kvm, yardımçı sahəsi 25.7 kvm olan fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ********* saylı protokoldan görünür ki, **********00173 saylı kodlu abonent İddiaçı məxsus evin sayğacı rəhbərliyin göstərişinə əsasən sayğac gərginliyi dayandırılmış və möhürlənmişdir. İşə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, **********00173 saylı kodlu obyekti əhali kodu altında fəaliyyət göstərdiyindən elektrik enerjisinin verlişinin dayandırılacağı barədə abonent İddiaçı xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin Şimal X7 Satışı İdarəsi X8 tərəfindən verilmiş xidməti məlumatdan görünür ki, Şabran EŞ-nin xidməti ərazisində olan əhali kodu altında fəaliyyət göstərən **********00173 saylı kodlu abonent İddiaçı Azərişıq ASC-yə ünvanlanmış müraciəti tərəflərindən araşdırılmış və yerində obyektə baxış keçirilmişdir. Məlum olmuşdur ki, obyekt faktiki olaraq əhali kodu altında fəaliyyət göstərir və tərəflərindən abonentin müraciətinə əsasən obyektə 1731418№-li protokola əsasən elektrik enerjisinin verilişi dayandırılmışdır. İş materiallarında olan AR-nın Energetika Nazirliyi Enerji X1 Xaçmaz Filanın rəisi tərəfindən İddiaçı ünvanlanmış 29 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilən ünvanın məişət abonenti kimi "xxxx" ASC-nin kompüter məlumat bazasında qeydiyyatda olduğu, həmin ünvanda elektrik enerjisindən qeyri-əhali istehlakçı kimi istifadə edildiyi barədə sübut edici materialların filiala təqdim edilmədiyi, xx.xx.2021-ci il tarixdə yerində baxış zamanı Şabran Rayon Məhkəməsinin MTT(031)-1/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadı əsasında fərdi yaşayış evinə elektrik enerjisinin bərpa edildiyi göstərilmişdir. İş materiallarında olan “Azərişıq» ASC-nin müştəri xidmətləri idarəsi tərəfindən İddiaçı ünvanlanmış 28 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilən ünvanda qeyriyaşayış kimi istifadə etdiyi şüşə kəsim sexində elektrik enerjisindən istifadə etmədən xidmət göstərməyi nəzərə alınmaqla, sözü gedən yaşayış sahəsini təchiz edən elektrik xəttindən həmin kəsim sexinin gələcəkdə elektrik enerjisi ilə qidalanması aşkarlanarsa qanunamüvafiq olaraq tərəflərindən lazımi tədbirlər görüləcəyi göstərilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(118)-2128/2021 saylı qərardadında İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal X7 Satışı İdarəsi X2rşı «Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2021-ci il tarixli, ******* nömrəli protokolun ləğv edilməsi, 5000 (beş min) manat kompensasiyanın ödənilməsi, vəzifəli şəxs Vaqif Mirzəyevin qanunsuz hərəkətlərindən çəkinməyə məcbur edilməsi» tələbinə dair iddiası mümkün sayılmamış, qeyd olunan iddia tələbinə dair ərizə ilə cavabdeh təşkilatın olduğu yer üzrə ümumi şəhər (rayon) məhkəməyə müraciət etməsi hüququnun olması iddiaçıya izah olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Bakı şəhərində yaşayır, onun Şabran rayonunun Sincanboyad kəndində xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. xx.xx.2021-ci il tarixdə X3 əməkdaşları həmin ünvanda olan elektrik sayğacının gərginliyini dayandırmış və dayandırma barədə protokol tərtib edilmişdir. Bundan sonra Şabran Rayon Məhkəməsinin MTT barədə 08 oktyabr 2021-ci il tarixli qərardadı əsasında elektrik enerjisi bərpa edilmişdir. Enerjinin dayandırılması barədə tərtib edilmiş həmin protokol hüquq verən sənəd deyildir. Ona görə də, həmin protokolun ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələbin də hüquqi əsası yoxdur. "xxxx" ASC-nin Şimal X7 Satışı İdarəsi X8 hüquqi şəxs deyildir. Həmin qurum "xxxx" ASC-nin tabelyində olan müstəqil balansı olmayan təşkilatdır. İddiaçının həmin quruma qarşı tələb irəli sürməsi və həmin qurumun cavabdeh kimi tanınmasında israrlı olması da əsassızdır. Bunlarla yanaşı, iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəfələrlə Bakı şəhərindən Şabrana gəlibgetməsi ilə bağlı əsəb, iztirab, sarsıntı keçirməsi və maddi ziyana düşdüyünü, maddi ziyanın məbləğini 2000 manat qiymətləndirərək, həmin məbləğdə pulun cavabdehlərdən tələb etməsi də əsaslı deyildir. Belə ki, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində çəkdiyi xərclər, hansı əmlakından məhrum olması barədə və cavabdehlərin təqsirliliyinə dəlalət edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətlərinin olması da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21, 43.1, 1096.1, 1097.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, MPM-nin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanunvericilik normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə onu da nəzərə çatdırır ki, mənəvi ziyanın ödənilməsi 3 əsas funksiyaya malikdir: 1) zərərçəkənin tələbinin təmin edilməsi; 2) zərər vuran şəxsə təsir göstərilməsi; 3) digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi ziyanın ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası enerjinin dayandırılması barədə tərtib edilmiş protokolun ləğv edilməsi barədə tələbə qiymət verərək qeyd edir ki, həmin protokol hüquq verən sənəd deyildir. Buna görə də həmin protokolun ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələbin də hüquqi əsası yoxdur. Bundan başqa tələbin maddi və mənəvi zərərə dair hissəsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəfələrlə Bakı şəhərindən Şabrana gəlib-getməsi ilə bağlı əsəb, iztirab, sarsıntı keçirməsi və maddi ziyana düşdüyünü, maddi ziyanın məbləğini 2000 manat qiymətləndirərək, həmin məbləğdə pulun cavabdehlərdən tələb etməsi də əsaslı deyildir. Belə ki, iddiaçı qeyd edilən maddi zərərlər bağlı hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində göstərdiyi halları sübuta yetirə bilməmiş, buna dair hər hansı sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu iləəlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Lakin hazırki iş materiallarından görünür ki, iddiaçı ona maddi və mənəvi zərərin dəyməsini bildirsə də, buna dair hər hansı sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də şikayəti əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdılırılaraq qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Şabran Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(031)-65/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1386/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1386/2022
21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver