Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1386/2023 25.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin təmiri üçün xərclənmiş pulun tutulması tələbinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin təmiri üçün xərclənmiş pulun tutulması tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-4398/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi barədə iddia qaldıraraq, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsindəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması və xx.xx.2022-ci il tarixindən etibarən qeyri-yaşayış sahəsi boşaldılanadək hər ay üçün 400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin təmiri üçün xərclənmiş pulun tutulması barədə qarşılıqlı iddia qaldıraraq, ünvan 1 ünvanında sahəsi 87,88 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metr hissəsində təmir üçün çəkilmiş 4000 manat təmir xərcinin X1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4398/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsindəki Cavabdeh məxsus əşyaların onun hesabına boşaldılması, Cavabdeh 8 ay üçün ödənilməmiş icarə haqqı kimi cəmi 2800 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
4. Qətnamədən ilkin iddia üzə Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4398/2022 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4398/2022 saylı qərardadı ilə həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(012)-4398/2022 saylı qətnaməsindən ilk iddia üzə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Qərardaddan ilkin iddia üzrə Cavabdeh şikayət verərək, onun ləğv edilməsini, apellyasiya şikayətini iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini, əks təqdirdə şikayətə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4398/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4398/2022 saylı qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1101/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-4398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. İlkin iddia üzrə cavabdeh Bağırov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4398/2022 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh, eyni zamanda həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-4398/2022 saylı qətnaməsi ilk iddia üzrə cavabdehə təqdim edilmədiyindən məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 2(012)-4398/2022 saylı qətnaməni məhkəmənin inzibati binasında qəbzə imza etməklə almışdır. Həmin qətnamə ona əvvəllər təqdim edilməmişdir. Buna görə də qətnamədən apellyasiya şikayət verilmə müddəti ötürülməmişdir. Müddət ötürülmüşsə, bu səbəb üzrlü sayılmalıdır, çünki qətnamə Cavabdeh qanunla müəyyən edilmiş zaman çərçivəsində təqdim edilməmişdir. Qətnamənin vəkil və nümayəndənin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsi ilə bağlı vurğulanmalıdır ki, nəticə hissəsi xx.xx.2022-ci il tarixdə elan edilmiş məhkəmə qətnaməsinin xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilməsi də prosessual pozuntudur. Əgər vəkil və nümayəndə və ya cavabdeh şəxs apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti 20 gün ötürmüşdürsə, işə baxan hakim də öz növbəsində qətnamənin tərtib edilməsini 20 gün gecikdirmişdir. Halbuki, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Əgər qətnamədən şikayət verilmə müddəti vəkil və nümayəndənin kabinetinə qətnamənin yerləşdirildiyi tarixdən hesablanırsa, sözügedən qətnamənin 20 fevral 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilməsi nə qədər ağlabatandır? Sözügedən ziddiyyətlərin aradan qaldırılması baxımından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir ki, vətəndaş qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum olmasın. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-4398/2022 nömrəli qərardadı ilə Cavabdeh ərizəsinin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi barədə ilkin iddia, Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin təmiri üçün xərclənmiş pulun tutulması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(012)-4398/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(012)-4398/2022 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, Cavabdeh tərəfindən ödənilmiş cəmi 51 manat məbləğində dövlət rüsumunun (**********, ********** və ********** saylı qəbzlər) dövlət büdcəsinin vəsaiti hesabından Cavabdeh qaytarılması qərara alınmışdır. 12.Qərardaddan ilkin iddia üzrə Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi və mülki iş üzrə təqdim edilmiş apellyasiya şikayətimin iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4398/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4398/2022 saylı qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
14. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual qanunvericiliyin tələbinə görə nəticə hissəsi elan edildikdən sonra qətnamənin tərtib edilməsi 10 gün müddətinə başa çatdırılmalıdır. Bu MPM-in 227-ci maddəsində imperativ norma kimi əksini tapmışdır. Həmin maddə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsinin 10 iş günü müddətinədək başa çatdırılmalı olduğunu məhkəmənin üzərinə vəzifə qoyur. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, hakim öz qulluq mövqeyinə müvafiq olaraq mülki prosessual qanunvericiliyin tələblərini poza bilər, ancaq vətəndaş və ya nümayəndə imza etməklə əldə etdiyi qətnamənin nəticə hissəsində qeyd edildiyi kimi 1 ay müddətində apellyasiya şikayəti verirsə müddəti ötürmüş hesab edilməlidir. Bəs qeyd olunan qətnamənin vaxtında tərtib edilməməsinə görə məsuliyyəti kim daşıyır?! Əgər hakimin katibliyi varsa, vəkilin də köməkçisi var. Əgər vəkil və nümayəndə və ya cavabdeh şəxs apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti 20 gün ötürmüşdürsə, işə baxan hakim də öz növbəsində qətnamənin tərtib edilməsini 20 gün gecikdirmişdir. Nümayəndəyə qətnamə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilsə idi, apellyasiya şikayəti də həmin müddətdə verilə bilərdi. Bundan əlavə vurğulanmalıdır ki, təmsil olunan şəxs xx.xx.2023-cü il tarixdə qətnaməni məhkəmənin inzibati binasında rəsmi qaydada qəbzə imza etməklə almışdır. Əgər qətnamənin qanuni qüvvəyə minmə vaxtına 4 gün qalmışdırsa təmsil olunan şəxsə 1 ay şikayət vermə müddətinin əks olunduğu qətnamə hansı məqsədlə təqdim edilirdi?! Qətnaməni təqdim etmək yerinə qətnamənin nümayəndənin elektron kabinetinə əlavə edilməsini göstərməklə şikayətin verilmə müddətinə 4 gün qaldığını bildirə bilərdi. Məgər hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması mülki məhkəmə icraatının vəzifəsi deyilmi?! Və yaxud məhkəmə apellyasiya şikayəti verilmə müddətinin bitməsinə 4 gün qalmış tərəfə qətnaməni rəsmi qaydada təqdim etməklə vəzifələrini formal olaraq icra etmişdir. Müddətin bərpasından imtina edilməsi barədə qərardad qəbul edən məhkəmə qətnamənin 2*2=4 formasında olduğunu, düzgün nəticəyə gəldiyini bəyan etməklə müddətin bərpasından, mülki iş materiallarının apellyasiya instansiya məhkəməsinə göndərilməsindən imtina etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, mülki işə 1-ci instansiya məhkəməsi olaraq baxır, onun qəbul etdiyi məhkəmə aktlarında şikayət verilə bilər. Əgər xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin verilməsi müddətin ötürülməsi ilə verildiyindən qaytarılmışdısa, indiki halda müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilməsi, mülki iş materiallarının apellyasiya instansiya məhkəməsinə göndərilməməsi hansı məntiqə sığır?! Məsələyə digər bir prizmadan yanaşsaq, vəkil və nümayəndənin səhvi ucbatından vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından, qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum edilməsi nə dərəcədə məqsədəuyğundur?! Nəzərə alsalar ki, şəxsin özünə qətnamənin rəsmi qaydada təqdim edildiyi vaxt apellyasiya şikayətinin verilməsi müddəti keçməmişdi. Göstərilən ziddiyyətli məqamların aradan qaldırılması, vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, şəxsin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnun təmin edilməsi məqsədi ilə buraxılmış prosessual müddət bərpa edilməklə, təqdim edilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə baxan məhkəmə tərəfindən iş üzrə qəbul edilmiş qərardad “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarının tələblərinə ziddir. Bununla bağlı qeyd olunmalıdır ki, şikayətində istinad etdiyi prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, məhkəmədə işə baxılarkən tərtib edilən məhkəmə bildirişi, məhkəmə aktı (qətnamə, qərardad və əmr) proses iştirakçısına rəsmi qaydada verilməlidir. Bu özündə iki halı ehtiva edir. Prosessual sənəd ya rəsmi sifarişli poçt göndərişi (xəbərnamə) ilə ya da müvafiq qəbzə imza etməklə göndərilməlidir. Burada proses iştirakçısı dedikdə hüquq və qanuni maraqlarına toxunan hər bir şəxs nəzərdə tutulur. Birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin nümayəndəsinə verməklə ona (cavabdehə) qətnamənin göndərilməməsi və buna görə də onun tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi və prosessual müddətin bərpasına dair vəzifə qoyula bilməz. Ona görə ki, əvvəla proses iştirakçısı kimi heç bir qeyd şərt olmadan qətnamə prosessual qanunvericiliyin tələbləri baxımından prosesin maraqlarına toxunan hər bir iştirakçısına göndərilməlidir. İkincisi həmin nümayəndə həmin qətnamədən tərəfə təqdim etməyə və həmin tərəfin mənafeyinə zidd olan qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verməyə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar olaraq qeyd edir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur.
b) Şikayətə qarşı etirazın dəlilləri
15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. (...)
Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.
Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (...) 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
21. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
22. İş materiallarınan görünür ki, qətnamənin surəti xx.xx.2022-ci il tarixli müşayiətedici məktubla ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “ünvan 2 ünvanda” yaşamır qeydi ilə geri qaytarılmışdır.
23. İş materiallarından (səh.130) görünür ki, qətnamənin surəti xx.xx.2023-cü il tarixdə Cavabdeh təqdim edilmişdir.
24. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetinə isə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir.
25. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
26. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyindən, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır.
27. Qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablandıqda cavabdehin apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхdığı müəyyən olunur.
28. Apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
29. Birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyən olunmuş müddətdən gec tərtib olunaraq işdə iştirak edən şəxsə təqdim edilməsi müddətin bərpası üçün üzrlü hal hesab edilə bilməz. Apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı qətnamənin təqdim edildiyi gündən (xx.xx.2023-cü il tarixindən) sonrakı gündən başlamışdır və şəxsin xx.xx.2023-cü il tarixədək apellyasiya şikayəti vermək hüququ olmuşdur.
30. Şikayətin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qətnamənin surətini əldə etməməsi və məhkəməyə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə ona təqdim edilməsi işin mübahisəsiz halıdır. Rəsmi qaydada qətnamənin təqdim olunmadığı tərəfin qətnaməni əldə etməsi və onunla tanış olmaq hüququ var. Əgər cavabdeh birinci instansiya məhkəməsində nümayəndə ilə təmsil edilməsəydi, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti qətnamənin ona təqdim edildiyi vaxtdan hesablana bilərdi. Cavabdehin vəkili və nümayəndəsinə qətnamə rəsmi qaydada təqdim edildiyi halda, cavabdehin özünə qətnamənin xx.xx.2023-cü il tarixdə təqdim edilməsi prosessual müddətin yenidən hesablanmasına əsas olan hal kimi qiymətləndirilə bilməz.
31. Nümayəndənin qətnaməni tərəfə təqdim etməməsi, qətnamənin ona təqdim edilməsi barədə tərəfi məlumatlandırmaması nümayəndəlik institutunun mahiyyətinə ziddir və nümayəndə şəxsin vermiş olduğu etibarnamə əsasında onun adından hərəkət etmək iqtidarında olduğu, etibarnamənin qüvvədə olduğu müddətdə şəxslə prosessual hərəkətləri həyata keçirə bilmək üçün eyni statusda olması nəzərə alınmalıdır.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamədən istənilən vaxt apelyasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olacaqdır ki, bu da qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir.
33. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəblərə görə buraxılmasını təsdiq edəcək sübutlar olmadığından şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-4398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-4398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.