Məhkəmə qərarları › İş №2(105)-1389/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1389/2021

19.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1389/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı xx xxx 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5072/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 60 B (Abşeron rayonu, Xırdalan şəhəri, 8 saylı qeydiyyatsız evlər, ev-32) ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 olan sayğacına dair yazılmış 2160 kub metr qaz sərfiyyatı olmaqla 216 manat cərimənin tutulmasına dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə həll olunanadək ona məxsus yuxarıda qeyd olunmuş yaşayış sahəsinə smart kartdan cərimənin tutulmasının “Cavabdeh” İB-nə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5072/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mübahisəyə baxılıb qurtaranadək Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 60 B (Abşeron rayonu, Xırdalan şəhəri, 8 saylı qeydiyyatsız evlər, ev-32) ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış smart kartdan (abunə kodu: **********00000) cərimənin tutulması cavabdeh “Cavabdeh” İB-yə qadağan edilmişdir.(hakim E.Məmmədov) Qeyd olunan qərardadla razı olmayan cavabdeh “Cavabdeh” İstehsalat Birliyi şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin isə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi şikayətini onunla əsaslandırmışdır ki, abonentin Birliyə istehlak etdiyi təbii qaza görə 486 manat borcu qalmışdır. Bu borcun vaxtında ödənilməsini təmin etmək abonentin öhdəliyidir və bu öhdəlik tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Lakin abonent vaxtında borcunu ödəmir. Qərardad qanunsuzdur və istehlakçılar arasında nizamsızlıq yaratmaqdadır. Qüvvədə olan qanunvericilik normalarına görə də, abonentlər işlətdikləri təbii qazın dəyərini ödəməlidirlər. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, iddianın təmini tədbiri barədə İddiaçı ərizəsi təmin olunmamalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1180/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında bildirdi ki, şikayət hər hansı bir əsaslandırmaya malik deyildir. Bu məzmunlu şikayət formal olaraq verilmişdir. Buna görə də, şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, şikayət təmin edilməməli, iddianın təmini tədbiri barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-5072/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hazırda onun yaşadığı ünvana dair 216 manat cərimənin tutulması barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı aktı mübahisələndirir. Mübahisəyə baxılıb qurtarana kimi ödəmələrdən mübahisəli məbləğin bu sahədə inhisarçı olan “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməsi yolverilməzdir, çünki məhkəmə araşdırması nəticəsində bu aktın ləğv edilməsi, yəni 216 manat borcun silinməsi istisna edilmir. Göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış smart kartdan (abunə kodu: **********00000) cərimənin tutulmasının cavabdeh “Cavabdeh” İB-yə qadağan edilməsi iddianı təmin etmə tədbiri kimi seçilir və müvəqqəti xarakter daşıyır. Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Hazırki halda cavabdeh tərəf iddia edir ki, mübahisə edilən borc əsaslıdır və hökmən ödənilməlidir. Nəzərə alınsa ki, hazırki halda iddianın predmetini təşkil edən akt, dolayısı ilə aktda qeyd edilən 216 manat borc iddiaçının təqsirindən yaranmaya da bilər, iddianın əsaslılığı prezumpsiyasından çıxış edərək cavabdehə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi məqsədəmüvafiqdir. Məhkəmə araşdırması zamanı müəyyən edilsə ki, mübahisəli akt qanuni əsaslarla tərtib edilmişdir, bu zaman abonent akt əsasında tətbiq edilmiş cəriməni ödəyəcəkdir. Başqa sözlə, iddianı təmin etmə tədbiri vasitəsilə cavabdehin heç bir maddi maraqları pozulmur və onun şikayətindəki dəlilləri absurd və əsassızdır. Belə olan halda, cavabdehə müəyyən hərəkətlərin edilməsi qadağasının qoyulması zəruridir və bununla bağlı iddianın təmini tədbiri haqqında ərizənin təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qeyd olunan prosessual normaların tələblərinə uyğundur. Məhkəmə kollegiyası cavabdehin şikayətində göstərdikləri dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bu iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5072/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar