Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1395/2025 07.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Ağayeva (Əzizova) Firəngiz Zakir qızına, Ömərova (Əzizova) Ruhəngiz Zakir qızına, Cavabdeh9, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə və DƏDKR Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, üçüncü şəxslər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 qarşı miras əmlaka vərəsəlik hüquqununun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, 28 mart 2008-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlak olan JN-0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X2 tərəfindən Cavabdeh2 adına verilmiş 01 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli çıxarışın ləğv edilməsi, X1 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X9 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X2 tərəfindən Cavabdeh2 adına verilmiş 29 iyul 2021-ci il tarixli, reyestrdə 967 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56- 10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, X1 qalmış miras əmlak olan JN0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, JN049A KOD 30210068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,10 ha torpaq sahəsinə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X9 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3, X3 ölümündən sonra isə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınanaraq payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(067)-31/2025 saylı qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia təmin edilmişdir. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə qeyd olunan qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadı ilə (hakim Samir Bayramov) Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(067)-31/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadı onunla əsaslandırılmışdır ki, qətanmədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verilməmiş, həmçinin buraxılmış prosessual müddətin bərpaedilməsinə dair ərizə ilə də məhkəməyə müraciət edilməmişdir. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 21.062025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa edib, işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadı qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməməsi əsası ilə şikayəti geri qaytarmışdır. Halbuki, apellyasiya şikayəti verən zaman onunla bir yerdə müddətin bərpası ilə bağlı ərizəni də elektron sistemə yerləşdirmişdir. Sadəcə olaraq məhkəmə bu halı gözdən qaçıraraq müddəti bərpa etmədiyini göstərərək apellyasiya şikayətini geri qaytarmışdır. Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli 2(067)-31/2025 saylı qərardadı ilə (hakim Sərxan Səmədzadə) iş üzrə Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə imzalanaraq, Cavabdeh2 elektron kabinetinə yerləşdirilmiş, sonuncunun həmin qərardaddan şikayət vermək müddəti məhz xx.xx.2025-ci il tarixdən başlanmışdır. Lakin cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadından şikayəti xx.xx.2025-ci il tarixdə vermişdir. Cavabdeh2 verilmiş şikayəti qanunvericiliyin tələblərinə riayət etməməklə vermiş, həmçinin şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmişdir. Cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, e-2(067)-31/2025 saylı qətnaməsi ilə qəti razı olmadığından apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin qərardadı ilə prosessual müddəti ötürdüyündən şikayət geri qaytarılmışdır. Hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-31/2025 saylı, 08 avqust 2025-ci il tarixli qərardadı qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə qərardadı elektron kabinetə 23 iyun 2026-cı il tarixdə yerləşdirilmişdir. Ümumiyyətlə o rayon yerində elektron kabinet işlədə bilmir. Kənddən şəhərə gələrək elektron kabineti yoxlatdırır. Onun hüquqi savadı yoxdur və elektron kabinet ilə işləyə bilmir. Bundan başqa apellyasiya şikayətini vermək üçün buraxılan müddəti ona görə buraxmışdır ki, həmin vaxtı o xəstə olmuş və xəstəliklə əlaqədar 10 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək Xaçmaz rayon mərkəzi xəstəxanasında müalicə almışdır. Bununla bağlı çıxarışı da vardır. Hesab edir ki, onun xəstəliyini nəzərə alıb buraxılmış müddəti bərpa edilməlidir. Apellyasiya şikayəti verən zaman xəstə olmuş, xəstəliyi ilə bağlı arayış da vardır. Müddəti ötürmüşdür. Hesab edir ki, xəstə olmağı üzrlü hesab edilərək müddət bərpa edilməli apellyasiya şikayəti göndərilməlidir. Bundan başqa onun hüquqi savadı yoxdur. Tərəfindən tərtib edilmiş apellyasiya şikayətində bütün bəndlərlə bağlı münasibət bildirmişdir. Hesab edir ki, məhkəmənin həmin qərardadı əsassız və qanunsuz olduğundan qərardad ləğv edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2(067)-31/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılan zaman İddiaçı şikayətə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli 2(067)-31/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda qərardaddan şikayət vermə müddətinin axımı xx.xx.2025-ci il tarixdən başlamış və şikayətin verilməsi üçün sonuncu gün xx.xx.2025-ci il tarixi olmuşdur. Cavabdeh tərəfindən isə qərardaddan şikayət xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir ki, bununla da şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüşdür. Cavabdeh isə qərardaddan şikayət verilə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermədən qərardaddan şikayət vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilmiş şikayətin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(067)-31/2025 saylı qətnaməsindən apellyasiya şikayəti ilə yanaşı şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmiş, lakin Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadı ilə Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(067)- 31/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınsa da, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə müzakirə edilməmiş, ərizəyə münasibət bildirilmədən apellyasiya şikayəti müddətin ötürülməsi və ötürülmüş müddətin bərpasına dair ərizə təqdim edilməməsi əsası ilə geri qaytarılmışdır. Belə olan halda cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməli, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(067)-31/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə məhkəmə tərəfindən münasibət bildirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-31/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1395/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1395/2025
07.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver