Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-141/2024 09.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X27 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı X12, onun vəkili və nümayəndəsi Ağakərimov Asif Təklif oğlunun, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil2, tərcüməçi X4 iştirakları ilə, İddiaçılar X28, İddiaçı2 və Ferida Abasovanın Cavabdeh2 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(067)-338/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar X37, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reyestrdə 2V-1344 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Abasova Zöhrədən miras qalmış Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində X28 4,4/10 pay, X16 - 4,4/10 pay və Abasova Feridanın 1,1/10 pay hissədə pay hüququ müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, miras qoyan Abasova Zöhrə babaları İddiaçı2 Abbas oğlu ilə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahdan aşağıdakı uşaqları doğulmuşdur. X13, X9, X10, X18. Bundan öncə Abasova Zöhrənin birinci nikahından X5 və X3 anadan olmuşdur. X1 Ferida ilə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından X37 və X23 anadan olmuşlar. Miras qoyan Abasova Zöhrənin adına ünvan 1ində 0,17 ha torpaq sahəsi və üzərində fərdi yaşayış evi mövcud olmuşdur. O, xx.xx.2012-ci ildə Xaçmaz rayonu 1 saylı Notariat Kontorunda vəsiyyətnamə qoyaraq mülkiyyətində olan torpaq sahəsini və yaşayış evini bərabər hissələrlə nəvələri - X37 və X20 bağışlamışdır. Miras qoyan Abasova Zöhrə mülkiyyətində olan - Xaçmaz rayonunun Ləcət kəndində yerləşən fərdi yaşayış evində oğlu X19 və onun ailəsi ilə birlikdə yaşamışdır. Abasova Zöhrəyə məxsus fərdi yaşayış evində onunla birlikdə vəfatından əvvəl və sonra mərhum Əlikram Abasov və onun ailəsi yaşamışlar. Miras qoyan Abasova Zöhrə xx.xx.2015-ci il tarixdə ölmüşdür. X21 vəfat edəndən sonra ona məxsus Xaçmaz rayonunun Ləcət kəndində yerləşən fərdi yaşayış evində oğlu X19 vəfat edən günə qədər ailəsi ilə birlikdə yaşamış və təsərrüfatı idarə etmişdir. Miras qoyan Abasova Zöhrənin xx.xx.2015-ci il tarixdə ölümündən sonra ondan miras qalan əmlak - Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi faktiki olaraq onunla birlikdə yaşayan və onun ölümündən sonra miras əmlakı idarə edən vərəsələri - qanun üzrə X19, vəsiyyət üzrə X37 və X24 qəbul etmişlər. Bu səbəbdən onlar sözügedən miras əmlakın qanuni yolla qəbulu üçün hər hansı bir hərəkət etməyi lazım bilməmişlər. Qanun üzrə vərəsə - X19 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra da övladları - X37 və X24 (vəsiyyət üzrə vərəsələr) və həyat yoldaşı Abasova Ferida yaşamışlar. Belə olan halda yeni miras qoyan - X6 miras payı - qanun üzrə onun 1-ci dərəcəli vərəsələrinə - övladları - X37 və X20 və həyat yoldaşı Abasova Feridaya keçmişdir. Xaçmaz rayon notariat ofisi 20 oktyabr 2021-ci il tarixdə Xaçmaz RİH Başçısının Ləcət İƏD üzrə nümayəndələyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 349 saylı arayışa əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Arayışda vəfat etmiş şəxsin ölümündən sonra ailə tərkibində ancaq Cavabdeh2 qaldığını və ölümündən sonra evi və təsərrüfatı Cavabdeh2 tərəfindən idarə etdiyi qeyd edilmişdir. Verilən arayış saxtadır,halbuki miras qoyan Abasova Zöhrənin xx.xx.2015-ci il tarixdə ölümündən sonra ondan miras qalan əmlak - Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi faktiki olaraq onunla birlikdə yaşayan və onun ölümündən sonra miras əmlakı idarə edən vərəsələri - qanun üzrə X14, vəsiyyət üzrə X37 və X24 qəbul etmişlər. Belə olan halda Xaçamz rayon notariat ofisi tərəfindən verilən 20 oktyabr 2021-ci il tarixli reyestrdə 2V-1344 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilıməlidir. Miras qoyan Abasova Zöhrədən miras qalmış ünvan 1ində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin qəbulu ilə bağlı Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etsələr də müsbət nəticə olmamış və Xaçmaz rayon 1 saylı Notariat Ofisi xx.xx.2022-ci il tarixli məktubu ilə onlara qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Miras qoyan Abasova Zöhrədən miras qalmış - Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi faktiki olaraq tərəflərindən qəbul edilmiş və sözügedən miras əmlak 10 ilə yaxın müddətdir ki, istifadələrində və sərəncamlarında olmuşdur. Hesab edirlər ki, Abasova Zöhrədən miras qalmış ünvan 1ində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin aşağıdakı qaydada pay hüququ tanınmalıdır. X11 (qanun üzrə vərəsəlik) 2/4 pay, X33 (vəsiyyət üzrə vərəsəlik) ¼ pay, X20 (vəsiyyət üzrə vərəsəlik) ¼ pay, X19 vəfat etdiyi üçün onun 2/4 hissədə payı aşağıdakı qanun üzrə vərəsələrinə keçməlidir. X33 (qanun üzrə vərəsəlik) 1/3 pay, X20 (qanun üzrə vərəsəlik) 1/3 pay, Abasova Ferida (qanun üzrə vərəsəlik) 1/3 pay. Nəticə etibarı ilə Abasova Zöhrədən miras qalmış ünvan 1ində 0,17 ha torpaq sahəsi və üzərində fərdi yaşayış evi üzərində aşağıdakı vərəsələrin müəyyən edilmiş pay hüququ tanınmalıdır. X33 (qanun və vərəsəlik üzrə vərəsəlik) 44,3% (4,4/10 pay), X20 (qanun və vərəsəlik üzrə vərəsəlik) 44,3% (4,4/10 pay), Abasova Ferida (qanun üzrə vərəsəlik) 11,3% (1,1/10 pay). Birinci instansiya məhkəməsində iştirak edən iddiaçılar İddiaçı2 və X25 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zöhrə Abasova xx.xx.2012-ci il tarixdə nəvələri X33 və İddiaçı2 vəsiyyətnamə verib. Zöhrə Abasova xx.xx.2015-ci ildə vəfat edib. 2012-ci ildə vəsiyyətnamə veriləndə oğlu Balakərim arvadı ilə birlikdə orada yaşamışdır, nəvələri də onlara köməklik göstərirdi, birlikdə yaşamışlar. O, öləndən sonra həmin əmlakı Əlikram, Ferida, Zamin və Bədirxan idarə etmişlər, onlar tərəfindən təmir-tikinti işləri aparılmış, evdə faktiki yaşamışlar, ev faktiki onlar tərəfindən idarə olunmuşdur. Həqiqətən evin onlar tərəfindən idarə olunmasına dair sənədlər iş materiallarına əlavə olunmuşdur. Həmin aktlarla, sübutlarla sübut olunur ki, həmin evi Zamin, Bədirxan və Ferida idarə etmişlər. Əlikram 2020-ci ildə oktyabr ayında vəfat etmişdir. 31 oktyabr 2020-ci il tarixdə Cavabdeh2 evə daxil olaraq, qonşulardan Əlikram vəfat etdiyinə görə evdə təmizlik işləri aparmaq adı ilə qonşu tərəfindən açarların təqdim edilməsini istəmişdir. Lakin həmin qonşu bildirmişdir ki, evin açarları Ferida Abasova tərəindən ona verilib və ona baxır, açarları təqdim edə bilməz. Lakin buna baxmayaraq Cavabdeh2 və oğlu Adıgözəl zirzəmidən evə daxil olaraq, oradan müəyyən əşyaları oğurlamaqla oradan bütün əşyaları götürmüşdür. Ferida Abasova bununla bağlı Xanımağaya irad bildirmiş, sahə müvəkkilinin zəngindən sonra Xanımağadan evin açarları götürülüb qonşuya qaytarılmışdır. RF-dan qayıdandan sonra Ferida Abasova oğurluqla bağlı Yalama PB-nə müraciət etmiş, orada araşdırma aparılıb, bunun nəticəsi olaraq cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar qəbul edib, həmin qərarı elektron sistemə yerləşdirmişdir. Həmin qərarla da sübut olunur ki, ev Ferida, Zamin və Bədirxan tərəfindən idarə olunmuşdur. Ev Cavabdeh2 tərəfindən heç vaxt idarə olunmayıb. O, Zöhrə ilə küsülü olub, münasibətləri olmayıb. Çünki həqiqətən də oranı idarə edən Əlikram və onun ailə üzvləri olublar. Belə nəticəyə gəlmək olar ki, Cavabdeh2 Əlikramın ölümünü gözləyib. O, ölən kimi notariusa müraciət edib. Notariusa müraciət etməsinin əsas səbəblərindən biri o olub ki, kənd icra nümayəndəliyinə gedib, oradan arayış verilib. Vərəsələrin 6 nəfər olmasına baxmayaraq, orada 1 nəfər vərəsənin göstərilməsi dəlalət edir ki, həmin arayış düzgün deyil. Belə olan halda hesab edirlər ki, düzgün arayış təqdim olunsa idi, həmin şəxs vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməzdi. Ona görə iddia ərizəsində qeyd olunduğu kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 göstərmişdir ki, iddia ərizəsində göstərilən hallar həqiqətə uyğun deyildir. MM-nin tələblərinə uyğun olaraq istər vəsiyyət üzrə, istər qanun üzrə vərəsə mirası qəbul etməlidir. Mirasın qəbul edilməsi üçün müddət var, mirasın açıldığı gündən 3 ay ərzində vərəsə mirası qəbul etməlidir. MM-nin tələblərinə görə mirasın qəbul edilməsinin 2 yolu var, biri miras əmlaka faktiki yiyələnməklə həmin əmlakın idarə edilməsi, ikincisi isə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verilməsi. Hazırkı iş üzrə iddiaçılar nə miras əmlaka faktiki yiyələnməklə həmin əmlakın idarə edilməsi yolu ilə, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verilməsi yolu ilə mirası qəbul etməmişlər. MM-nin digər tələbi də ondan ibarətdir ki, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbul edilməsinə yol verilmir. Hesab edir ki, iddia ərizəsinin tərtibi düzgün deyil. Miras 2015-ci ildə açılıb, 2022-ci ildə iddiaçılar məhkəməyə müraciət ediblər, yəni 7 il keçəndən sonra iddiaçılar məhkəmədə hazırkı iddianı qaldırmışlar. Hesab edir ki, əgər həqiqətən iddiaçıların adına vəsiyyətnamə vardırsa, onlar mirası qəbul etməli idilər. Hesab edir ki, cavabdeh mirası qanunda nəzərdə tutulmuş qaydada düzgün qəbul etmişdir, Ləcət kənd İƏD nümayəndəliyinin arayışından da müəyyən olunur ki, həqiqətən miras qoyan Zöhrə Abasovanın ölümündən sonra mirası qızı Cavabdeh2 idarə etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(067)-338/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(067)-338/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar X37, İddiaçı2və Ferida Abasova Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq reyestrdə 2V- 1344 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Abasova Zöhrədən miras qalmış Xaçmaz rayonu, Ləcət kəndində 0.17 ha torpaq sahəi və üzərində yerləşən fərdi yaşayış evi üzərində X28 4,4/10 pay, X16- 4,4/10 pay və Abasova Feridanın 1,1/10 pay hissədə pay hüququ müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qətnamədə qeyd olunur ki, məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 349 nömrəli arayışından müəyyən olunur ki, Abasova Zöhrə xx.xx.1928-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış, orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızı Cavabdeh2. Ölümündən sonra evi və təssərüfatı qızı Cavabdeh2 idarə edir. İş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 87 nömrəli arayışından müəyyən olunur ki, Abasova Zöhrə 1945-ci il tarixdən 2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış və orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonar aşağıdakı ailə tərkibi qalmışdır. X2, qızı X3, oğlu X13, oğlu X15, qızı X10, qızı X18. Ölümündən sonra evi və təsərrüfatı nəvələri X37 və X24 idarə etmişdir. Göründüyü kimi, Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəliyi tərəfindən eyni məsələ il bağlı iki tamamilə fərqli və bir-birinə zidd olan arayışlar verilməlidir. Bu isə neqativ halların baş verməsinə səbəb olmuşdur. Hazırki iddia ilə mübahisləndirilən Xaçmaz rayon 1saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilən Qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xüsusi notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsini rəhbər tutaraq, Qanun üzrə vərəsəlik şəhadətnaməsini vermişdir. Halbuki, iş materialları ilə sübuta yetirilir ki, Zöhrə Abasovanın bir neçə vərəsəsi vardır, Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 349 nömrəli arayışı isə qərəzli şəkildə tərtib edilmiş və həqiqətə uyğun deyil. Bundan başqa iş materiallarında olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, Abasova Zöhrə həmin vəsiyyətnamə ilə mülkiyyətində olan əmlakları X33 və X20 vəsiyyət etmişdir. Vəsiyyətnamənin arxasında olan qeyddən görünür ki, Xaçmaz rayon Notariat Ofisinin xüsusi notariusu Firdovsi Məmmədov xx.xx.2021-ci il tarixdə “vəsiyyətnamədə heç bir dəyişiklik yoxdur Vəsiyyətnamə qüvvədədir” qeydi apararaq, möhürlü təsdiq etmişdir. Buna baxmayaraq sözügedən vəsiyyətnaməyə zidd olaraq xx.xx.2021-ci ildə Cavabdeh2 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, 2015-ci ildə vəfat etmiş Zöhrə Abasovadan miras qalmış yaşayış evini və həyətyanı torpaq sahəsini Cavabdeh2 idarə etmiş, iddiaçıların isə həmin evə gəlib daimi yaşadıqlarını görməmişlər. Hesab edir ki, iddiaşılar miras əmlakı qanunla müəyyən olunmuş müddətdə qəbul etməmişlər, buna görə məhkəmənin qətnaməsi iddianın təmin edilmiş hissədə qanunsuz və əsassızdır,qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi tamamilə rədd edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın tam həcmdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər iddiaçılar X37, İddiaçı2 və cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X17 xx.xx.1997-ci ildə, Xalidova (Allahverdiyeva) Simnara İslamali qızı xx.xx.2008-ci ildə, Abasova Zöhrə xx.xx.2015-ci ildə, X26 xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. İş materiallarında olan 15 avqust 2012-ci ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X41 rayonu Ləcət kəndi ünvanındakı 0,17 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini bərabər hissələrlə X33 və X20 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il qeydiyyat tarixli, **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Ləcət kəndində 0.17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Zöhrə Abasovanın adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş Abasova Zöhrənin vərəsələri Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ərazi idarəsi tərəfindən xx.xx.2021-ci ildə Abasova Zöhrəyə verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0,17 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 349 nömrəli arayışında qeyd olunur ki, Abasova Zöhrə xx.xx.1928-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış, orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızı Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı qızı Cavabdeh2 idarə edir. İş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 87 nömrəli arayışından müəyyən olunur ki, Abasova Zöhrə 1945-ci il tarixdən 2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış və orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X2, qızı X3, oğlu X13, oğlu X9, qızı X10, qızı X18. Ölümündən sonra evi və təsərrüfatı nəvələri X37 və X24 idarə etmişdir. İş materiallarında olan sorğuya əsasən alınmış Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 09 nömrəli məktubundan müəyyən olunur ki, Ləcət kənd İƏD üzrə nümayəndə müavini R.Aslanova tərəfindən xx.xx.2021-ci il tarixli 349 saylı arayış verilərkən, Ləcət kənd İƏD üzrə nümayəndə məzuniyyətdə olmuşdur. Cavabdeh2 tərəfindən əvvəl həmin arayışın verilməsi üçün nümayəndəyə müraciət olunmuş və onun istədiyi formada arayışın verilməsinə imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnaməsini alarkən, Notariat Ofisinə Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 349 nömrəli arayışını təqdim etmişdir. Həmin arayışa əsasən Abasova Zöhrə xx.xx.1928-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış, orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızı Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı qızı Cavabdeh2 idarə edir. Lakin iş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin digər xx.xx.2022-ci il tarixli 87 nömrəli arayışından müəyyən olunur ki, Abasova Zöhrə 1945-ci il tarixdən 2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış və orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X2, qızı X3, oğlu X13, oğlu X9, qızı X10, X18. Ölümündən sonra evi və təsərrüfatı nəvələri X37 və X24 idarə etmişdir. Göründüyü kimi, Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəliyi tərəfindən eyni məsələ ilə bağlı iki tamamilə fərqli və bir-birinə zidd olan arayışlar verilmişdir. Bu isə neqativ halların baş verməsinə səbəb olmuşdur. Hazırki iddia ilə mübahisələndirilən Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilən Qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xüsusi notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsini rəhbər tutaraq, Qanun üzrə vərəsəlik şəhadətnaməsini vermişdir. Halbuki, iş materialları ilə sübuta yetirilir ki, Zöhrə Abasovanın bir neçə vərəsəsi vardır, Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 349 nömrəli arayışı isə qərəzli şəkildə tərtib edilmiş və həqiqətə uyğun deyil. Bundan başqa, iş materiallarında olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, Abasova Zöhrə həmin vəsiyyətnamə ilə mülkiyyətində olan əmlakları X33 və X20 vəsiyyət etmişdir. Vəsiyyətnamənin arxasında olan qeyddən görünür ki, Xaçmaz rayon Notariat Ofisinin xüsusi notariusu Firdovsi Məmmədov xx.xx.2021-ci il tarixdə “vəsiyyətnamədə heç bir dəyişiklik yoxdur. Vəsiyyətnamə qüvvədədir” qeydi apararaq, möhürlə təsdiq etmişdir. Buna baxmayaraq, sözügedən vəsiyyətnaməyə zidd olaraq xx.xx.2021-ci ildə Cavabdeh2 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək Xaçmaz rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, iddia qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ziddiyətli arayış əsasında verildiyindən, habelə miras qoyan tərəfindən iddiaçıların adına verilmiş vəsiyyətnamə mövcud olsa da, notarius tərəfindən buna heç bir əhəmiyyət verilmədiyindən Xaçmaz rayon Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə iddianın ikinci tələbi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. İlk öncə məhkəmə belə hesab etmişdir ki, tələbdə göstərilən paylar qeyrimüəyyən göstərilib (4,4/10, 4,4/10 və 1,1/10). Bundan başqa iddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, Abasova Zöhrədən miras qalmış Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində paylar iddiaçılar arasında həm vəsiyyət üzrə vərəsəlik, həm də qanun üzrə vərəsəlik qaydasında müəyyən edilməlidir. Halbuki, iş materiallarında iddiaçılar tərəfindən Zöhrə Abasovanın vəsiyyətnaməsi təqdim olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçılardan X37 və İddiaçı2 adına vəsiyyətnamə mövcud olduğundan və hazırki iş üzrə Cavabdeh2 adına verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, iddiaçılar bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün Notariat Ofisinə müraciət edə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin məcəllənin 214-cü maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına görə əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(067)-338/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-141/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-141/2024
09.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver