Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1424/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı son haqq-hesabın ödənilməsi (əmək və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı son haqq-hesabın ödənilməsi (əmək və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh fərdi şirkətinə əsas iş yeri olaraq “Su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis” vəzifəsinə işə qəbul edilmişdir.
2. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı son haqq-hesabın ödənilməsi (əmək və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməmiş 14875,00 (on dörd min səkkiz yüz yetmiş beş) manat əmək haqqı məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya məbləğinin, əmək haqqı gec ödənildiyi üçün hesablanmış 23842,50 (iyirmi üç min səkkiz yüz qırx iki manat əlli qəpik) manat faiz məbləğinin, məhkəməyə müraciət üçün çəkdiyi 750,00 (yeddi yüz əlli) manat məbləğində xərcin, 50,00 (əlli) manat məbləğində mediasiya xidmət haqqının, cəmi 44829,50 (qırx dörd min səkkiz yüz iyirmi doqquz manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 27 mart 2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. İddiaçıya veriləcək aylıq əmək haqqı məbləği bütün vergi və s. məcburi ödənişlər çıxıldıqdan sonra 1700,00 (bir min yeddi yüz) manat razılaşdırılmışdır. Razılaşdırılmış əmək haqqının 850,00 (səkkiz yüz əlli) manat hissəsi iddiaçıya əmək haqqı kartına köçürülməklə, 850,00 (səkkiz yüz əlli) manat hissəsi isə qeyri-rəsmi formada nağd şəkildə ödənilirdi. O, xx.xx.2021-ci il tarixədək müəssisədə həmin vəzifədə çalışmışdır. Əvvəllər aylıq əmək haqqı onunla razılaşdırılmış formada ona ödənilmişdir. Lakin 2020-ci ilin oktyabr ayından etibarən əmək müqaviləsinə xitam verilmə tarixinədək, yəni 12 aylıq dövr ərzində nağd formada verilməli olan əmək haqqı məbləği, 10.200,00 (on min iki yüz) manat pul vəsaiti ona ödənilməmişdir. Həmçinin, 5,5 ay ərzində əmək haqqı kartına köçürülməli olan 4675,00 (dörd min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti ona köçürülməmişdir. İddiaçı Cavabdeh MMC-də çalışdığı 3 il 6 ay ərzində 133 (bir yüz otuz üç) gün ödənişli məzuniyyət hüququ yaranmışdır. Lakin, keçən dövr ərzində cəmi 38 (otuz səkkiz) gün ödənişli məzuniyyət hüququndan istifadə etmişdir. 95 gün istifadə edilməmiş məzuniyyət günü qalmışdır. Həmin günlərin əvəzi olaraq da ona 5312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya ödənilməli idi. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə olan əmək müqaviləsinə xitam verilsə də, iddiaçı ilə son haqq-hesab aparılmamış, nə ona ödənilməmiş 14875,00 (on dörd min səkkiz yüz yetmiş beş) manat əmək haqqı məbləği, nə də istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya ödənişi iddiaçıya verilməmişdir. Cavabdeh MMC tərəfindən son haqqhesab olaraq iddiaçıya ödənilməli olan 14875,00 (on dörd min səkkiz yüz yetmiş beş) manat əmək haqqı məbləğinin, həmçinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya ödənişinin ona verilməsinə məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Həmçinin, əmək haqqının gec ödənildiyi üçün hesablanmış 23842,50 manat faiz məbləğinin (oktyabr ayı üzrə 3102,5 (365x8,5); noyabr ayı üzrə 2839 manat (334x8,5); dekabr ayı üzrə 2575,50 manat (303x8,5); yanvar ayı üzrə 2312 manat (272x8,5); fevral ayı üzrə 2048,50 manat (241x8,5); mart ayı üzrə 1785 manat (210x8,5); aprel ayı üzrə 1530 manat (180x8,5); may ayı üzrə 2550 manat (150x17); iyun ayı üzrə 2040 manat (120x17); iyul ayı üzrə 1530 manat (90x17); avqust ayı üzrə 1020 manat (60x17); sentyabr ayı üzrə 510 manat (30x17)) iddiaçıya ödənilməlidir.
5. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən ona ödənilməmiş, əmək müqaviləsində qeyd edilmiş aylıq 850,00 manatla hesablanmış 18631,62 (on səkkiz min altı yüz otuz bir) manat əmək haqqı məbləğinin, cavabdeh tərəfindən ona ödənilməmiş, qeyri-rəsmi olduğu təsdiq edilmiş aylıq 850,00 manatla hesablanmış 10200,00 (on min iki yüz) manat məbləğində qeyri-rəsmi əmək haqqı məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq həm rəsmi, həm də qeyri-rəsmi əmək haqqı əsasında hesablanmış 5312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya məbləğinin, rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 10710,00 (on min yeddi yüz on) manat, qeyri-rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 3102,00 (üç min yüz iki) manat, cəmi 13812,00 (on üç min səkkiz yüz on iki) manat məbləğində faizin, məhkəməyə müraciət üçün çəkdiyi 750,00 (yeddi yüz əlli) manat məbləğində xərcin, 50,00 (əlli) manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə Əfrad oğlu məhkəmə iclasında bildirmişdir ki, iş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. Belə ki, ekspert rəyində qeyd olunan 850 manat aylıq əmək haqqı ümumiyyətlə mövcud olmamışdır. Elektron sistemdən çıxarılmış əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərində də iddiaçının aylıq əmək haqqı məbləği xx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2019-cu il tarixə 330 manat, xx.xx.2020-ci il tarixə 934 manat müəyyən edilmiş və cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçının əmək haqqının 850 manat olması ilə bağlı iddia ərizəsinə sübut əlavə edilməmişdir. İddia əsassızdır, təmin edilməməlidir.
7. Mülki iş materiallarında olan ödəniş kartından çıxarışdan (səh.113-114) görünür ki, İddiaçı məxsus karta xx.xx.2020-ci il tarixində 849.93 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 1403.00 manat,xx.xx.2021-ci il tarixdə 418,46 manat, olmaqla cəmi 6670,93 manat məbləğində pul mədaxil olunmuşdur.
8. Mülki iş materiallarında olan ödəniş kartından xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı məxsus kartdan xx.xx.2020-ci il tarixində 849.93 manat, xx.xx.2021-ci il tarixində 453.00 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 384.53 manat, xx.xx.2021-ci il tarixində 1403.00 manat, xx.xx.2021-ci il tarixində 427.17 manat, xx.xx.2021-ci il tarixində 418.46 manat, dövr üzrə 7935.19 manat məxaric olmuşdur.
9. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” Qərarın surətindən görünür ki, Amirjanov Phakhri (DYİ0026777, VÖEN **********) - xx.xx.1978-ci tarixdə anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, Cavabdeh MMC-nin direktoru, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır.
10. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də məşğulluq təsnifatı üzrə layihəçi, şəhər infrastrukturu, əmək müqaviləsi üzrə su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, müqavilənin bağlanma tarixi xx.xx.2018-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2018-ci il, işçinin aylıq əmək haqqı 934 manat, əvvəlki əmək haqqı 330 manat təşkil edir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdehndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı təqdim olunmuş əməkhaqqı kartınıza dair bank çıxarışından və izahatınızdan müəyyən edilmişdir ki, müəssisə tərəfindən Sizə müxtəlif aylar üzrə əmək haqqı ödənilməmişdir. Bu səbəbdən tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, əmək haqlarının ən qısa zamanda hesablanaraq ödənilməsi ilə bağlı müəssisənin rəhbərliyinə tərəflərindən müvafiq məktub göndərilmişdir. Bildirilmişdir ki, müraciətin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh rəhbərliyinə tərəflərindən xx.xx.2021-ci il tarixli, **********5 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasınin Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirilmişdir ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətin qurtarması) əsasən xitam verildiyi müəyyən edilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-759/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Amirjanov Phakhri tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Amirjanov Phakhri barəsində qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir.
13. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1524/2022 saylı qərarından görünür ki, şikayət təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Həmin qərardan müəyyən edilir ki, Amirjanov Phakhri (DYl-0026777) Cavabdeh MMC-nin (VÖEN **********) direktoru olaraq tikinti-quraşdırma işlərini həyata keçirmək yolu ilə sahibkarlıq fəaliyyətini həyata keçirərkən, maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1,1, 16.1.4, 16.1.6, 53.1, 72, 77.3, 78.1, 103-105, 107- 110, 155, 157, 168, 173, 174, 177, 180.1, 218-221-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyada olduğu vergi orqanına təqdim etdiyi bəyənnamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Cavabdeh MMC-nin ünvan 4 ünvanında yerləşən baş ofisində su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsində işləmiş İddiaçı (FİN: xxxxxxx) münasibətdə 11595.76 manat məcburi dövlət sosial sığorta haqları, 463.83 manat işsizlikdən sığorta haqları, 120.66 manat icbari tibbi sığorta haqları, 1590.12 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, ümumilikdə az miqdarda olmaqla 13770.37 manat dövlət büdcəsinə ödənilməli olan məbləği ödəməkdən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.
15. xx.xx.2021-cı il tarixdə Amirjanov Phaktari Cavabdeh MMC-nin direktoru (VÖEN: **********) vəzifəsində işləyərkən vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə az miqdarda (13770,37 manat məbləğində) sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X2 Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə təqsirli bilinərək 9639,25 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ola bilsin ki, idarəyə yaxınlaşmış və şifahi izahat vermişdir, lakin bu proses rəsmiləşdirilməmişdir.
16. Mülki iş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx.xx.2018-ci il tarixli 81 saylı əmək müqaviləsinə 2 saylı əlavədən görünür ki, işçiyə hər ay 330 (üç yüz otuz) manat məbləğində əmək haqqı ödənilir.
17. Mülki iş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 81 saylı əmək müqaviləsinə 3 saylı əlavədən görünür ki, işçiyə hər ay 934 (doqquz yüz otuz dörd) manat məbləğində əmək haqqı ödənilir.
18. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qaraçay” fərdi şirkətinin təsisçisinin qərarından görünür ki, xx.xx.2021-ci il tarixdən “Qaraçay” fərdi şirkətinin fəaliyyətinin dayandırılması, işçilərə xx.xx.2021-ci il tarixdən əmək haqqının hesablanması dayandırılması qərara alınmışdır.
19. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1217 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında İddiaçı Cavabdeh MMC-də işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əmək haqqı üzrə bank hesabından çıxarışlar, tabel uçot vərəqələri, əmək haqqı hesablanmasına dair cədvəllər öz əksini tapmamışdır. Qeyd edilir ki, ekspertiza təyini haqqında məhkəmənin qərardadında ekspert qarşısında iş materiallarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində Cavabdeh MMC tərəfindən İddiaçı aylıq əmək haqqı hər ay 850 manat olmaqla ümumilikdə nə qədər əmək haqqı ödənilməli idi, ümumilikdə ödənilməli olan əmək haqqından nə qədər məbləğdə ödənildiyi və nə qədər məbləğdə ödənilməli olması, hər ay ödənilməli olan, lakin ödənilməyən əmək haqqı üçün gecikmə günlərinin sayına uyğun olaraq hər ay üçün ayrı-ayrılıqda gecikmiş gün üçün əmək haqqının 1 % məbləğində nə qədər ödənc hesablandığı, İddiaçı istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə nə qədər məbləğdə pul əvəzi verilməli olması müəyyən edilməsi haqqında suallar qoyulmuşdur.
20. Təqdim edilmiş mülki iş materialları və ekspert qarşısında qoyulmuş sualları nəzərə alaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində Cavabdeh MMC tərəfindən İddiaçı aylıq əmək haqqı hər ay 850 manat olmaqla ümumilikdə ödənilməli olan əmək haqqının məbləği 35.811,84 manat (42 ay 4 gün x 850 manat) məbləğində müəyyən edilir. Ekspert qarşısında qoyulmuş sual üzrə aylıq əmək haqqı hər ay 850 manat olmaqla qeyd edilən dövr üzrə ümumilikdə ödənilməli olan 35811,84 manat əmək haqqından iş materiallarında olan bank məlumatlarına (c.i.v.224- 227) əsasən İddiaçı əmək haqqı üzrə bank hesabı kartına xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində 17.180,22 manat məbləğində ödənişlər edildiyi müəyyən edilir. Bundan başqa hər ay ödənilməli olan, lakin ödənilməyən əmək haqqı üçün gecikmə günlərinin sayına uyğun olaraq hər ay üçün ayrı-ayrılıqda gecikmiş gün üçün əmək haqqının 1% məbləğinin cəmi 10.710,0 manat (850,0 x 1% x 1260 gün) müəyyən edilir. Eyni zamanda İddiaçı istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850 / 30.4 x 95 gün) məbləğində müəyyən edilir.
21. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən nəğd ödəniş olaraq 10200 manat, əmək haqqı hesabından 3529,07 manat, məzuniyyət pulu olaraq 2656,24 manat olmaqla, cəmi 16.385,31 manat və 139,16 manat dövlət rüsumuna görə pulun alınaraq İddiaçı ödənilməsi, İddiaçı 50 manat, Cavabdehndən 50 manat ekspertiza xərcinə görə pulun tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan ödəniş kartından çıxarışdan (səh.113-114) görünür ki, İddiaçı məxsus karta xx.xx.2020-ci il tarixində 849.93 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 1403.00 manat,xx.xx.2021-ci il tarixdə 418,46 manat, olmaqla cəmi 6670,93 manat məbləğində pul mədaxil olunmuşdur. Göründüyü kimi, (10.200- 6670,93=3529,07) cavabdeh tərəfindən iddiaçıya karta köçürülməli olan 3529,07 manat köçürülməmiş qalmışdır ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 3529,07 manat əmək haqqına görə pul tutulmalıdır.
23. İddia tələbinin qeyri-rəsmi aylıq 850,00 manatla hesablanmış 10200,00 (on min iki yüz) manat məbləğində qeyri-rəsmi əmək haqqı məbləği hissəsini əsaslı hesab edərək, məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatından və işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını dəyişdirilmədən saxlanılmış, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1524/2022 saylı qərarı ilə və işin digər materialları ilə işin bu halı təsdiq olunur. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə qeyri-rəsmi əmək haqqı kimi verilən cəmisi 10200 manat məbləğində pul da tutulmalı, bu hissədə iddia təmin edilməlidir.
24. Məhkəmə iddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq həm rəsmi, həm də qeyri-rəsmi əmək haqqı əsasında hesablanmış 5312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya məbləği hissəsində qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyindən göründüyü kimi İddiaçı istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850 / 30.4 x 95 gün) məbləğində müəyyən edilir. İddiaçıya qeyri-rəsmi verilən əmək haqqı tərəflər arasında bağlanan əmək müqaviləsi ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə 2656,24 məbləğində pul tutulmalıdır.
25. Məhkəmə iddia tələbinin rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 10710,00 (on min yeddi yüz on) manat, qeyri-rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 3102,00 (üç min yüz iki) manat, cəmi 13812,00 (on üç min səkkiz yüz on iki) manat məbləğində faizin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan “Qara-Çay” fərdi şirkətinin təsisçilərinin 16 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, 16 aprel 2021-ci il tarixdən şirkət fəaliyyətini dayandırmışdır. Qanunvericiliyin tələbinə görə işəgötürənin təqsiri üzündən gecikdirildikdə dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. İşin müəyyən edilən hallarından görünür ki, cavabdeh tərəfindən işçilərə, o cümlədən iddiaçıya əmək haqları müəyyən edilmiş qaydada deyil, gecikdirmələrlə tam olmayaraq verilmişdir. Bu hal əmək haqlarının cavabdehin iradəsindən asılı olmayan hallara görə gecikdirilməsi kimi qiymətləndirilir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi cərimə borcu hissəsində əsassızdır və təmin edilməməlidir.
26. Məhkəmə iddia tələbini vəkil xərci hissəsində sübut təqdim edilmədiyindən əsassız hesab etmişdir.
27. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəllənin 172, 144.2, 135, 140, 296.4-cü, Mülki Məcəllənin 21-ci, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
28. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi sübutlar, həmçinin aparılmış ekspertiza rəyinə əsasən ona məhkəmə qərarında qeyd olunandan demək olar ki, 2 dəfədən də çox ödəniş verilməli idi. Lakin hakim qərar qəbul edərkən nə təqdim etdiyi sübutları, nə də ekpsert rəyini düzgün qiymətləndirməmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəməyə müraciət etməklə bağlı çəkdiyi 750,00 manat məbləğində xərcin də cavabdehdən tutulması hissəsini heç bir əsas təqdim etmədən təmin etməmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsinə dair tərtib edilmiş ekspert rəyində cavabdeh tərəfindən ona əmək müqaviləsində göstərilən əmək haqqı məbləği, yəni 850 azn əmək haqqı üzrə hesablanmış ödənilməmiş əmək haqqı məbləği gec ödənildiyi üçün faiz məbləği, eyni zamanda istifadə edilməmiş məzuniyyətə görə ümumilikdə 31997,62 manat məbləğində pulun ona ödənilməli olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilən zaman bu rəy, həmçinin məhkəməyə təqdim etdiyi digər sübutlar nəzərə alınmamış, qeyrirəsmi əmək haqqı üzrə 10200 manat, rəsmi əmək haqqı üzrə 3529,07 manat, istifadə edilməmiş məzuniyyət gününün əvəzi olaraq 2656,24 manat olmaqla cəmi 16385,31 manat və 139,16 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilmişdir. Bu isə pozulmuş hüquqlarının bərpası üçün kifayət deyildir. Cavabdehdən işlədiyi, haqqı olan əmək haqqını və qanunvericiliyin ona verdiyi imkanlar çərçivəsində təzminat məbləğlərini tələb edir.
30. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində qeyd olunan 850 manat aylıq əmək haqqı ümumiyyətlə mövcud olmamışdır. Elektron sistemdən çıxarılmış əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərində də iddiaçının aylıq əmək haqqı məbləğlərinin xx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2019- cu il tarixə 330 manat, xx.xx.2020-ci il tarixə 934 manat olduğu aydın görünür və cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçının əmək haqqının 850 manat olması ilə bağlı iddia ərizəsinə sübut əlavə edilməmişdir. İddiaçının qeyri-rəsmi əmək haqqının 850 manat olması iddiası əsassızdır. Çünki iddiaçının əmək haqqı rəsmi olmaqla kart hesabı vasitəsilə ödənilmişdir. İş üzrə təyin olunmuş ekspertiza nəticəsində ekspertin verdiyi qərarında düzgün olmadığı tərəfimizdən bildirlmiş və təkrar ekspertiza keçirilməsi barədə vəsatət də verilmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Ekspert rəyində iddiaçının rəsmi əmək haqları üzrə hesablamalar aparmaq əvəzinə heç yerdə qeyd olunmayan 850 manat əmək haqqı ilə hesablamalar apararaq rəy vermişdir. Rəydə bu 850 manatın hardan peyda olduğu, niyə iddiaçının rəsmi əmək haqqları olan 265 manat, 330 manat, 934 manatla deyil, məhz 850 manatla hesablama aparmağını da əsaslandırmamışdır. Göstərilənlərdən aydın olur ki, məhkəmədə iddiaçının mövqeyi üstün tutulmuş, işin obyektiv həllinə səy göstərilməmiş, yuxarıda qeyd etdiyi hallar aydınlaşdırılmamış, nəticədə heç bir əsası olmayan qanunsuz qətnamə qəbul olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətlərinə qarşı tərəf yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi (...) 3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
Maddə 154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. (...) 4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri (...) 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən nəğd ödəniş olaraq 10200 manatın və əmək haqqı hesabından 3529,07 manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməli, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əmək haqqına görə 18631,62 manat (on səkkiz min altı yüz otuz bir manat altmış iki qəpik) alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir:
40. İddiaçı iddia edir ki, ona veriləcək aylıq əmək haqqı məbləği bütün vergi və s. məcburi ödənişlər çıxıldıqdan sonra 1700 manat razılaşdırılmışdır. Razılaşdırılmış əmək haqqının 850 manat hissəsi iddiaçıya əmək haqqı kartına köçürülməklə, 850 manat hissəsi isə qeyri-rəsmi formada nağd şəkildə ödənilmişdir.
41. İşdə olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Amirjanov Phakhri izahatında bildirmişdir ki, Cavabdeh MMC-nin direktorudur. İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixə qədər müəssisədə mühəndis işləmişdir. İddiaçı əmək müqaviləsində 850 manat əmək haqqı alması göstərilmişdir. Hazırda şirkətin İddiaçı 4000 manat borcu qalmış, bu şirkətin maddi durumu ilə əlaqədardır.
42. İş materiallarında olan qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 3(012)-1524/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır.
43. Həmin qərardan müəyyən edilir ki, Amirjanov Phakhri (DYl-0026777) Cavabdeh MMC-nin (VÖEN **********) direktoru olaraq tikinti-quraşdırma işlərini həyata keçirmək yolu ilə sahibkarlıq fəaliyyətini həyata keçirərkən, maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1,1, 16.1.4, 16.1.6. 53.1. 72, 77.3, 78.1, 103-105, 107- 110, 155, 157, 168, 173, 174, 177, 180.1, 218-221-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyada olduğu vergi orqanına təqdim etdiyi bəyənnamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Cavabdeh MMC-nin ünvan 4 ünvanında yerləşən baş ofisində su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsində işləmiş İddiaçı (FİN: xxxxxxx) münasibətdə 11595.76 manat məcburi dövlət sosial sığorta haqları, 463.83 manat işsizlikdən sığorta haqları, 120.66 manat icbari tibbi sığorta haqları, 1590.12 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, ümumilikdə az miqdarda olmaqla 13770.37 manat dövlət büdcəsinə ödənilməli olan məbləği ödəməkdən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.
44. Birinci instansiya məhkəməsi bir illik iddia müddətini əsas götürərək və iddiaçıya bir il ərzində ödənilməli olan 10200 manat əmək haqqı məbləğindən iddiaçının əmək haqqı kartına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək cəmi 6670,93 manat məbləğində pul mədaxil olunduğunu nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 3529,07 manat əmək haqqına görə pul vəsaiti tutulması qənaətinə gəlmişdir.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu tələb üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əmək haqqına görə 18631,62 manat alınaraq İddiaçı ödənilməlidir.
46. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1217 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş mülki iş materialları və ekspert qarşısında qoyulmuş sualları nəzərə alaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində Cavabdeh MMC tərəfindən İddiaçı aylıq əmək haqqı hər ay 850 manat olmaqla ümumilikdə ödənilməli olan əmək haqqının məbləği 35.811,84 manat (42 ay 4 gün x 850 manat) məbləğində müəyyən edilir. Ekspert qarşısında qoyulmuş sual üzrə aylıq əmək haqqı hər ay 850 manat olmaqla qeyd edilən dövr üzrə ümumilikdə ödənilməli olan 35811,84 manat əmək haqqından iş materiallarında olan bank məlumatlarına (c.i.v.224- 227) əsasən İddiaçı əmək haqqı üzrə bank hesabı kartına xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində 17.180,22 manat məbləğində ödənişlər edildiyi müəyyən edilir. Bundan başqa hər ay ödənilməli olan, lakin ödənilməyən əmək haqqı üçün gecikmə günlərinin sayına uyğun olaraq hər ay üçün ayrı-ayrılıqda gecikmiş gün üçün əmək haqqının 1% məbləğinin cəmi 10.710,0 manat (850,0 x 1% x 1260 gün) müəyyən edilir. Eyni zamanda İddiaçı istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850/30.4 x 95 gün) məbləğində müəyyən edilir.
47. Göründüyü kimi iddiaçıya ödənilməli əmək haqqı məbləğinin onunla bağlanmış əmək müqavilələrində düzgün göstərlmədiyi, əmək haqqının faktiki olaraq 850 manata razılaşdırıldığı iş materiallarında olan sübutlarla müəyyən edilmişdir. Ekspert rəyinə əsasən isə müəyyən olunur ki, iddiaçıya ödənilməmiş əmək haqqının məbləği 18631,62 manat təşkil edir (35811,84-17180,22=18631,62).
48. Azərbaycan Respublikası Əmək Məcəlləsinin - Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri adlanan 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
49. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq 2021-ci ildə Əmək Müfəttişliyinə müraciət etmiş, onun müraciəti əsasında araşdırmalar aparılmış və iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
50. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əmək haqqı ilə bağlı iddia irəli sürmək üçün iddia müddətini ötürməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. (MM-nin 375.2-ci maddəsi)
52. Lakin iddiaçının Əmək Məcəlləsinin prinsiplərinə əsaslanmayan, qeyri-rəsmi razılaşmaya əsaslanan qeyri-rəsmi əmək haqqı ilə bağlı tələbini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən, əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məzuniyyət puluna görə 2656,24 manatın tutlması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyindən göründüyü kimi İddiaçı istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850/30.4 x 95 gün) məbləğində müəyyən edilir.
54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 10710 manat, qeyri-rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 3102 manat, cəmi 13812 manat məbləğində faizin tutulması ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir.
55. Birinci instansiya məhkəməsi tələbin həmin hissəsinə münasibətdə qeyd etmişdir ki, “Qara-Çay” fərdi şirkətinin təsisçilərinin 16 aprel 2021-ci il tarixli qərarına əsasən 16 aprel 2021-ci il tarixdən şirkət fəaliyyətini dayandırmışdır. Qanunvericiliyin tələbinə görə işəgötürənin təqsiri üzündən gecikdirildikdə dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. İşin müəyyən edilən hallarından görünür ki, cavabdeh tərəfindən işçilərə, o cümlədən iddiaçıya əmək haqları müəyyən edilmiş qaydada deyil, gecikdirmələrlə tam olmayaraq verilmişdir. Bu hal əmək haqqlarının cavabdehin iradəsindən asılı olmayan hallara görə gecikdirilməsi kimi qiymətləndirilir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi cərimə borcu hissəsində əsassızdır və təmin edilməməlidir.
56. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin vəkil xərci hissəsində sübut təqdim edilmədiyindən əsassız hesab etmiş və bu hissədə iddianı təmin etməmişdir.
57. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qismən əsaslı hesab etsə də, cavabdehdən nəğd ödəniş olaraq 10200 manatın və əmək haqqı hesabından 3529,07 manat pulun alınmasına dair iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Odur ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən nəğd ödəniş olaraq 10200 manatın və əmək haqqı hesabından 3529,07 manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əmək haqqına görə 18631,62 manat (on səkkiz min altı yüz otuz bir manat altmış iki qəpik) alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-148/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən nəğd ödəniş olaraq 10200 manatın və əmək haqqı hesabından 3529,07 manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əmək haqqına görə 18631,62 manat (on səkkiz min altı yüz otuz bir manat altmış iki qəpik) alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.