Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1434/2023 07.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4048/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş məzmununda ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin Ərizəçi Səyyad oğluna vəsiyyət edilməsi ifadə olunan vəsiyyətnamədə vəsiyyət edən şəxsin, yəni X3 ilə Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 106759 №-li ölüm haqqında şəhadətnamədə qeyd edilən xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş X4 ilə eyni şəxs olması, həmçinin həmin vəsiyyətnamədə vəsiyyət olunan Ərizəçi Səyyad oğlunun onunla eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4048/2023 nömrəli qərardadı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır (hakim Əfqan Ələkbərov). Ərizəçi şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4048/2023 saylı 01 iyun 2023-cü il qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən texniki səhvə yol verilərək ata adı "Sayad" kimi göstərilmişdir. X2 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə verilərkən atasının adı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Səyad kimi qeyd edilmişdir. Bundan əlavə baba adında da uyğunsuzluq mövcuddur. Belə ki, Azərbaycan Respublikası 1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil mərhum babası Ərizəçi İbrahim oğluna məxsus olmuşdur. X1 10 fevral 2001-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunda vəsiyyətnamə ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili ona -Ərizəçi Səyyad oğluna vəsiyyət etmişdir. Babası 05 may 2002-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə babasının adı “X4” kimi qeyd edilmişdir. Qeyd edir ki, atasəı X5 03 yanvar 1957-ci il tarixdə Ermənistan, İcevan rayonunda anadan olmuşdur. 1988-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində atası, babası öz doğma el-obalarından qaçqın düşmüşlər. Bütün sənədlər eləcə də atasının, eləcə də babasının doğum haqqında şəhadətnaməsi, digər sənədləri məlum səbəblərdən işğal olunmuş ərazilərdə qalmışdır. Bu texniki səhvlərə görə hal-hazırda vərəsəliklə bağlı məsələlərdə, evin özəlləşdirilməsi, adına keçirilməsi, dövlət reyetsrində qeydiyyata alınması zamanı problemlər yaranmışdır. Bununla bağlı müvafiq qaydada Sumqayıt şəhər 2 saylı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi və eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıtşəhər 1 saylı Notariat Ofisinə müraciətlər etsə də məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də hal-hazırkı ərizə ilə müraciət etməli olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 4048/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 307-ci maddəsindən görünür ki, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasına xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6.1-ci bəndində qeyd olunmuşdur ki, «Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.» Həmin Qərarın 6.2-ci bəndində qeyd olunmuşdur ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göründüyü kimi, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması ərizənin hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4048/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1434/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1434/2023
07.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver