Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1437/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2782/2023 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli ətraflı abonent kartından görünür ki, Sahibə Qəmbərovanın istifadə etdiyi xidmətlərə görə Cavabdeh ASC-yə 1206,18 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3 saylı reyestr kitabının 4 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı və X1 xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 279 nömrəli arayışından görünür ki, İddiaçı 7-8-12-ci məhəllə, ev 94/A, mənzil 39 ünvanında yaşayır və qeydiyyatdadır. Cavabdeh ASC-nin arayışdan görünür ki, Sumqayıt şəhər, 7-8-12-ci məhəllə, ev 94/A, mənzil 39-da xx.xx.2002-ci il tarixdən X4 adına bağlanmış 30219978 nömrəli müqavilə ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Ünvanda xx.xx.2002-ci il tarixdən 4 nəfər ailə tərkibinə, mart 2023-cü il tarixdən isə 2 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 5-da yerləşən mənzili almış və həmin mənzil üzərində onun mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX 2 saylı ərazi idarəsində qeydə alınmış və onun adına çıxarış verilmişdir. İddiaçı bu mənzildə pasport qeydiyyatındadır. Mənzilə cavabdeh təşkilat tərəfindən sayğac quraşdırılmamışdır və adam sayı əsasında hesablama aparılmışdır. İddiaçı abunə kodunu öz adına dəyişdirmək üçün cavabdeh təşkilata müraciət etdikdə ona bildirilmişdir ki, su sərfıyyatı ilə bağlı borc olduğundan və həmin borc ödənilmədiyindən mənzildə 2 nəfər qeydiyyatda olsa da, təlimata əsasən 4 nəfərin adına borcun hesablanması aparılmış və nəticədə borc 2 dəfə artıq yüksək məbləğlə hesablanma aparmaqla hazırki vaxta iddiaçının 1206 manat borcu yaranmışdır və yalnız həmin borc ödənildikdən sonra kod iddiaçının adına rəsmiləşdirilə bilər. Cavabdeh ASC-nin bu hərəkəti tam qanunsuzdur, belə ki, iddiaçı bu mənzildə qızı Xanəhmədova Mehribanla yaşayır və adambaşına düşən sərfiyyat üzrə borcu da ödəməkdən imtina etmir. Lakin cavabdeh bu vəziyyətdən istifadə edərək iddiaçıdan borcun 4 qatını tələb edir. İddiaçı bu hesablamaya etirazını bildirdikdən sonra bir nəfər üzrə hesablama aparılır. Göründüyü kimi iddiaçıya verilmiş bildirişdə də ailə tərkibinin 4 nəfərdən ibarət olması qeyd edilmiş və aylıq 20 manat borc hesablanmışdır. Təqdim edilmiş abonent kartından da göründüyü kimi hər ay, hər il bu məbləğ dəyişmişdir. İddiaçı cavabdeh tərəfindən hazırki vaxta qədər olan borcuna dair dəqiq hesablama təqdim etdiyi təqdirdə onu ödəməyə etiraz etmir, lakin ondan dörd nəfərin borcunun tələb olunması əsassızdır. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94a-da yerləşən 39 saylı mənzilə əsassız hesablanmış 1206,16 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2782/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi. İddiaçı məxsus ünvan 4 ünvanına hesablanmış 657,19 (altı yüz əlli yeddi manat, on doqquz qəpik) manat borcun abonent hesabından (abonent kodu **********390) silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzilin əvvəlki mülkiyyətçisinin abonent hesabına hesablanmış borca görə məsuliyyətin yeni mülkiyyətçi olan iddiaçının üzərinə qoyulması və həmin 71,4 manat borc məbləğinin iddiaçının abonent hesabına hesablanması əsaslı hesab edilə bilməz. Mənzilin yeni mülkiyyətçisi olan iddiaçı borc barədə məlumatı olmadığından mənzili yüklülüklə qəbul etmiş sayıla bilməz. Məhkəmə əvvəlki mülkiyyətçiyə aid borcun həmin mənzilin yeni mülkiyyətçi olan iddiaçıdan tələb edilməsini eyni zamanda mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 157.4, 425.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6, 2.1.4, 5.1.5-ci bəndləri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh ASC apellyasiya şikayəti verib, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2782/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və ödənilmiş 16.04 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə iddiaçıya məxsus ünvan 5 ünvanına hesablanmış borcun 71,4 manat hissəsi mənzilin iddiaçının sahibliyinə keçməzdən öncəki dövrü əhatə etdiyindən, 585,79 manat hissəsi 4 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablandığından 657,19 manat məbləğində borcun abonent hesabından silinməsini məqbul hesab etmişdir. Hesab edirlər ki, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materialarından göründüyü kimi ünvanda xx.xx.2002-cü il tarixdən X4 adına bağlanmış müqavilə ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunmuşdur. Ünvanda kod açılan tarixdən 4 nəfər ailə tərkibinə, mart 2023-cü il tarixdən 2 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. İddiaçı qeyd olunan mənzili X3 alarkən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsini təmin etməmiş və məhkəmə yalnış olaraq xidmətlərdən istifadə nəticəsində yaranmış 71,40 manat borcun iddiaçıdan tələb edilməsini və iddiaçı tərəfindən illər üzrə 2 nəfər ailə tərkibi haqqında arayışın təqdim olunmamasını nəzərə almayaraq hesablanmış borcu əsassız hesab etmişdir. İddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin yaranmış borcun 4 nəfər ailə tərkibinə uyğun olaraq aparılmasını iddiaçı tərəfindən illər üzrə 2 nəfər ailə tərkibinə uyğun arayışın təqdim olunmadığından xidmətlərdən istifadə nəticəsində yaranmış olduğunu və 71,40 manat borcun iddiaçı tərəfindən X3 alqı-satqı zamanı tam ödənilməməsinin hansı səbəbdən tələb etməməsini araşdırmalı idi. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. , Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 61 (bənd 1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh ASC Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2782/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Hazırkı halda məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi ünvan 1-a dair hüquqlar 2015-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır. Mənzildə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunması ilə bağlı yaranmış borcun 2011-2014-cü illərə aid hissəsi mənzilin iddiaçının sahibliyinə keçməzdən öncəki dövrü əhatə edir. Hazırda həmin borc (71,4 manat) cavabdeh təşkilat tərəfindən mənzilin yeni mülkiyyətçisi olan iddiaçından tələb olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzilin əvvəlki mülkiyyətçisinin abonent hesabına hesablanmış borca görə məsuliyyətin yeni mülkiyyətçi olan iddiaçının üzərinə qoyulması və həmin 71,4 manat borc məbləğinin iddiaçının abonent hesabına hesablanması əsaslı hesab edilə bilməz. Mənzilin yeni mülkiyyətçisi olan iddiaçı borc barədə məlumatı olmadığından mənzili yüklülüklə qəbul etmiş sayıla bilməz. Məhkəmə əvvəlki mülkiyyətçiyə aid borcun həmin mənzilin yeni mülkiyyətçi olan iddiaçıdan tələb edilməsini eyni zamanda mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir. Mmülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. İş materiallarından göründüyü kimi 2015-2023-cü illər ərzində abonentin ünvanına 1171,58 manat borc hesablanmışdır. Həmin borcun 2023-cü il üçün hesablanmış 61 manat hissəsi 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, qalan 1110,58 manat borc isə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmışdır. Halbuki İddiaçı və onun övladı X1 – 2 nəfər olmaqla xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 1110,58 manat borc 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, 585,79 manat (1110,58/2=585,79) məbləğində müəyyən edilməklə, abonent hesabından silinməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında mənzilin onun sahibliyinə keçdiyi 2015-ci il tarixdən yaranmış borcun 2 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmasını mübahisələndirmədiyini və həmin borcun onun tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə belə nəticə gəlmişdir ki, ünvan 1 ünvanına hesablanmış borcun 71,4 manat hissəsi mənzilin iddiaçının sahibliyinə keçməzdən öncəki dövrü əhatə etdiyindən, 585,79 manat hissəsi 4 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablandığından, cəmi 657,19 manat (71,4+585,79) məbləğində borc abonent hesabından silinməlidir. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmənin İddiaçı məxsus ünvan 4 ünvanına hesablanmış 657,19 (altı yüz əlli yeddi manat, on doqquz qəpik) manat borcun abonent hesabından silinməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.birinci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2782/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1437/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1437/2023
20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver