Məhkəmə qərarları › İş №2(105)-144/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-144/2021

04.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-144/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili X13, Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin nümayəndəsi X20 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X14, X15 və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X16, X15 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir (hakim Z.Hüseynov). Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti vermişdir. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Bələdiyyəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(105)-2271/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 saylı qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(105)2271/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7645/2019 saylı, 16 dekabr 2029-cu il tarixli Qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(105)-2271/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək onların xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2333d və B-2333b saylı bağ torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan 2332 saylı bağ torpaq sahəsi eyni ərazini təşkil etdiyindən həmin bağ torpaq sahəsi ilə bağlı X21 ilə X22 arasında bağlanmış 02.07.2006-cı il tarixli, 4Ə-299 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X7 adına qeydiyyata alınmış 09.07.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2333d və B-2333b saylı bağ torpaq sahələrinin mülkiyyətçiləridirlər. Həmin torpaq sahələrindən sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsinə dair Sumqayıt bələdiyyəsinin 30.06.2005-ci il tarixli, 29 saylı qərarı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 saylı, 27.06.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə X23 adına JN-2087B saylı (kod ********), 30.10.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və bundan sonra İddiaçı1 həmin torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə/1-42 saylı, 28.01.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edərək onun adına JN-2703B (kod ********) saylı, 16.02.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Digər sahəsi 0,06 ha olan 2333b saylı bağ sahəsi isə Sumqayıt bələdiyyəsinin 12.07.2005-ci il tarixli, 32 saylı qərarı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1280 saylı, 27.06.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə Məcidov Ədalət Əhməd oğlunun adına JN-2435B saylı (kod ********), 17.12.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və bundan sonra İddiaçı2 həmin torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə/1-43 saylı, 28.01.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edərək İddiaçı2 adına JN-2701B (kod ********) saylı, 16.02.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Onlar qeyd edilən torpaq sahələrinin mülkiyyətçiləri olmaqla vaxtaşırı ora baş çəkmiş, lakin torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. Bu yaxınlarda torpaq sahəsinə baş çəkərkən torpaq sahəsinin ərazisində hasar tikilməsini görmüş və müəyyən etmişlər ki, həmin torpaq sahəsinə başqa bir şəxsin də hüquq müəyyənedici sənədləri mövcuddur. Bundan sonra onlar məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və orada sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də hüquq müəyyənedici sənədləri mövcuddur. 2 saylı Ərazi İdarəsində bildirmişlər ki, torpaq sahələrinin qeydiyyat nömrələri fərqli olsa da (iddiaçılarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. Bununla bağlı məhkəməyə müraciət edilməsinin zəruri olduğunu tövsiyyə etmişlər. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə sorğu göndərilmiş və sorğuya əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 27.12.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqaviləsi əsasında X8 adına qeydiyyata alınmış və 18.06.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN” xidmət mərkəzinin notariusu tərəfindən təsdiq olunmuş 25.06.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 25.06.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında X9 adına qeydiyyata alınmış və 28.06.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 02.07.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyata alınmış və 09.07.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahələri barədə dövlət reyestrində əlavə məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi eyni torpaq sahələrinə fərqli nömrə ilə qeydiyyata alınmaqla başqa şəxsin də adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilmişdir. Hətta sənədlərdə torpaq sahələrinin xəritədən görüntüsünə nəzər yetirdikdə həmin torpaq sahələrinin eyni ərazidə olan eyni torpaq sahəsi olduğu müəyyən edilir. Bu isə onların Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Onların mülkiyyətində olan qeyd edilən torpaq sahələri ilə bağlı qanunsuz aparılan digər əqdlər etibarsız hesab edilməli və onların mülkiyyət hüquqlarına edilmiş qanunsuz müdaxiləyə son qoyulmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək X9 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, adına verilmiş Corat bağlar ərazisində 2332 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi ilə bağlı 25.06.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 25.06.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ torpaq sahəsi ilə bağlı X21 ilə X22 arasında bağlanmış 02.07.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X7 adına verilmiş 09.07.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə çıxarılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, bununla da ədalətsiz məhkəmə qətnaməsi çıxarılmışdır. Belə ki, onların mülkiyyətlərində olan bağ torpaq sahələrini X17 Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə/1-42 saylı və 4Ə/1-43 saylı, 28.01.2006-cı il tarixli alqı-satqı müqavilələri əsasında alaraq adlarına JN-2703B və JN-2701B (kod ********) saylı, 16.02.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əldə etmişlər. Onlar qeyd edilən torpaq sahələrinin mulkiyyətçilərı olmaqla vaxtaşırı oraya baş çəkmiş, lakin həmin ərazidə kommunikasiya və kanalizasiya xətləri olmadığından torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. Həmin torpaq sahəsində hasar çəkilməsi prosesini gördükdə müəyyən etmişlər ki, bu torpaq sahəsinə başqa bir şəxsin də hüquqi sənədləri mövcuddur. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində olduqda orada sənədlərə baxaraq bildirmişlər ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də çıxarışı mövcuddur, torpaq sahələrinin qeydiyyat nömrələri fərqli olsa da (onlarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi və mərhum X24 arasında bağlanmış 27.12.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi sonuncuya icarəyə verilmişdir. Müqavilədən görünür ki, icarə müqaviləsinin müddəti 1991-ci ilədək müəyyən edilmişdir. X24 1998-ci il tarixdə vəfat etmişdir. 25.06.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 25.06.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında həmin bağ torpaq sahəsi X9 adına qeydiyyata alınmış və 28.06.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 02.07.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən həmin bağ sahəsi X7 adına qeydiyyata alınmış və 09.07.2016cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X6 bağlar zonasında sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsinə neçə illərdir qulluq etdiyindən və orada meyvə ağacları əkdiyindən Sumqayıt bələdiyyəsinə müraciət edərək həmin sahənin sənədləşdirilərək mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti nəzərə alınaraq Sumqayıt bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən Corat bağları ərazisində sahəsi 600 kv.m olan 2333d saylı bağ torpaq sahəsinin X23 mülkiyyətinə verilməsi qərara alınmışdır. Tərəflər arasında həmin bağ torpaq sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsi ilə bağlı alqı-satqı və sənədləşmə eyni qaydada Məcidov Ədalət Əhməd oğlu ilə Sumqayıt bələdiyyəsi arasında həyata keçirilmiş və Sumqayıt bələdiyyəsinin 12.07.2005-ci il tarixli, 32 saylı qərarı ilə həmin bağ sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X21 bildirmişdir ki, mərhum atası X24 ilə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 27.12.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi sonuncuya icarəyə verilmiş, atasının sağlığında torpaq sahəsi üzərində 100 ədəd şam ağacı əkilmiş və orada budka da yerləşdirmişdilər. Lakin atası vəfat etdikdən sonra o, torpaq sahəsinə baş çəkməmişdir. 2016-cı ildə qapılarını bir nəfər şəxs döyərək atasının adına torpaq sahəsinin olduğunu və satmaq istəyib-istəməməsini soruşmuşdur. Beləliklə 2000 manat müqabilində torpaq sahəsini həmin şəxsə satmışdır. Lakin sənədlərdən müəyyən olunur ki, İ.Həsənəliyev həmin şəxsə etibarnamə vermiş və həmin şəxs də etibarnamə əsasında torpağın sənədləşmə işlərini həll edərək dövlət reyestrində qeydiyyata aldırmış və bundan sonra X1. Məhkəmə mübahisəli torpaq sahəsinə yerli baxış keçirərkən də orada İ.Həsənəliyevin qeyd etdiyi kimi hər hansı ağac əkilməsi və yaxud budka yerləşdirilməsinin şahidi olmamışdır. Boş torpaq sahəsi və ətrafında vətəndaşlara məxsus bağ sahələri və tikililər olmuşdur. Torpaq sahələrinin üst-üstə düşməsi və digər məsələlərlə bağlı vəsatətləri əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında coxsaylı suallar qoyulmuşdur. Əsasən də o sual qoyulmuşdur ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X24 arasında bağlanmış 27.12.1982-ci il tarixli, 4580 saylı bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi hansı ərazidə yerləşir və cavabdeh X7 hazırda mülkiyyətində olan Corat bağlar ərazisində yerləşən 2332 saylı sahəsi 0,12 ha olan bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X24 arasında bağlanmış 27.12.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin hansı hissəsini təşkil edir. Lakin ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməmiş və suallar üzrə cavabların müəyyənləşdirməsinin mümkün olmadığı qeyd edilmişdir. Cavabdeh X14 verilmiş çıxarışda olan sahənin mübahisəli torpaq sahəsi olduğu göstərilmişdir. Buna əsaslanan məhkəmə də iddianı rədd etmişdir. X5 aldığı mübahisəli torpaq sahəsi X8 27.12.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləsinə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin 0,12 hissəsini təşkil edir. Həmin müqavilədə (yaxud müqavilənin əlavəsində) torpaq sahəsinin koordinatları, yaxud xəritəsi olmadığından həmin sahənin məhz X7 hazırda mülkiyyətində olan torpaq sahəsi olması heç bir mötəbər sübutla təsdiq edilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı uçun tələb olunan sənədlər sırasında bağ sahəsinin planı və ölçüsü qeyd edilmişdir. Onların torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrində və əlavəsində Sumqayıt bələdiyyəsinin 30.06.2005ci il tarixli, 29 saylı qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 saylı, 27.06.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı mövcuddur. Mübahisəli məsələ ilə bağlı analoji proseslər əvvəllərdə məhkəmələrin icraatında olmuş və analoji işlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı mövcuddur və həmin qərarda mübahisəli məsələ ilə bağlı bir sıra hüquqi məsələlər qeyd edilmişdir. Analoji proseslər də hazırki mübahisəli bağ torpaq sahəsi ilə bağlı verilmişdir. Belə ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X24 arasında bağlanmış 27.12.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilənin müddəti 1991-ci ildə bitməsindən sonra onun özü tərəfindən uzadılmamış və yaxud onun vəfatından sonra ailə üzvlərindən heç biri müqavilənin uzadılması ilə bağlı müraciət etməmişlər və bundan başqa həmin bağ sahəsindən istifadə edilməmiş, bağa aqrotexniki qulluq gostərilməmış və bağ sahəsi baxımsız qalmışdır. Hazırki mülki işin müəyyən edilmiş hallarından da görünür ki, İlqar Həsənəliyev mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirilmək üçün müraciət etməmişdir. Yalnız 28.06.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra mübahisəli bağ torpaq sahəsini adına qeydiyyata aldırmış və qısa bir müddətdən sonra 02.07.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi isə mübahisəli bağ torpaq sahəsini X8 adına 18.06.2016-cı il tarixdə qeydiyyata alarkən həmin torpaq sahəsinə dair mərhumun icarə müqaviləsinin hüquqi quvvəsinin olub-olmamasını nəzərə almamışdır. Eyni zamanda həmin bağ torpaq sahəsi ilə bağlı qeydiyyat hərəkətləri aparılarkən artıq torpaq sahəsinin onların qanuni mülkiyyətində olmasına baxmayaraq kobud pozuntuya yol verilərək cavabdehlərin adına rəsmiləşdirərək çıxarış vermişdir. Corat bağlar zonasında yerləşən sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsini X23 və sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsini Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətlərinə verilməsi barədə 30 iyun 2005-ci il tarixli və 12 iyul 2005-ci il tarixli qərarlar qəbul edərkən Sumqayıt bələdiyyəsi tam səlahiyyətli olmuş, yəni həmin bağ torpaq sahələri heç bir şəxsin icarəsində və ya mülkiyyətində olmamışdır. Bu səbəbdən də mübahisəli bağ torpaq sahələrini qanuni yolla əldə etdiklərindən həmin bağ torpaq sahələrinin yeganə mülkiyyətçiləri hesab edilməlidirlər. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddianını təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi əsassız və ədalətsizdir, maddi və prosessual hüquq normalarının aşkar pozuntuları ilə, habelə iş üzrə mövcud olan halların və faktların düzgün qiymətləndirilməməsi ilə çıxarılmışdır. Məhkəmə irəli sürülmüş tələblərə hüquqi qiymət verərkən torpağın hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 2333d saylı bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli, 29 saylı iclasının qərarı ilə X23, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan B-2333b saylı bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli, 32 saylı iclasının qərarı ilə Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmişdir. Sonradan 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhər 6 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqavilələri əsasında Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 2333d saylı bağ torpaq sahəsi İddiaçı1, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan B- 2333b saylı bağ torpaq sahəsi isə İddiaçı2 satılmışdır. Adı çəkilən alqı-satqı müqavilələri əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 2006-cı ilin mart ayında mübahisələndirilən müvafiq bağ torpaq sahələrinə dair iddiaçıların adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Belə olan halda X4 və cavabdeh X9 adlarına qanunsuz şəkildə verilmiş reyestr çıxarışları ilə X9 özünə məxsus olmayan bələdiyyə mülkiyyətinə aid edilərək yuxarıda qeyd olunmuş qaydada özgəninkiləşdirilmiş torpaq sahələrini birləşdirərək X2 qanuni hesab edilə bilməz və tərəflər arasında həyata keçirilmiş torpaq sahəsinə dair alqı-satqı əqdi əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır. Belə ki, cavabdehlərin mülkiyyət hüququ 2016-cı ildə, iddiaçıların mülkiyyət hüququ isə 2006-cı ildə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə bu halı nəzərə almamış, buna qiymət verməmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini rədd etməklə həm onların mülkiyyət hüquqlarını, həm də Sumqayıt bələdiyyəsinin torpaq sahələrinin keçmiş mülkiyyətçisi kimi sahiblik hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, mübahisələndirilən torpaq sahələri Sumqayıt bələdiyyəsinin mülkiyyətində olmuş və qanuni şəkildə X23 və Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmişdir. Belə olan halda cavabdeh X9 bələdiyyə mülkiyyətində olmuş və bələdiyyə qərarları ilə X23 və Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmiş sonuncular tərəfindən də 2006-cı ildə iddiaçılara satılaraq onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş torpaq sahələrini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirməsi və digər şəxsə satması hər hansı şəkildə qanuni sayıla bilmədiyi kimi, bu cür qanunsuz alqı-satqı əməliyyatları nəticəsində torpaq sahələrini əldə etmiş şəxsin də torpağın qanuni alıcısı sayılması əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə iş materiallarında olan sənədlərə və ekspert tərəfindən verilmiş rəyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. İşdə olan sənədlərdən görünür ki, 2332 saylı bağ torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsində torpağın texniki pasportu və sxemi tərtib olunmamışdır. Bununla da X4 adına hüquq müəyyənedici sənəd verilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsində birbaşa göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi X4 və sonradan cavabdehlərin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərkən qanunun tələblərinə zidd olaraq qanunvericiliklə müəyyən edilmiş aidiyyəti dövlət qurumu tərəfindən hazırlanmalı olan torpaq sahəsinin planı və ölçüsü ərizəyə əlavə edilmədən hüquqların dövlət qeydiyyatı həyata keçirilmişdir. Məhkəmə aşkar olan bu kimi faktlara və sübutlara düzgün hüquqi qiymət vermək əvəzinə qanunsuzluğa yol verməyi üstün tutmuşdur. Məhkəmə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin X4 torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirərkən hansı əsasla mübahisələndirilən torpaq sahəsinin məhz həmin torpaq sahəsi olduğu qənaətinə gəldiyini araşdırmamış, eyni zamanda DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin yüklü torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnu dövlət qeydiyyatına almasına da hər hansı hüquqi qiymət verməmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmədə bildirdikləri əsassız olmaqla yanaşı, DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin X4 torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirərkən yol verdiyi aşkar qanun pozuntusunu ört-basdır etmək məqsədi daşıyır. Belə ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün kadastr baza məlumatları hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müxtəlif qurumlarında, o cümlədən DƏDRX-nin 2 saylı Ərazi İdarəsində saxlanılır. Sadəcə olaraq cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndələri lazımi araşdırma aparmadan yüklü torpaq sahəsi üzərində X4 hüququnu dövlət qeydiyyatından keçirmişlər. Məhkəmənin qətnamə çıxararkən ekspert rəyinə istinad etməsini də əsassız hesab edir. Çünki ekspert faktiki olaraq müxtəlif bəhanələr gətirməklə verilən suallara aydınlıq gətirməkdən yayınmışdır. Halbuki iddiaçıların şəhadətnamələri mülkiyyət hüququna dair sənəd olmaqla yanaşı bu sənədlərdə olan məlumatlar, o cümlədən torpağın koordinatları haqqında məlumatlar X27 saxlanılır. Ekspertin guya koordinatları müəyyənləşdirə bilməməsi səbəbindən torpaqların üst-üstə düşüb-düşməməsinə aydınlıq gətirə bilməməsi barədə verdiyi rəy iddia tələblərinin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin məhkəmənin X9 və digər vərəsələrin adlarına verilmiş vərəsəlik hüququna dair şəhadətnamələr barədə münasibətini də düzgün saymır. İşdə olan sənədlərdən də görünür ki, X24 1998-ci ildə vəfat etdiyi halda vərəsəlik hüququna dair sənədlər 2016-cı ildə tərtib olunmuşdur. Halbuki mübahisələndirilən torpaq sahəsi həmin vaxtadək iddiaçıların faktiki istifadəsində olmuşdur. Bütün bu hallar məhkəmənin işə qərəzli şəkildə yanaşdığını, obyektiv və hərtərəfli məhkəmə baxışının həyata keçirilmədiyini göstərir. Bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin iddiaçılarla yanaşı, Sumqayıt bələdiyyəsinin də hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi məhkəmə sadalanan qanun normalarını tətbiq edərək iddiaçıların iddia tələblərinə düzgün hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Cavabdeh X9 da etiraf etdiyi kimi torpaq sahəsindən atası istifadə etmişdir. Atası vəfat etdikdən sonra isə bağa gedib-gələn olmamışdır. Eyni zamanda iş materiallarında X4 da torpaqdan vəfat edənədək istifadəsini təsdiq edən hər hansı sübut yoxdur. X24 ilə 2332 saylı bağ torpaq sahəsinə dair torpaq icarə müqaviləsi 27 dekabr 1982-ci il tarixdə bağlanılmış və qüvvədə olma müddəti 1992ci il tarixədək nəzərdə tutulmuşdur. 1992-ci il tarixdən sonra nə X24, nə də onun ailə üzvləri torpaqdan istifadə etməmişlər. Bu səbəbdən 2332 saylı bağ torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun normaları əsasında X8 əvəzsiz mülkiyyətinə verilə bilməzdi və DƏDRX-nin 2 saylı Ərazi İdarəsi X8 hüququnu dövlət qeydiyyatına alarkən aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə sadalanan qanun normalarını düzgün tətbiq etməyərək sözügedən torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq yaranmış mülkiyyət hüququnu tamamilə nəzərə almamışdır. Ona görə də qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsni, Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)- 105/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsni, Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)- 105/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili X26 da məhkəmə iclasında iddiaçıların apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin nümayəndəsi X30 bələdiyyənin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehlər X25, X21 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də cavabdehlər və nümayəndələr məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli, 29 saylı qərarının surətindən görünür ki, Corat bağları ərazisində sahəsi 600 kv.metr olan 2333D saylı bağ torpaq sahəsi X23 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli, 32 saylı qərarının surətindən görünür ki, Corat bağları ərazisində sahəsi 600 kv.metr olan 2333B saylı bağ torpaq sahəsi Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhəri 6 saylı notariat kontorunda bağlanılaraq 4Ə/1-42 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X23 adından etibarnamə əsasında çıxış edən İddiaçı2 Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333d saylı, 0,06 ha bağ sahəsini İddiaçı1 4600 manata satmışdır. İş materiallarında olan 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhəri 6 saylı notariat kontorunda bağlanılaraq 4Ə/1-43 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Məcidov Ədalət Əhməd oğlu Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 0,06 ha torpaq sahəsi olan B-2333b saylı bağ sahəsini İddiaçı2 4600 manata satmışdır. İş materiallarında olan JN-2703B saylı, kodu 30900016 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri 6 saylı notariat kontorunun 28 yanvar 2006-cı il tarixli, 4Ə/1-42 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333d nömrəli 0,06 ha bağ sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-2701B saylı, kodu 30900016 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri 6 saylı notariat kontorunun 28 yanvar 2006-cı il tarixli, 4Ə/1-43 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333b nömrəli 0,06 ha bağ sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş 25 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 noyabr 1998-ci il tarixdə ölmüş X8 vərəsələri X18, X21 və X10r, mirasdan hər biri 1/3 hissədə pay almalıdır, miras əmlak Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2332 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 25 iyun 2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılaraq 3M-676 sayla reyestrdə qeydə alınmış miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X18 və X19 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını X15 bağışlamışlar. İş materiallarında olan Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 adına 28.06.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 02 iyul 2016-cı il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə/299 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X9 adından etibarnamə əsasında çıxış edən Mirzəağayev Elşən Sabir oğlu ünvan 2 ünvanda yerləşən umumi sahəsi 0,12 ha torpaq sahəsini X14 12.000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlarıərazisi, 2332 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrəX7 adına 09.07.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2332 saylı bağ torpaq sahəsinə dair sənədlərdən görünür ki, Bağ sahələrinin və tikililərin uzunmüddətli icarəyə verilməsinə dair 4580 saylı 27 dekabr 1982-ci il tarixli müqaviləyə əsasən Corat bağları ərazisində yerləşən sahəsi 0,20 ha olan 2332 saylı bağ sahəsi 5 nəfər ailə tərkibində X8 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2332 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 adına 18.06.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş 08 yanvar 2019-cu il tarixli, 32296 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhər X40 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 27.12.1982-ci il tarıxli, 4580 saylı bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim olunmadığından hansı ərazidə yerləşdiyini müəyyənləşdirmək mümkün olmamışdır. X7 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha 2332 saylı bağ sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsində uyğun gəlir. X7 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışın verilməsinə baxmayaraq Sumqayıt şəhər X40 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmış 27.12.1982-ci il tarixli, 4580 saylı bağ sahəsinin və tikililərın uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim olunmadığından hansı hıssədə yerləşdiyini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 Zakır oğlunun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B2333b nömrəli bağ torpaq sahələri ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 Zakır oğlunun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK-si tərəfındən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə daır JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordınatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, X7 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində 0,12 ha torpaq sahəsinin Torpağın mülkiyyət verılməsinə dair RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşüb düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə sasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X11 şikayəti iləəlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldəetdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qanunvericiliyin tələblərinə əsasən əgər mülkiyyətçi etibarnamə əsasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi və s. hərəkətləri etməyi şəxsə etibar edirsə, həmin şəxs də etibarnamə əsasında əmlakı başqa şəxsə satırsa, mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X22 vicdanlı əldə edən olduğundan, onunla X21 arasında bağlanmış 02 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Bundan başqa müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq cavabdeh X7 istifadəsindədir və mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha 2332 saylı bağ sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 adına 18.06.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmış, onun ölümü ilə əlaqədar vərəsələri X18, X21 və X19 olmuş, X18 və X19 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını X15 bağışlamışlar. Eləcə də iş materiallarından görünür ki, iddiaçılar mübahisəli torpaq sahəsinin X8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirməmişlər. X3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin daşınmaz əmlakın X8 mülkiyyətində olması əsası ilə verilmiş və bundan sonra digər əməliyyatlar aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, nə birinci instansiya, nə də ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış ekspertiza rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə zidd olaraq birbaşa şəkildə heç bir qiymətləndirilmə aparılmadan sübut kimi qəbul edilmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən ekspertiza rəyinin qanunsuzluğu ilə bağlı dəlilləri aydınlaşdırmalı idi. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya kollegiyası sübutların məzmununa qiymət vermədən onların maddi hüquq normalarının tələblərinə uyğun olaraq tərtib edilib-edilməmələrinin araşdırılması baxımından qeyd edir ki, ekspertiza rəyi iddiaçıların mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə (JN 2703B kod 30900016 və JN2701B kod ********) əks olunmuş sxemə uyğun olaraq deyil, ondan fərqli olan və vətəndaşın həqiqiliyini müəyyən etmək imkanı olmayan daxili məlumatlara əsasən aparılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi ilə nəzərdə tutulmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası baxımından qanunauyğunluğuna qiymət verilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, ekpertiza rəyi iddiaçılar tərəfindən həmin torpaq sahələrinin ilkin torpaq ayırma sxeminin təqdim olunmadığına əsaslanılsa da həmin arxiv sənədlərinin aidiyyəti orqandan tələb edilməsi üzrə ekspert tərəfindən hər hansı vəsatət verilmədən tərtib edilmişdir. Eyni zamanda iddiaçıların şəhadətnamələrində əks olunmuş yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuluqların olması qeyd edilsə də bu uyğunsuzluğun nədən ibarət olması, şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olması açıqlanmamışdır. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş 10/509 saylı, 25 fevrai 2021-ci il tarixlti ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0.06 ha olan 2333d nömrəli bağ torpaq sahəsi ləğv edilmiş DTXK tərfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 2703B Kod 30900016 şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamənin yerləşmə sxemi ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib yerləşməmisini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0.06 ha olan B-2333b nömrəli bağ torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-27Ö1B Kod 30900016 şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamənin yerləşmə sxemi ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2332 sayh torpaq sahəsinin yerdə (naturada) müəyyən edildi və sərhədləri RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ayrılmaz hissəsi olan plan ölçüsündə göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin planına uyğun gəlir. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağları ərazisi 2332 saylı torpaq sahəsinin yerdə (naturada) müəyyən edildi, lakin Sumqayıt şəhər X40 İcraiyyə komitəsinin Bağ Təsərrüfatı idarəsi tərəfindən verilmiş 27.12.1982-ci si tarixli, 4580 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilədə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim edilmədiyindən hansı hissəsini təşkil etdiyini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.metr olan 2333d və B- 2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan X7 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində Ö.12 baa torpaq sahəsi Torpağın mülkiyyət verilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş torpaq sahəsinin pian ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.metr olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan hazırda mübahisələndirilən bağ sahəsinin ölçüləri və sərhədləri ilə eynilik təşkil edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mülki iş materiallarında torpaq sahəsinə dair baza məlumatları olmadığından, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçılar mübahisəli torpaq sahəsinin onlara məxsus olmasını iddia etsələr də bunu əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmşlər. İş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, mübahisəli torpaq sahəsi cavabdeh X14 məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2332 sayh torpaq sahəsi yerdə (naturada) müəyyən edildi və sərhədləri RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ayrılmaz hissəsi olan plan ölçüsündə göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin planına uyğun gəlir. Yəni iddiaçılar cavabdehə məxsus torpaq sahəsinin onlara məxsus torpaq sahəsi ilə eynilik təşkil etdiyini və ya üst-üstə düşdüyünü sübut edə bilmirlər. Bundan başqa iddiaçılar mübahisəli torpaq sahəsinin X8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirməmişlər. Halbuki digər əməliyyatlar, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, bağışlama, alqı-satqı müqaviləsi və s. hərəkətlər, əməliyyatlar məhz onunla əlaqədardır və ondan sonra yaranmışdır. X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırda qüvvədədir, belə olduqda ondan doğan hüquqi nəticələrin ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)- 105/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. İddiaçılar İddiaçı1 və İddiaçı2dan 50 (əlli) manat pul tutulub Dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X12, Kod 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba, 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat pul tutulub “xxxx” ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar