Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1440/2021 02.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı qaz istehlakına görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı “İddiaçı” İB tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında istifadə edilmiş təbii qaza görə yaranmış 98,10 manat borc məbləğinin, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 540 manat itirilmiş qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 668,50 manat məbləğin tutularaq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən istehlak edilmiş təbii qaza görə yaranmış 98,10 manat borc məbləğinin, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə 90 manat itirilmiş qazın dəyərinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 218,5 manat məbləğində pulun tutularaq “İddiaçı” İstehsalat Birliyinin hesabına köçürülməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “İddiaçı” İB apelyasiya şikayəti vermiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim E.Hümbətov) Qərardaddan narazı qalan iddiaçı “İddiaçı” İB şikayət verərək, onun ləğv edilməsini və qətnamədən verilmiş apelyasiya şikayətinə baxılması üçün işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı “İddiaçı” İB şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/20 saylı, xx.xx.2020-ci il tarixli qətnmaməsi xx.xx.2020-ci il tarixdə “İddiaçı” İB-nə daxil olmuş və qurum tərəfindən qətnamədən apelyasiya şikayəti verilərək xx.xx.2020-cii il tarixdə “Azəri Express” poçt xidməti vastəsi ilə Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Təkrarən xx.xx.2021-ci il tarixli “Azəri Express” poçt xidməti (Qaimə № 568980) vastəsi ilə Şamaxı Rayon Məhkəməsinə göndərilmiş kuryer tərəfindən zərfin üzərinə “dəftərxana müdiri Müşviq Bağırov imtina etdi” qeyd edərək zərfi Ağsu RQİİ-nə qaytarmışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş və şikayət heç bir əsas olmadan geri qaytarılmıdşır. Buna görə də qərardad ləğv olunmalı, qətnamədən verilmiş apelyasiya şikayətinə baxılması üçün işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. İddiaçı “İddiaçı” İB məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Cavabdeh isə məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan mübahisənin həll edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan (i.v. 63) poçt xəbərnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi tərəflərə göndərilmiş və “İddiaçı” İB-nin Həsənova soyadlı əməkdaşı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanmaqla alınmışdır. İddiaçı “İddiaçı” İB-nin apelyasiya şikayətindən görünür ki, onun qətnamədən verdiyi apelyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı ödəmə qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin hesabına 15 manat dövlət rüsumu ödənilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 776/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surəti xx xxxxxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. İş materaillarının 63-cü səhifəsində olan xəbərnamədən görünür ki, qətnamə “İddiaçı” İB-nin Həsənova soyadlı əməkdaşı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanmaqla alınmışdır. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddiaçı tərəfindən Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin təqdim edildiyi günün sabahı, yəni xx xxxxxx 2020-ci il tarixdən başlanmışdır. Lakin onun verdiyi şikayət xx xxxxxx 2020-ci tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, məhkəmənin qətnaməsini aldıqdan sonra cavabdeh tərəfindən apelyasiya şikayəti 1 ay müddətində deyil, 3 gün sonra verilmiş və qanunla müəyyən edilmiş apelyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Bundan başqa, iddiaçının apelyasiya şikayətindən görünür ki, apelyant Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir, halbuki bu qətnamə ilə onun iddiası qismən təmin edilmişdir və hazırkı işdə ilk və ya qarşılıqlı iddiadan söhbət getmir, mübahisə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Başqa sözlə, apelyasiya şikayəti MPM-nin 361.1.4-cü maddəsinin tələblərinə cavab vermir. Digər tərəfdən, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi xx xxxxxxx 2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı tərəfindən dövlət rüsumu xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hazırkı işə tətbiq edilə bilməz. Başqa sözlə, iddiaçı tərəfindən hazırkı apelyasiya şikayətinin verilməsi üşün qanunla nəzərdə tutlmuş məbləğdə dövlət rüsumu da ödənilməmişdir ki, bu da MPM-nin 363.1.2-ci maddəsinin tələblərini pozulması mənasına gəlir və şikayətin geri qaytarılması üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçı “İddiaçı” İB-nin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən iddiaçı “İddiaçı” İB tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı “İddiaçı” İB-nin şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1440/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1440/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver