Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1442/2022 29.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN xidmət” Mərkəzinin notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(074)-835/2021 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN xidmət” Mərkəzinin notariat ofisinin notariusuna qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, 2V-239 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli və 2V-238 reyestr nömrəli, xx.xx.2021 tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 3M-76 reyestr nömrəli, xx.xx.2021 tarixli, 3M-77 reyestr nömrəli, xx.xx.2021 tarixli miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.06 ha. torpaq sahəsi üzərində fərdi yaşayış evinə miras payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum atası Cavabdeh2 Cahangir oğluna məxsus Şamaxı rayonu, Cabani kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi vardır. Atası vəfat etmiş və hal-hazırda 0.06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi 2V-239 reystr nömrəli, xx.xx.2021-ci il tarixli və 2V-238 reystr nömrəli, xx.xx.2021 tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 3M-76 reystr nömrəli, xx.xx.2021 tarixli, 3M-77 reystr nömrəli, xx.xx.2021 tarixli miras payın bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Dövlər Reyster Xidmətində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi onun bir vərəsə kimi xəbəri olmadan və qanun pozuntusu ilə həyata keçirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarında olan 26 aprel 2011-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Qasımov X11 rayononu, Cabani kəndində yerləşən yaşayış evi, həyətyani torpaq sahəsi və 1,96 ha pay torpaq sahəsini Cavabdeh2 vəsiyyət etmişdir. AZ-İİ № 097106 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Cahangir oğlu xx.xx.2011-ci ildə ölmüşdür. AZ-İİ № 159447 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2014-cı ildə ölmüşdür. AZ-İİ № 140129 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə ölmüşdür. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Cabani kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 257 saylı arayışdan görünür ki, Cavabdeh2 Cahangir oğlu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi Şamaxı rayonunun Cabanı kəndində onunla birgə yaşamış, sağlığında və vəfat etdikdən sonra qeydiyyatda olan vərəsəsi- X17 - xx.xx.2014 il tarixdə vəfat edib. Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 129 saylı çıxarışının surətindən görünür ki, Şamaxı RİH-nin Dzerjinovka kəndi İƏD nümayəndəliyinin 1962-1965-ci illərin Cabanı kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Cabanı kənd sakini şəxsi hesab №si 344 olan Cavabdeh2 Cahangir oğlunun təsərrüfatında ailə tərkibi aşağıdakı qaydada qeyd edilmişdir-Cavabdeh2 Cahangir oğlu 1922-ci il ailə başçısı; X5-1923-cü il arvadı; X31- 02.09.950-ci il oğlu; X28- xx.xx.1952-ci il oğlu; İddiaçı- xx.xx.1958-ci il oğlu; X29xx.xx.1960-cı il qızı; X24- xx.xx.1962-cı il qızı; X22- xx.xx.1966-cı il qızı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, mərhum Cavabdeh2 Cahangir oğluna məxsus Şamaxı rayonu, Cabanı kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Şamaxı regional “ASAN” Xidmət mərkəzinin notariat ofisinin 2V-239 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli və 2V-238 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-76 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, 3M-77 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın Dövlət reyestrində **********45 reyestr nömrə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Cabani kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 258 saylı arayışdan görünür ki, X17 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat edənə kimi, Cabanı kəndində qeydiyyatda olub və aşağıdakı varisləri arvadı- X6, qızı- X14, qızı-X9, qızı- X18 qalmışdır. xx.xx.2021-ci il tarixli, 2V-238 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şamaxı regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X12 xx.xx.2011-ci il tarixdə vəfat etmiş - Cavabdeh2 Cahangir oğlunun vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik, hüquqlarını rəsmiləşdirmədən xx.xx.2014-cü ildə vəfat etmiş oğlu X10 vərəsələri: Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan X7, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan Cavabdeh2, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan X13, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olan X18 və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlaklar: DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********4510301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 97.6 kv/m olan fərdi yaşayış evi və DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabani kəndində yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.6357 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 1.327 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. xx.xx.2021-ci il tarixli, 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şamaxı regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu xx.xx.2016-cı il tarixdə vəfat etmiş – X1 xx.xx.2014cü ildə vəfat etmiş oğlu- X10 təmsilçilik üzrə vərəsələri: Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan Cavabdeh2, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan X13, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olan X18 və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlaklar: DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X3 verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X3 verilmiş **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabani kəndində yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X3 verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəsi 0.6357 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh2 Cahangir oğluna verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Cabanı kəndində yerləşən ümumi sahəs 1.327 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. X14 və X9 tərəfindən X4 verilmiş xx.xx.2021-ci il tarixli, AR-İİ № 185683 saylı etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə harda yerləşməsindən asılı olmayaraq onların əmlakları üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, bölgü planını imzalamağı, bu tapşırğın yerinə yetirilməsinə ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişlər. Etibarnamə 10 il müddətinə verilmişdir. X18 tərəfindən X4 verilmiş xx.xx.2021-ci il tarixli, AR-İİ № 207494 saylı etibarnamənin surətindən görünür ki, həmin etibarnmə ilə harda yerləşməsindən asılı olmayaraq onların əmlakları üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, bölgü planını imzalamağı, bu tapşırğın yerinə yetirilməsinə ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişlər. Etibarnamə 1 il müddətinə verilmişdir. xx.xx.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”ndən görünür ki, X9, X8 və X2 regional “ASAN” Xidmətində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2V-238 nömrəli reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Şamaxı rayonunun Cabanı kəndi əraizisində 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 97.6 kv.metr olan yaşayış evı, Şamaxı rayonunun Cabanı kəndi əraizisində yerləşən 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahələri üzrə vərəsəlik qaydasında onlara keçmiş paylarını Cavabdeh2 bağışlamışlar. xx.xx.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”ndən görünür ki, X9 və X2 regional “ASAN” Xidmətində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2V-239 nömrəli reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Şamaxı rayonunun Cabanı kəndi əraizisində 0.06 ha torpaq sahəsi və onu üzərində yerləşən ümumi sahəsi 97.6 kv.metr olan yaşayış evı, Şamaxı rayonunun Cabanı kəndi əraizisində yerləşən 0.11 ha, 0.6357 ha və 1.327 ha torpaq sahələri üzrə vərəsəlik qaydasında onlara keçmiş paylarını Cavabdeh2 bağışlamışlar. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.6357 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, xx.xx.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********46 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.11 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, xx.xx.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********75 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 1.3270 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, xx.xx.2021-ci il tarixl, ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45- 10301 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0.06 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(074)-835/2021 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional “ASAN xidmət” Mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 2V-239 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli və 2V-238 reyestr nömrəli, xx.xx.2021 tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və 3M-76 reyestr nömrəli, xx.xx.2021 tarixli və 3M-77 reyestr nömrəli, xx.xx.2021 tarixli miras payın bağışlama müqavilələri qanunvericiliyin tələblərinə uyğun olduğundan və onların etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 1133.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1252, 1262, 1263, 1273-1, 1321.1, 1321.2, 1321.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2,77.1,107,217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(074)-835/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 9, 14, 77, 88, 217-ci maddələrinin tələbləri pozulmuş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və miras payın bağışlama müqavilələri onun bir vərəsə kimi xəbəri olmadan, qanun pozuntusu ilə həyata keçirilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Yazılı etirazda qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən və iş materiallarında olan sənədlərdən aşkar görünür ki, iddiaçı onun yaşadığı evə qeydiyyatda deyil və o həmişə onlara qonaq kimi gəlib-getmişdir. İddiaçı onun əmisidir və bu mənada onun həmişə hörmətini saxlamışdır. Onun ata və anasının (yəni onun baba və nənəsinin) hüzr mərasimlərini də özü yola vermişdir. Bu mübahisəli ev vəsiyyətnamə ilə ona verilmişdir. İddiaçı ilə aralarında yaranmış bu mübahisənin əsas səbəbi odur ki, o içki düşkünüdür, yaşadıqları evə gələrkən biraz spirtli içki qəbul etdikdən sonra özünü çox pis aparır, danışığında çoxlu küçə söyüşləri işlətdiyinə görə ona ciddi etiraz etmişdir və onların evində söyüş işlətməməsini ona bildirmişdir. İddiaçının Bakı şəhəri Qaraçuxur qəsəbəsində yaşayış evi vardır və onun evinə hər hansı hüququ yoxdur. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçınin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasınin əvvəlki iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Şamaxı regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(074)-835/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1442/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1442/2022
29.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver