Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1447/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh «xxxxxxxx» X9 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» X8rşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1918/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-1918/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli tarixli qətnaməsi ilə iddia təmin olunmuş, «xxxxxxxx» ASC tərəfindən İddiaçı abunə koduna (**********900017) hesablanmış 2700 manat məbləğində borcun həmin hesabdan silinməsi qət edilmişdir (hakim R.Həsənov). Qətnamədən cavabdeh «xxxxxxxx» ASC apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1918/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” ASC tərəfindən **********900017 nömrəli abonent koduna əsassız olaraq hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, atasına məxsus Quba rayonu, Zərqova kəndində yerləşən yaşayış evində yaşayır. Atası X3 xx xxx 2017-ci ildə vəfat etmişdir. «xxxxxxxx» ASC tərəfindən həmin evə **********00017 nömrəli sayğac quraşdırılmışdır. «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş və maqnit vasitəsi ilə sayğacın hesab mexanizminin dayandırılması müəyyən edilmişdir. Bunun əsasında abonentə 2700 manat məbləğində borc hesablanmış və hər ay müəyyən məbləğdə ödəniş edilməsi üçün qrafik hazırlanmışdır, halbuki sayğac evdən kənarda yerləşdirilmiş və ona heç bir müdaxilə olunmamışdır. «xxxxxxxx» ASC-nin qanunsuz hərəkətləri nəticəsində onun istehlakçı kimi hüquqları pozulmuş və üzərinə qanunsuz olaraq borc ödəmək vəzifəsi qoyulmuşdur. Qeyd olunan mübahisənin həll edilməsilə əlaqədar olaraq məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh “xxxxxxxx” ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Mübahisə həll edilərkən məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuş, qurumun nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Həmçinin, məhkəmə qətnamədə iş üzrə təqdim edilmiş sübutlara düzgün münasibət bildirməmişdir. Abunə haqqında çıxarışdan və tərtib olunmuş aktdan müəyyən edilir ki, xx xxxx 2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən xüsusi maqnit vasitəsi ilə sayğacın mexaniziminin dayandırılması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qaydaları’nm (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq eyni tarixli, 140891 saylı akt tərtib edilərək 2610,72 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Abunə haqqında çıxarışdan bir daha görsənir ki, tərtib olunmuş akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə iddiaçıya 2610,72 manat məbləğində hesablaşma aparılmışdır. İddiaçının isə xx.xx.2019-cu il tarixə 1913 manat borcu vardır. Məhkəmə isə heç bir araşdırma aparmadan, təqdim olunmuş sübutlara qiymət vermədən əsassız qətnamə qət etmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, İddiaçı qeyd olunan mənzildə X1 etməklə enerji təchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nm tələbinə uyğun istifadə etməli idi. EEİQ-nm 9.1-ci maddəsinin tələbinə əsasən istehlakçı sərəncamdakı elektrik qurğularının texniki vəziyyətinə, təklükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərinin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqınin vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iş üzrə yanlış hüquq normalarına istinad etməklə və cavabdeh tərəfin məhkəmə prosesində iştirakını təmin etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Mülki Prosesual Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə məhəl qoyulmayaraq kobud maddi və prosesual hüquq pozuntularına yol verərək əsassız qətnamə qət etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdeh «xxxxxxxx» X9 nümayəndəsi X15 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, iddiaçı sayğaca müdaxilə faktı aşkar edildikdən sonra hesablanmış borc məbləği razılaşıb və elektrik enerji haqqının qarafik üzrə ödənilməsi barədə tərtib edilmiş razılıq protokolunu imza eləmiş və bundan sonra həmin borc məbləğindən 700 manatı dərhal ödəmişdir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı vəkili X18 apelyasiya şikayətini qəbul etmədiyini bildirərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrsinə baxmayaraq, iddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Yenə iş materiallarında olan Quba RİHB-nin Zərqava kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 294 nömrəli arayışından görünür ki, X3 2017-ci il tarixdə vəfat etmiş və vərəsələri sırasına arvadı-X5, qızı- X4, qızı- X6 və oğlu-İddiaçı daxildir. İş materiallarında əlavə edilmiş «xxxxxxxx» ASC-nin xx xxxx 2019-cu il tarixli, 140891 nömrəli aktından görünür ki, abonentə məxsus ********** nömrəli sayğaca baxış keçirilərkən xüsusi maqnit vasitəsi ilə sayğacın hesab mexanizminin dayandarılması aşkar edilmişdir. Yenə iş materiallarına əlavə edilmiş «xxxxxxxx» ASC-nin xx xxxx 2019-cu il tarixli protokolundan və abunə ödənişindən görünür ki, İddiaçı «xxxxxxxx» ASC-yə olan 2700 manat məbləğində borcunu qrafik üzrə ödənilməsini öz öhdəsinə götürmüş və həmin gün 700 manat ödəniş etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətitəmin edilməli,Quba Rayon Məhkəməsinin 2(027)-1918/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, abonent kodu **********00017 olan İbadulla Yarəliyevə məxsus evdə yerləşən ********** nömrəli sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xüsusi maqnit vasitəsi ilə sayğacın mexanizimi dayandırılmışdır. Bununla bağlı «xxxxxxxx» ASC-nin əməkdaçları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qaydaları’nm 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx xxxx 2019-cu il tarixli, 140891 saylı akt tərtib etmişlər və 2106,70 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Abonent İddiaçı bu aktla razılaşmış və bərpa edilmiş elektrik enerjisinin dəyərindən ödəmələr etmişdir. Belə ki, abonent saldosundan da görünür ki, akt tərtib edildikdən sonra, abonent xx xxxx 2019-cu il tarixdə «xxxxxxxx» ASC-nin hesabına 700 manat birdəfəlik ödəniş etmişdir. Lakin xx xxxx 2019-cu il tarixdə Ş.Yarəıliyev hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, borcun əsassız olduğunu bildirərək onun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qeyd edildiyi kimi, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən pnun yaşadığı evdə yerləşən elektrik sayğacına müdaxilə edilmiş, elektrik enerjisindən dəyəri ödənilmədən (2106,70 manat) istifadə edilmiş, işlək sayğac yararsız hala salınmışdır. Bu hal isə istehlakçı qurumun əməkdaşları tərəfindən aktlaçdırılmış və abonent bununla razılaşaraq akt tərtib edilən gün 700 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, abonentin kənar müdaxiləsi nəticəsində dəyəri ödənilməyən və istehlak edilən elektrik enerjisnin dəyəri, habelə istifadəyə yarasız hala salınmış sayğacın dəyəri yuxarıda qeyd edilən Qaydalara əsasən abonent tərəfindən enerjitəchizatı müəssisəsinə ödənilməlidir və bu cür borclar əsassız hesab edilə bilməz. İş materiallarından görünür ki, baş vermiş pozuntuya görə məsuliyyəti məhz abonent kimi İddiaçı daşıyır. Bu halı abonentin hadisə baş verən gün bir dəfəyə 700 manat ödəniş etməsi bir daha təsdiq edir. Bu baxımdan məhkəmə kollegiyası onun iddiasını əsassız hesab edir və belə qənaətə gəlir ki, bu iddia təmin oluna bilməz. Başqa sözlə, İddiaçı iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, habelə mübahisəni tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun gəlmir. Borcun əsassız yerə hesablanması barədə İddiaçı dəlilləri iş materialları ilə təkzib olunur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X19 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X20rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. AR MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1918/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh «xxxxxxxx» X8rşı borcun silinməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün «xxxxxxxx» ASC tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı tutularaq, «xxxxxxxx» ASC–yə qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1918/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh «xxxxxxxx» X8rşı borcun silinməsi barədə iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün «xxxxxxxx» ASC tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı tutularaq, «xxxxxxxx» ASC–yə verilsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1447/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1447/2020
16.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver