Məhkəmə qərarları › İş №2(105)-1449/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1449/2021

07.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1449/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi, iddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X5) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba rayon notariat kontoruna (hal-hazırda 23 saylı notariat ofisinin) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbinin təmin edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X10 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1 qət edilmişdir. Məmmədağa oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X5) sahibliyinə qaytarılması qət edilmişdir. Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontorunun xüsusi notariusu X10 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ Ns ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X5) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı 23.07.2012-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı5 və X2 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2-323 saylı iş üzrə 12.06.2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı5, X3 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRXnin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı5, X3 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı 18.04.2013-cü il tarixli HDQH DƏDR-dən çıxarışa və AA 028654 saylı 18.04.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi X3, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (X5) ümumi birgə xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri ailə üzvləri olan X3 14.05.2019-cu il tarixdə vəfat etmişdir. Ə.S.Musayevanın vərəsələri, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və əri İddiaçı5dur. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qəran, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanlan, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onlann vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin buna baxmayaraq, Quba rayon Məhkəməsinin 2-323 saylı iş üzrə 12.06.2006-cı il tarixli qətnaməsinin qismən ləğv edilmiş hissəsinə istinad edərək AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə Cavabdeh1 Seriya MH № ******* olan 09.08.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarış verilmişdir. Cavabdeh1 həmin çıxarış əsasında Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən 4Ə2443 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən onlara məxsus olan Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qeyri-qanuni olaraq Cavabdeh2 satmışdır. Cavabdeh2 isə Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirərək həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı 13.03.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarışı və A № 252480 saylı 12.03.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)- 588/2012 saylı 23 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Quba rayonu, İ Nügədi kəndindəki 1,06 ha, o cümlədən 0,6297 ha torpaq sahəsi üzərində qanunsuz tanınmış mülkiyyət hüququna xitam verilmişdir. Buna baxmayaraq, Cavabdeh1 saxtakarlıq edərək sözügedən torpaq sahəsini Cavabdeh2 satmışdır. Cavabdeh1 tərəfindən sözügedən torpaq sahəsini Cavabdeh2 satılmaqla, DƏDRX-nin 5 saylı Şirvan Ərazi İdarəsi tərəfindən isə həmin torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona Seriya RX ******* saylı 13.03.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarış verilməklə, Mülki Prosessual Məcəllənin 15.2-ci və 82.3-cü maddələrinin, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4cü maddəsinin tələblərini pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX ******* saylı, 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaslanaraq Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.6297 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Qusar rayonu notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 05 may 2020-ci il tarixli, 4Ə-792 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. Həmin müqavilə əsasında Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.6297 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsasında X4 adına 13 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ Cavabdeh2 tərəfindən itirilmiş və bu halda gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl torpaq sahəsinin cavabdehin mülkiyyətində olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və beləliklə də qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmalıdır. Lakin bu hallar məhkəmə tərəfindən araşdırılmadığından qətnamə ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. O, həmçinin izahatında göstərdi ki, iddiaçılar artıq müstəqil qaydada Cavabdeh2la Əbülfəz Məmmədli arasında bağlanmış 05.05.2020-ci il tarixli alqısatqı müqaviləsini və onun əsasında verilmiş çıxarışı mübahisələndirmişlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçıların nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tələbinin əsaslı olması, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə JN 1148 saylı dövlət aktı ilə iddiaçılara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini Cavabdeh1 alqı-satqı qaydasında satılmasına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi və sonuncunun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan üçüncü şəxs DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). İşdən görünür ki, İddiaçı5 və Əntiqə Musayevanın apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 23.07.2012-ci il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin 12.06.2006-cı il tarixli qətnaməsi ləğv edilməklə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı5, X3 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRXnin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bundan sonra reyestr xidməti tərəfindən hər iki iş üzrə iddiaçıların adına 18.04.2013cü il tarixdə müvafiq çıxarış verilməsinə baxmayaraq Cavabdeh1 03.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçılara məxsus torpaq sahəsini iş üzrə digər cavadeh Cavabdeh2 satmış və sonuncu da öz növbəsində bu müqaviləyə əsasən 13.03.2018-ci il tarixdə çıxarış almışdır. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasına əsas olmuş 12.06.2006-cı il tarixli məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin 23.07.2012-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və həmin torpaq sahəsinə 18.04.2013-cü il tarixdə iddiaçıların mülkiyyət hüquqlarını tanındığından, Cavabdeh1 həmin torpaq sahəsini digər cavadeh Cavabdeh2 satmasına dair 03.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, qeyd olunan çıxarış alqı-satqı müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməli və torpaq sahəsi iddiaçıların sahibliyinə qaytarılmalıdır. Mübahisəli torpaq sahəsinin Cavabdeh2 tərəfindən 05.05.2020-ci il tarixdə Əbülfəz Məmmədliyə satıldığı və sonuncunun adına 13.05.2020-ci il tarixdə çıxarış verildiyi, bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ Cavabdeh2 tərəfindən itirildiyi və bu gələcəkdə məhkəmə qətnaməsinin icrasını qeyrimümkün edəcəyi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, bu iddianın ləğvi üçün əsas ola bilməz. Belə ki, hazır ki iddia tələbi Cavabdeh2la üçüncü şəxs kimi cəlb edilmiş Əbülfəz Məmmədli arasında bağlanmış əqdin və onun nəticələrindən əvvəlki, yəni Cavabdeh1la Vüsal Əzizov arasında əqdin hüquqi nəticələrini əhatə etdiyindən, Cavabdeh2 hazırda 05.05.2020-ci il tarixli müqaviləyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququnun itirməsinin əhəmiyyəti yoxdur. Digər tərəfdən məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, iddiaçıların nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında qeyd etdiyi kimi iddiaçılar Cavabdeh2la Əbülfəz Məmmədli arasında bağlanmış 05.05.2020-ci il tarixli əqdi və onun əsasında verilmiş çıxarışı məhkəmə qaydasında mübahisələndirmişlər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, bu hal iddianın ləğvü üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X10 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X5) sahibliyinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar