Məhkəmə qərarları › İş №2(105)-145/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-145/2020

23.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-145/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X7 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X2 və Cavabdeh1 Seyidağa oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-145/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-145/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 Seyidağa oğluna və Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Quba rayonu Vladimirovka bələdiyyəsi tərəfindən 0,02 ha torpaq sahəsinin Cavabdeh1 Seyidağa oğluna satılmasına dair Vladimirovka bələdiyyəsi ilə Cavabdeh1 Seyidağa oğlu arasında Quba rayonu notariat kontorunda rəsmiləşdirilmiş xx xxxx 2017-ci il tarixli daşınmaz əmlakın AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və Cavabdeh1 Seyidağa oğlunun adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, **********85 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, **********90 reyestr nömrəli çıxarışa əsasən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, **********63 reyestr nömrəli çıxarışa əsasən Quba rayonunun Dəlləkli kəndində xüsusi mülkiyyətində müvafiq olaraq 0,20 ha və 0,04 ha həyətyanı torpaq sahələri vardır. Torpaq sahələrini hazırki real vəziyyətdə 2016-cı ildə X1 almışdır. Bütövlükdə 0,24 ha torpaq sahəsinə bitişik 0,02 ha bələdiyyə torpağı da aldığı torpaq sahəsinə bitişik olduğuna görə həmin 0,02 ha torpaq sahəsi də əvvəlki mülkiyyətçi tərəfindən hasara alınaraq bütövlükdə mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə uzun müddət əvvəlki mülkiyyətçinin istifadəsində olmuşdur. Cavabdehlərdən Cavabdeh1 Seyidağa oğlu onun qonşusudur, özünə məxsus 0,08 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. Cavabdeh1 Seyidağa oğlu faktiki olaraq təxminən 0,12 ha torpaq sahəsindən istifadə edir. Torpaq sahələri arasından qaz xətti və iri su arxı keçir. Həmin su arxı vasitəsi ilə ətrafdakı mülkiyyətçilər bağ sahələrini və təsərrüfatlarını suvarırlar. O, öz vəsaiti hesabına faktiki olaraq həyətindən keçən su arxını mişar daşı və betonla səliqəli şəkildə düzəltmişdir ki, suyun axıdılmasında problem yaranmasın. Hazırda məlum olmuşdur ki, faktiki olaraq uzun müddət əvvəlki mülkiyyətçinin istifadəsində və hazırda onun istifadəsində olan 0,02 ha torpaq sahəsi Vladimirovka bələdiyyəsi tərəfindən xx xxxxxxx 2016-cı il tarixli, 03 nömrəli qərarla həyətyanı torpaq sahəsi məqsədi ilə mülkiyyətə verilməsi üçün rəsmiləşdirilmiş, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən bələdiyyə mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmış və xx xxxx 2017-ci il tarixli daşınmaz əmlakın AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Bütün bu prosedurlar gizli surətdə aparılmış və bundan bu yaxınlarda xəbər tutmuşdur. Mübahisə predmeti olan 0,02 torpaq sahəsi uzun müddət istifadəsində olduğuna və həmin torpaq sahəsi həyətyanı torpaq sahəsi ilə birlikdə hasarının içəri hissəsində olduğuna görə satılacağı halda, ilk növbədə ona təklif olunmalı idi. Torpaq sahəsi hazırda da faktiki olaraq onun istifadəsindədir, bu vaxta qədər torpaqla əlaqədar nə əvvəlki mülkiyyətçiyə, nə də ona qarşı bələdiyyə tərəfindən hər hansı tələb və ya iddia irəli sürülməmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair Vladimirovka bələdiyyəsinə və Cavabdeh1 Seyidağa oğluna qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1 (85)-3755/2017 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 04 saylı qərarın 15.3-cü bəndinə müvafiq olaraq ona daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, **********90 reyestr nömrəli çıxarışa və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, **********63 reyestr nömrəli çıxarışa əsasən Quba rayonunun Dəlləkli kəndində xüsusi mülkiyyətində müvafiq olaraq 0,20 və 0,04 ha həyətyanı torpaq sahələri vardır. Torpaq sahələrinin hazırki real vəziyyətdə 2016-cı ildə X1 almışdır. Bütövlükdə 0,24 ha torpaq sahəsinə bitişik 0,02 ha bələdiyyə torpağı da aldığı torpaq sahəsinə bitişik olduğuna görə həmin 0,02 ha torpaq sahəsi də əvvəlki mülkiyyətçi tərəfindən hasara alınaraq bütövlükdə mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə uzun müddət əvvəlki mülkiyyətçinin istifadəsində olmuşdur. Cavabdeh1 Seyidağa oğlu onun qonşusudur, özünə məxsus 0,08 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. Cavabdeh1 Seyidağa oğlu faktiki olaraq təxminən 0,12 ha torpaq sahəsindən istifadə edir. Torpaq sahələri arasından qaz xətti və iri su arxı keçir. Həmin su arxı vasitəsi ilə ətrafdakı mülkiyyətçilər bağ sahələrini və təsərrüfatlarını suvarırlar. O, öz vəsaiti hesabına faktiki olaraq həyətindən keçən su arxını mişar daşı və betonla səliqəli şəkildə düzəltmişdir ki, suyun axıdılmasında problem yaranmasın. Hazırda məlum olmuşdur ki, faktiki olaraq uzun müddət əvvəlki mülkiyyətçinin istifadəsində və hazırda onun istifadəsində olan 0,02 ha torpaq sahəsi Vladimirovka bələdiyyəsi tərəfindən xx xxxxxxx 2016-cı il tarixli, 03 nömrəli qərarla həyətyanı torpaq sahəsi məqsədi ilə mülkiyyətə verilməsi üçün rəsmiləşdirilmiş, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən bələdiyyə mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmış və xx xxxx 2017-ci il tarixli daşınmaz əmlakın AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Bütün bu prosedurlar gizli surətdə aparılmış və bundan bu yaxınlarda xəbər tutmuşdur. Mübahisə predmeti olan 0,02 torpaq sahəsi uzun müddət istifadəsində olduğuna və həmin torpaq sahəsi həyətyanı torpaq sahəsi ilə birlikdə hasarının içəri hissəsində olduğuna görə satılacağı halda ilk növbədə ona təklif olunmalı idi. Cavabdeh1 Seyidağa oğlu ona qarşı verilmiş iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 30 ildən artıqdır Quba rayonu Dəlləkli kəndində yaşayır. xx xxxx 2017-ci il tarixdə Vladimirovka bələdiyyəsi ilə onun arasında ona məxsus evin həyəti ilə iddiaçıya məxsus torpaq sahəsi arasında olan bələdiyyəyə məxsus torpaq sahəsinin alqı-satqısı barədə Quba rayonu notariat kontorunda müqavilə bağlayaraq, 0,02 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti olmamışdır. Həmin torpaq sahəsindən həmişə o, istifadə etmişdir. Belə ki, iddiaçı onun qonşuluğunda sahəsi 24 sot olan torpaq sahəsini 2016-cı ildə aldıqdan sonra setkadan olan çəpəri söküb onun həyətinə tərəf 5-6 metr qeyri-qanuni bələdiyyəyə məxsus olan torpaq sahəsini zəbt edib daşdan hasar çəkdirmişdir. Cavabdeh1 məhkəmədə verdiyi izahatından görünür ki, həqiqətən hazırki mübahisəli torpaq sahəsi onun istifadəsində olmaqla, onun tərəfindən qorunaraq daşla hasara alınmışdır. Məhkəmə bu hala obyektiv qiymət vermək ücün yerli baxış keçirməli olduğu halda, bu hərəkətləri etməmiş və yerində sahəyə baxış belə keçirməmişdir. Məhz bu səbəbdən işin sübut edilməli halları aydınlaşdırılmamış qalmışdır. Eyni zamanda məhkəmə ilkin satıcı Şərif Bayramovun şahid qismində dindirilməsindən imtina etmişdir. Hazırki mübahisə edilən 0,02 ha torpaq sahəsinin istifadəçisi olduğundan Cavabdeh1 Seyidağa oğlu ilə bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi qanunsuzdur, həmin 0,02 ha torpaq sahəsi onun istifadəsində və sərəncamında olduğu ücün satınalmada üstünlük hüququ bərpa edilməklə ilkin satış təklifi ona edilməlidir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. xx xxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 Seyidağa oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, 0,02 ha torpaq sahəsi Quba rayonu Vladimirovka bələdiyyəsi tərəfindən ona satıldıqdan sonra iddiaçı həmin torpaq sahəsinin çox hissəsini zəbt etmişdir. xx xxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinin sədri X9 oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, bələdiyyə tərəfindən Cavabdeh1 Seyidağa oğluna satılmış 0,02 ha torpaq sahəsi boş olmuş, 2017-ci ildə Cavabdeh1 Seyidağa oğluna satıldıqdan sonra iddiaçı tərəfindən bir hissəsi hasara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba rayonu notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx xxxxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində xx xxxxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(85)- 3755/2017 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və öhdəliyin qoyulması tələbinə dair inzibati iş üzrə iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxx 2017-ci il tarixli, 1530 saylı arxiv arayışından görünür ki, Quba RİHB-nin X8 Vahidi üzrə Nümayəndəliyinin 1996- 2000-ci illərə aid Dəlləkli kəndi üzrə 20 saylı təsərrüfatbaşına kitabında 1627 saylı təsərrüfatın başçısı Cavabdeh1 Seyidağa oğlu olmuş, onun xüsusu mülkiyyətində, istifadəsində 0,08 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında Quba RİHB-nın X8 Vahidi üzrə Nümayəndəliyinin xx xxxxxx 2017-ci il tarixli, 713 saylı arayışından görünür ki, Cavabdeh1 Seyidağa oğlunun adına Vladimirovka İN-nin 20 saylı təsərrüfatbaşına kitabın 1560 saylı hesabına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. İş materiallarında Azərbaycan Respublikası Quba RİHB-nın X8 Vahidi üzrə Nümayəndəliyinin xx xxxxxx 2017-ci il tarixli, 712 saylı arayışından görünür ki, İddiaçı adına Vladimirovka İN-nin 22 saylı təsərrüfatbaşına kitabın 1730 saylı hesabına əsasən 0,24 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi Quba rayonu Vladimirovka bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində xx xxxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2017-ci il tarixdə Quba rayonu Notariat Kontorunda bağlanılaraq 4Ə- 747 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba rayonu Vladimirovka bələdiyyəsinin adından çıxış edən Eynulla-X6 rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsini Cavabdeh1 Seyidağa oğluna 400 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi Cavabdeh1 Seyidağa oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində xx xxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 Seyidağa oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Quba rayonu, Vladimirovka kənd X16 üzrə Nümayəndəliyinin xx xxx 2019-cu il tarixli, 43 saylı arayışından görünür ki, Dəlləkli kəndində İddiaçı həyətyanı torpaq sahəsinin yanından keçən suvarma arxı 15-20 ha torpaq sahəsini və təbii hadisələr zamanı axan suları kənarlaşdırmaq məqsədi daşıyır, həmin arx alqı-satqı predmeti ola bilməz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Quba rayonu, Vladimirovka kəndi “Dalğa” X3 xx xxxxx 2019-cu il tarixli, 02 saylı arayışından görünür ki, İddiaçı Dəlləkli kəndindəki həyətyanı torpaq sahəsindən keçən arx kəndin əsası qoyulan zamandan indiki zamana kimi daşıyıcı bir arxdır və həmin arx 18 hektar əraziyə xidmət göstərir, sözü gedən arxı ləğv etmək və ya dəyişmək mümkün deyildir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2615 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* və ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin naturada koordinatları müəyyən edildi. İddiaçı istifadəsində olan torpaq sahəsi qeyd edilən çıxarışlara əsasən onun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində 0,26 ha torpaq sahəsi vardır. İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin hər hansı bir hissəsi Cavabdeh1 Seyidağa oğlu və ya başqa şəxs tərəfindən zəbt olunmamışdır. İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrindən arx keçmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* və ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Cavabdeh1 Seyidağa oğlunun mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha və 0,08 ha torpaq sahələrinin naturada koordinatları müəyyən edildi. Cavabdeh1 Seyidağa oğlunun istifadəsində olan torpaq sahəsi RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla verilmiş torpaq sahəsi ilə bütünlüklə üst-üstə düşmür. Cavabdeh1 Seyidağa oğlunun faktiki istifadəsində 0,088 torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* və ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin hər hansı bir hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Cavabdeh1 Seyidağa oğlunun mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha sahəsinə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Cavabdeh1 Seyidağa oğlunun mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha sahəsindən arx keçir. Qeyd edilən RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Cavabdeh1 Seyidağa oğlunun mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin 0,016 ha hissəsi faktiki İddiaçı istifadəsindədir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi Quba rayonu Vladimirovka bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində xx xxxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxx 2017-ci il tarixdə Quba rayonu Notariat Kontorunda bağlanılaraq 4Ə-747 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Quba rayonu Vladimirovka bələdiyyəsinin adından çıxış edən Eynulla-X6 rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsini Cavabdeh1 Seyidağa oğluna 400 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi Cavabdeh1 Seyidağa oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində xx xxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin hər hansı bir hissəsi Cavabdeh1 Seyidağa oğlu və ya başqa şəxs tərəfindən zəbt olunmamışdır. İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrindən arx keçmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* və ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin hər hansı bir hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Cavabdeh1 Seyidağa oğlunun mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha sahəsinə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə əqdin həqiqi olmaması üçün Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı iddia tələbini mübahisə predmeti olan 0,02 torpaq sahəsinin uzun müddət istifadəsində olduğuna və həmin torpaq sahəsi həyətyanı torpaq sahəsi ilə birlikdə hasarının içəri hissəsində olduğuna görə satılacağı halda, ilk növbədə ona təklif edilməli olması ilə əsaslandırmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin qanunun 16.4-cü maddəsinə görə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli 0,02 torpaq sahəsi Quba rayonu Vladimirovka bələdiyyəsi tərəfindən Cavabdeh1 Seyidağa oğluna satıldıqdan sonra İddiaçı həmin torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli 0,02 torpaq sahəsini qeyri-qanuni istifadə etdiyindən və həmin torpaq sahəsinin geri alınması mümkün olduğundan iddiaçının irəli sürdüyü dəlil əsassızdır. Hazırki işdə alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2615 saylı rəyi ilə tam təkzib olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-145/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar