Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1459/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X24 Tağızadənin sədrliyi və məruzəsi, X11 Məmmədova və X15 ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə, İddiaçının vəkili: X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və mənzilə dair çıxarışın ləğv edilməsi, vərəsələrin payının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququnu təstiq edən sənədin verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və mənzilə dair çıxarışın ləğv edilməsi, vərəsələrin payının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında səhadətnamənin və mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair ünvan 2ilmiş 19 may 2016-cı il tarixli, 2V-56 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 24 may 2016-cı il tarixli, ********** seriya nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılmaqla mənzildə miras qoyan mərhum anası X3 vərəsələri kimi onların qanun üzrə vərəsələrin hər birinə düşən 1/3 hissəyə müvafiq olaraq payının müəyyən edilməsi, həmin paylara vərəsələrin mülkiyyət hüquqlarının tanınması, qeyd olunan paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Sumqayıt şəhər 4 saylı notariat kontoruna, mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərlə mərhum anası D.C.Süleymanovaya məxsus ünvan 1-ə qanun üzrə birinci dərəcəli vərəsəsidirlər. Belə ki, anası D.C.Süleymanova 04.12.2009-cu ildə vəfat etmişdir. Anası D.G.Süleymanova qanun üzrə vərəsəliyə əsasən, ünvan 1-də yerləşən mənzil 1/4 hissə olmaqla bərabər paylarla birlikdə ona, cavabdehlərə və bacısı X4 vəsiyyət etmişdir. O, anasının vəfatından sonra göstərilən miras əmlakını faktiki surətdə qəbul etməsinə baxmayaraq, həmin mənzildə yaşayan cavabdehlərlə qarşılıqlı razılaşmaya əsasən, öz aralarında miras əmlakının bölünməsi ilə bağlı məsləhətləşmələr aparmışlar. Anası rəhmətə getdikdən sonra cavabdehlərlə belə razılığa gəlmişlər ki, anasının vəsiyyəti üzrə bütün miras əmlakını aralarında qanuna uyğun olaraq bölməlidirlər. Ona görə də o, başqa üsul və vasitələrə əl atmamışdır. Yalnız bir neçə dəfə şifahi şəkildə notariusa əlində olan sənədlərlə müraciət etmişdir, orada isə bildirmişlər ki, yazılı ərizə ilə müraciət etməlidir. Lakin sonuncu dəfə o, oz yaxın qohumu olan cavabdehlərə analarının vəsiyyətini yerinə yetirərək göstərilən miras əmlakın bölünməsini təklif etdikdə, onlar bildirmişlər ki, əmlakın bərabər bölgüsünə razı deyillər. Və bu yaxınlarda ona məlum olmuşdur ki, onlar hətta onun bacısı Nümayəndə aldadaraq onun payını da mənimsəmişlər. O, bununla əlaqədar, notariusa müraciət etmişdir. Orada isə ona rəsmi qaydada bildirmişlər ki, vərəsələr miras buraxan vəfat etdikdən sonra, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, 6 ay müddətinə Notariat kontoruna yazılı müraciət etməlidir. O isə hüquqi savadsızlığından bunu etməmişdir. Bundan başqa, vərəsələr arasında mübahisə olduğuna görə bu məsələ məhkəmədə həll olunmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə qanunu pozaraq qərəzli mövqe tutan məhkəmənin tərəfsizlik, birdəfəlik prinsiplərini pozan məhkəmə cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Notariusda yazılan ərizədə cavabdeh başqa vərəsələrin olmadıgını göstərmişdir. Məhkəmə isə buy alana da göz yummuşdur. Məhkəmə tərəfindən Mülki Məcəlləsinin 1145, 1151.1, 1321.1, 1243.2 və digər maddi hüquq normalarının tələblərini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması, onun iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının vəkili M.Q.Cəlalzadə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə 3-cü şəxs Sumqayıt şəhəri 4 saylı Notariusu C.Q.Rustəmov məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs Azərbaycan Respublikası DƏDRX-nin yanında ƏMDR-nin Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən mübahisələndirilən sənədlərin iddia müddətinin keçirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materialları ilə müəyyən edilir ki, X8 04.06.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X7r. (iş materiallarına əlavə olunmuş 1589/12 nömrəli, 18.05.2018-ci il tarixli arayışa əsasən) X9 25.11.1980-ci il tarixdə Sumqayıt şəhərində, X8 22.10.1995-ci il tarixdə Bakı şəhərində, X10 27.11.2008-ci il tarixdə Bakı şəhərində, X12 04.12.2009-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. (iş materiallarına əlavə olunmuş AZ-İ 911504, 911502, 911505 və 911503 nömrəli ölüm haqqında şəhadətnamələrin təkrar verilmiş surətlərinə əsasən) İddiaçı xx.xx.1956-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X13r. (iş materiallarına əlavə olunmuş İİ-JQ seriyalı 300506 saylı doğum haqqında şəhadətnaməyə əsasən) X5 xx.xx.1958-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X13r. (iş materiallarına əlavə olunmuş AZ-T seriyalı 064590 saylı doğum haqqında şəhadətnaməyə əsasən) İşdə olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsinin 16.11.2020-ci il tarixli, **********29 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 34cü məhəllə, ev 47/11, 1 nömrəli mənzil Sumqayıt şəhəri 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 19.05.2016-cı il tarixli 2V-56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 adına ½ hissə olmaqla qeydiyyata alınmış və 24.05.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 04.12.2009-cu il tarixdə ölmüş D.C.Süleymanovanın miras əmlakına dair vərəsəlik işindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 47/11, 1 nömrəli mənzilə dair ½ hissədə Cavabdeh1 və ½ hissədə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14.01.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilərək, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair ünvan 4rilmiş 13.09.2011-ci il tarixli, 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 07.10.2011-ci il tarixli ********** seriya nömrəli çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılaraq mənzildə miras qoyan D.C.Süleymanovanın vərəsələrinin paylarının müəyyən edilməsi, həmin paylara vərəsələrin mülkiyyət hüququnun tanınması, qeyd olunan paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu X6, mülkiyyət hüququnun təsdiq edən sənədin verilməsinin isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 2 saylı Ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün təmin edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə və məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçının və cavabdehlərin anası D.C.Süleymanova 04.12.2009-cu ildə vəfat etmişdir. Bundan sonra mənzil Cavabdeh2 mülkiyyətinə keçmişdir. Cavabdeh1 Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış və onun iddiası təmin edilmişdir. Bundan sonra məhkəmə qətnaməsinə əsasən mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin ½ hissədə payları müəyyən edilmiş və mülkiyyət hüquqları 24.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı mənzillə bağlı cavabdehlərin adına verilmiş sənədləri mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Məhkəmə kollegiyası iclası müəyyən edildi ki, iddiaçı anasının 2009-cu ildə ölümündən xəbərdar olmuş, lakin həmin vaxtdan 11 ildən çox keçməsinə baxmayaraq sözügedən miras əmlakın qəbulu üçün notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmiş, o cümlədən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunun məzmunundan göründüyü kimi, etibarsızlıqla əlaqədar mübahisə maraqlı şəxs tərəfindən ən çoxu bir il müddətində mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Lakin İddiaçı hüquqlarının pozulduğunu bildiyi andan bir il müddətində belə mübahisə açmamış, 11 ildən çox keçdikdən sonra məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, iddiaçınin nümayəndəsi özü də məhkəmə iclasında mübahisəli mənzillə bağlı qardaş və bacısı olan cavabdehlərin arasında olan məhkəmə mübahisəsindən xəbərdar olduqlarını bildirmiş, həmçinin həmin məhkəmə mübahisəsinin yekunu olaraq qəbul edilmiş məhkəmə qətnaməsi əsasında mənzil üzərində payların müəyyən edilməsini və cavabdehlərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığını da bilmişdir. Lakin, iddiaçı həmin vaxt da buna etiraz etməmiş və onun da vərəsələr sırasına aid edilməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. İddiaçı mənzil üzərində cavabdehlərin mülkiyyət hüquqlarının müəyyən edilməsindən təxminən 4 ilə yaxın müddət keçdikdən sonra, yalnız indi onların adına verilmiş sənədlərin ləğv edilməsi barədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası həmçinin, iddia tələbi mübahisəli şəhadətnamənin və çıxarışın ləğv edilməsi hissəsində təmin edilmədiyindən iddia ərizəsi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılmaqla mənzildə miras qoyan mərhum anası D.C,Süleymanovanın vərəsələri kimi onların qanun üzrə vərəsələrin hər birinə düşən 1/3 hissəyə müvafiq olaraq payının müəyyən edilməsi, həmin paylara vərəsələrin mülkiyyət hüquqlarının tanınması, qeyd olunan paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Sumqayıt şəhər 4 saylı notariat kontoruna, mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində də təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 26 noyabr 2020-ci il tarixli 2(060)- 3930/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1459/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1459/2021
03.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver